cox faydali oldu minnetdaram esas da MERN haqda melumatiniz. men hal hazirda back-endden baslamisam Java dilini oyrenirem .umid edirem alinacaq.dogrusunu desem bir qeder cetindir oyrenmek 😊
Hər kəs programist olmaq istəyir və olanlar həddindən artıq çoxdur amma ki onlar eyni insanlardır və fikirləri yoxdur və bəlkə də boş işlər görürlər yəni deməyim ona gətirib çıxarır ki əsas sizin hər bir sahədə əsaslı düzgün fikirlərinizi bildirin onda siz dəyərli olduğunuzu sübut etmiş olacaqsınız.
Salam. Maaşlar işlədiyiniz şirkətə görə dəyişə bilər. Ancaq Azərbaycanda ortalama 500, 900, 1500 kimi qeyd etmək olar sıralamanı. Lakin burada hər hansı framework üzrə işləmək maaaşınızı daha da artıracaqdır.
Salam. Hər vaxtınız xeyir. Yerli bazarda daha çox full stack tələb edilir. Ancaq siz full stack olmaq üçün frontdan başlamalısınız mütləq. Tək frontla da işlər mövcuddur. Əvvəlcə frontu öyrənib bir müddət təcrübə toplayın, daha sonra hər hansı backend dili öyrənərək full stack yolunda davam edin😊
Az Şirkətlərində Web backend developerlər təkcə 1 proqramlaşdırma dili ilə işləyirlər? Məsələn 1 həftə laraveldə sonra 1 həftə Python Django da yazma tələbi normaldır? Yəni proyektdən asılı olaraq 1 developerdən bu qədər tələb normaldır?
Salam. Əslində bu tələb normal deyil. Ancaq başlanğıcda işə qəbul edərkən hər ikisi üzrə tələb qoyulub qəbul edilibsə bəli tələb edilə bilər. Lakin peşəkar şirkətlərdə belə olmur.
2 aydı hər gündü udemy və yutubdan Html,css,bootsrap öyrənmişəm özüm sərbəst sadə sayt yaza bilirəm, təcrübəçi kimi işləməkçün nələri bilməliyəm birdə hara müraciət edə bilərəm?
İngilis dili sıfırdırsa türkcə qaynaqlar da çoxdur faydalana bilərsiniz. Udemy üzərindən və ya normal google axtarışı ilə türkcə bir çox qaynaq tapmaq olar.
@@NalseMasterCH həqiqətən çox faydalı videodur. Bu arada mənim bu sahədə anlayışım yoxdur lakin yeni başlamaq istəyirəm. Siz kurs keçirsiniz mi? Və ya məsləhət görə biləcəyiniz kurs var mı? Bilirsiniz nəyə görə soruşdum kursu, məsələn qeyd etdiyiniz resurslardan( RU-vid, Udemy və s.) öyrənsəm özgüvənim olmayacaq mənə elə gəlir. Məsələn öyrəndiyimi hesab etdikdən sonra ürəklə hər hansısa vakansiyaya CV ata bilməyəcəm çünki praktiki olaraq özümü hazır hiss etməyəcəm. Doğru düşünürəm ya yox bilmirəm.
Salam. Sadəcə PHP core öyrənəcəksinizsə 3-4 ay məşğul olmaqla yaxşı səviyyəyə çatdıra bilərsiniz. Python istifadə sahələri geniş olduğundan daha avantajlıdır. Amma sırf backend üçün istəyirsinizsə fərqi yoxdur.
Nail Seyidov Qardaş salam. Azərbaycanda Back end də ən çox hansı dildən istifadə edilir? Mən PHP öyrənmək istəyirəm. Sizcə düz fikirdir? Yoxsa başqa tövsiyəniz varmı?
Salam, mən də bu kurs barədə ilk dəfə eşidirdim, böyük ehtimalla ödənişlidir. Saytda +99455 256 96 00 belə əlaqə nömrəsi qeyd edilib. Əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz.