Gözəl duyğularla sevmişdim səni, Sənsə, uzaqlaşıb tərk etmisən məni. Sevgimi bilə-bilə, sevdin özgəni, Bitdi, xəyalımdakı sevgi hissləri. Öncəki pak qəlbin, yaşıl gözlərin, Edilən vədlərin, o xoş sözlərin. Daxili, şirin xarici gözəlliyin, Məgər, yalanmış, yanılmışam mən. İstəməm ki, daha başqa cananı, Bir dəfə sevmişdim, qoy elə də qalsın. Axı yanar canım, tapılmaz dərmanı, Alınırsa, saf sevgimi bir gün xatırlasın.