Тёмный
Hacı Əhliman Rüstəmov
Hacı Əhliman Rüstəmov
Hacı Əhliman Rüstəmov
Подписаться
Əhliman Fidatxan oğlu Rüstəmov 8 mart 1967-ci ildə Azərbaycan SSR‚ Cəlilabad rayonu, Qarğılı kəndində anadan olub.[5]

1974-1984-cü illərdə Qarğılı kənd məktəbində oxumuş, sonra təhsilini Masallı rayonu Sığıncaq kənd orta məktəbində davam etdirib. Sığıncaq kənd orta məktəbində oxuyarkən dini elmləri öyrənib.[5]

Hələ gənc yaşlarında dini təhsilə və ilahiyyat elmlərinə maraq göstərib. Azərbaycanın tanınmış ruhani alimi Molla Bəylərdən dərs alıb.[5]

Nardaran qəsəbəsində Sahibəz Zaman (ə.c) mədrəsəsində sərf, nəhv, əhkam, İslam tarixi, əqidə əsasları, fiqh, üsul, məntiq və s. ilahiyyat elmlərini tədris etmişdir.[5]

Bakı İslam Universitetini bitirib. Universitet fəaliyyətini dayandırana qədər oranın müəllimi olub.[5]

2021-ci ilin oktyabrın 25-də hüquq mühafizə orqanları tərəfindən Bakıda evində axtarış keçirilib. Nəticədə saxlanılsa da[6], elə həmin gün də sərbəst buraxılıb.[7]

Onlarla kitabı, yüzlərlə məqaləsi dərc edilib.

Məşhəd, Kərbəla, Həcc ziyarətlərində olub.
Hacı Əhliman Cümə moizəsi (20.09.2024)
24:49
16 часов назад
Комментарии