Тёмный
ASAN xidmət
ASAN xidmət
ASAN xidmət
Подписаться
Комментарии
@Асхаб-п2щ
@Асхаб-п2щ 3 дня назад
Hər vaxtınız xeyir hal-hazırda Rassiyanın English şəhərindəyəm və Rusiya vətəndaşı ilə nikah etmək fikrindəyəm Dostuma etibarnamə verdim və subaylıq haqqında şəhadətnamə götürdüm şəhadətnamənin üstündəki QR koduna daxilolduqda göstərilən sənədin peçatı və ya imzası qoyulmayıb bunagörədə Rusiya Federasiyası sənədi qəbul etmədi. Elektron imza olmalıdır amma yoxdur nə etmək olar ki elektron imza atılsın elektron imzasız burda bu sənəd qəbul olunmur
@asanxidmat
@asanxidmat 2 дня назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, "ASAN xidmət" mərkəzlərində onlayn sənəd qəbulu həyata keçirilmir. Müvafiq xidmətlə bağlı "ASAN xidmət" mərkəzinə birbaşa müraciət olunmalıdır. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@NailMəhərrəmli
@NailMəhərrəmli 3 дня назад
Salam sualimi cavablandirardiz zəhmət olmasa evli ola ola vəsiqədə subay yazila bilər və necə olur bu
@asanxidmat
@asanxidmat 3 дня назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, müvafiq əsas yarandıqdan sonra 1 ay ərzində şəxsiyyət vəsiqəsi dəyişdirilməlidir. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@ValehAğayev-b3k
@ValehAğayev-b3k 4 дня назад
Salam nigah pozmaq üçün müraciət etdikdən sonra neçə ay ərzində nigah pozulur?
@asanxidmat
@asanxidmat 3 дня назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, "ASAN xidmət" mərkəzlərində yetkinlik yaşına çatmamış ümumi uşaqları olmayan ər-arvadın qarşılıqlı razılığı əsasında nikahın pozulması xidməti hər iki tərəfin birgə iştirakı əsasında həyata keçirilir.Nikahın pozulmasının qeydə alınması ərizə verildiyi gündən 1 ay sonra qeydə alınır. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@srammmdova989
@srammmdova989 7 дней назад
Salam mən sürücülük vəsiqəmi 2023də almışam lakin itirmişəm. Müraciət etsəm vəsiqənin alınma tarixi 2023 yazılacaq yoxsa 2024?
@asanxidmat
@asanxidmat 6 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, tibbi arayışda xüsusi hal müəyyən olunmayıbsa, 60 yaşa çatmayan vətəndaşa verilən sürücülük vəsiqəsi 10 il müddətinə, 60 yaşdan sonra 70 yaşın tamamına kimi, 70 yaşdan sonra isə 2 il müddətinə etibarlı olur.
@Ayşəgül-u4c
@Ayşəgül-u4c 7 дней назад
Salam zaks üçün gelib analiz verende neqeder odenis olunur?
@asanxidmat
@asanxidmat 6 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
@soft_queen-sx6em
@soft_queen-sx6em 7 дней назад
Salam 16 yaşımda dəyişmək istəyirəm soyadımı bunun üçün hansı sənədlər lazımdır?
@SalmanQuliyev-ek7sg
@SalmanQuliyev-ek7sg 8 дней назад
Şexsiyet vesiqesi itib neynemelidi hara müraciet etmelidi
@asanxidmat
@asanxidmat 6 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin bərpası ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. Yaşı 15-dən çox olan vətəndaşın şəxsiyyət vəsiqəsində hər hansı məlumat dəyişikliyi yoxdursa, onun bərpası ilə bağlı zəruri sənəd: dövlət rüsumunun ödənilməsi barədə qəbz. Şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa, 90 manat, 3 iş günü müddətinə hazırlanırsa, 70 manat, 10 iş günü müddətinə hazırlanırsa, 30 manat məbləğində dövlət rüsumu ödənilir. Dövlət rüsumu "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Əlavə olaraq qeyd edək ki, məcburi köçkün statusuna malik vətəndaşlar məcburi köçkünlüklə bağlı məcburi köçkünlük statusunu təsdiq edən sənəd (məcburi köçkün vəsiqəsində cari ilin möhürü olmalıdır və ya "MyGov"portalı üzərindən elektron arayış təqdim etdikdə xidmət göstəriləcək), yaxud Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəliyindən alınan arayış da təqdim olunmalıdır. Eyni zamanda müvafiq arayış Mənzil Kommunal İstismar Sahəsi (JEK) və ona bərabər tutulan orqandan da alına bilər. Bu zaman həmin sənəd, əlavə olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də təsdiq olunmalıdır. Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı məcburi köçkün olan vətəndaşlar dövlət rüsumu ödəməkdən azaddır. Şəxsiyyət vəsiqəsi 10 gündən gec olmayaraq təqdim olunur. Sənədin hazır olacağı tarix barədə məlumat sənədləri təqdim etdiyiniz vaxt DİN əməkdaşı tərəfindən bildiriləcək.
@aylinaliyeva2398
@aylinaliyeva2398 8 дней назад
Salam nigaha girerkən aile veziyyeti haqqında arayış ve subaylıq haqqında arayış hardan alınır?
@asanxidmat
@asanxidmat 6 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması zamanı əcnəbi vətəndaşdan ailə vəziyyəti haqqında arayış (arayış 6 ay müddətində etibarlıdır) tələb olunur. Təqdim olunan sənəd müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur və ya leqallaşdırılır) və Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur. Bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@aykamaharramova561
@aykamaharramova561 8 дней назад
Salam. Xətaidəki Asan xidmət şənbə gunu işləyir?
@asanxidmat
@asanxidmat 6 дней назад
Hər vaxtınız xeyir. 2 saylı Bakı "ASAN xidmət" mərkəzi həftənin beş günü saat 09:00-dan 18:00-dək, şənbə və bazar günləri saat 09:30-dan 17:00-dək fasiləsiz olaraq fəaliyyət göstərir. Notariat fəaliyyəti ilə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:00-dək, şənbə və bazar günləri saat 09:30-dan 16:00-dək fasiləsiz olaraq həyata keçirilir. Digər xidmətlərlə bağlı vətəndaşların qəbulu həftənin beş günü saat 09:00-dan 17:30-dək, şənbə və bazar günləri saat 09:30-dan 16:30-dək fasiləsiz olaraq həyata keçirilir. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@SekineSukurova-ov9or
@SekineSukurova-ov9or 10 дней назад
Zəhmət olmasa cavab verin qan göturməsi ucun pul ödmişiy və məbləgi yazılmış cek veriblər o cek ikinci dəfə lazım dı cox xayiş elyrəm cavab verin
@asanxidmat
@asanxidmat 9 дней назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, hazır sənədin əldə olunması ilə bağlı ödəniş qəbzi tələb olunmur. Tərəflər şəxsiyyət vəsiqəsini təqdim edərək hazır sənədi əldə edə bilər.
@SekineSukurova-ov9or
@SekineSukurova-ov9or 9 дней назад
@@asanxidmat cox sagolun😊
@vusallkbrova-or8fw
@vusallkbrova-or8fw 10 дней назад
Qaynata evində qalırıq bələdiyə sənətiylə ev tikilib işığa suya kod verilib qaza kod vermirlər 2000 min ödəniş isdəyirlər yoldaşım 1 ci qrup əlildi şəkər böyrək xəsdəsidi 3 az yaşlı uşağımız var qaza görə gedib evə yığışamırıq isdilik olmayacaq balonla pilitə ilə yemək edək bəs ev soyuq olanda xəsdələnəcəklər bunun bir çarəsi varı dövlət tərəfindən
@asanxidmat
@asanxidmat 10 дней назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qaz çəkilişi həyata keçirilmir. "Azəriqaz" İB tərəfindən texniki şərtin verilməsi xidməti “ASAN Kommunal” mərkəzləri ilə yanaşı regional "ASAN xidmət" mərkəzlərində ( 2 saylı Sumqayıt və 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzləri istisna olmaqla) həyata keçirilir. İlkin zəruri sənədlər: mülkiyyətçinin şəxsiyyət vəsiqəsi, əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (texniki pasportla birlikdə). Ətraflı məlumat əldə etmək üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz: asan.gov.az/service/asan-kommunal/azeriqaz-ib-terefinden-goesterilen-xidmetler/texniki-sertin-verilmesi Texniki şərt əldə etdikdən sonra fərdi yaşayış evlərinin qazlaşdırılması xidməti ilə bağlı məlumat əldə etmək üçün "Azəriqaz" İB ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi: 104
@RəvanHadıyev
@RəvanHadıyev 10 дней назад
👏
@rosiniismailova8414
@rosiniismailova8414 10 дней назад
👏👏👏👏👏
@thelnur032
@thelnur032 10 дней назад
Geleceyin genc və parlaq gencliyi oba market işlerinizdə uğurlar 🥰
@ceyranrehimova5962
@ceyranrehimova5962 12 дней назад
Salam. Şexsiyyet vesiqesinin etibarlilig muddeti bitib deyismeliyem. Bunun ucun lazim olan senedler hansilardir?
@asanxidmat
@asanxidmat 11 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilərsiniz. 18 yaşdan yuxarı vətəndaşa məxsus şəkilli şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı (məlumat dəyişikliyi olmayacağı halda) zəruri sənədlər: şəxsiyyət vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Yeni şəxsiyyət vəsiqəsi 1 iş günü müddətinə hazırlanırsa, 70 manat, 3 iş günü müddətinə hazırlanırsa, 50 manat, 10 gün müddətinə hazırlanırsa, 5 manat məbləğində dövlət rüsumu ödənilir. Nəzərinizə çatdırırıq ki, rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Yeni nümunəli şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi zamanı şəkil “ASAN xidmət” mərkəzində xüsusi aparat vasitəsilə çəkilir. Vətəndaşın şəkil təqdim etməsinə ehtiyac olmur. Bu şəklin çəkilməsi ilə bağlı əlavə ödəniş nəzərdə tutulmayıb. Əlavə olaraq qeyd edək ki, məcburi köçkün statusuna malik şəxslər üçün məcburi köçkünlüklə bağlı məcburi köçkünlük statusunu təsdiq edən sənəd (məcburi köçkün vəsiqəsində cari ilin möhürü olmalıdır və ya "MyGov"portalı üzərindən elektron arayış təqdim etdikdə xidmət göstəriləcək), yaxud Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəliyindən alınan arayış da təqdim olunmalıdır. Eyni zamanda müvafiq arayış Mənzil Kommunal İstismar Sahəsi (JEK) və ona bərabər tutulan orqandan da alına bilər. Bu zaman həmin sənəd, əlavə olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində də təsdiq olunmalıdır. Şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı məcburi köçkün olan vətəndaşlar dövlət rüsumu ödəməkdən azaddır. Şəxsiyyət vəsiqəsi 10 gündən gec olmayaraq təqdim olunur. Sənədin hazır olacağı tarix barədə məlumat sənədləri təqdim etdiyiniz vaxt DİN əməkdaşı tərəfindən bildiriləcək. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@skrmmmdli7996
@skrmmmdli7996 12 дней назад
Analizlerin cavabi en tez ve en gec nece gune cixir? Zehmet olmasa melumat vererdiz
@asanxidmat
@asanxidmat 11 дней назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, tibbi arayışlar 14 iş günü müddətində hazırlanır. Hazırda müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir.
@YuskaToma
@YuskaToma 12 дней назад
Qan analizi ödənişlidir
@asanxidmat
@asanxidmat 12 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz.
@EsqinOmer
@EsqinOmer 13 дней назад
XƏSDƏ İMZA ATMAĞA GEDƏ BİLMİRSƏ NƏ EDƏK
@asanxidmat
@asanxidmat 12 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, sifarişli Səyyar xidmət barədə ətraflı məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
@katalinamikado4207
@katalinamikado4207 14 дней назад
Salam xanım mənim atam anam rəhmətə gedib iki qardaşıq həyətdə iki ev var birinci ev atam tikib ikincini qardaşımla mən hal hazırda yeni tiklidə qardaşım yaşayır köhnə tikli boşdur bplgü olarsa iki ev biri ona biri mənə veriləcək? Yoxsa ata evi iki qardaş arasında bölünəcək? Xatırladımki həyatyanı sahə umumi mülkiyət gedir yoxlatmışam.Zəhmət olmasa cavablandırasınız.
@asanxidmat
@asanxidmat 13 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, miras qoyanın qanun üzrə birinci dərəcəli vərəsələri övlad(lar)ı, həyat yoldaşı və valideyn(lər)i hesab olunur. Vərəsəlik şəhadətnaməsinin verilməsi xidməti ilə bağlı miras qoyanın vəfat etdiyi gündən sonra 3 ay ərzində müraciət etmək tövsiyə olunur. Vərəsəlik şəhadətnaməsi miras qoyanın vəfat etdiyi gündən sonra 6 aydan tez olmayaraq verilir. Əgər 6 ay müddət keçibsə, notarius sənədlərə yerində baxış keçirdikdən sonra vərəsəlik şəhadətnaməsinin hazır olacağı tarix barədə məlumat bildirə bilər. Müraciətinizlə bağlı ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@nargizz8
@nargizz8 16 дней назад
Salam mən yanliz sekil deyismek ucun sexsiyyet vesiqesini yenilemek isteyirem bele bir sey mumkundur? Ya da 3/4 sekil teqdim etmek olar?
@asanxidmat
@asanxidmat 16 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, köhnə nümunəli şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitmədən yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəz oluna bilər. Qeyd edək ki, yeni nümunəli şəxsiyyət vəsiqələrində şəklin dəyişdirilməsi istəyi şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün əsas hesab olunmur. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@nargizz8
@nargizz8 16 дней назад
@@asanxidmat zəhmət olmasa deyerdiniz deyisdirildikde odenis ne qeder olur
@ElnurƏhmədov-c8d
@ElnurƏhmədov-c8d 17 дней назад
Salam òlumù tesdiq eden tibbi arayis var ve biz onu polikilinkaya teqdim etmisik melumatsiz olduqumuzdan bize heç bir sened vermeyibler indi forma 6 vermeyirler ki,ùstunden iller keçib .bunu nece alaq?elimizde tibbi arayis var òlen korpe usaq olub.
@asanxidmat
@asanxidmat 16 дней назад
Hər vaxtınız xeyir. Bu halda sənədin əldə olunması ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz.
@Tuncay.Quliyev
@Tuncay.Quliyev 19 дней назад
Salam menim usagimin metirkasi itib aldigimiz asan xidmet merkezinden tekrar ala bilerik? Yoxsa basqa qurumlara muraciet etmey lazimdir?
@asanxidmat
@asanxidmat 19 дней назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, yetkinlik yaşına çatmayan vətəndaşın şəhadətnaməsinin alınması ilə bağlı valideyn şəxsiyyət vəsiqəsini təqdim edərək istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə bilər. Təkrar şəhadətnamələrin verilməsi ilə bağlı 3 manat məbləğində dövlət rüsumu ödənilir. Şəhadətnamənin ilkin alındığı orqana sorğu göndərilir. Aidiyyəti qurumun sorğuya cavab vermə müddətindən asılı olaraq proses 2 həftə - 1 ay davam edə bilər. Təkrar şəhadətnamə ilə bağlı sənədin ilkin verildiyi Qeydiyyat şöbəsi (və ya “ASAN xidmət” mərkəzinə) müraciət olunduqda bu sorğunun göndərilməsinə ehtiyac olmur və sənəd daha tez müddətə hazır olur. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
@jamilamammadly8590
@jamilamammadly8590 19 дней назад
Salam, etibarlılıq müddəti bitməmiş şəxsiyyət vəsiqəsinin yeni şəxsiyyət vəsiqəsinə dəyişdirilməsi üçün müraciət edə bilərmi?
@asanxidmat
@asanxidmat 19 дней назад
Hər vaxtınız xeyir. Bəli, köhnə nümunəli şəxsiyyət vəsiqəsi etibarlılıq müddəti bitmədən yeni nümunəli şəxsiyyət vəsiqəsi ilə əvəz oluna bilər.
@jamilamammadly8590
@jamilamammadly8590 19 дней назад
@@asanxidmat təşəkkürlər
@FerideMemmedova-d9n
@FerideMemmedova-d9n 21 день назад
Salam.18yawim oktyabrin 2si tamam olacaq.zaksda toyun icinde olsun isteeyirik,toyun tarixi oktyabrin 28di.biz ne vaxt asan xidmete getmeliyik ki,zaks oktyabrin 28 i olsun?
@asanxidmat
@asanxidmat 20 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Hazırda müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Təntənəli nikah mərasimi yəni, nikahın “ASAN xidmət” mərkəzində deyil, digər məkanda qeydə alınması ilə bağlı müraciət olunduğu zaman müqavilə bağlanır. Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri vasitəsilə təntənəli nikah mərasimi ilə bağlı 220 manat, digər şəhər və ya rayonlarda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri vasitəsilə təntənəli nikah mərasimi üçün 120 manat məbləğində ödəniş nəzərdə tutulub. Nikahın "ASAN xidmət" mərkəzlərindən kənar məkanda təntənəli şəkildə qeyd alınmasının mümkün olub-olmaması barədə məlumat Mərkəz daxilində qeyd olunacaq. Birbaşa müraciət etməyiniz tövsiyə olunur.
@tehmine890
@tehmine890 22 дня назад
Salam axşamınız xeyir biz xala qızı xala oglu nişanliyiq biz ananaliz vermeye nikah kesdirmeke vaxtimiz yoxdur olarmı toydan sonra nikah edek ananliz verek bizi toyda incitmezlerki
@asanxidmat
@asanxidmat 20 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, tərəfimizdən nikahın qeydə alınması ilə bağlı sənəd siyahısı qeyd oluna bilər.
@tehmine890
@tehmine890 20 дней назад
@@asanxidmat necə anlamadım? Zəhmət olmasa başa salardız
@AğakişiƏsədov
@AğakişiƏsədov 22 дня назад
Resbibilkada Asandan başqa işləyən qurum yoxdur Yol polisin qeydiyatın nömrəni asan xidmətə vermək lazımdır
@GunelVezirzad
@GunelVezirzad 22 дня назад
❤❤❤❤❤
@r.a254
@r.a254 23 дня назад
5 iş günü sonra yoxsa 5 gündən əvvəl hər hansı bir gün? Bunu zəhmət olmasa bilən biri deyə bilər?
@asanxidmat
@asanxidmat 23 дня назад
Hər vaxtınız xeyir. Sənədlərin təsdiqi 5 iş günü ərzində həyata keçirilir. Sənədlərin sayı 10-dan artıq olduğu təqdirdə baxılma müddəti əlavə 5 iş gününədək artırıla bilər. Sənədin hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@esmerhesenova7959
@esmerhesenova7959 24 дня назад
Neye gore islemedi bes
@asanxidmat
@asanxidmat 23 дня назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, yeni açılacaq "ASAN xidmət" və “ASAN Kommunal” mərkəzlərinin açılacağı tarix və ünvan barədə məlumat KİV-də və bütün rəsmi sosial media səhifələrimizdə qeyd ediləcək.
@seidexan1999
@seidexan1999 24 дня назад
Analizi vermək üçün Asan xidmətə yaxınlaşmaq lazımdı ?
@asanxidmat
@asanxidmat 23 дня назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Sənədi əldə etdikdən sonra nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@yusifismayilov5619
@yusifismayilov5619 24 дня назад
FÜZULİ ŞƏHƏRİNDƏ NƏVAXT GƏLƏSSİNİZ
@asanxidmat
@asanxidmat 24 дня назад
Hər vaxtınız xeyir. “ASAN xidmət” in Səyyar qrupunun fəaliyyət istiqamətləri barədə məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/mobile-service Səyyar xidmət barədə ətraflı məlumat əldə etmək üçün 108 (3) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
@user-js8hv7wc5
@user-js8hv7wc5 25 дней назад
uşaqın doğum haqqında şəhadət naməsi varsa vəsiqə nəyə lazımdır ?? yetkinlik yaşına çatmayan uşaq vəsiqəsini nə edir ?? hardasa fəaliyyət göstərəcək ))))?? ata ana sübüt etmək üçün yalnız doğum haqqında arayiş və ya onu əvəz edək şəkilsiz şəxsiyyət vəsiqəsi
@asanxidmat
@asanxidmat 24 дня назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, şəxsiyyət vəsiqəsinin əldə olunması ilə bağlı yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Doğum haqqında şəhadətnamə əldə olunduqdan sonra istədiyiniz halda şəxsiyyət vəsiqəsinin alınması ilə bağlı müraciət edə bilərsiniz. Qeyd edək ki, digər qurumlara (təhsil, səhiyyə və s.) müraciət edərkən vətəndaşın şəxsiyyət vəsiqəsi tələb olunduğundan əldə olunması tövsiyə olunur.
@EfsaneAtakisiyeva-g4i
@EfsaneAtakisiyeva-g4i 26 дней назад
18yasim 1gundu tamam olub hamiləyəm gelib qan analizi versek nese prabelm yaranmaz
@asanxidmat
@asanxidmat 26 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@lamiya5353
@lamiya5353 28 дней назад
Atamın soyadına qayıtmaq istəyirəm,amma onu soyadı ova yla bitir ,mənimki zadə ,bu mümkündür?
@asanxidmat
@asanxidmat 27 дней назад
Hər vaxtınız xeyir. Müraciətinizlə bağlı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@ebilsuleymanov7450
@ebilsuleymanov7450 28 дней назад
Salam toyu icersnde olanda nigah evvelceden gelib nigah kesrlmelidir yoxsa nece ele toyda gelib nigah qiyilr zehmet olmasa cavab yazn
@asanxidmat
@asanxidmat 27 дней назад
Hər vaxtınız xeyir. Təntənəli nikah mərasimi yəni, nikahın “ASAN xidmət” mərkəzində deyil, digər məkanda qeydə alınması ilə bağlı müraciət olunduğu zaman müqavilə bağlanır. Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri vasitəsilə təntənəli nikah mərasimi ilə bağlı 220 manat, digər şəhər və ya rayonlarda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri vasitəsilə təntənəli nikah mərasimi üçün 120 manat məbləğində ödəniş nəzərdə tutulub. Nikahın "ASAN xidmət" mərkəzlərindən kənar məkanda təntənəli şəkildə qeyd alınmasının mümkün olub-olmaması barədə məlumat Mərkəz daxilində qeyd olunacaq. Birbaşa müraciət etməyiniz tövsiyə olunur.
@aytenhesenova4847
@aytenhesenova4847 29 дней назад
Bizdə qan analizi cavabı çıxıb, ancaq oktyabrın 10-u tarixi üçün sentyabrın 10-u gəlib ərizə yazmalıyıq?
@asanxidmat
@asanxidmat 27 дней назад
Hər vaxtınız xeyir. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@amraxamrax2053
@amraxamrax2053 29 дней назад
Salam .qaninda hansi xesteliye analiz verilir
@asanxidmat
@asanxidmat 27 дней назад
Hər vaxtınız xeyir. Nikaha daxil olmaq istəyən şəxslər talessemiya, İİV/QİÇS və sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçməlidirlər. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@barberelshad1247
@barberelshad1247 Месяц назад
Salam Asan kamunalda verilir bu arayış?
@asanxidmat
@asanxidmat 27 дней назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, "ASAN Kommunal" mərkəzlərində kommunal xidmətlərlə bağlı vətəndaş müraciəti qəbul olunur. Məhkumluq barədə arayışın verilməsi xidməti ilə bağlı qeydiyyat ünvanından asılı olmayaraq istənilən “ASAN xidmət” mərkəzinə (1 saylı Gəncə və 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi istisna olmaqla) müraciət etmək olar. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur.
@AzerSalmanov-xt5tx
@AzerSalmanov-xt5tx Месяц назад
Salam men inşallah zaksa gedecem qan verenden sora nece gunə qanin cavablari cixr?? Ve qanin cavabi cixandan sora ərizə yazmaq lazımdır yoxsa necə???
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Müvafiq xəstəliklərin aşkarlanmasına aid testlərin həyata keçirilməsində ləngimənin mövcud olması tibbi arayışın verilmə müddətinin bir qədər artmasına səbəb olmuşdur. Tibbi arayışın hazır olacağı tarix barədə məlumat Mərkəz daxilində veriləcəkdir. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
@AzerSalmanov-xt5tx
@AzerSalmanov-xt5tx Месяц назад
@@asanxidmat çox sağol olun
@AzerSalmanov-xt5tx
@AzerSalmanov-xt5tx Месяц назад
@@asanxidmat sizdən birdende söz soruşum zehmet deyilse menim nişanlım Şəmkirlidi mən özüm Bakiliyam istiyirem birinci günü. 5sayli Asandı xidmətdə qan analizi zad verim yeni nişanlım semkirli oranın qeydiyyatindadir problem olmaz ki???
@AzerSalmanov-xt5tx
@AzerSalmanov-xt5tx Месяц назад
Ve siz 6 ci günü işləyir siz??
@aysuagayeva661
@aysuagayeva661 15 дней назад
Salam eyer analiz verəndən sonra müsbət çıxsa iki tərəf gelmese zaks ləğv olur?​@@asanxidmat
@NazimSadiqov-f4n
@NazimSadiqov-f4n Месяц назад
Salam mən qızımın 5 yaşı olduğu uçun şəxsiyet vesiqesin deyişmeye müraciət etdim sabah gedib götürməliyem uşaq yenede gedmelidirmi?yoxsa anası olaraq tek gedib götürə bilərəm?
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Valideynlərdən biri hazır sənədin əldə olunması ilə bağlı müraciət edə bilər.
@RüstəmŞirəliyev
@RüstəmŞirəliyev Месяц назад
Salam, mən sabah nikaha düşmək istəyirəm, vəsiqə kifayətdir?
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Hər iki tərəf Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahın qeydə alınması ilə bağlı zəruri sənədlər: hər iki tərəfin şəxsiyyət vəsiqəsi, hər iki tərəfin tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat.
@necefeliyev477
@necefeliyev477 Месяц назад
Allah rəhmət eləsin
@Tevhid431
@Tevhid431 Месяц назад
Salam xarici pasport almaq isdiyirem herbi biletim itib serekopyası var xarici pasport ala bilerem ?
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, ümumvətəndaş pasportunun verilməsi və ya dəyişdirilməsi ilə bağlı 18-35 yaş hədlərində kişilər üçün hərbi bilet və ya ilkin hərbi qeydiyyatla bağlı vəsiqə (möhlət hüququna dair qeyd olmaqla) tələb olunur. Hərbi bilet itirildikdə qeydiyyatda olduğu rayon üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən həmin sənədi əvəz edən şəkilli arayış təqdim etməklə müraciət etmək olar. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@Fujvbkytf19
@Fujvbkytf19 Месяц назад
Salam dogum tarihini duzeldirmek mumkundurmu her dakumentde 2004 yazilib vesiqede 2002 onu duzelde bilerem
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, vətəndaşın şəxsiyyət vəsiqəsindəki məlumatlar doğum haqqında şəhadətnamədəki məlumatlar əsasında yazılır. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@GozelAgayeva-g6w
@GozelAgayeva-g6w Месяц назад
Bes tereflerden biri xarici vetendaşdırsa?
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı ilk olaraq tibbi müayinədən keçmə haqqında sənəd əldə olunmalıdır. Nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi müayinədən keçməni təsdiq edən arayış “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən tibb müəssisəsindən və yaxud nikaha daxil olmaq istəyən tərəflərdən birinin yaşayış yeri üzrə dövlət və bələdiyyə tibb müəssisələrindən əldə oluna bilər. “ASAN xidmət” mərkəzlərində bir nəfər üçün sənədin verilməsi ilə bağlı 16 manat ödəniş nəzərdə tutulub. Tibbi arayışın etibarlılıq müddəti bir aydır. Sənəd hazır olduqdan sonra tərəflər nikahın qeydə alınmasını istədikləri tarixdən bir ay əvvəl birgə müraciət etməlidirlər. Xüsusi hal yoxdursa, nikah bir ayın tamamında qeydə alınacaqdır. Tərəflərdən biri Azərbaycan Respublikası vətəndaşıdırsa, nikahın qeydə alınması ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə bilərsiniz. Nikahın qeydə alınması ilə bağlı Azərbaycan Respublikası vətəndaşının təqdim etməli olduğu sənədlər:şəxsiyyət vəsiqəsi, tibbi müayinədən keçdiyini təsdiq edən sənəd, növbəti nikahdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə (və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi, yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini və ya ondan çıxarışı), dövlət rüsumunun ödənilməsi barədə qəbz. Nikahın qeydə alınması ilə bağlı əcnəbi olan tərəfin təqdim etməli olduğu sənədlər: pasport (Azərbaycan dilinə tərcümə və notariat qaydasında təsdiq olunmuş), ailə vəziyyəti haqqında arayışı (arayış 6 ay müddətində etibarlıdır) (müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur və ya leqallaşdırılır), təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər), Dövlət Miqrasiya Xidməti tərəfindən verilən sənəd (vəsiqə və ya olduğu yer üzrə qeydiyyatla bağlı arayış), əgər şəxsin növbəti nikahıdırsa, əvvəlki nikahın pozulması haqqında şəhadətnamə ( müvafiq qaydada rəsmiləşdirilir (apostil vurulur və ya leqallaşdırılır), təqdim olunan sənəd Azərbaycan Respublikasında tərcümə və notarial qaydada təsdiq olunur - bu sənədin tərcümə və notarial qaydada təsdiq olunması “ASAN xidmət” mərkəzləri vasitəsi ilə həyata keçirilə bilər), tibbi müayinəni təsdiq edən sənəd, dövlət rüsumunun ödənilməsi barədə qəbz.
@kenanabdullaev5104
@kenanabdullaev5104 Месяц назад
Rusya vetendasi nece ay qeydiyata duwe biler?
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasında 15 gündən artıq (Qazaxıstan Respublikasının vətəndaşları 30 gündən artıq) müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Əcnəbi və vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması xidməti ilə bağlı istənilən "ASAN xidmət" mərkəzinə müraciət etmək olar. Ətraflı məlumat əldə etmək üçün bu linkə daxil ola bilərsiniz: asan.gov.az/az/service/asan-xidmetler/miqrasiya-xidmetleri/ecnebilerin-ve-vetendasligi-olmayan-sexslerin-oldugu-yer-uezre-qeydiyyata-alinmasi
@taghiyeffva2428gv
@taghiyeffva2428gv Месяц назад
Salam sağlamlıq haqqında ödəniş qəbzinin telefonda şəkli olsa olar? Şəhərdən rayona gəlmişik yadımızdan çıxıb amma şəkilləri var telefonda, zəhmət olmasa cavab verərdiz 🙏🏻
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı tələb olunan tibbi arayışın hazır sənədinin əldə olunmasını nəzərdə tutursunuzsa, ödəniş qəbzi təqdim olunmadan da hazır sənədi əldə edə bilərsiniz. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@taghiyeffva2428gv
@taghiyeffva2428gv Месяц назад
Salam, ödəniş qəbzin telefonda şəkli olsa olar??
@asanxidmat
@asanxidmat Месяц назад
Hər vaxtınız xeyir. Qeyd edək ki, nikahın qeydə alınması ilə bağlı 10 manat məbləğində dövlət rüsumu ödənilir. Rüsum "ASAN xidmət" mərkəzində fəaliyyət göstərən bank vasitəsilə ödənilir. Bankın xidmət haqqı: 0,4 manat. Ətraflı məlumat əldə etmək üçün 108 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
@taghiyeffva2428gv
@taghiyeffva2428gv Месяц назад
​​​@@asanxidmat Başa düşdüm çox sağ olun,lakin mən sağlamlıq haqqında qan üçün götürülən analizin ödəniş qebzini deyirəm , şəhərdən rayona gəlmişik qəbz yaddan çıxıb amma şəkilləri telefonda var,onun sadəcə telefonda şəklini getirsek olar?
@taghiyeffva2428gv
@taghiyeffva2428gv Месяц назад
?
@ruslancefernicati
@ruslancefernicati Месяц назад
ASAN 💙
@arzumanllyev7415
@arzumanllyev7415 Месяц назад
Elvin Babayev TƏBRİKLƏR