Тёмный
Avalon Renovation Az
Avalon Renovation Az
Avalon Renovation Az
Подписаться
Evinizi ÖZÜNÜZ, ustaların köməyi olmadan təmir etmək istəyirsinizsə, bu kanal Sizin üçündür!

Kanalımızda nələr var:
- mənzili təmir etmək üçün izahlı videolar
- alət və materiallar barədə məlumat

Mən nə ustayam, nə də ki bənna. Bununla belə, evimizin təmiri zamanı qazandığım təcrübəni sizinlə paylaşmaq istəyirəm ki, siz də öz evinizi təmir edəndə bu işdən zövq alasınız və lazımsız səhvlərə yol verməyəsiniz.
Kərpic divar necə hörülür?
9:08
Месяц назад
Avrovaqonka necə quraşdırılır?
9:34
Месяц назад
Mişar dəzgahı necə düzəldilir?
14:07
2 месяца назад
Alçıpan necə quraşdırılır?
6:24
2 месяца назад
Alçıpan üçün karkas necə düzəldilir?
16:04
2 месяца назад
Elektrik kabellər necə quraşdırılır?
15:51
4 месяца назад
Kasalar necə quraşdırılır?
7:43
4 месяца назад
Köşəbəndlər necə quraşdırılır?
4:23
5 месяцев назад
Suvaq necə vurulur?
4:59
5 месяцев назад
Mayaklar necə quraşdırılır?
4:20
5 месяцев назад
Parakontakt necə vurulur?
2:07
5 месяцев назад
Döşəmə altı beton necə sökülür?
1:46
5 месяцев назад
Parket necə demontaj olunur?
1:24
5 месяцев назад
Divar boyası necə çıxarılır?
2:08
5 месяцев назад
Şpaklyovka necə çıxarılır?
3:03
5 месяцев назад
Lepka necə çıxarılır?
1:14
5 месяцев назад
Divar kağızı necə çıxarılır?
2:37
5 месяцев назад
Комментарии
@Birazgulek
@Birazgulek 12 часов назад
Var olasuz bizdede bele kanal olduguna alqiwdat size
@nazilaahmadzada7050
@nazilaahmadzada7050 5 дней назад
Sizin kərpicdən tikdiyiniz düzgün texnoloqiya deyil. Pula qənaət materialların bəzisi lazımsız, bəzi yoxdur. Ustanızda sıfır dərəcısindədir. İnternetə nə isə yerləşdirmək üçün bir işi dərindən öyrən sonra internetə yerləşdir. İnsanların beynini pozmayın.👎👎👎👎👎👎
@cavidelizamanli
@cavidelizamanli 7 дней назад
Birdaha uğurlar sizə👍
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 6 дней назад
Təşəkkür edirik, Cavid bəy!
@VusalMemmedov-p7q
@VusalMemmedov-p7q 10 дней назад
Kerpicin aralarindaki bosluq onun havalanmasi ucundur.siz ise bunu baglayirsiz.ve divarin arasina o formada qoyulan setka divarin keyfiyyetini azaldir.bir sozle siz bilen sey deyil bu
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 9 дней назад
Maraqlı şərhinizə görə təşəkkür edirik, Vüsal bəy! Betonda olan armatur, dəmir/bazalt/şüşəlifli torlar divarın keyfiyyətini azalda bilməz, onlar betonunun təzyiqə müqavimətini artırır, yəni möhkəm edir. Düzdür, dəmir divarın istilik keçirmə xüsusiyyəti bir az artırır, ama heç nə olmaz, nazik tor elə də böyuk fərq eləmir. Kərpicin içində boşluqlar yenə də qalır, həmin boşlurlarda olan hava imkan vermir ki ev tez soyusun. Bəs havalanma nə üçün lazımdır, bir də ki, suvanmış boyanmış divar necə havalana bilər?)) Iki kərpici aralarını doldurmadan necə birləşdirmək olar? Zəhmət olmasa izah edin.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 9 дней назад
Tordan istifadə etməmək üçün keramoblok üçün xüsusi qarışıqlardan istifadə etmək lazlmdır, onlar çox elastikdir və parçalanmır. Lakin, Azərbaycanda belə məhsullar satılmır.
@lifeintheworld275
@lifeintheworld275 13 дней назад
Bagda yaşilliqla beton hissəni ayirmaq ucun taxta hasar duzəltməyi cəkin. etmək isdiyiirik. Təsəkkur
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 12 дней назад
Maraqlandığınız üçün təşəkkür edirik! Gələcəkdə mütləq çəkəcəyik.
@user-gy6bt2os6x
@user-gy6bt2os6x 14 дней назад
Lap USDA olmaq istədim maraqlı sənətdi
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 12 дней назад
Istənilən sənəti maraqlı etmək olar (^ - ^)
@VIPVIP-uc3kt
@VIPVIP-uc3kt 14 дней назад
👍👍
@QasimQasimov-t3i
@QasimQasimov-t3i 14 дней назад
Sen bele gediwle gune 1 kvadrat horsen boyuk weydir
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 12 дней назад
Şərhiniz üçün təşəkkür edirik, Qasım bəy! Böyük işləri böyük insanlar görür, biz isə böyük deyilik))
@QasimQasimov-t3i
@QasimQasimov-t3i 14 дней назад
Sen bele gediwle gune 1 kvadrat horsen boyuk weydir
@cavidsultanov1359
@cavidsultanov1359 15 дней назад
Mala ne vaxtdan 4:1 e qatılıb?? Sovetin sementi ile hele 3:1 e qatırdıg indiki sementin vezyetini nezere alsag gerey 2:1 e ola😂😂😂
@user-dk3zd7kv3v
@user-dk3zd7kv3v 16 дней назад
Bu kerpici icad eden Allahin lenetine gelsin. 7 ildir tikdiyim ev un kimi ovulub tokulur,
@firdovsihaciyev8665
@firdovsihaciyev8665 16 дней назад
Ölkədə bənna kişi qalmayıb heçolmasa o qadına deyin qolundakı saatı çıxarsın sınar yoxsa yaman günə qalarıq .
@nusrvanbsirov7403
@nusrvanbsirov7403 17 дней назад
Bir evi o sürətlə yəqin üç ilə tökər
@qudrtzimov3556
@qudrtzimov3556 18 дней назад
Mişarla 1 kəpic kəsmək olur?
@fdaibabayev1105
@fdaibabayev1105 18 дней назад
Mənim ustama şükür.
@user-mp6ub4bh9u
@user-mp6ub4bh9u 22 дня назад
Палчыг на вахтдан гарышыг олду?
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 20 дней назад
Maraqlı sualdır. Dilçilikdə sinonim deyilən bir şey var. Yəni, mənaca başqa sözlə bir, yaxud ona çox yaxın, deyilişcə isə müxtəlif olan söz. Bir neçə eyni olmayan şeyi, ünsuru, maddəni bir yerdə qarışdıranda qarışıq alınır. Təyinat baxımından qum-sement qarışığına həm də hörgü/beton/suvaq və yaxud şap qarışığı demək olar. Amma Siz palçıq deyin.
@vahidceferov8539
@vahidceferov8539 24 дня назад
bu.divar.10.ilə.qurtarsr.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 20 дней назад
İnşaallah))
@vaqiffataliev3195
@vaqiffataliev3195 24 дня назад
Birde ustanin yadina salinki kerpice baglancda vermey lazimdi arada😅
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 24 дня назад
Haha)) Mütləq.
@vaqiffataliev3195
@vaqiffataliev3195 24 дня назад
Kerpici malananda qirmag olar deyim belke bilmiyen olar))
@bhruzalmazov-il6ol
@bhruzalmazov-il6ol 24 дня назад
Sen ipini ćekene kimi 2 gerge tikdim
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 24 дня назад
Helal olsun!))
@user-ur9xl8wj3z
@user-ur9xl8wj3z 24 дня назад
HƏR KƏRPİCİ BELƏ YARIM SAATA QOYSAN , DİVARI 2 İLƏ BƏLKƏ BİTİRƏSƏN.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 24 дня назад
Haha))) Doğrudur, Kamil bəy, mənə baxmayın, sürətlə işləmək lazımdır.
@faiqqafarov7782
@faiqqafarov7782 27 дней назад
Qarişiğin itib-batmamasi kərpiçin yerinə uyğun ölçüsünün seçimi və düzğün formada düzülüşüdür.Yerindən duran çəkiliş edir,usta olur.
@MaarifAbasov
@MaarifAbasov 28 дней назад
Düz deyil bir kuruşkaya 3kuruşka qatmaliydır dörd qatdı şəhidin biri
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 28 дней назад
Bizi maarifləndirdiyiniz üçün təşəkkür edirik, Maarif bəy!
@MaarifAbasov
@MaarifAbasov 28 дней назад
@@AvalonRenovation-Az çox sağ olun təsəkkür bunlar sement satan usdalardandır
@flhuper3947
@flhuper3947 29 дней назад
Niyə bu qardaş bütün videoları real həyatda işləməyən formada çəkir,mənə maraqlıdır
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 28 дней назад
Maraqlı sual üçün təşəkkür edirəm)) Çünki, qardaş ziyanavərlik etmək istəyir. Əslində, reallıq, real həyat çox darıxdırıcıdır, ona görə))
@flhuper3947
@flhuper3947 28 дней назад
@@AvalonRenovation-Az düzünü desəm bu cavabınızda nə real,nə də maraqlı idi
@vusalmahmudov2022
@vusalmahmudov2022 29 дней назад
Bunu hamı bilirde yenede cox sağolun
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 28 дней назад
Şərhiniz üçün təşəkkür edirik! Əsas məqsədimiz biliksiz təcrübəsiz usta olmayan insanlara müxtəlif təmir işlərin əsaslarını öyrətməkdir ki, onlar öz əlləri ilə evlərini təmir edə bilsinlər. Peşəkarlar üçün xırdalıqlar və qabaqcıl texnologiyalar kanalımızda izah olunmur.
@nailabbasov5162
@nailabbasov5162 Месяц назад
Katinka niye istifade olunmur
@ziko1077
@ziko1077 Месяц назад
Palcignan oyniyir) ele bil hamamda pol uroven goyur
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Şərhiniz üçün təşəkkür edirik! Həyat özü bir oyundur)) Səviyyəyə gəldikdə isə, o hər yerdə olmalıdır, təkcə hamamda yox (^ - ^)
@ramalismayilov137
@ramalismayilov137 Месяц назад
Bu masturokda tuta bilmir
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Qiymətləndirməniz üçün təşəkkür edirik! Bu, bizim üçün çox vacibdir! Deyirəm axı nəsə tez-tez əlimdən düşür)))
@Everest333
@Everest333 Месяц назад
yaxşı işləyir .bəzi avara ustalar kimi basıb getmir.palçıq vurur .əlinə profil alan deyir ustayam.əsasən də bakıda çoxu ustalar dələduzdur
@sbahruz66
@sbahruz66 Месяц назад
Ay bala, siz yalnış hörgü işi görürsüz. Bu tipli kərpicləri (içi boş) , elə duzilməlidiki, divarın içində hava kanalı, boydan boya yaransın, termoizolyatsiya üçün.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Salam, hörmətli Bəhruz bəy! Səhv iş gördüyümüz üçün üzr istəyirik. Kərpici istər düz, istər böyrü üstə, istər təpəsi üstə düzəndə heç nə dəyişmir, içində boşluqlar yenə də qalır və kərpicin istilikkeçirmə xüsusiyyəti dəyişmir. Kərpicdə bu göstərici 0.4-1.0 w/mk, havada isə 0.02 w/mk -dir. Hava istiliyi yaxşı keçirmir deyə, ev isti qalır və gec soyuyur. İstilikkeçirmə yalnız aralıqlarda yüksək olur, ama aralıqlar 1.2sm-dən qalın olmur onsuz da. Aralıqsız hörgü möhkəm ola bilməz. Avropadan istifadə olunan bloklar (Porotherm kimi) pazların vasitəsi ilə birləşir (onlarda şaquli aralar olmur), amma onlarda belə üfüqi aralar qum-sement qarışığı ilə doldurulur. Əgər siz kərpic düzməyin doğru yolu bilirsinizsə, zəhmət olmasa göstərin ki, biz də bilək və öyrənək. Təşəkkür edirəm!
@faiqqafarov7782
@faiqqafarov7782 27 дней назад
Bəli.
@ramokhan6617
@ramokhan6617 25 дней назад
Məncə yarpaq dolması üçün mövsümü yarpagin seçilməsi və ya qreçkanin necə düzgün bişirilməsi haqqında video çarx daha pozitiv rəylərlə rövnəqlənə bilərdi...marşrutun arxa oturacaqlarini zəbt etməyin yetər
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 24 дня назад
Haha))) Yarpaq dolması gözəl fikirdir)) Əslində rəyin fərqi yoxdur, istər müsbət olsun, istər mənfi)) Kimsə neqativ şeylər yazmaqla xoşbəxt olursa, ürəyi istədiyi qədər yazsın. Bu, heç nəyi dəyişmir. Videolarımızdan faydalanan faydalanar, ustalar isə ustalıqlarını edəcəklər, biz isə çəkilişlərə davam edəcəyik.
@behramhaciyev7862
@behramhaciyev7862 Месяц назад
10 kq ne qeder su qatılır?
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Bəhram bəy, Salam! 10 kg-lıq qaba 1 litrə qədər su əlavə edə bilərsiniz.
@elvinagayev7020
@elvinagayev7020 17 дней назад
Valiklə vurmaq olar parakontaktı və birdə neçə saata quruyur?
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 16 дней назад
@@elvinagayev7020 , Sualınıza görə təşəkkür edirik, Elvin bəy! Əlbəttə olar, lakin sərfiyyat daha çox olur, parakontakt yerə tokülür hərdən, daha doğrusu onun tərkibində olan qum, və bir dəfə parakontaktı çəkəndən sonra valiki tullanmalı olacaqsınız, çünki onu yumaq olmur. Quruma müddəti isə 24 saatdır.
@feridnesirov3353
@feridnesirov3353 Месяц назад
Blok kerpicin miwarla kesilmesi qaydasin bilmirdim hansisa bir aletle qiranda kerpic cox zaman qirilir kesmek daha yaxwidi ugurlar yaxwi videodu
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Çox sağ olun, Fərid bəy! Əslində künc cilalayıcı maşınla da kəsmək olar, ancaq sonra hər yer toz olur))
@resademirli7703
@resademirli7703 Месяц назад
Onun gül kimi tapancası var. f30 f50 mismarları var onla bərkidmək daha məqsəd yönlü olar.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Maraqlı şərhə görə təşəkkür edirəm! Doğrudur. Mismarvuran (nailer) gözəl bir şeydir. Bununla belə, onun bəzi çatışmazlıqları var. 1) Onun üçün kompressor lazımdır. Kompressor ustada olur, adi insanda olmur. 2) F50, yəni 50 sm-lik mismarlar çox nazikdir (diametr = 1.25mm). Tapanca mismarı ilə alınan birləşmələr möhkəm olmur, vaqonkanı rahat şəkildə qopartmaq olur. 3) Tapanca ilə mismarı vaqonkanın pazına vurmaq çətindir, bacarıq tələb edir. 4) Tapanca ilə mismarı üz tərəfinə vuranda, tapanca eybəcər izlər qoyur. Möhkəm davamlı montaj lazımdırsa mən vaqonkanın pazına şurup vurmağı məsləhət görərdim. Yox əgər keyfiyyət vacib deyilsə, və sürətli montaj tələb olunursa - mismarvuran tapanca.
@ferhadsuleymanov
@ferhadsuleymanov Месяц назад
Nə bilim vallah😂😂
@user-oy5ur3yu3t
@user-oy5ur3yu3t Месяц назад
Başiniza dəysin mişarla kərpic kəsirlər😂😂😂
@TuralRzayev-bt7zy
@TuralRzayev-bt7zy Месяц назад
1in 4də çox deyil ?
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Maraqlı sual üçün təşəkkür edirəm, Tural bəy! Bəlkə onu siz bizə izah edəsiniz. Nəyə görə nisbət 1:4, 1:6, 1:9 yox, məhz 1:3 olmalıdır? Fərq nədədir? Təşəkkürlər.
@TuralRzayev-bt7zy
@TuralRzayev-bt7zy Месяц назад
@@AvalonRenovation-Az sement zəif olur
@TuralRzayev-bt7zy
@TuralRzayev-bt7zy Месяц назад
@@AvalonRenovation-Az möhkəmliyi zəif olur
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Çox doğru fikirləşirsiniz, Tural bəy. Sement az olanda qarışıq möhkəm olmur. Qum az olanda isə qarışıq tez yığıla və çatlar əmələ gələ bilər. Ona görə sement və qum arasında balans tapılmalıdır. İdeal nisbət nədir? Bu sualın birmənalı cavabı yoxdur. Azərbaycanda ən çox istifadə olunan nisbət 1:3-dir, Britaniyada isə standart 1:4-dür. Standartlar ölkədən ölkəyə dəyişir. İnsanların ən çox istifadə etdiyi nisbətlər bunlardır: 1:3, 1:4, 1:5 və 1:6 Həmçinin, qarışığa elastiklik üçün əhəng qatıla bilər. O zaman nisbətlər belə olur: 1:1:4, 1:1:5 və 1:1:6
@TuralRzayev-bt7zy
@TuralRzayev-bt7zy Месяц назад
Bu neyniyir ala
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
🤪
@Adil849
@Adil849 Месяц назад
Sizin hele usta olmaga cox var.
@TuralRzayev-bt7zy
@TuralRzayev-bt7zy Месяц назад
Palçığı qorxa qorxa qoyur.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Qiymətləndirməniz üçün təşəkkür edirik, Arif bəy! Məqsədimiz usta olmaq deyil. Usta olmaq təcrübə, bacarıq və bilik tələb edir. O da hər insanda olmur, ustalara çatmaq çox çətindir.
@VIPVIP-uc3kt
@VIPVIP-uc3kt Месяц назад
😁😁​@@TuralRzayev-bt7zy
@madinacrystalglassplayer
@madinacrystalglassplayer Месяц назад
​@@TuralRzayev-bt7zy Videonun çəkilməsi üçün asta hərəkət edir. İşi isə səliqəlidir.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Çox sağ olun, Mədinə xanım!
@Aziz-lv5rt
@Aziz-lv5rt Месяц назад
VİDEODAKI USTA ÖZÜ DƏ MƏƏTTƏL QALIB ELƏDİYİNƏ. ALLAH SİZİ GÜLDÜRSÜN.😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@feridnesirov3353
@feridnesirov3353 Месяц назад
Sen divara 1denede olsun mismar vurmagi bacarirsan normal horgu horubde hemdeki bu video orgetmek xarakteri dawiyir
@cavidelizamanli
@cavidelizamanli Месяц назад
Çox gözəl vidolar çəkmisiz və qeyd edim ki, Azərbaycanca belə bir kanal demək olarki yoxdur. Sadəcə videolarınızda daha açıqlayıcı və vacib məqamları qeyd etsəz möhtəşəm olar. Misal üçün mayakdan nəyə görə istifadə edilir, divarın əyriliyini mayakla necə nizamlamaq lazımdır. Bunları qeyd etmək lazım idi. Sizə uğurlar diləyirəm.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Qiymət verdiyiniz üçün təşəkkür edirik, Cavad bəy! Məsləhətlərinizi nəzərə alarıq. Sadəcə, məlumat çox olanda videolar uzun alınır, camaatın səbri isə məhduddur.
@RaminMemmedov-n8d
@RaminMemmedov-n8d Месяц назад
Salam 20 ildi ustayam kərpici misarla kəsildiyini 1ci dəfədir görürəm
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Şərhiniz üçün təşəkkür edirik, Ramin usta! Düzünü desəm, mən də görməmişəm. Ustalar kərpici kəsmirlər, çəkiclə və ya mala ilə qırırlar. Avropada isə kərpici xüsusi elektrik mişar ilə kəsirlər. Əlbəttə ki söhbət keramobloklardan (iri kərpiclərdən) gedir. Aşağıda göstərilir: ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-THyNJDLqQk8.html Biz usta deyilik, ona görə də kərpici adi mişarla kəsirik))
@cavidsultanov1359
@cavidsultanov1359 15 дней назад
Nezere alsag ki indiki kerpicler pendir kimidi ..miwara wukur yaxwi yag pendir bicagi ile kesmiyibler😂😂😂😂
@azerqarayev2163
@azerqarayev2163 2 месяца назад
Suvaqın adı nədir bilmək olar ?
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 2 месяца назад
Salam, Azər bəy! Mən Ağdağ Direk gips əsaslı suvaqdan istifadə edirəm. Adi gips və ya alebasterdən də istifadə edə bilərsiniz. Sadəcə onlar daha tez quruyur.
@rakifkarimov8800
@rakifkarimov8800 2 месяца назад
Üzrlü sayın.Xoşyma gəlmədi video.10 il bundan qabaqçı videoya oxşayır.Alçıban üçün alətləriniz yoxdur.Başa düşürəm yoxdur ,nə edəsən.Amma yğur gətirməz.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 2 месяца назад
Dəyərli fikrinizi bölüşdüyünüz üçün çox sağ olun, Rakif bəy! Sirr deyilsə hansı alətlərdən söhbət gedir, yəni Siz hansı alətləri videoda görmək istəyərdiz? Alçıpan qaldırıcısı, alçıpan kəsən dəzgah, lentli şurup gağlayan, Kantenhobel, faska açmaq üçün frezer, yoxsa başqa hansısa bir zəruri alət çatışmır?))
@elsnftullayev3968
@elsnftullayev3968 2 месяца назад
Təzə abunə oldum.uğurlar.bir neçə videoya baxmışam.səhvlər çoxdu.
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 2 месяца назад
Abunə olduğunuz üçün və şərhiniz üçün sizə təşəkkür edirik! Təbii ki, səhvlərimiz olub və olacaq da və biz bu səhvlər üzərində işləməyə çalışırıq.
@birazvideolanaq2291
@birazvideolanaq2291 4 месяца назад
əla
@AvalonRenovation-Az
@AvalonRenovation-Az 4 месяца назад
İzlədiyiniz üçün təşəkkürlər! Mən çox şadam ki, siz nəhayət ki, bunu da görmüş oldunuz.
@birazvideolanaq2291
@birazvideolanaq2291 4 месяца назад
@@AvalonRenovation-Az deymez
@edmonddantes4896
@edmonddantes4896 Месяц назад
Almanyada böyle sıva yaparsan seni inṣaattan kovarlar
@AvalonRenovation-Az
@AvalonRenovation-Az Месяц назад
Tamam, yazıklar olsun bana. Öyle ise, gitmeyeceğim Almanyaya))
@birazvideolanaq2291
@birazvideolanaq2291 Месяц назад
@@AvalonRenovation-Az gitme gidersen hemen deport olunursun boyle ustalik sebebinden