Шарф ака сиз энг бахтли инсонсиз ота онангиз ёнингизда хар куни хамма оила нгизни уларни олдига олиб боринг хар куни уларни дуосини олинг ва боларизга хам шунакакилиь оргатинг уйингизни торисига отказинг хоп
MƏXTİMQULU FƏRAQİ təkcə 🇹🇲Türkmən qardaşlarımızın şairi deyil, bizlər 🇦🇿Azərbaycan və 🇺🇿Özbəkistan Türkləri onu onlardan az sevmirik. ÖLMƏZDƏN QABAQ Sağlığın qədrini bilgil, xəstə olmazdan qabaq, Xəstəlik şükrünü qılgil, taki ölməzdən qabaq. Düz yerin qədrini bilgil, dərya dolmazdan qabaq, Gəmidə huşyar oturgil, girdaba gəlməzdən qabaq, Gəncliyin qədrini bilgil, ta qocalmazdan qabaq. Qocaldın - könlündədir yalan cahanın sevgisi, Gözlərin gözəl görüb, səni günaha qoyğusu, Dillərin qeybət kəsib, laf-yalan sözlər ayğısı, Xatirin yüz min pərişan, kətxudalIq qayğısı, Nə əcəb xoş hal idin, özünü bilməzdən qabaq. Yaradan yadındadIr, başın yalnız halda ikən, Ötsə yüz il, yada düşməz, bəlli xoş halda ikən, Ömrünü bihudə tutma, fürsətin əldə ikən, Dəysə bir badi-xəzan, soldur səni güldə ikən, Gülü yadından çıxarma, taki solmazdan qabaq. Ağlı-huşuna yetişdin, eylədin seyranı sən, İstər idin cəm edəm, bu külli İranı sən, Yemədin bir dəm farağat tanrı verən nanı sən, Hey, xəbərin varmıdır, bu cahanın mehmanı sən, Azuqən təyyarı qıl, karvan çəkilməzdən qabaq. Qalmamış bu köhnə dünya Rüstəm ilə Zalına, Qürrələnmə iki günlük yeygi-içki, malına, Həqiqət arifin gör, atlası verdi şalına, Dur səhər, Məxdumqulu, ağla bu gün öz halına, Sübh çağı məhşər günü tərlə utanmazdan qabaq.