Qarmon ifaçısı çoox gözəl ifa edir. Eşq olsun! Ancaq, bir tövsiyyəm var: Qaqaş, bir çox şeyləri Kəlbəcərli Qaçaydan öyrənməyin lazımdı. 1. Qarmonu götür məclisin ortasına qaç... 2. Başını, dala-qabağa çoox güclü surətdə yellə.... 3. Ayağını qaldırıb, qonaqların stulunun üstünə qoyub ifa et. 4. Məclisin ortasında, uzan yerə, arxası üstdə ifa elə. 5. Dombalaq aşa aşa ifa elə! Və s. Əgər bu dediklərimi etsən, heçç qarmon ifa eləməyin lazım deyil, onda camaat səni sevəcək. Yox, əgər, mədəni surətdə oturub, super ifa etsən belə, sevilmiyəcəksən. Sənə yer yoxdu. Qaçaydan öyrən, çünki, Qaçay həmişə, qarmonu, yuxarıda sadaladıqlarım kimi çalır və sevilərək çoxlu pullar qazanır. Nə qədər gec deyil, Qaçaydan öyrən. Oldumu?