Hər bu son gediş videosunu görəndə ürəyim başı sızlayır, gözlərimdən yaş süzülür. Can gözü arxada qalan bala, geri dönəcəyinə ümidi olmayan ölümün gözünə dik baxan igid oğul, anasından ayrılan bala, məkanın cənnət olsun. Allah Lalə anaya səbir versin.
Allah bütün Şəhidlərimizə rəhmət etsin, onlar unudulmazlardır. Hər bir Şəhidimiz dəyərli və ən uca məqama çatanlarlardı. Səbuhi bin neçə şeirimin obrazı və " Sirli güzgü" kitabımın əziz obrazlarındandır.