Тёмный
No video :(

Çəkilişdə ağzından qan açıldı, xəstəliyini ondan gizlədilər, kitab oxuyanda öldü 

Kulisaz
Подписаться 24 тыс.
Просмотров 44 тыс.
50% 1

Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Ələsgərin atası əslən İrandan olub. O, Azərbaycanda ailə həyatı qurduqdan sonra İrana qayıtmayıb. Ailələrində Ələsgərdən başqa heç kim incəsənətlə məşğul olmayıb.
Ələsgərgil ailədə 4 bacı, 2 qardaş olubar. 12 yaşında atasını itirən aktyorun uşaqlıq illəri Kubinkada keçib. Atasının ölümündən sonra ailənin bütün yükü onun çiyinlərinə düşüb. 16 yaşından işləməyə başlayıb. Alver edib, tum, dondurma satıb. Gəmidə, zavodda "tokar" kimi də çalışıb.
Səhnə və teatrla ilk tanışlığı 15 yaşında olub. İlk dəfə Akademik Milli Dram Teatrında Şekspirin "Qış nağılı"na, Cəfər Cabbarlının "Almaz"ına baxır. Hökumə xanımın, Leyla Bədirbəylinin, Möhsün Sənaninin sənətkarlığına vurulur. Elə o vaxtdan aktyor olacağına qərar verir. Anası onun aktyor olmasına razı olmasa da, Ələsgər fikrindən dönmür.
Bir müddət Lütfi Məmmədbəyovun Xalq Teatrına getməyə başlayır. Sonra sənədlərini İncəsənət institutuna verir, gündüz Musiqili Komediya Teatrında fəhlə, gecə isə Tədris Teatrında mühafizəçi kimi işləyir. Kütləvi səhnələrə çəkilir. 1975-ci ildə İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirir.
1976-cı ildə Ələsgər bacısının həyat yoldaşının qohumlarından birinin Nazilə adlı qızına vurulur. Utancaq olduğundan bu barədə ancaq bacısına deyə bilir. Ailələrin razılığı ailə həyatı qururlar. Onların bir oğlu, bir qızı dünyaya gəlir.
Əsgər Məmmədoğlu "Qərib cinlər diyarında", “Yol əhvalatı”, Alma almaya bənzər” filmlərində, "Evləri köndələn yar", "Qatarda", "Yaşıl eynəkli adam" tamaşalarında yaddaqalan rollar ifa edib. Ancaq onu tamaşaçılara ən çox sevdirən “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı olub. Adı Əsgər olsa da, bu filmdən sonra onu Ələsgər deyə çağırıblar. Getdikcə öz adı unudulub, o, da özünə elə Ələsgər adını götürüb. 2002-ci idlə əməkdar artist adını alıb.
1980-ci ildə Ələsgər Məmmədoğlu Alen Delonun da çəkildiyi SSRİ, Fransa və İsveçrə istehsalı olan “Tehran-43” filminə çəkilir. Amma onun çəkildiyi səhnələrin bir çoxu filmdən çıxarılır. Bu aktyora çox pis təsir edir. “Bu film olduğu kimi yayımlansaydı, mən bütün ittifaqda məşhur idim” sözlərini deyir.
Görkəminə görə onu məşhur aktyor Adreano Çelentanoya bənzədir, Azərbaycanın Çelentanosu deyə də çağırırdılar.
Aktyorun filmdə dediyi “nə var e, Ələsgər, Ələsgər” sözləri uzun müddət tamaşaçıların ən sevimli replikalarından birinə çevrilib. Hətta bir çox adamalar avtomobillərində onun səsi yazılmış siqnallardan istifadə ediblər. Bir dəfə bir cavan oğlan ona deyib ki, sizin səsinizlə siqnal yığıdırmaq üçün 300 manat xərcləmişəm. Aktyor isə zarafatla cavab verib ki, elə o pulun yarısını mənə verərdin, maşının qabağında özüm oturub qışqırardım.
Aktyor özü haqqında deyirmiş: mənim utancaqlığım başıma bəla oldu. Heç nə edə bilmədim, abır-həya güddüm.
Bir vaxtlar aktyor haqqında qəzetlərin birində xoşagəlməz xəbər yayılır. Aktyorun imkansızlıq ucbatından qapılar döydüyünü, reketliyə yaxın yolla pul qazandığı iddia edilir. Lakin, aktyor müsahibələrinin birində bu haqda deyir:
“Qəzetdə bu mövzu hallandı. Jurnalistlə görüşdüm, o qəzet oxunmaq xatirinə yazmışdı. Qabaq gedib 4 nəfər məktəblərdə tamaşa oynayardıq, qazanardıq, indi bir rayona getmək üçün 50 manat yolpulu lazımdır. Daha o imkan da kəsilib”.
Qəribədir ki, aktyora çox tanınmasının səbəbi barədə sual verəndə o, səbəb kimi dişlərini deyib. Ömrünün son illərində rolsuzluqdan şikayət edən Ələsgər Məmmədoğlunun ən çox göründiyi yer şəhər çayxanalarından biri olub. Hətta ondan zarafatla çayxanada işlədiyini soruşurmuşlar. Aktyoru ən çox əsəbləşdirən sual isə “niyə maşının yoxdur?”, olub.
Ailəsinə və uşaqlarına çox bağlı biri olub. Qız nəvəsini hamıdan çox istədiyini deyirmiş. Oğlu xatirələrində deyir:
“Ailəsinə həddindən artıq diqqət yetirən insan idi. O, övladlarına kənardan nəzarət etməyi bacarırdı. Evin tək oğlu olduğumdan mənə ciddi nəzarət edirdi. Bir dəfə məni sinifdən çıxartmışdılar. Atam direktorun yanına getdi. Yarım saatdan sonra gördüm ki, direktorla öz dünylarındadırlar. Nəsimidən, ədəbiyyatdan söhbət edirlər, mən qıraqda qalmışam”.
Onun üçün baş və ya epizodik rolların heç bir fərqi olmayıb. Hansı rolları veriblər, onu da oynayıb. “Mən ancaq baş rolda oynayacağam” deyə iddiası olmayıb. Ən böyük arzusu isə Hacı Qara tamaşasında Hacı Qaranı ifa etmək olub.
Televiziya verlişlərinin birində qonaq olarkən qəfildən halı pisləşir, ağzından qan gəldiyi üçün çəkilişi saxlayırlar. Aktyoru evə gətirəndə hər kəs elə bilir ki, o, insult keçirib. Ertəsi gün müayinə olunanda isə məlum olur ki, onun qara ciyərində şiş var. Xəstəliyi cəmi 40 gün çəkir. Ailəsi onu İrana aparır. Həkimlər deyir ki, sağ qalma ehtimalı sıfıra bərabərdir, aparın evə. Ölümündən əvvəl kitab oxumaq istədiyini deyir. Bir dəqiqədən sonra elə əlində kitab 2015-ci il dekabrın 21-də dünyasını dəyişir. Ailəsi son ana qədər xəstəliyini ona demir, gizlədir.
Ələsgər Məmmədoğlunun ən son çəkildiyi film “Xoxan” olur.

Опубликовано:

 

20 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 69   
@latifamuradova954
@latifamuradova954 3 года назад
Allah rehmet elesin . O gozel insan, gozel senetkar idi .Insanlara Sagliginda giymet vermek lazimdir.
@sahinmuradov6933
@sahinmuradov6933 3 года назад
Аллаh реhмет елесин саде инсан уреjи темиз
@user-mx1jy8sv5n
@user-mx1jy8sv5n 3 года назад
АЛЛАХ СИЗЕ РЕХМЕТ ЕЛЕСИН ЙЕРИНИЗ ЧЕННЕТ ОЛСУН АМИН АМИН
@zngzurlu1796
@zngzurlu1796 3 года назад
Allah rəhmət etsin.çox sadə,çox kasıb adam idi.Yaxşı sənətkar idi
@tan8576
@tan8576 3 года назад
Çox mədəni insan idi, bir dəfə teatrda görmüşdüm, Allah rəhmət eləsin (((
@habibhuseynov3543
@habibhuseynov3543 3 года назад
,, АЛЛАХ " РЕХМЕТ ЕЛЕСИН ИН ША АЛЛАХ !
@kemalehesenova5374
@kemalehesenova5374 3 года назад
Allah rəhmət etsin gözəl sənətkar idi
@aydinmelikov5794
@aydinmelikov5794 3 года назад
Allah rəhmət eləsin böyük sənətkarımızı
@user-ly6wi7ll8v
@user-ly6wi7ll8v 3 года назад
Allah rehmet elesin gözəl aktyorumuz
@aytendeniz6366
@aytendeniz6366 3 года назад
Gozel aktyor idi Elesger Memedoqlu allah rehmet elesin ruhun wad olsun gozel senetkar amin
@zemaaliyeva8338
@zemaaliyeva8338 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN🙏
@nigarhesenova2455
@nigarhesenova2455 3 года назад
Allax rehmet elesin,bele.kasib artistlerimizi gorende vallax ele pis oluramki adam soz tapmir demeye
@leylamohubbetqizi8166
@leylamohubbetqizi8166 3 года назад
ALLAH REHMET ELESIN. ISTEDADlI IDI. ISTIFADE ETMEDILER.....
@safayaqubali68
@safayaqubali68 3 года назад
Allah rəhmət eləsin.
@parimamedova1043
@parimamedova1043 3 года назад
Аллах рехмет етсин.
@gulya2212
@gulya2212 3 года назад
Bəzi sənətçilərə , sanki onların yeri olmalı imiş kimi baş rollar, bəzilərinə isə ikinci dərəcəli rollar verilir sanki onlar da ancaq bu rolları canlandırmalıdırlar. Əlbəttə ki belə münasibət istər istəməz qəlbə toxunan hərəkətlərdir. Nə qədər rol təklifi gözləyən artistlərimiz qulaqları səsdə dünyalarını dəyişdilər . Allah onlara rəhmət eləsin . Allah Ələsgər bəyə də rəhmət eləsin. Nur içində yat gözəl insan
@user-vu9mr1iw4x
@user-vu9mr1iw4x 3 года назад
Allah rahmat elasin
@hayatz5781
@hayatz5781 3 года назад
Allah Rehmet elesin Amin 🤲♥️
@sarivanagayev4754
@sarivanagayev4754 3 года назад
Allah rəhmət eləsin
@zullfiyebaki3684
@zullfiyebaki3684 3 года назад
Yaxwi insan gozel senetkar idi Allah rehmet eylesin
@fatosfatos4988
@fatosfatos4988 3 года назад
Allah rəhmət eləsin! 🤲 🤲
@huseyneliyev3053
@huseyneliyev3053 3 года назад
Gozel senetkar idi
@natiqmuradov6525
@natiqmuradov6525 3 года назад
Allah rehmet etsin..
@zaurnasrullah6019
@zaurnasrullah6019 3 года назад
ALLAH rəhmət eləsin. Yaxın dostumun əmisidi
@mikaylzad9289
@mikaylzad9289 3 года назад
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Çox gözəl aktyor idi.
@QuL2121
@QuL2121 3 года назад
Ələsgər ala ne var eee elesger ha elesger 😥mehsur eden ifade ruhun şad olsun senetkar
@zahramammadova6487
@zahramammadova6487 3 года назад
Allah rəhmət eləsin! Amin!
@zaurkerimov7697
@zaurkerimov7697 3 года назад
ALLAH REHMET ELESIN ☝️🤲
@vtndas8835
@vtndas8835 3 года назад
Məncə,onu heç dəyērləndirib saymadılar,çox təəssüf.
@mesmeeliyeva7410
@mesmeeliyeva7410 3 года назад
Allah rehmet elesin
@user-dn6ph5uu3p
@user-dn6ph5uu3p 3 года назад
Аллаh реhмет елесин Амин
@sudabehankisi9447
@sudabehankisi9447 3 года назад
Allah rehmet elesin.Yene de qedri bilinmeyen aktyorlardan biri.Ölenden sonra qızıldan heykelini qoysunlar kime ne.
@ulkaraliyeva2291
@ulkaraliyeva2291 3 года назад
Sehifenizi cooox beyenirem hem seslendirme hem talehleri gozel anlatirsiz.
@anarsalamov6042
@anarsalamov6042 3 года назад
Allah rəhmət eləsin mekanı cənnət olsun inşallah amin
@zahiraeliyeva6656
@zahiraeliyeva6656 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN ONUN HƏR OYNADİĞİ ROL MƏNİM ZƏNİMCƏ BAŞ ROL
@severcavanicavani6531
@severcavanicavani6531 3 года назад
Ələsgər nədiey !1 kəlmə xalqın dilinə duşdu Sevimli sənətkar allah rəhmət eləsin
@ulkaraliyeva2291
@ulkaraliyeva2291 3 года назад
Allah rehmet elesin ushagligda en cox sevdiyim kukla teatri senetkariydi. Mektebde oxuyanda cixishini izlemishem kashki o vaxt shekil cekdirmek imkanim olardi
@anaresedov4141
@anaresedov4141 2 года назад
Allah rehmet elesin Gozel senetkarimiza.
@samsung-vv7qp
@samsung-vv7qp 3 года назад
Elə yazacadım Adreano Celentanoya oxsayır.və buda bizim Şabanımız Çox gözəl insan gözəl sənətkar Allah sənə qəni qəni rəhmət eləsin.
@muradmuradov5068
@muradmuradov5068 3 года назад
allah sene qeni qeni rehmet elesin böyük aktiyorlarimizdan biridin çox sade insan olub
@gulshanmamedova5371
@gulshanmamedova5371 Год назад
Allah rehmet eləsin nur içində yatsın Amin çox yaxşı Aktyor idi
@user-sq9ul2zk6k
@user-sq9ul2zk6k Год назад
Аллах рехмет еласин йери чанат олсун
@user-uq1jp1zi9x
@user-uq1jp1zi9x 3 года назад
Gözel senatkarmz allah rehmet elesin mekann cennet olsun neçe yaşnda vefat edib ?????????
@xalidaxalafova8112
@xalidaxalafova8112 3 года назад
Məkanı Cənnət Olsun Əsil Sənətkara Rol kiçik , ya baş rol olması fərq etməməlidi ..Mərhum Ələsgərdə Belə Aktyor İdi .Allah Rəhmət Eləsin 🤲🤲🤲
@cahidasadov7517
@cahidasadov7517 3 года назад
Аллах рахмат еласин санаткары
@user-vv4yv1up9s
@user-vv4yv1up9s 2 года назад
Аллаh Раhмат ейласин
@hzx373
@hzx373 3 года назад
ALLAH REHMET ELESIN
@sahlatsahlarl6910
@sahlatsahlarl6910 3 года назад
Yerin cennet olsun istedadll insan
@susannaabdullayeva5864
@susannaabdullayeva5864 2 года назад
Cox pis oldum.Sevduyim aktyorlardan idi.😢
@user-sz1qg7hz3f
@user-sz1qg7hz3f 3 года назад
Аллах рехмет елесин
@xalidniftullayev3569
@xalidniftullayev3569 Месяц назад
Allah rəhmət eləsin ruhu şad olsun Amiin
@rhimovasbin8
@rhimovasbin8 2 года назад
Allah Min rəhmət elesun Amin Heyif gözəl insan idi onun qizi pionina dersine gedirdi mənlə
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 3 года назад
Qara ciyerinde sis olanda agzindan niye qan gelir ki? ele olur?
@user-wv3qd9gv2q
@user-wv3qd9gv2q 9 часов назад
Елескерле Бир йерде ордуда олмушам Украинада Аллах рехмет елесин
@meherremqasimov284
@meherremqasimov284 2 года назад
reklamı atladıq
@serdaramin1910
@serdaramin1910 3 года назад
*_*
@hururesulova9299
@hururesulova9299 3 года назад
Allah rəhmət eləsin
@melahetsukurova3479
@melahetsukurova3479 3 года назад
Allah rəhmət eləsin nur içində yatsın
@arifpiriyev1350
@arifpiriyev1350 3 года назад
Allah rəhmət eləsin.
@sehidlerim.
@sehidlerim. 2 года назад
Allah sizi rəhmət eləsin gözəl insan, sevimli aktiyorumuz
@user-yx7cj4dy4f
@user-yx7cj4dy4f 2 года назад
Allah rehmet etsin
@ayxand9639
@ayxand9639 Год назад
ALLAH rehmet elesin
@bestihesenova9265
@bestihesenova9265 3 года назад
Allah rəhmət eləsin
@seadetkerimova9205
@seadetkerimova9205 3 года назад
Allah rəhmət eləsin
@daltqurbanov3289
@daltqurbanov3289 3 года назад
Allah rəhmət eləsin
@ss.0175
@ss.0175 2 года назад
Allah rəhmət eləsin
@faridjafarov610
@faridjafarov610 2 года назад
Allah rəhmət eləsin
@xaqanmardanzade7587
@xaqanmardanzade7587 3 года назад
Allah rəhmət eləsin
Далее
İmam Mustafayev
3:40
Просмотров 3,4 тыс.