Тёмный

Çəkməci Əli dayı Azərbaycan peşəkar rəqs sənətinin banisi Əlibaba Abdullayevin dostu 

Papaqlı Azərbaycan
Подписаться 4,2 тыс.
Просмотров 786
50% 1

Azərbaycan rəqs sənəti böyük tarixi inkişaf yolu keçib. Bəlli olduğu kimi, respublikamızda bu sənətin qədim tarixi var və bir neçə mərhələni uğurla adlayan rəqslərimiz uzun əsrlər xalq arasında yaşayıb. Sonra xalqdan səhnəyə, səhnədən yenidən xalqa təqdim edilib. Azərbaycan torpağında ta qədim çağlardan ritm tutan insanlar, musiqini duyanlar, onu hərəkətlərdə ifadə edənlər çox olub. Tarixən hərəkətlə danışmağı, rəqs elementləri ilə fikrimizi ifadə edə bilmişik.
Yüzlərlə rəqs doğulub bu torpaqda. Azərbaycan qadınının, Azərbaycan kişisinin ovqatını, əhvalını ifadə edən rəqslər səhnədə daha peşəkar şəkildə ifadəsini tapıb.
Azərbaycan peşəkar rəqs məktəbinin yaranması, bu məktəbin neçə-neçə nəslinin formalaşması, rəqslərimizin toplanması, işlənib səhnəyə qoyulması böyük bir sənətkarın adı ilə bağlıdır. Bu, Azərbaycan peşəkar rəqs məktəbinin banisi, bu ilin mart ayının 23-də 100 yaşı tamam olan görkəmli rəqs ustadı Əlibaba Abdullayevdir.
23 mart 1915-ci ildə Bakıda doğulan və 9 avqust 1980-ci ildə 65 yaşında burada vəfat edən Əlibaba Abdulla oğlu Abdullayev Azərbaycan SSR xalq artisti, rəqs quruluşçusu, filmlərdə iştirak edən, arxiv kadrlarda iştirak edən bir sənətkar olub. Görkəmli sənətkar əməkdar artist fəxri adını 1943-cü ildə alıb. Bu gün adı məşhur olan, tanınan rəqqas və rəqqasələrin müəllimi olub Əlibaba Abdullayev. Rəqs sənətindən, onun tarixindən, peşəkar səviyyədə təbliğindən danışırıqsa, mütləq ustadı yada salmalıyıq.
Məlumat üçün bildirək ki, 1936-cı ildə Azərbaycan Dövlət Filarmoniyası Rəqs Ansamblının, 1941-ci ildə isə Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub. 1946-1947-ci illərdə Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb. 1957-ci ildə Moskvada keçirilən Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında qızıl medala layiq görülüb. «Nəlbəki» və «Vağzalı» rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur. 1936-cı ildə Üzeyir Hacıbəyov onun haqqında yazıb: «Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır».

Опубликовано:

 

6 май 2019

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@khanlarbashirov1884
@khanlarbashirov1884 9 месяцев назад
Allah rəhmət eləsin
@ArzuQasmova-os7fm
@ArzuQasmova-os7fm 6 месяцев назад
Ruhu şad olsun.
@NoName-pl1dr
@NoName-pl1dr 5 лет назад
Qardaş sene facebooktan yazmışam.
Далее
Əli dayı haqqında film
10:11
Просмотров 650
Ummmm We "HAIR" You!
00:59
Просмотров 5 млн
Çəkməçi Həbib kişi: "Padoş üzlər çoxalıb"
13:33
Aslanlar yurdu Qarabağ
6:06
Просмотров 8 тыс.
Çəkməçi Əli dayı "Aynadakı mən"də
0:44
Bir gün atacaqlar ata atanı - Qasımoğlu
2:03
Просмотров 43 тыс.
2 Капитан - Приезжай в Баку.
3:16
Просмотров 1,7 тыс.
Üzeyir Hacıbəyov - Fantaziya 1 (Qaytağı)
1:37
Просмотров 2 тыс.