Orxan düz deyir, Əcəmi-də olan studiomuzda bizə çox böyük dəstək olub. Waves-lərdə olan plaginlerdən necə istifadə etmək lazımdı dənə bə dənə göstərirdi. Mən A4-ə hər zaman tracklərimdə respectimi göstərmişəm. Və heç vaxt mənə belə bir sual verilmiyib deyə səsləndirməmiş ola bilərəm. A4 -ə sonsuz hörmətim var🙏
Bro sənə ən minimal dəstəyim olubsa da sən bunu dilə gətirmisən həmişə, "Azrap və Mən" trackindəki referens elə nəyə desən dəyər. Təşəkkürlər bro, hörmətlər 🤜🤛.
A4 həqiqətən çox səmimi və ustad insandır. Yadıma gəlir o vaxtı mən yazırdım instada atmışdım əməlli başlı fikir bildirmişdi mənə. Hər reper eləmir bunu bildiyiniz kimi
Sözün düzünü desəm A4-ün tərzi heç vaxt mənim açıb dinləyə biləcəyim tərz olmayıb, ama çox işini dinləmişəm, o heç. Ama bu insanın tək başına Azrep'ə verdiyi şeylər, bəlkə də 20 nəfərin birləşib verəcəyi şeylərdən daha çoxdur. Məlumatlı və intellektual olması mənə ləzzət elədi. Samirin də bir çox keyfiyyəti üzə çıxdı futbol oynaya bilməyi, müxtəlif dansları bilməsi, rep edə bilməsi, intellektuallığı və bunların hamısından kənar öz peşəsi, respect düşür :) Eynən Vaxonunda səs rejjisorluğu, aparıcılıq, stand up, rep, güləş, basketbolda podkat :D Basketbolda podkat nədi də ala :D
30:05-34:29 a qədər olan hissə adamı mənəvi cəhətdən çox pis sarsıdır Bu dəqiqə arasında gedən söhbətlər həyatda hamımızın başına gələn, gələcək hadisələrdən bəhs edir Həqiqi də, həyatda hamımız ailəmiz hesab etdiyimiz şəxslərdən verdiyi dəyəri görməyəndə çox pis hiss edir və heç vaxt düzələ bilmirik...
A4 haqqında demək olar ki fikrim yox idi bu podcasta baxdıqdan sonra başa düşdüm ki azrapin yeniliklər və hamıya kömək edən qısası mətbəxin atası olub respect!
A4 metaforada çox trackimi dinləyib heç bəyənmədiyi də olub,çox bəyəndiyi də ama hər zaman obyektiv olub.Belə adamdan mənfi müsbət fikir almaq, tənqid eşitmək belə mənim üçün hər zaman xoş olub.Qədrini bilməyənlər kimi bilənlərin, onu sevənlərin də çox olduğunu bilməsini istəyirəm.Çox adamda haqqı var heç kimə borcu yoxdur.Böyük hörmətlər A4!🤍🫶
Həmişə həvəskar olaraq rap ilə məşğul olmuşam. A4-ə hər dəfə trek atanda münasibət bildirib. Səhvlərimi deyib. O vaxt saytında özü cover hazırlayıb yerləşdirib. Free beatindən istifadə eləmişəm. Adam sadəcə ürəkdi ❤
Hə şey əladı möhtəşəmdi. Az repin yığldığı yerdi bura bu doğurdan belədir. Az repin inkaşfı üçün Samir və Valeh bunu edirsiz bu pik podkastı bunan o yana inanmiram bunu edən olsun siz bu işi görürsüz sizə uğurlar. Birdəki gözdüyürəm Şəhri gələ bərkə. X 👍🏻🦈
Bəlkə rapçi kimi yox ama Azrapdəki rolu və elədiklərinə görə okean qədər respecti var Orxan müəllimin. Rap'ə ilk başladığım tracklardan olan "T.T.M"də başroldu. Azrap uşaqları üçün elədikləri çox böyükdür. Sevgilər və hörmətlər
2003də 50 Cent`ə təzə təzə başlamışdım. Sonra da Elşad Xose və Dəyirman. Və getdi e. REP aləminin dibinə qədər düşdüm. Mən də dəstək verib xeyir görmədim, AzRap`ın başını buraxdım. Uzun söhbətdir. Axırı yaxşı olar.
A4-ü bu podcaatla daha yaxşı tanıdım, ürəyi necə doluymuş adamın, yaxşı ki, bu illər ərzində ürəyinə salmaqdan xəstəlik tapmayıb, güclü qalıb. Respect, müəllim !
Azrap məktəbdirsə A4 o məktəbdəki professorlardan biri hətta birincisidir. Həmişə demişəm yenə də deyirəm "bu adamı küstürməyin. O getsə çox şey itirəcək azrap. Bu adam konkret müəllimdir.
30:05 dən Orxanın səsindən tənhalıq hiss olunur. Əlacsız qalmış kimi, sanki ağacın bütün budaqları qırılıb, küləyə qarşı artıq taqəti qalmayıb. Bunu Orxanı yazıq göstərmək üçün yazmıram, onun qəlbini qıranlar cavab verməlidi
mənim bir tanışım vardı, məhəmməd hüseynov, mənə 2010-12 ərəfəsi yığdığı bir beat sampleri göstərdi. daha sonra onu "Boş şeydi dostum" trekində eşitdim. day bilmədim nə məsələdir.
A4 ,Vaxtında cultura üçün synaps kimi labelin yarısını qurdu ,ama əlində heç ip saxlamadı.iş,pul böyüyəndə azgözdər dava salıb labeli aldılar.indidə o label dağ olub Azrepin zirvəsi.onu geri almaq qeyri mümkün