Тёмный

Çəpgözlüyün növləri  

Dr.Rəfadar Xəlilov
Подписаться 4,7 тыс.
Просмотров 6 тыс.
50% 1

Çəpgözlüklə bağlı daha əvvəl də danışmışam ( əvvəlki videoları izləmək üçün #RXçəpgözlük etiketinə daxil olun). Fəqət indi daha da geniş mövzu haqqında - çəpgözlüyün növləri ibarədə sizə məlumat vermək istədim.
Təbii ki, videoda təkcə növlərindən yox, çəpliklə bağlı başqa məqamlardan da söz etmişəm. İzləməyi və suallarınızı qeyd etməyi unutmayın. Yaxın zamanda suallarınızla bağlı videolarım olacaq, sırf sizə özəl hazırlanmış. :)
Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
Facebook: / rafadarxalilov
İnstagram: / rafadarxalilov
Çəpgözlüyün bir neçə növü var. Bunlarla, elmi məlumatlarla sizi yormaq istəmədiyim üçün bir az daha səthi, amma məlumatlandırıcı informasiya vermək istəyirəm. Yeni doğulan uşaqlarda dediyim kimi, ilk 3 ayda hələ görmə tam formalaşmadığına görə göz hərəkətləri simmetrik olmaya bilər. Göz hərəkətləri simmetrik olmadığına görə valideynlər bəzən narahat olur, “A, bizim uşağımızda, deyəsən, çəplik var”. İstənilən halda yenə də o dövrdür. Yəni ilk 6 aya qədər çəplik mövzusunu müzakirə etmək çox da doğru deyil. Gözdə problem varmı, yoxdurmu? O müzakirə olunmalıdır. Amma çəplik mövzusu, “Mənim uşağımda çəpgözlük varmı, yoxdurmu? Bu doğru deyil. Niyə? Göz sinirləri yenə yekunda gözü hərəkət etdirən əzələlərdir. Əzələləri də idarə edən sinirlərdir. Sinirlər tam formalaşmadığına görə, beyin də kontrolu tam etmədiyinə görə fizioloji olaraq, yəni biz normal uşaqlarda belə bəzən çəplik müşahidə edirik. Gözlərin hərəkətində asimmetriyanın olmağı uşaqda bir xəstəliyin və ya bir problemin olduğu anlamına gəlməyə bilir. Bəzən düzdür, altında yatan səbəblər olur, amma yenə də müayinənin nəticəsində bəlli olur, bu patalojidirmi, yoxsa fiziolojidirmi? İstənilən halda valideyn nigarandırsa, bu nigaranlığını həkimlə bölüşməlidir. Həkim müayinə edib, yekun qərarı həkim verəcək. Müayinədən bəlli olur. Əgər gözün refraksiyasında, dərəcəsində hər hansı bir qüsur yoxdursa, mənfi, müsbət yoxdursa, ikincisi, görmə oxu sərbəstdirsə, nə deməkdir, yəni kənardan, obyektdən düşən, gələn işıq görmə mərkəzinə çatırsa, bütün şüa keçirici mühitlərimiz şəffafdırsa və göz dibində bir problem yoxdursa, müayinədə demək ki, bu fizioloji çəplikdir. Narahat olmamaq lazımdır, zamanla toparlanacaq. Adətən 2 yaşına qədər bu şikayətlər keçir gedir. Amma yenə də xəstə həkimdən sözü aldı. Bu fizioloji çəplikdir, düzələcək. Getdimi? Yox. Yenə də, hər 6 aydan bir mütəmadi getməldir, çünki uşaq inkişaf etdikcə əlavə hər hansı bir patoloji proses işə qoşula bilər. Yenə də, hər 6 aydan bir vaxtaşırı kontrol olunmalıdır. Problem, şikayət tam bitənə qədər. Bu fizioloji hissəsi. Amma patoloji nələr ola bilir? Refraktiv qüsurlar. Adətən praktikada ən çox rast gəldiyimiz hipermetrobdur. Gözdə dərəcə müsbət olur. Uşaq orqanizmi təxminən 18 dərəcə diopterə qədər qüsuru gizlədə bilir. Bu nə deməkdir? Uşağın gözü +8-dir. Amma kənara heç bir problem kimi özünü biruzə vermir. Valideynlər baxırlar, uşaqda sanki hər şey yolunda imiş kimi heç şikayət etmirlər. “Yox, həkim. Uşaq normaldır. Gəzməyi, dolaşmağı, tapmağı, yerə bir şey düşür. Dərhal gedir, balaca nöqtə də olsa, iynəni də olsa, gedir, tapır. Mənim uşağımın gözündə problem yoxdur”. Müayinə vaxtı aşkar olur ki, uşağın gözü, sən demə, +8, +9-dur. O qədər belə uşaqlarımız var. Bu da müayinə olunmadan mümkün deyil, necə aşkar edə bilərik? Yəni bu uşaq orqanizmi cavan olduğuna görə kompensator gücü çox güclüdür. Patoloji prosesi gizlədir. Amma prosesin gizlənməyi orada onun yatmağı demək deyil. O altda işini görür. Necə? Gözümüz çox yorulur. O uşağın gözü çox yorulur. Yorulduğuna görə əlavə bir stress oldumu və ya uşaq soyuqlayır, qrip keçirib, qızdırma qalxdımı, nəsə bir şey yedi, allergiya oldu. Uşaq səhər qalxsın, gözlər çəpləşir. “Ay həkim, bizim uşağın heç bir problemi yox idi. Dünən kimsə üstünə qışqırdı və ya yıxıldı, gözü çəpləşdi”. Yıxılmaqla göz çəpləşməz. Bunun gözündə problem var idi. Sadəcə o problemin dekompensasiyaya keçməsi üçün, yəni üzə çıxması üçün bir bəhanə, bir səbəb lazım idi. O səbəb də “Uşaq getdi, it hürdü, qorxdu gözü çəpləşdi və ya yıxıldı gözü çəpləşdi”. Fərqli səbəblər olur. Yekunda nə olur? İstənilən halda problemin varlığı və yoxluğu üçün vaxtında müayinə lazımdır. Əgər vaxtında düzgün müayinə aparılarsa, problem aşkar olunur. Onu da önləməkdən ötrü birinci görəcəyimiz iş eynəkdir. Uşaqlara eynək yazmaqla ola biləcək problemləri, xüsusuilə də mövzumuz çəpgözlükdür, çəpgözlüyü önləmək olur. Amma çox təəssüf ki, biz praktikada daha çox nəyə rast gəlirik? “Həkim, hər şey qaydasında idi. Bir həftədir uşağın gözü çəpləşməyə başladı”. Yəni problem ortaya çıxandan sonra biz xəstəni görməyə başlayırıq, görürük. Çəplik ortaya çıxandan sonra işin idarə olunması daha da çətinləşir, menecmenti daha da çətinləşir. İstənilən halda yenə də qayıdırıq əvvələ. Gözün dərəcəsini təyin edirik...
Daha ətraflı məlumat üçün videonu izləyin.

Опубликовано:

 

19 фев 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 98   
@azercellsurra7420
@azercellsurra7420 4 месяца назад
Gözəl insan gözəl həkim cöx mükəməl həkimdir
@eldegezibrahimov7854
@eldegezibrahimov7854 3 года назад
Salam.Sizin kimi həkimlərimiz var olsun.Nece gözel basa saldiniz .Qizimizin 12 yasi var ceplik inanin emeliyyata qalmışam çatesiz indi eletdirmek olar yoxsa 18yasinda eletdirim.Nə gözel meskehet verdiniz var olasiz .1ay erzində mutləq emeliyyat eletdirecem.İnşeallah yerde siz həkimlerin,Allahimizin köməyilə
@user-ue1kk2cw6d
@user-ue1kk2cw6d 2 года назад
Salam hekim menim qizimda ceplik vardi her iki gozunde.biz emelyat etdirdik ve 1 hefte sonra yeniden sag gozu ceplewir.biz ne ede bilerikk cox narahatiq yeniden emelyat lazim ola bilermi?.Azerbaycanda yawamiriq .
@aytacmmmdova5343
@aytacmmmdova5343 3 года назад
Salam Hekim bagislayin narahat edirem.menim sag gozumde ceplik var yeni saga sola baxarken sol gozum yanlara dogru gedir sag gozum yox.yeni bir yerde qalir ve cox hekime getmisem coxu deyr mualicesi yoxdu men sadece oyrenmek istyremki bu emeliyyat ile de duzelesi bir sey deyil?he bu arada qeyd edimki anadan gelmedi ve 19 yasim var. Cavablandirsaniz sevinerem indiden tessekkurler.
@lamiymuseyibova8838
@lamiymuseyibova8838 2 года назад
Salam həkim mənim gözdümdə çəplik var sağ gözüm çox zəyif görür gözümün 1 rini baglasam göz düzələr yoxsa əməliyyat lazımdı?
@bhmnabbasov7883
@bhmnabbasov7883 2 года назад
Salam hekim menim qızımda sağ gözünde çəplik var müalicə eletdirirem açqi taxır 5yasi var acqini çıxardıb baxanda deyr gözüm ağrıyır buna səbəb nədir?zəhmət olmasa cvb yazardz
@ilaheabdullayeva6010
@ilaheabdullayeva6010 Год назад
Salam dokdur oglumun 3yaşi var gozunun birinde arada axma var idi .Istanbul seherinde hekimlerin biri eynek yazdi indi sag gozu dahada ceplesib amma once prablem solda idi sol gozu ise axmir amma biraz ceplik hiss olunur ne edmrloyik cavablandirardiz xayis edirem
@qarabagazerbaycandir1607
@qarabagazerbaycandir1607 Год назад
Doktor siz tibbi sigorta ile emeliyyat edirsiniz cepliyi?
@user-wq3pb3ok5j
@user-wq3pb3ok5j 3 месяца назад
Salam hekim menim oğlumun iki yas yarimliqdi bir gozuhem balacalasib hemde cepliye doğru gedir hekime aparmisam nese xosum gelmir hekimdrn hecne yazmadi ele dediki telegona bacmasin amma alti aydan sonra getirersen muaineye usaqo mende qorxuram xais edirem cavab vererdizde menim sualima
@TeymurEliyev-bz6rp
@TeymurEliyev-bz6rp 4 месяца назад
Salam.hekim.bizdde usagin gozun sonradan ceplesdi neden olar sizce
@imanarmy7377
@imanarmy7377 3 года назад
Salam həkim.uşaq 3aylıqdır.çox vat yuxarıya doğru,pataloka baxır.əlimizi gözünün qabağına tutan kimi ağlayır.xahiş edirəm,deyəsiz bu nədəndi
@ayxannebiyev8073
@ayxannebiyev8073 3 года назад
Salam hekim.suzden bir sual sormaq isteyirem.usaqda balaca olandan gözünde ceplik hiss edirik.hekime apardım müalice aldı.5 yasında yene hekime apardım tam yoxlandı dediler süni ceplikdi. Ele bir ceplik var? Xahis edirem cavab yazın.görmesi normaldır
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəplik çox ciddi mövzudur . Süni yox, yalançı çəplik termini var. Ancaq bunu ayırd etmək üçün dəqiq müayinə olunmalı və dəqiq ölçülər götürülməlidir.
@murazquliyev7711
@murazquliyev7711 3 года назад
Salam usaq 40gunlukdur gozleri saqa sola cox hereket edr bir noqteye cox az baxr nedendi o ele ele bil nese axdarir etrafinda
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam, oftalmoloq konsultasiyası tövsiyyə olunur.
@ilham-cd5qx
@ilham-cd5qx 3 года назад
Salam doktor sizi qubadan narahat edirem qızım 3 aylıqdır artıq 4 gündür ki uşaqda iki gözündede gözü aşaqıya teref çepleşir 2-3 saniye sora düzelir.bu barede nese deye bilersizmi.
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəplik (strabismus) barədə movzumuz olan videomuzu izləyə bilərsiniz, uşaqlarda göz çəpliyi barədə ətraflı məlumat verilib. Əlavə olaraq qeyd edim ki, çəplik ciddi mövzudur və mütləq göz həkimi kontrolu lazımdır.
@ruquwmusazade935
@ruquwmusazade935 3 года назад
Doctor surusken ceplik ne demekdir?4yasli qizima paliklinikada deyilir her defe oradaki mualicedende cekinirem 😔
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam, sürüşkən çəplik deyilən diaqnoz yoxdur.
@janaaxmed3310
@janaaxmed3310 3 года назад
Salam.hekim menim 22 yasim var sag gozum ceplesir usaqliqdan beri hec hekime getmemisem yuxusz olduqda daha cox ceplesr ozumden asli olmur baxislarimi temzimleyemirem sizce mualice lazmdi yoxsa emelyat
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəplik geniş və ciddi mövzudur. Müalicənin hansı yolla aparılmasına yalnız müayinədən sonra qərar verilir.
@azrbaycan2523
@azrbaycan2523 3 года назад
Salam hekim umuiytlə usag telefona saatlara baxarsa 4 5 yaş arasi usag bu yaşa qdür saglam baxisi varsa televeonun o oynama iqralar var onlar cox yorucu iqralardar birdenən uşag tesedufən düz baxmirsa bu nə demükdir ??
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Dərslər xaricində biz-həkim oftalmoloqlar uşaqların kiçik monitorlu texniki avadanlıqlara uzun müddət baxmasının qəti əleyhinəyik. Bu hal uşaöın gözünün və beyninin həddindən artıq yüklənməsi deməkdir ki, öz növbəsində gözdə ciddi fəsadlara səbəb ola bilər. Əgər övladınızda gözlərin paralelliyinin pozulması ilə bağlı problem hiss edirsinizsə həkim oftalmoloqa müraciət etmənizdə fayda vardır. Uşaqların uzun müddət qadjetlərdən ( smartfon və planşetlər) istifadə etməsinə ciddi nəzarət edilməsi vacibdir.
@gunelmusayeva2715
@gunelmusayeva2715 3 года назад
Doktur mənim oglum 5 ayındadı düz baxır ama gözünü cox vaxd burunun ucuna gətirir prablem ols bilər?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəplik problemi ola bilər. Oftalmoloq konsultasiyasında olmaq məsləhətdir.
@780quluyev5
@780quluyev5 3 года назад
Salam dokdur çəp gozluk kombutere telefona çox baxmaqdan əmələ gelir yoxsa anadan gəlmə olur ?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəpliyin çox müxtəlif səbəbləri olur. Yaxından kiçik monitorlarla uzun muddət işləmək də çəplik yarada bilər.
@yusifqafarl1128
@yusifqafarl1128 2 года назад
Salam Hekim 17yasinda Qizimda 1aydir çəplik yarandı 1ildik zəyif görmə sebebinden eynekd ne istifade edirdi.Hekime getdik MRT məsləhət gördü getdik Qliotik ocaq diaqnoz
@yusifqafarl1128
@yusifqafarl1128 2 года назад
Qliotik ocaq diaqnoz qoyuldu bu səbəbdən ola bilər .zəhmət olmasa məsləhət görərdiz
@baxcer1
@baxcer1 Год назад
Salam menim 1gozum normaldi 1gozum ise çep deyl sadece sola baxanda sağ gozum 1eşyanı 2defe gorur 15yaşim var nese prablem olmaz gelecekde ?
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Çəpliyin növlərindən biri ola bilər. Oftalmoloq baxışı məsləhətdir.
@sairsayag3945
@sairsayag3945 3 года назад
Həkim salam. Həkim məm gözümdə bir balaca çəplik olur, ama diqqtnən bir yerə baxanda düzəlir biraz yüngül olan zaman yenə axır. Ama dəqiq bilmirəm həkimə gedim müayinə etsin siz məsləhət verərdiz? Yəni kimləsə söhbət edəndə diyilir çəplik var, yəni az yüngül qırağa gedir.😏 Diqqətnən baxanda düzəlir??? Xaiş edirəm bir söz diyərdiz???
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam, çəplik ciddi mövzudur və göz həkimi müayinəsi tövsiyyə olunur.
@sairsayag3945
@sairsayag3945 3 года назад
@@RafadarXalilov oldu çox sağol lun yəni inşəllah yaxşı olar, belə burdan məlumat bilmək isdiyirdim yenədə təşəkkürlər..
@terlanagazade1397
@terlanagazade1397 3 года назад
Hekim salam ceplikin dermani var mualceynen duzelir
@metlebehmedov7679
@metlebehmedov7679 4 года назад
Salam Hekim siz hansi xestexanada çaliwirsiniz.
@RafadarXalilov
@RafadarXalilov 4 года назад
Salam. Spero klinikası ( köhnə Dobromed), AYNA GÖZ LAZER MƏRKƏZİ ( 2-ci mərtəbə). 20 Yanvar küçəsi 1 B. Qeydiyyat nömrəmiz: 051 555 58 50
@senubermuxtarova7033
@senubermuxtarova7033 2 года назад
Salam hekim uşaq 9 aylıqdı yuxudan duranda gözlərin cəpləşdirir sonra düzəlir bu neden olur?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam . Çəpliyin səbəbini ancaq göz həkimi müayinəsində bilmək olar.
@vusalehesenova6178
@vusalehesenova6178 2 года назад
Salam hekim. Qizimin 5 yasi var. Ceplik cox az hiss olunan kimi hekime apardim. eynek taxannan sonra ceplik dahada artdi. Eynekle dubbeduzdu gozu. Eyneyi cixardanda qacir gozu. Bilmey istiyirem bele olmalidi? Ya hekim duzgun mualice yazmiyib?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Uşağın gözü haqqında və həkimin müalicəsi barədə bilgim olmadığına görə dəqiq bir söz demək çətindir, ancaq eynəkdə göz düzdürsə, eynəyi çıxaranda qısa müddət çəpliyin artması sizi narahat etməsin. Bu normal haldır, önəmli olan eynəkdə gözlərin paralel olmasıdır.
@vusalehesenova6178
@vusalehesenova6178 2 года назад
@@RafadarXalilov cox sagolun cavab yazdiginiz ucun.
@elgunceferoff301
@elgunceferoff301 3 года назад
SALAM MENİM SAG GOZUM SAGA QACR MUALİCESİ UCUN NEYLİYE BİLEREM DERMANİ VARMİ?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəplik müayinəsi olmaq məsləhətdir.
@zarinamamedova8766
@zarinamamedova8766 4 года назад
Salam həkim mənim qızımın gözləri normal görür heç bir çəplik görünmür amma hərdən bir gözü çəpləşir və nəsə yazanda sulanır nədəndir?
@RafadarXalilov
@RafadarXalilov 4 года назад
Salam, əgər çəplik müşahidə edirsinizsə göz həkimi müayinəsində olmaq məsləhətdir. Çəplik daimi ola bildiyi kimi gizli ( latent) də ola bilir. Əgər belə hal müşahidə edilirsə uşaq mütləq həkim nəzarətində olmalıdır.
@ramilkrimov2777
@ramilkrimov2777 4 года назад
@@RafadarXalilov elxan məmmədov və ya bir dənə kişi ilə qadının eyni HÜQUQLARI və azadlıqları azərbaycan respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir
@kesirebayramova6164
@kesirebayramova6164 3 года назад
Salam Doktur mənim oğlum 4aylıqdı gozunde çəplik hiss edirem bü məni çox narahat edir.
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Çəpliyin səbəbi hamiləlik zamanı ananın təzyiqinin yüksək olması deyil. Müayinədən keçməniz məsləhətdir.
@Xedice.memmedli987
@Xedice.memmedli987 8 месяцев назад
Çox xaiş edirəm cavab yazın
@omribrahimzada204
@omribrahimzada204 3 года назад
Men.33.yasim.1.gozumden.aprez.olub.balaca.qalib.duzelde.bilersiz.xatis.edrem.
@kesirebayramova6164
@kesirebayramova6164 2 года назад
Birdə çəpgozluyun əməliyyatı neçiyə edirsiz?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Qiymətlər barədə mərkəzimizin meneceri ilə əlaqə saxlayaraq daha ətraflı məlumat ala bilərsiniz. Tel: 050 305 58 50
@inqilabaliyev831
@inqilabaliyev831 3 года назад
Salam Həkim Mənim gözlərim o yan bu yana qaçır . hamını iki dənə görürəm sizcə mən həkimə müraciət etməliyəmmi? Zəhmət olmasa deyərdizdə Xahiş edirəm
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Bəli, ikili görmə həkimə müraciət etmək üçün ciddi səbəbdir.
@inqilabaliyev831
@inqilabaliyev831 3 года назад
Həkimə müraciət etdim və.damcı yazdı dedi ki nevroloqa göstərin əsəbdəndi bizdə getdik oda iki dənə atma dərmanla 5 dənə iynə yazdı ... Amma evdəkilər deyir gözünün biri yuxarıda biri aşağıdadı sizcə yenə müraciət etməliyəm?
@turalzamanov5130
@turalzamanov5130 2 года назад
Salam hekim.sizinle nece elaqe saxalaya bilerik?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
@togrulmtlbzad4337
@togrulmtlbzad4337 3 года назад
Salam...22 yasim var ve bir gozumde ceplik yaranib,mualicesi olurmu ve ya emeliyyati?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Çəpliyin səbəbini araşdırıb ona uyğun müalicə aparmaq laxımdır.
@togrulmtlbzad4337
@togrulmtlbzad4337 3 года назад
@@RafadarXalilov məndə gözlərim sonradan zəiflədi,və sağ gözümdə qulağa tərəf sürüşmə var və hiss edirəm ki göz təmbəlliyidi..Sadəcə bilmək istəyirəm ki hər hansı müalicəai varmı?(və ya cərrahi) (Zəiflik -1.50)
@omribrahimzada204
@omribrahimzada204 3 года назад
Haradasiz.bakida..enim.ceplikden.aprez.olub.hemen.goz.balaca.qalib.
@Black-xf6lc
@Black-xf6lc 2 года назад
@@RafadarXalilov salam hekim tenbel göz ceplik emeliyati olarsa tekrar çepleşme ehdimali var?? Varsa neqeder müddete çepleşer
@xdiczimova4902
@xdiczimova4902 2 года назад
Salam rafadar həkim mənim gözümdə çəplik var təbii doğuş olar ?birdə zəifliydə var mənfi 1 hər iki gözümdə.ya gəlib yoxlanış eletdirməliyəm?
@xdiczimova4902
@xdiczimova4902 2 года назад
Cavab yazardızda 🙏
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Bütün hamilələr hamiləliyin 6-8-ci ayında rutin oftalmoloq müayinəsindən keçməlidirlər.
@xdiczimova4902
@xdiczimova4902 2 года назад
@@RafadarXalilov tamam həkim gəlmişem e sizin yanıza neçə dəfə inşallah zamanı gələndə gələcəm
@kesirebayramova6164
@kesirebayramova6164 2 года назад
Həkim qəbulu neçiyədir uşaqlarçun ?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Qiymətlər barədə mərkəzimizin meneceri ilə əlaqə saxlayaraq daha ətraflı məlumat ala bilərsiniz. Tel: 050 305 58 50
@bhmnabbasov7883
@bhmnabbasov7883 2 года назад
Salam hekim siz hansı xəstəxanada oturursuz? Qəbul nömrəniz necedi?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq sizə uyğun vaxt üçün qəbula yazıla bilərsiniz.
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Ünvanımız: Spero Klinikası (köhnə Dobromed klinikası), 2-ci mərtəbə, Ayna Göz Lazer mərkəzi, 20 Yanvar küçəsi 1/ B, Şamaxinka.
@huseynaslanov8872
@huseynaslanov8872 2 года назад
Salam həkim bağışlıyın sizi narahat edirəm mənim gözümdə çəplik varıydı getdim həkimə eynək yazdı 1,2 il bundan qabaq getmişdim indidə eynəkdə düz baxıram eynəki çıxardanda nətər deyim gözüm üstəliyir gözümdə birəz çəplik olur
@user-zu6pz8hd6u
@user-zu6pz8hd6u 2 года назад
Hekim salm menim qizimi 7 yaşı var iki yaşınnan sora çeplik emele geldi uji açqiynen sagalmir .doktur deyir aprasiya edilmelidi usagim cox zeyifdi 7 yası var 13 klodu. Emeliyatdan qorxuram
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Əməliyyat qərarı veriləndə göz həkimi ilə yanaşı həkim - reanimatoloq da pasiyenti müayinə edir. Əgər hər hansı bir əks göstəriş olarsa, pasiyent əməliyyata götürülmür.
@Xedice.memmedli987
@Xedice.memmedli987 8 месяцев назад
Salam doktor.mənim 14 yaşım var zarafat üçün gözümü çəpləşdirdim.gözüm 2 ,3 saniyəlik elə qaldı sonra əlimlə düzəltdim.2 3. Gün boyunca gözüm uzağı bulanıq görürdü sonra yavaş yavaş düzəldi.üstündən bir il keçməyinə baxmayaraq yenədə içimdə qorxu varki birdən gözüm yenə elə olar düzəlməz. Əyər gözüm elə olsa əməliyyatıa düzəltmək mümkündür?
@RafadarXalilov
@RafadarXalilov 8 месяцев назад
Salam. Gözünüzdə istəksiz çəplik hiss edirsiniz?
@Xedice.memmedli987
@Xedice.memmedli987 8 месяцев назад
@@RafadarXalilov salam xeyr.1 il bundan öncə etdikdə bəli olurdu.ama indi yox.sadəcə qorxu kimi qalıb Mende.
@RafadarXalilov
@RafadarXalilov 8 месяцев назад
Salam. Qorxunuzun əsassız olmasını bilmək üçün bir dəfə göz həkimi kontrolunda olmanızı tövsiyyə edərdim.
@Xedice.memmedli987
@Xedice.memmedli987 8 месяцев назад
@@RafadarXalilov çox sağolun doktor
@xatunkidsshow4629
@xatunkidsshow4629 3 года назад
Salam hekim.men.evveler oz.gozum ucun.hemise size.muraciet edirdim.amma indi harada islediyinizi bilmirem.indi korpe.qizim var 9ayliqdir sol gozunde.buruna.teref ceplik hiss edirem.evvel hiss etmemisdim.isterdim yaniniza getirim
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Əlbəttə körpənizi gətirə bilərsiniz. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Əlaqə saxlayaraq qəbula yazıla bilərsiniz. Ünvanımız: Spero klinikası, (əvvəlki Dobromed klinikası). 2-ci mərtəbə, Ayna Göz Lazer Mərkəzi. 20 yanvar küçəsi 1/b. Şamaxinka.
@xatunkidsshow4629
@xatunkidsshow4629 3 года назад
@@RafadarXalilov oldu.hekom.cox.sag olun
@user-zu6pz8hd6u
@user-zu6pz8hd6u 2 года назад
Doktor inşeAllah sabah şekiye gelen doxtur siz olarsiz
@ramilkrimov2777
@ramilkrimov2777 4 года назад
bu yaş arası və azadlıqları birbaşa😂 qüvvədədir və bayramlarda və 😥
@muradvz6337
@muradvz6337 4 года назад
Kretokonus əməliyyatından sonra gözdə yaranan çəplik haqqında danışa bilərsiz zəhmət olmazsa ..
@RafadarXalilov
@RafadarXalilov 4 года назад
Salam. Keratokonus əməliyyatından sonra çəplik əmələ gəlməz. Əgər əməliyyatdan sonra çəplik əmələ gəlibsə, bunun başqa səbəbi var, əməliyyat ilə bağlı deyil, araşdırılmalıdır.
@muradvz6337
@muradvz6337 4 года назад
@@RafadarXalilov belə deyim də əgər gözlərin görmə faizi biri digərindən çox fərqlənərsə yəni kretokonus əməliyyatından öncə də belədi sonrada gözlərdə çəplik yaranar ?? Və əgər yaranarsada bu qarşısını necə almaq olar ??
@_ali.alili_1809
@_ali.alili_1809 4 года назад
@@RafadarXalilov salam doktor ceplik emeliyatindan sora ceplik geri qayida bilermi?
@RafadarXalilov
@RafadarXalilov 4 года назад
@@_ali.alili_1809 Salam. Çəplik çox mürəkkəb mövzudur. .Adətən çəplik üzrə ixtisaslaşmış oftalmoloq öncədən təxmini proqnoz verə bilir və çəplik geri qayıtmır , nəticə qalıcı olur. Lakin orqanizmin reaksiyasını əvvəldən proqnozlaşdırmaq mümkün olmadığına görə bəzən öngörə bilməyəcəyimiz durumlarla qarşılaşa bilərik.
@_ali.alili_1809
@_ali.alili_1809 4 года назад
@@RafadarXalilov ceplik emeliyati zaman xesde narkoz vastesile yatilir ya eksimer lazer emeliyatinda ki kimi olur?
@kesirebayramova6164
@kesirebayramova6164 3 года назад
Hamiləlikdə yuksek təziqim olub ondan ola bilər
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. Çəpliyin səbəbi hamiləlik zamanı ananın təzyiqinin yüksək olması deyil.
@kesirebayramova6164
@kesirebayramova6164 2 года назад
Duzəlməsi mumkundurmu?
@IsmailIsmail-hy3rm
@IsmailIsmail-hy3rm 3 года назад
.
@fermanmanafov4353
@fermanmanafov4353 3 года назад
Salam.Anadan gəlmə çəpgözlüyün yaranma səbəbi?
@IsmailIsmail-hy3rm
@IsmailIsmail-hy3rm 3 года назад
Beli
Далее
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
NOOOOO 😂😂😂
00:15
Просмотров 4,5 млн
Çəpgözlüyün eynəklə müalicəsi #RafadarXalilov
4:03
Uşaqlarda görmə dərəcəsi #RafadarXalilov
9:14
Çəplik haqqında Dr Cahidlə maariflənin
46:10
Просмотров 3,5 тыс.
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35