Тёмный

Çox İnsan Bunu Bilmir! - Mandarin Orqanlarımıza Nələr Edirmiş 

Demədi Demə
Подписаться 975 тыс.
Просмотров 45 тыс.
50% 1

#sağlamlıq #böyrək #DemədiDemə
Mandarinin vətəni Çin və Vyetnam sayılır. Avropa bu sitrus meyvəsi ilə XIX əsrdə tanış olub. Narıncı qabığı, bəzən turşməzə, bəzən də turş dadı ilə sevilən mandarinin Çin xalqının tarixində xüsusi yeri var. İndinin özündə belə, yeni il ərəfəsində çinlilər maraqlı bir ritualı yerinə yetirirlər. Gələn qonaq ev sahibinə 2 mandarin verir. Gedəndə isə ev sahibi ona fərqli ölçüdə 2 mandarin verərək yola salır. Yeni il masasının bəzəyində mandarinin mütləqliyi bizə SSRİ dövründən miras qalıb. Amma mandarin sevənlərin çoxu unudur ki, meyvə əks təsir göstərə bilər.
Buna görə də, mən videoya mandarinin əks təsirləri ilə başlamaq qərarındayam. Xəstəliklərin profilaktikasında mandarinin önəmi və onun orqanizmə verdiyi zərərlər haqqında isə videonun davamında öyrənəcəksiniz.
Dilimizdə adı naringi olan mandarin daha çox bəzi xəstəliklərin mövcudluğunda əks təsirə malik olur.
-qastrit;
-mədə xorası;
-kolit;
-enterit;
-xolesistit;
-pankreatit;
-öd kisəsində problemlər olanda ( bu zaman mandarindəki turşuluq öd suyunun ifrazında müəyyən narahatlıqlara səbəb olur);
-kəskin hepatit;
-nefrit;
-böyrək xəstəlikləri;
-diş minası problemləri;
Mandarinin orqanizmə heç bir ziyan vurmaması üçün hansı növ meyvədən və hansı üsulla yemək lazım olduğunu bilməliyik. Yetkin insanlara gün ərzində ölçüsündən asılı olaraq, 5-7 meyvə yemək olar. 7 yaşdan yuxarı uşaqlar, uzağı, 3 mandarin yeyə bilər. Dietoloqlar tövsiyə edir ki, meyvəni səhər yeməyindən sonra, yaxud gün içində yemək yaxşıdır. Əsas odur ki, acqarına yeyilməsin.
Xəstəliklərin profilaktikasında mandarindən istifadə
Mandarin vitaminlərlə, liflərlə, minerallarla və orqanizmə faydalı olacaq digər birləşmələrlə zəngindir. Nizamlı və ölçülü şəkildə mandarin yemək insan sağlamlığına müsbət təsir edir. Silisium, kobalt və molibden daxili orqanlarda gedən prosesləri dəstəkləyir. Sarı piqment olan lutein digər lutein tərkibli qidalar ilə birgə görmə qabiliyyətinin bərpasına kömək edir. Liflər həzm sistemində əvəzsizdir. Mandarindəki liflər həzm prosesində qidaların daha sürətlə mənimsənilməsi üçün lazım olan həzm suyunun istehsalı üçün vacibdir. Bu kimi xüsusiyyətlərinə görə, hələ qədimdən mandarin xalq təbabətində özünə yer tuta bilib. Özü də, təkcə meyvəsi ilə deyil, yarpağı, qabığı ilə də...
1. Mədə-bağrsaq traktatında problem olanda. 3-4 mandarin yarpağını yuyun, 300 ml təmiz suya əlavə edin. 15 dəqiqə vam odda qaynadın. Sonra soyumasını gözləyin və hər dəfə 100 ml olmaqla, gün ərzində 3 dəfə için. Prosedur mədə-bağırsaqdakı diskomfort hissi keçənədək davam etməlidir.
2. Bronxit zamanı. Qurudulmuş mandarin qabığını üyüdün. 2 xörək qaşığı üyüdülmüş mandarin qabığını 1,5 stəkan suya tökün və 15 dəqiqə vam odda qaynadın. Sonra ocaqdan götürün, ağzını bağlayın, 2 saat gözlədin. Cuna ilə süzün. Alınan məhlulu isti halda, gündə 2-3 dəfə, hər dəfə də yarım stəkan olmaqla yeməkdən 30 dəq əvvəl için.
3. Bronxlardakı bəlğəm zamanı. Quru qabıqları üyüdün. 3 xörək qaşığı üyüdülmüş qabığı 250 ml keyfiyyətli arağa qatın. Ağzını bağlayın və qaranlıq, sərin yerdə 1 həftə saxlayın. Hazır məhluldan 20 damcı az miqdarda suya qatın, yeməkdən 15-20 dəq əvvəl olmaqla, gün ərzində 2- 3 dəfə qəbul edin. Əgər araq qəbul edə bilmirsinizsə, ikinci reseptdən faydalana bilərsiniz. 1 xörək qaşığı üyüdülmüş mandarin qabığını 250 qr isti suya qatın. Bu zaman gündə 1 stəkan hazır məhluldan içməlisiniz.
4. Öskürək zamanı. Quru və ya bəlğəmli öskürək zamanı 2 xörək qaşığı üyüdülmüş mandarin qabığını 1 stəkan arağa qatın. Ağzını bağlayın və qaranlıq yerdə 1 həftə saxlayın. Sonra cuna ilə süzün. 20 damcı məhlulu, təxminən, 50 qr suya qatın, gündə 3 dəfə yeməkdən əvvəl qəbul edin.
5. Soyuqdəymə zamanı. Soyuqdəymə nəticəsində yaranan qrip, güclü öskürək varsa, inqalyasiya eləmək məsləhətdir. Bunun üçün də üyüdülmüş mandarin qabığı lazımdır. Qabığı qaynar, buğlanan suya əlavə edin və başınızı örtərək bu suyun buğunda nəfəs almağa çalışın. Prosedurdan sonra 2 saat soyuq havaya çıxmaq qadağandır.
6. Xroniki yorğunluq və stress zamanı. Sakitləşdirici vasitəni hazırlamaq üçün üyüdülmüş mandarin qabığını 7-10 sm ölçüsü olan kiçik kağız torbaya qoyun, azca isladın. Bu torbanı iri polietilen torbaya qoyun, başınızı polietilenin içinə salın və 10-15 dəq məhz mandarin qabığının aromatı ilə nəfəs alın.
7. Yuxusuzluq və hipertoniya zamanı. Ürəyin tez-tez döyünməsi, yuxusuzluq, yüksək təzyiq kimi hallarda 1 st üyüdülmüş mandarin qabığını 3 l qaynar suya əlavə edin. Qarışdırın, vam odun üzərində qaynayanadək saxlayın. Ağzını bağlayıb 1 saat gözlədin. Sonra cuna ilə süzün. Ayaqlarınızı bu su ilə vanna edin. Yatmazdan əvvəl bunu etsəniz, yuxuya getməyiniz heç 15 dəq çəkməyəcək. Proseduru günaşırı təkrarlayın.

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
@emrahadbullayev8471
@emrahadbullayev8471 Год назад
Hər bilgilərə görə, hər yeni təbabətlərlə dolu sağlamlıq haqqında məlumatlara görə çox sağ olun. ALLAH RAZI OLSUN SİZDEN
@demedideme1
@demedideme1 Год назад
İzlədiyiniz üçün təşəkkür edirik
@sekerquliyeva5279
@sekerquliyeva5279 Год назад
Хххххххххххххэ
@semilabdullayev2075
@semilabdullayev2075 Год назад
Allah sizdən razi olsun
@demedideme1
@demedideme1 Год назад
İzlədiyiniz üçün təşəkkür edirik
@savalanmehdiyev4645
@savalanmehdiyev4645 Год назад
Çoxdan abunəyəm.
@can031
@can031 Год назад
Çox maraglı melumat verir. Xanimin sesi samalyotdaki melumat sesine oxsayir
@demedideme1
@demedideme1 Год назад
İzlədiyiniz üçün təşəkkür edirik
@samssamsungg5907
@samssamsungg5907 Год назад
👏👏👏
@asyagurbani7858
@asyagurbani7858 Год назад
Mandalin alerqik bitkidi
@elmarxankisiyev6584
@elmarxankisiyev6584 Год назад
Mandarin satıb bir təhər dolanırdıq,bu il alan da yoxdu.hər şey baha olur, mandarin qat qat ucuzlaşıb. Pisləməyin xahiş edirəm
@camalcamall6815
@camalcamall6815 Год назад
Arağ məsələsində işləri korladınız.Sağalmaq üçün heç vaxt insanlara alkoqol içkilərini məsləhət görməyin.Arağın özü elə insan orqanizminin düşmənidir.
@kuskun4676
@kuskun4676 Год назад
MANDARIN SEVIREM..AMA BILMIRDIM ZIYAN OLDUGUN SAGOLUN MELUMAT UCUN👍👍👍
@demedideme1
@demedideme1 Год назад
İzlədiyiniz üçün təşəkkür edirik
@nicinici9023
@nicinici9023 Год назад
Bunları bilmirdim 🤔
@demedideme1
@demedideme1 Год назад
İzlədiyiniz üçün təşəkkür edirik
@zaurbabayev8365
@zaurbabayev8365 Год назад
Mənə heç maraqlı gəlmir obone olmayacam
@nermanagayev1637
@nermanagayev1637 Год назад
Mandarin yoxsa narıngi?
@asifesgerov3284
@asifesgerov3284 Год назад
Coxlu sag olun .
@demedideme1
@demedideme1 Год назад
Siz sağ olun
@aslanbayramov4311
@aslanbayramov4311 Год назад
Mandelin ne ucun ziyandii. Soyuq yesen boğazın ağrıyar tez tez adam ayaq yoluna qaçır menim bildiyim budur Allahın verdiyi nemət niyə ziyalı mwyvə olsunn
@Свобода-х7ы
@Свобода-х7ы Год назад
Boş sohbetti Allahin yaratdigi tebii meyve hec vaxt ziyan ola bilmez
@ssssnsjsj4761
@ssssnsjsj4761 Год назад
Gic gic dansir san allah verdiyi nibet
@nurlaneminli
@nurlaneminli Год назад
Çox faydalı oldu təşəkkürlərr
@yutb254
@yutb254 Год назад
Allah razı olsun sizdən 🙌
@demedideme1
@demedideme1 Год назад
Sizdən də.
@novrestehuseynova372
@novrestehuseynova372 Год назад
Cox. sevirəm sizin kanalinizi.
@metanetmirzoyeva7135
@metanetmirzoyeva7135 Год назад
💞💞💞💞💞💞💞💞💞💞💞
@ehedhasilov438
@ehedhasilov438 Год назад
Beyendim
@bottombih9962
@bottombih9962 Год назад
Təşəkkürlər
@gulnarseyidova5194
@gulnarseyidova5194 Год назад
👍👍👍👍
@demedideme1
@demedideme1 Год назад
Təşəkkürlər.
@Cema-cu1nk
@Cema-cu1nk Год назад
🙏🤲
@demedideme1
@demedideme1 Год назад
Təşəkkürlər
@zizseyidova8103
@zizseyidova8103 Год назад
Allah köməyniz olsun
@demedideme1
@demedideme1 Год назад
Çox sağ olun
@xumarabdulrehmanova8264
@xumarabdulrehmanova8264 Год назад
Bərbat
@userusser6666
@userusser6666 Год назад
Suyu da,çox içəndə zərər verə bilər,ğündə 3-4-mandarın heç kimə,heç bir zərər verə bilməz.
@sahilmustafayev.5269
@sahilmustafayev.5269 Год назад
GIC QIZI GIC CAMAHAT COREY TAPMIR YESIN..O KI QALDI MANDARIN YESIN..BOL MANDARIN YEYIB OLENLERE PROBLEM YOXDUR..ONLAR ONSUZDA BIZ KASIBLARIN GOZUNDE OLUBLER.
@nicinici9023
@nicinici9023 Год назад
Bu kanal ən faydalı məlumatlarıyla insanları maarifləndirir . Və ən başlıcası , cəmiyyətə xeyri dəyən insanlardır . Kasıbçılığa qarşı olan etirazınızı onları təhqir etməklə ifadə etməyin ! Bu heç də vəziyyətdən çıxış yolu deyildir !
@bottombih9962
@bottombih9962 Год назад
İnanın ki, əgər bilsək ki, xəstəliyimizin dərmanı mandarindir, kasıblığa-zada baxmayacağıq, məcbur olub borcla da olsa gedib alacağıq...o ki,qaldı mətni oxuyan qıza---"gic qızı gic" yazırsınız,bəlkə atası rəhmətə gedib, Sizin şərhi oxuyanda keçirdiyi hissləri təsəvvür edirsiniz?
Далее
90% İnsan Xurmanın Bu Möcüzəsini Bilmir
10:23
Просмотров 55 тыс.
pumpkins #shorts
00:39
Просмотров 10 млн
Hər Gün 20 Badam Yesəniz, Sizə Nələr Olar?
8:12
Gündə 2 Mixək Çeynəyin - Bir Həftədən Sonra...
12:11