Тёмный

Ömər Faiqin nəticəsinin Azərbaycan xalqına ürəkdağlayan müraciət etdi : Onu necə unuda bilərsiz? 

Подписаться
Просмотров 257
% 4

Ömər Faiq Nemanzadənin nəticəsi Ülvi Pepinova Azərbaycan xalqına müraciət edib.
O, ulu babası, tanınmış azərbaycanlı maarifçi, yazıçı, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin unudulmasından narahatlığını ifadə edib. Ülvi Pepinova qeyd edib ki, artıq Ömər Faiq adı bir çox dərsliklərdən və kitablardan çıxarılıb. Eyni zamanda onun xidmətləri, demək olar ki, bu gün insanlar tərəfindən dilə gətirilmir. Hərçənd onun təkcə Molla Nəsrəddin jurnalını təsis etməsi və burada silahdaşı Mirzə Cəlillə çiyin-çiyinə vuruşması Azərbaycan xalıq tərəfindən bütün müstəvilərdən xatırlanmalıdır.
Ülvi Pepinova eyni zamanda bu yöndə Azərbaycanda fəaliyyət göstərən muzeylərə də müraciət etdiyini, lakin onun müraciətinə hələki heç bir muzeydən cavab gəlmədiyini bildirib. O, üzünü ictimaiyyət nümayəndələrinə, bloggerlərə tutaraq Ömər Faiq Nemanzadə adının layiq olduğu nöqtəyə daşımaqda yardımçı olmağı xahiş edib.

Развлечения

Опубликовано:

 

8 сен 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@lazimesedli1502
@lazimesedli1502 3 года назад
Ömər Faiq Nemanzadə böyük sənətkar,böyük insan olmuşdur.Zənnimcə,həm onun,həm də onun kimi tariximizin yaraşığı olan bir çox insanların unuduilmuş kimi görünməsi keçici haldır.Sadəcə,xalqımız birdən-birə dəhşətli informasiya basqısına məruz qalmışdır və əminəm ki,tezliklə hər şey axarına dönəcək və hər kəs,o cümlədən Ömər Faiq yenidən öz layiqli yerində görünəcəkdir.
@togrulmustafazade9934
@togrulmustafazade9934 2 года назад
Salam xanım.Siz oğlan nəvəsisiniz? Sizə minnətdarıq və alqışlayırıq
Далее
Эмоции💫 | Тгк: D1ashenka✨
0:22
Просмотров 2 млн