Тёмный

Özündən 30 yaş böyük kişi ilə evlənən, övladı olmayan aktrisamızın ACI TALEYİ 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 131 тыс.
50% 1

O "Solğun Çiçəklərdə yaratdığı Sara obrazıyla teatr tamaşaçılarının könlündə raxt salmağı bacarıb. Biri var. əməkdar artist Mehriban Abdullayeva.
Mehriban Abdulla qızı Abdullayeva 15 may, 1963-cü ildə Qax rayonunun Ləkit kəndində doğulub. Valideynləri sənət adamı olmasalar da, incəsənəti çox seviblər. Atası Mehribanı tez-tez uşaq tamaşalarına aparırmış. Bu gedişlər Mehribanın teatra, səhnəyə olan marağının yaranmasına səbəb olub.
23 yaşında "Solğun çiçəklər" teletamaşasına çəkilən Mehriban xanım Sara obrazı ilə sənət taleyində ən böyük uğurunu qazanıb. 30 ilə yaxındır həyatını sənətə bağlayan aktrisa bu illər ərzində saysız-hesabız obrazlar yaradıb, amma sənətə vəsiqəsi olan Sara obrazını heç vaxt unutmayıb.
"23 yaşımda oynamışdım Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm". - deyirdi.
Universiteti bitirəndən sonra Mehribanı təyinatla Şəkiyə göndərmək istəyiblər. Ancaq o, paytaxtda daha çox uğur qazanacağına inandığı üçün orada işləməkdən imtina edib. Üç il Akademik Milli Dram Teatrına gedib. Amma onu teatrda ştata salmayıblar. Belə olan halda o, Gənc Tamaşaçılar Teatrına üz tutub. Bu teatrda rəhbərlik ona başqa bir iş verib. Mehriban üç ilə yaxın biletlərə nəzarətçi kimi işləyib. Aktrisa keçmiş günləri haqqında deyirdi:
“Orada işləməyə məcbur idim. Çünki başqa çıxış yolum yox idi. Ümid edirdim ki, mən də haçansa səhnəyə çıxacam. Düzdür, mənim üçün çox ağır idi. Hər gecə ağlayırdım. İçimdə bir yanğı var idi sanki. Səhnəyə çıxıb rol oynamaq həsrəti ilə alışıb-yanırdım. Bu həsrətə Ağakişi Kazımov teatra direktor təyin olunandan sonra son qoydu”.
Teatrda fəaliyyətə başlayandan iyirmi il sonra aktrisa özündən 30 yaş böyük olan rejissor Ağakişi Kazımovla ailə həyatı qurub. Uzun illər bir yerdə yaşayan cütlüyün övladı olmayıb. Bu barədə aktrisaya sual verəndə, o, deyib:
“Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt - o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da, Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik”.
Aktrisa "Yazığam, sevmə məni", "Məhəbbət bir bəladır", "Büllur sarayda", "Mahmud və Məryəm", "Mənim ağ göyərçinim", "Ana laylası", "Şəhidlər", "Qaraca qız", "Zorro", "Əcəl atı", "Romeo və Cülyetta" kimi tamaşalarda maraqlı obrazlar yaradıb.
2021-ci ilin oktyabr ayında həyat yoldaşı Ağakişi Kazımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Aktrisa həyat yoldaşının ölümündən sonra belə deyib.
“Onsuz həyatı heç vaxt fikirləşməmişdim. Onsuz həyat mənə çox çətin olacaq. Çünki bu neçə il ərzində biz bir dəfə də bir-birimizdən ayrı qalmamışdıq. Son 2 ildə isə o qədər mənə bağlanmışdı ki, təsəvvür edə bilməzsiniz. Bir dəqiqə yanından ayrılan kimi deyirdi ki, “Ay Mehri, ay ceyran”. Ancaq belə çağırırdı məni. Deyirdi ki, yanımdan getmə, sən yanımdan gedəndə qorxuram. Əvvəllər hər zaman deyirdi ki, birdən mənə nəsə olsa, heç vaxt qorxma, məni təmtəraqla sən yola salacaqsan, kişi kimi arxamda durub bu işləri görməlisən. Deyirdim ki, mənə elə söz demə, heç vaxt bunu bacarmaram. Elə bilirdim, zarafatca deyir bu sözləri. Son vaxtlar danışmırdı, fikrini aydın deyə bilmirdi. Nəsə deyirdi, amma başa düşə bilmirdim. Ölümündən bir gün əvvəl çox narahat idi, nəsə demək istəyirdi, amma deyə bilmirdi. Qəfildən dili açıldı və dedi ki, “deyəsən mən ölürəm axı”. Dedim ki, o nə sözdür? Elə şeylər fikirləşmə! Sən məni tək qoyub, hara gedəcəksən?! Gözlərini açdı, mənə baxdı və yumdu. Axşam saat 10 olardı, mənə dedi ki, oturmaq istəyirəm. Çünki bir həftə idi ki, yataq şəraitində idi, oturmağa halı yox idi. Elə bil mənə yalvarırdı ki, oturmaq istəyirəm. Gücüm çatmadı onu otuzdurmağa. Dedim ki, səhər adam tapıb, səni birtəhər otuzduraram. Səhərə kimi sakitcə uzandı. Günorta saat 2 idi ki, artıq dünyasını dəyişmişdi. Peşmananam ki, onu otuzdura bilmədim, bəlkə də, bu onun son arzusu idi.”
2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunub 10 dekabr, 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

Опубликовано:

 

25 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 88   
@maqamaqa6617
@maqamaqa6617 5 месяцев назад
Cox sagolun eziz jurnalistimiz gezel veriliw ucun! Bele veriliwleri tez- tez hazirlayin!
@Bilginize
@Bilginize 5 месяцев назад
Biz onu Sara deyə sevib baxırdıq. Çox sağolun verliş üçün. Davamı gəlsin
@AdileAdile-jq1bf
@AdileAdile-jq1bf 4 месяца назад
Inaninki bu xanimi hemiwe axtarmiwam.saģ ol oglum.gencliyimizin gòzel xatireleri.
@zrif4459
@zrif4459 5 месяцев назад
Nə qədər sevə-sevə baxırdıq.Can.❤❤
@SeyyareOrucova-vk7qk
@SeyyareOrucova-vk7qk 5 месяцев назад
Sən bizim gözümüzdə saf,təmiz və gözəl Saramızsan !
@smrdv6212
@smrdv6212 5 месяцев назад
Sənətkarlarımız barəsində videolar davamlı olsun👍🏻 Uğurlar
@mominetehmedova858
@mominetehmedova858 5 месяцев назад
Çox sağ olun nizi maarofləndirdiyiniz üçün gözəl aktyorumu tanıtdığınız üçün 👍
@qarabagazrbaycandr3185
@qarabagazrbaycandr3185 5 месяцев назад
O vaxtlar da var idi. Gənc qızlar və yaşlı kişilər. Ümid edirəm sevgidir həqiqətən)
@ZemineAbbasova-xw6eq
@ZemineAbbasova-xw6eq 5 месяцев назад
Çox sağbolun bu xanım haqqında bizə məlumat verdiniz.Elə yaxşı oldu onun haqqında məlumatımız oldu Gözəl xanım gözəl rollar oynayıb Heç vaxt onun oynadığı Saranı unutmuram
@alparslan2479
@alparslan2479 4 месяца назад
Mən Mehriban xanımla Gənc T .T.da işlemisem.O bir insan kimide cox Mehriban idi.O həmdə cavan və gözel idi.Onun ətrafdakılarla rəftarida cox gozel idi.Ona can saglıgı arzu edirem.❤
@nesibeesedova2645
@nesibeesedova2645 5 месяцев назад
Hərə bir tale, hərə bir ömür, kimi xoş, kimi acı, bəzən acı, bəzən də şirin tale ilə yaşayan insanlar var. Nə xoş ki, sevgilə yaşamaq. 💐🌺🌹.
@gulusuleyman910
@gulusuleyman910 4 месяца назад
O xanıma böyük hörmətim var səmimi xanimdi
@ElmiraMemmedova-t2l
@ElmiraMemmedova-t2l 5 месяцев назад
Gənclikdən gözəl nə var dunyada
@sahesdealiyeva1774
@sahesdealiyeva1774 5 месяцев назад
Çox gözəl oynayıb Saranı.❤❤❤❤❤
@aynuraliyeva-tc1nf
@aynuraliyeva-tc1nf 5 месяцев назад
Adam olmaybda ere gedmeye aktrsa olub neynedin qaydlb eline obana gederdi indi yaxwl aylen uwaqlarl olardl
@Xabarman123
@Xabarman123 5 месяцев назад
Mehriban xanım duruşunu heç vaxt pozmayıb. Halal olsun
@BakuBaju-d2b
@BakuBaju-d2b 5 месяцев назад
Tesekkur edirik.Aktirisamiz haqqinda melumat verdiniz.
@abdulgadirhuseynli5783
@abdulgadirhuseynli5783 5 месяцев назад
Bu qadın sadəcə sənəti analıq, uşağa məhəbbət hisslərindən üstün tutub, ona görə də özündən 30 yaş böyük tanınmış rejissora ərə gedib. Ən azından qazandığı Bakıda daim iş, yaşayış, mənzil və yəqin ki, ərindən qalan əmlaka qismən varislik.Amma əgər Ağakişi müəllimin birinci ailəsindən ayrılmasına səbəbkar olmayıbsa və onu sonradan səmimi sevibsə, ona əsil ömür-gün yoldaşı olubsa halaldır.
@cnanomarova5865
@cnanomarova5865 5 месяцев назад
Aaa Qaxlı 😮😮 yerlim olduğnu bilmirdim
@adilequliyeva8784
@adilequliyeva8784 4 месяца назад
Çox heyif ki bizim aktrisaların taleyi o qədər də xoşagəıən həyatlari yoxdu
@qurbanhuseynov6552
@qurbanhuseynov6552 5 месяцев назад
Solğun cicəklərdə saranın Ebdül əmisi varidi .onun haqqındada bir sujet hazırlayın .cox xoş olardı
@asasas-ug7ov
@asasas-ug7ov 3 месяца назад
Bu aktirisamıza sevgi ilə baxmişam cavan vaxtimiz.Çox sag olun bu gün bildim ki, aktirisamız bizim qonşu kənddəniymiş.Çox sevindim
@qurbanhuseynov6552
@qurbanhuseynov6552 5 месяцев назад
Cox sevdiyim sənətgar .əsl Azərbaycan xanımının obrazını yaşadıb sara rolunda .
@ceyranmxnaqrupu1439
@ceyranmxnaqrupu1439 5 месяцев назад
Allah rəhmət eləsin Ağakişi müəllimə.Yaxşı adam idi.Mehriban xanım da gözəl xanımdır.
@IntiqamMuhmmd-bp5cp
@IntiqamMuhmmd-bp5cp 5 месяцев назад
Çox kövrəldim, A.Kazımov çox nurani, istiqanlı, sözü üzə dik deyən, kövrək, yeri gələndə əsəbi, bir kişi idi.Şəxsən onu çox sevirdim. Danışıqları, səs tonu , o qədər həyatı, canq lı, obrazlı idi ki, saatlarla ona qulaq asmaq istəyirdim. Səhv etmirəmsə, gənc yaşlarında, bambıqçı Sevil Qazıyeva ilə ( faciəli ölümü) onu bu arzusundan uzaq düşüb. Qaldı sevgi ,məhəbbət , istək, heç vaxt nə yaşa baxır, nə ağıla. Təki cütlük özü bir birlərinə sahib çıxsınlar. Allah ona rəhmət eləsin.
@yusifdavud346
@yusifdavud346 5 месяцев назад
Təyinatla Şəkiyə getsəydi 6 ili boşa getməzdi
@zulfiyyekerimova4332
@zulfiyyekerimova4332 5 месяцев назад
allah can sagligi versin ❤❤
@ElminHuseynov-v5t
@ElminHuseynov-v5t 5 месяцев назад
Mehriban xanım cox sevdiyimiz sənətkardır!
@Zulia_Adel
@Zulia_Adel 4 месяца назад
Yaşlı kişi qızı yaşında olanı alırsa eqoistdir deməkdir, qızı bədbəxt edir Qız da şah şöhrət eşqinə qoca kişiyə ərə gedir 🤦‍♀️
@samirramil7777
@samirramil7777 5 месяцев назад
Qozal xanim qozal sanatkarimiz
@SolmazZengilanlı
@SolmazZengilanlı 4 месяца назад
Çox sağolun məlumat ucün.Verilişiniz davamlı olsun.Unudulan aktrisa və aktyorlar haqqında bizə məlumat verin çox xaiş edirəm.
@gultekinmahmudova6814
@gultekinmahmudova6814 5 месяцев назад
ÖLMƏZDƏN ƏVVƏL XƏSTƏLƏR HAVAYA CIXMAQ BƏZİ OTURMAQ İSTƏYİR. CALIŞASAN KÖMƏK EDƏSƏN SON ARZULARINA CATSINLAR. ALLAH HAMISINA RƏHMƏT ELƏSİN. AMİN
@nergizquliyeva5379
@nergizquliyeva5379 5 месяцев назад
Halal olsun,saf , təmiz xanımlar da var.
@mahiramirzoeva4251
@mahiramirzoeva4251 5 месяцев назад
Çox təmiz..
@jal9747
@jal9747 4 месяца назад
Hec vaxt mümkün deyil 30 yaş böyük bir kişini sevmək. Bunun arxasında cox şey durur.
@IlkinMustafayev-sy4si
@IlkinMustafayev-sy4si 5 месяцев назад
Çox gözəl xanımdır
@SsmSung-sv8kw
@SsmSung-sv8kw 5 месяцев назад
Siz bizi lap uşaqlığımıza apardığı çox sağolun illər keçsə d ə mehriban xanımı simasından tanıdım sarayın məzlum sifəti😢
@ilknursarisoy8681
@ilknursarisoy8681 5 месяцев назад
Həmisə Saranın məsum təbəssümünü görmək istəyirdim 14,15 yaşım vardı tamaşaya baxanda axtarırdım axırki baxdim
@AccountTecno
@AccountTecno 5 месяцев назад
O ındı də sevılməyə layıqdır gözəl xanimdir.
@gulusmemmedova9877
@gulusmemmedova9877 5 месяцев назад
Başa düşmədim şəkidəki xanımı Firəngiz Mütəllimovaya oxşatdım
@fizulisuleymanov7069
@fizulisuleymanov7069 5 месяцев назад
Cox semimi aktirisadir😊
@samirerustamova9071
@samirerustamova9071 5 месяцев назад
Nəsə səmimiyyətə inanmaq olmur
@IntiqamMuhmmd-bp5cp
@IntiqamMuhmmd-bp5cp 3 месяца назад
Adamın -- adamla ünsiyyəti, dyğuları yaşa baxmaz. Bax bu eşqdir, bəlkə də, əbədi Eşq !!!!
@ceyranmxnaqrupu1439
@ceyranmxnaqrupu1439 5 месяцев назад
30 ildən çoxdur.nə danışıqsız?33 ildir mən sənətdəyəm.o tamaşa olanda mən orta məktəbdə oxuyurdum.
@wafahuseynli6221
@wafahuseynli6221 3 месяца назад
Reklama bax, uşaqların tərbiyəsindən vacibdir kolbasadan gələn pul😔
@Fatehzamin7474
@Fatehzamin7474 3 месяца назад
Çox sağol eyy kamal bəy
@mahiramirzoeva4251
@mahiramirzoeva4251 5 месяцев назад
Niyə oğlunu çağırmadın nər boyda İlqar yanında idi axı nəvələri var İbrahim, qızda həyat yoldaşının adını daşıyır..
@AtakisiyevaFeride
@AtakisiyevaFeride 3 месяца назад
Her zaman bu obrazi görmək isteyirdim 35 ilden sonra indi gördüm sarani gözəl təbəssüm
@selimenikbin958
@selimenikbin958 5 месяцев назад
Yaziğin isteyi adı bir şey imiş. Ne olardi ki,bir qonsudan kimseni cagirib oturtsaydı ve yaxud qaldirici carpayi alsaydı. Üzüldüm de...Uca Allahü teala haqq dünyasını gözel etsin. Amin! Hanımına da rahat, sebirli, imanlı bir ömür versin.Amin!
@miracan269
@miracan269 5 месяцев назад
Bu cür başlıqlar yazmayın … Acı tale niye .. Bu sadece taledi .. Sevdiyi insanla aile qurub , hörmetli rejissorumuzla .. Heyatının rolunu da Solğun Çiçekler tamaşasında oynayıb..
@emireleyhissalm1
@emireleyhissalm1 4 месяца назад
Әvvәlki aparacı qardaş möhtәşәm idi😢
@ZulfiyyeAbdulova
@ZulfiyyeAbdulova 4 месяца назад
Coxx maragli oldu bu melumat
@elfiramelikova9074
@elfiramelikova9074 4 месяца назад
Çox gözəl və mehriban qız idi.
@riririririri1761
@riririririri1761 5 месяцев назад
Şəhərdə qalıb nə uğur qazandı ki..? Hər halda Şəkidə öz sənəti üzrə aktrisa işləmək daha yaxşı olardı, nəinki Bakıda qalıb bilet nazarətçisi olmaq.
@CavansirNebiyev-w4q
@CavansirNebiyev-w4q 5 месяцев назад
Solgun cicekler
@ZulfiyyeAbdulova
@ZulfiyyeAbdulova 4 месяца назад
Gozel.SARAMIZ BUTUN ROLLARINI BEYENIREM
@mahirmemmedov5476
@mahirmemmedov5476 3 месяца назад
30 yox,28.Ağakişi Kazımov 1935-ci ildəndir
@heyrannarin6481
@heyrannarin6481 4 месяца назад
Bir az inkişaf edin,Aktrisaya aid sekiller gösterin,
@gulnareisaxeliyeva7484
@gulnareisaxeliyeva7484 5 месяцев назад
Mən də 19963 təvəllüdəm,61 yaşım var xanımın 45 necə olur nə danışırsan
@elminaskerli9105
@elminaskerli9105 5 месяцев назад
19963😂
@sarahuseynova2122
@sarahuseynova2122 4 месяца назад
Ağakişi Kazımovla evlənəndə 45 yaşı olub
@umudlu4772
@umudlu4772 3 месяца назад
Xanımın indi 45 deyil yaşı, evlənəndə 45 yaşı varmış-2009-da. İndi 61-in içindədir.
@arzuesgerova6370
@arzuesgerova6370 3 месяца назад
Evlenende olub o yswi
@nanasefereliyeva3334
@nanasefereliyeva3334 5 месяцев назад
Bəli Sara obrazıynan tanınan Mehriban xanım çox sevmişdim onu.
@bestechservice2308
@bestechservice2308 4 месяца назад
İNSTİTİTDA OXİYANDA ÇOX YAXIN MÜNASİBƏTİMİZ VARDI,
@UlduzeRustemova
@UlduzeRustemova 4 месяца назад
Medeni- Maarif kollecinde Arysiya adli cox gizel bir muellime vardi Dediler Aqakusi Kazimivun arvadidir Gozunde derin keder vardi qadinin Bu olub 1977 de
@frhfrid4527
@frhfrid4527 4 месяца назад
Adı Arusya idisə,deməli erməni olub
@zabitanas5210
@zabitanas5210 5 месяцев назад
Səhnəmizin sarasi
@zuleyxaehmedova8238
@zuleyxaehmedova8238 5 месяцев назад
Mehribana pozgun yazanin ele ozu pozgundir Yaxsi eleyib 75 yasa qeder taninmis rejissoru o yasadib
@elladamustafayeva5524
@elladamustafayeva5524 4 месяца назад
Düzdür yəqin 30 yaş böyük kişi bəlkədə atasından da böyük olub .
@e.v.a.7208
@e.v.a.7208 4 месяца назад
İlk dəfədir ki,diplomlu bir aktrisanın teatrda bilet nəzarətçis kimi işlədiyini eşidirəm.
@intizaraliyeva6838
@intizaraliyeva6838 3 месяца назад
Emil Rəhmanovun həyatı barədə verilişçəkin.
@idealtelecom3991
@idealtelecom3991 4 месяца назад
He bizim yanlmıza gəlirdi görürdük Əhmıdliyə bir yaşlı kişi ilə
@konulmusayeva4093
@konulmusayeva4093 5 месяцев назад
Heyif Gürşad xanimdan
@Sevdaaayahiyevaa0
@Sevdaaayahiyevaa0 4 месяца назад
Bu kiwi Gulwad x er deyil o Huseynaqa idi atakiwiyev Aqakiwiyev
@Sevdaaayahiyevaa0
@Sevdaaayahiyevaa0 4 месяца назад
Ad eynidi Familya Aqakiwi ve Atakiwi
@valdakhanjanova7212
@valdakhanjanova7212 4 месяца назад
14 il evvel savetskide marketde isliyirdim Mehriban xanim ve rehmetliy Nuriyye Ehmedova markete gelirdiler olduqca sade insanlardi
@NasirTatoğlu
@NasirTatoğlu 3 месяца назад
Ağıllı qadın aktrisa müğənni olmaz
@6wuwuwuwha
@6wuwuwuwha 4 месяца назад
S Həmışə sevə-sevə baxardim.Sara obrazını lap cox svirdim elə indidə
@lacinabbasova7978
@lacinabbasova7978 5 месяцев назад
Mehriban utanib olmur atasi yawda kiwiynen evlenib pozqun
@elmiramamedova9982
@elmiramamedova9982 5 месяцев назад
Mehriban xanim yasli adama ere getdiyi ucunmu bele yazmisiz? Cunki hec kesden onun haqqinda bele sey esitmemisem
@c.a.l.m.s.1952
@c.a.l.m.s.1952 5 месяцев назад
Utanmırsan yaşlı adama getmək pizğunluqdi bəyəm Pizğunluq başqa şeydi.Necədə başqası haqqında bilmiyə bilmiyə belə ağır sözlər yazırsan.Heç Allahdan qorxmursan? Ayıb olsun.
@helpdeskservice
@helpdeskservice 5 месяцев назад
O pozğun deyil ailə girib bəxt yazı 🎉
@helpdeskservice
@helpdeskservice 5 месяцев назад
Mən bütün mehrilsri sevirəm çünki məndə mehribana
@mahiramirzoeva4251
@mahiramirzoeva4251 5 месяцев назад
​@@c.a.l.m.s.1952 ZAQS-ı olub? Atakişiyev Kazımovun. Ondan böyük uşaqları var. Ailəsi niyə atıb sənin kimilər teatrda növbədə dayanmışdız onun altına uzatmaqdan ötrü
@metanetmirzoyeva7135
@metanetmirzoyeva7135 5 месяцев назад
Sizlərə də qismət aci tale....talelər qirasiz...ondan ötrü...😂😂😂😂😂🤪😜
@qarabagazrbaycandr3185
@qarabagazrbaycandr3185 5 месяцев назад
"Bəla oxuyan bəla tapar" deyib atalar. Siz də öz mədəniyyətinizi göstərdiniz. Rəylərə baxdıqda isə xalqın sevgisini gördük Mehriban xanıma qarşı
Далее
Beatrise (пародия) Stromae - Alors on danse
00:44
THEY'RE EATING THE DOGS DANCE REMIX!
00:10
Просмотров 193 тыс.
Please Help This Poor Boy 🙏
00:40
Просмотров 6 млн
BOŞANMIŞ QADINLA EVLƏNƏN MƏŞHURLAR
8:09
Просмотров 366 тыс.
Onun faciəsi. Şövkət Ələkbərova
9:56
Просмотров 61 тыс.
RAFAEL DADAŞOV HAQQINDA ŞOK FAKTLAR
8:01
Просмотров 56 тыс.
Beatrise (пародия) Stromae - Alors on danse
00:44