Тёмный

Özündən 30 yaş kiçik tələbəsi ilə evləndi, oğlunu doğrayıb çamadana yığdılar 

TV11
Подписаться 43 тыс.
Просмотров 226 тыс.
50% 1

Özündən 30 yaş kiçik tələbəsi ilə evləndi, oğlunu doğrayıb çamadana yığdılar
Rafiq Əyyub oğlu Hüseynov 1946-cı il avqustun 4-də Şuşa şəhərində anadan olub. Sonradan ailəsi ilə birgə Bakıya köçüb. Atasını çox erkən yaşda itirib. Bu vaxt Rafiqin 15, bacısının 17 yaşı varmış.
Ceyhun Mirzəyevlə bir sinifdə oxuyublar. Onu Ceyhun Mirzəyevlə birgə "Ögey ana" filminə dəvət edirlər. Ancaq atası icazə vermədiyi üçün Rafiq filmdə iştirak edə bilmir.
Rafiq Hüseynov 1966-cı ilin dekabrında ilk dəfə diktor kimi efirə çıxır. İlk efir günündə həyəcandan çaşıb mətni o dərəcədə pis oxuyur ki, o zaman televiziyaya ciddi nəzarət edən Mərkəzi Komitədən zəng edib deyirlər ki, "bu kimdir işə götürmüsünüz, onu ordan rədd edin!". Rafiq Hüseynovu o zaman AzTV-nin sədr müavini işləyən mərhum şair Nəbi Xəzri xilas edir və deyir ki, "bu oğlanın gələcəyi var".
Mərkəzi Komitədən verilən o göstərişdən sonra 7 ay efirə buraxılmayan gənc Rafiq, ümidsizliyə qapılmır, əksinə, öz üzərində işləyərək yenidən etimad qazanır. Fəaliyyəti dövründə Moskvanın ali dərəcəli diktoru səviyyəsinə kimi yüksələn Rafiq Hüseynov bir müddət AzTV-nin sədr müavini vəzifəsində də çalışır.
Ömrünün çox hissəsini televiziyaya həsr edən Rafiq müəllimin həyatında ağrılı günləri çox olub. Bir övladını vaxtsız və faciəvi şəkildə itirib, ailəsi dağılıb, sonra yenidən evlənib, yenidən ayrılıb, uzun illər çalışdığı AzTV-dən uzaqlaşdırılıb.
Rafiq Hüsüeynov 4 dəfə ailə qurub, özünün etirafına görə, hələ neçə dəfə başqa xanımlarla da eşq macəraları yaşayıb... Haqqında səsləndirilən "arvadbaz" ifadəsinə gülümsəməklə cavab verən Rafiq Hüseynov müsahibələrinin birində "Mənim sevgililərim çox olub. Onlardan bəziləri ömürlük yadımda qalacaq. Sirr olaraq qalacaq... Sevmişəm, aşiq olmuşam, burda nə var ki? Bu məhəbbətdir, hər kəsin başını gələ bilər və gəlir də. Sevgi tükənəndən sonra o, münasibətləri uzatmağa dəyməz" söyləyib: "Mən heç bir qadının qəlbini qırmamışam. Xanımlara hörmətlə yanaşmışam. Anlaşıb ayrılmışıq... Mən boşanmaqla o qadınlara da şans verirdim ki, gələcəkdə öz həyatını qura bilsinlər. Hamısı ilə indi də dostam. Aramızda heç bir narazılıq da yoxdur" deyib.
İşıqçı işlədiyi dövrdə diktor Roza Tağıyeva ilə tanış olur. Aralarında isti münasibət yaranır və onlar ailə qururlar. Bir-birlərini sevib ailə qursalar da, övlad acısı yaşayıb ayrılıblar.
Bu dəhşətli hadisə 1984-cü ildə baş verib. Qatil onların övladı - Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Rövşəni doğrayıb, qətlə yetirir, meyitin qalıqlarını isə çamadana yığır. Çətinliklə də olsa, bu cinayətin üstü açılır, qatil yaxalanır və ona güllələnmə hökmü kəsilir. Məlumatlara görə, qatil güllələnmə hökmünün icrasınadək Bayıl həbsxanasındakı 5-ci korpusun 129-cu kamerasında saxlanılırmış. Həmin müddətdə həbsxanada vərəm xəstəliyinin ağır formasına tutulan cinayətkarın tale üzünə gülür, məhkəmə onun işinə yenidən baxıb ölüm hökmünü 20 illik cəza müddətiylə əvəz edir.
Müsahibələrinin birində "mənə bu haqda danışmaq olduca ağırdır" deyən Rafiq Hüseynov indiki həyatında "oğlumun yanımda olmasını istərdim. Müqəddəs kitablarda yazılıb ki, ölüm müvəqqəti ayrılıqdır. Mən hesab edirəm ki, bu həqiqətdir və biz nə vaxtsa bir yerdə olacağıq" söyləməklə axirət dünyasının nəzərdə tutduğuna işarə edib.
Rafiq Hüseynov 4-cü evliliyi Səbinə adlı tələbəsi ilə olub. Səbinə xanım diksiya dərsi almaq üçün Rafiq Hüseynova müraciət edir. Aralarındakı müəllim-tələbə ünsiyyəti bir müddət sonra sevgiyə çevrilir.
Özündən 30 yaş cavan tələbəsinə aşiq olan müəllimindən evlilik təklifi alanda Səbinə xanımın ailəsi buna qarşı çıxıb. Amma ailəsinin, qohumlarının etirazlarına baxmayan Səbinə xanım özündən 30 yaş böyük olan Rafiq Hüseynovla evliliyə razı olur. Tale 55 yaşı olanda Rafiq Hüseynova bir qız övladı nəsib edir.
1990-cı ildən öz xahişiylə televiziyadan ayrılan Rafiq müəllim bunu o vaxt ölkədə gedən siyasi proseslərə qoşulmaq istəməməsiylə, televiziyadan yalan xəbərlər oxumaqdan qaçmasıyla bağlayır. Beləcə 15 il sevdiyi işindən ayrı qalmalı olur. Onun AzTV-yə qayıdışı 15 il sonra rəhbərliyin təklifi ilə baş tutub. R.Hüseynov yenidən AzTV-də aparıcılar üzrə bədii rəhbər kimi işə başlayıb.
Rafiq Hüseynov ağ ciyər xərçənginə yoluxur. Həkimlərin səyinə baxmayaraq Xalq artisti 26 oktyabr 2017-ci ildə Almaniyanın Düsseldorf şəhərində dünyasını dəyişir. 2 noyabr 2017-ci ildə cənazəsi Almaniyadan Bakıya gətirilir. 3 noyabr 2017-ci ildə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutan vida mərasimindən sonra Yasamal qəbiristanlığında dəfn olunur.
Rafiq Hüseynov öz sahəsinin möhürünü vuran şəxslərdən bəlkə də birincisidir. Bununla yanaşı sovet diktoru kimi quru bir obrazın içindən çıxıb milyonların sevimlisi olmağı da Rafiq Hüseynov bacarmışdı... Qəbrin nurla dolsun, ustad...

Опубликовано:

 

5 окт 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 162   
@NargizShabanova
@NargizShabanova 7 месяцев назад
Allah rehmet elesin,cox gezel diktoridi,ruhu wad, mekani cennet olsun Amin Allah ❤
@ferqiycfrova1692
@ferqiycfrova1692 7 месяцев назад
Dunya şöhretli Azerbaycan Diktoru......Ailemiz cox isteyirdi.....o vaxtlar televizor az az olardı...evlerde....Ses görkemli......sehne yaraşıqlı......Rafiq Huseynov Allah rehmet elesin🤲🤲🤲🤲🥀🥀🏴😭
@azrbaycan3964
@azrbaycan3964 6 месяцев назад
Çox gözəl diktor,çix gözəl aparıcı idi .Məkani cənnət olsun 🤲😢.heyif belə insanlardan .😢
@ayyildiz3787
@ayyildiz3787 7 месяцев назад
Görkəmli diktorumuza Allah rəhmət eləsin ...
@zamanpiriyev1214
@zamanpiriyev1214 7 месяцев назад
Var ol, Sərdar, səsin adama hüzur verir.
@damlaagayeva3323
@damlaagayeva3323 7 месяцев назад
Heç kimin xətrinə dəyməyib😢😢😢,elə hamısın alıb Allah razı olsun
@meleklerim2338
@meleklerim2338 7 месяцев назад
Əstəğfirullah
@gulnaredadasova1639
@gulnaredadasova1639 7 месяцев назад
Kül o qadınların başına ki xalxın kişisin ailəsini dağıdarlar..😏 qadın düz olsa kişinin nə duxu var 4 dəfə evlənib boşansın və ya gəzsin..
@meleklerim2338
@meleklerim2338 7 месяцев назад
@@gulnaredadasova1639 qadın daqıtmır, kişi ailəsinə sadiq olannan sonra ailə niyə daqılır ki
@Sani-tt5bg
@Sani-tt5bg 7 месяцев назад
@@gulnaredadasova1639 yoxsa ki, gəzənlər hamısı arvadlarından icazə alırmış və ya qadınlar başqa qadınların ailə rifahını qoruyurmuş, hər kəs öz marğın güdür, dürüst insanlar isə azdır çünku dürüstlük yükünü daşımaq hər kəsin bacarığı deyil
@user-wo5fm9cm7z
@user-wo5fm9cm7z 7 месяцев назад
Rafik Hüseynov 🥺⚘️⚘️🇦🇿⚘️⚘️ALLAH rəhmət etsin
@heqiqethuseynova9055
@heqiqethuseynova9055 7 месяцев назад
ALLAH RƏHMƏT EYLƏSİN. MƏZARİ NURLA DOLSUN.❤
@iradavaliyeva
@iradavaliyeva 7 месяцев назад
Gözəl diktor ,gözəl şəxsiyyət allah qəni gəni rəhmət eyləsin.
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 7 месяцев назад
Allaj rəhmət eləsin. Qızı universitetə qəbul oldu.
@NurlanaNH
@NurlanaNH 7 месяцев назад
Məlumata görə çox sağ ol! UĞURLAR!
@user-wf4fq1fi3t
@user-wf4fq1fi3t 7 месяцев назад
Allah rehmet eylesin deyerli diktora. Gözel, esrarengiz sesi variydi. Allah oqlunada rehmet eylesin, qatili qisqancliqindan cavan canina qiydi oqlanin.
@nazimagamirzayev8495
@nazimagamirzayev8495 7 месяцев назад
Uca Allah əvəzediməz diktor Rafiq Hűseynova qəni-qəni rəhmət eləsin. Nur içində uyusun. Ruhu daim şad, məkanı Cənnət olsun InşAllah. Amin!
@elcinmahmudov4971
@elcinmahmudov4971 7 месяцев назад
ALLAH RƏHMƏT ELƏSİN AMİN.
@mehribanrashidova4946
@mehribanrashidova4946 7 месяцев назад
Allah rehmet elesin,ruhu shad olsun!
@dodoisuususu4346
@dodoisuususu4346 7 месяцев назад
Allah rəhmət eləsin. Çox yaxşı diktor idi.
@maxoguz7400
@maxoguz7400 7 месяцев назад
Аллах рахмет етсин!❤😢
@afetferzeliyeva623
@afetferzeliyeva623 6 месяцев назад
Rafiq Hüseynov əvəzedilməz və çox savadlı bir diktor idi Allah rəhmət eləsin
@NazimNagyev-qe7ue
@NazimNagyev-qe7ue 6 месяцев назад
Allah rəhmət eləsin.
@ferideunir3051
@ferideunir3051 6 месяцев назад
ALLAH RAHMET EYLESİN MEKANI CENNET OLSUN İNŞALLAH 🤲🤲🤲🤲
@GulyazQurbanova
@GulyazQurbanova 5 месяцев назад
Allah rəhmət eləsin.sənətinə sözüm yoxdur.Amma sevgini ucuzlaşdırmaq lazım deyil .sevgi bir adamın həyatına bir dəfə gəlir.beş dəfə yox .sevgi müqəddəsdi.o saf , təmiz bir bir duyğudur .fərqi yoxdur kimə qarşı .Valideyinə , evlada, qardaşa , bacıya yada həyat yoldaşına .o üzdəndə Rafiq müəllim heç bir qadını sevməyib .o insan özünü də , qadınları da aldadıb.
@Kovalenko_Katerina
@Kovalenko_Katerina 6 месяцев назад
Соболезную близким и родным, пусть Всевышний позаботиться о его душе и о жизни его семьи! Пусть душа будет счастлива с миром!!!! Светлый путь осветит дорогу в рай!!! Берегите себя и близких!!!! 🙏🏻🙏🏻🙏🏻💔🧎🧎🧎
@almaztagiyeva6613
@almaztagiyeva6613 5 месяцев назад
Allah rəhmət eləsin bəsdirin ölünün atxasınca danışdız onsuzda o heç bir ailəsindən yarımayıb
@aybanizhuseynova1740
@aybanizhuseynova1740 7 месяцев назад
Allah rähmät eläsin Cox gözäl insan isdedadli diktor idi .
@Partizan-bh8oz
@Partizan-bh8oz 7 месяцев назад
Allah rehmet elesin. ❤
@leylaabdullayeva240
@leylaabdullayeva240 5 месяцев назад
ALLAH REHMET ELESIN COX GÖZEL DIKTORUDU
@aidahuseynova8330
@aidahuseynova8330 5 месяцев назад
Yadima gəlir, o vaxtlar, çoox böyük faciə baş verdi, Zeynəb Xanlarova başda olmaqla, bütün kalifey müğənnilər, aktyorlar, uşağin dəfnində iştirak etdilər 🥺🥺🥺💔💔🥀🥀
@nailesuleymanova5242
@nailesuleymanova5242 7 месяцев назад
Allah rahmat.etsin cox közal diktor idi
@gulualiyeva348
@gulualiyeva348 7 месяцев назад
Аллах рехмет елесин Рафик муеллиме
@serdaramin1910
@serdaramin1910 7 месяцев назад
Təşəkkür edirəm. ❤
@user-xh3pq5od3j
@user-xh3pq5od3j 7 месяцев назад
Şəxsiyyət! Bə'zən görkəm adamı alladır
@SamsungGalaxy-qt9ez
@SamsungGalaxy-qt9ez 2 месяца назад
Allah rehmet eylesin məkanı cənnıt olsun
@user-ok5po8mr4q
@user-ok5po8mr4q 7 месяцев назад
Allah rəhmət eləsin
@azerixalqazrixalq6702
@azerixalqazrixalq6702 6 месяцев назад
Salam mən o vaxtları şəhər məhkəməsində işləyərkən Rafik müəllimlə Roza xanımı gördüm və soruşdum bu diktorlar nə ediblər ki?.Dedilər Rozanın oğlu qısqanclıqdan kotletə zəhər qatıb və oturub birlikdə yemək yeyərkən Rafiqin oğlu halı pisləşib və ölüb.Bunu görən Rozanın oğlu üstü açılmasın deyə tez onu doğrayıb çamadana yığır və aparır meşədə basdırır.Yaxşıdı ki qan yerdə qalmayır bu sirrin üstü açıldı.Rozanın oğlundan soruşanda ki bir evdə yaşayırsız niyə belə etdin?Dedi onu məndən çox istəyirdilər və s.Allah o günahsız ölən oğula rəhmət eyləsin🤲🤲
@nezaketpashayeva3630
@nezaketpashayeva3630 6 месяцев назад
Allah rəhmət eləsin🙏 Şir bürcü insanının əzəməti..Rafik müəllimdə tam cəmləşmişdi..
@Rouzi-ol3dg
@Rouzi-ol3dg 7 месяцев назад
Bawlna gelenler etdicleri cunahlardan celib.Her weyden gaca bileric Allahln gezebinden bawga.☝️
@sevdanrmanqz8092
@sevdanrmanqz8092 5 месяцев назад
ALLAH RƏHMƏT ETSİN AMİN
@user-ek7vh6ld6i
@user-ek7vh6ld6i 7 месяцев назад
Cooox baz kişi idi rehmetdiy )
@gjkoo89
@gjkoo89 7 месяцев назад
Savasli diksiyasi mukemmel bir insan idi bu cur sime bu cur qorekem hele hele olmur oncunde perestiskarlari cox olub
@garanfilsuleymanova8214
@garanfilsuleymanova8214 7 месяцев назад
Allah rəhmət etsin.😢Hər evin ,hər ğün qonaqı idi.😊🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DilareElekberova-dp5jl
@DilareElekberova-dp5jl 5 месяцев назад
Anam da onu çox isteyirdi yaxşi diktor idi allah onu da oglunu da rehmet elesin. Çox dan bilirdik ki oglunu dogramşdlar💔💔💔💔
@user-kf3mt4xw1y
@user-kf3mt4xw1y 7 месяцев назад
Аллах рахмат еласин!
@13resul3
@13resul3 7 месяцев назад
Allah rəhmət eləsin 🙏🙏🙏
@mlkrasulov7321
@mlkrasulov7321 7 месяцев назад
Cox sagol Roza xanim haqqindada daniw hal hazirda hardadi Roza xanim
@elmiraaxundova-ct2pk
@elmiraaxundova-ct2pk 6 месяцев назад
Аllah rehmet eylesin.
@zakirhsnov8298
@zakirhsnov8298 7 месяцев назад
Sərdar bəyin məşhurlar haqqında söhbətləri adamı düşünməyə vadar edir.Görünür çox mütaliə edib.Gör neçələrin taleyi ilə maraqlanıb,onları yadımıza salır...
@Azeri831
@Azeri831 7 месяцев назад
🥀💔Allah rehmet etsin
@meleklerim2338
@meleklerim2338 7 месяцев назад
Şəxsiyyət idi, Allah rəhmət eləsin
@kendci5211
@kendci5211 7 месяцев назад
Süləyh hara şəxsiyyət hara.
@gjkoo89
@gjkoo89 7 месяцев назад
Bizda cox sevardik bu sexsiyyati quzel simasi xos bir insan idi taleyi acilarla dolu allah mekanin behist etsin
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 7 месяцев назад
Roza Tağıyeva ❤
@ferqanealiyeva5575
@ferqanealiyeva5575 5 месяцев назад
Amin
@sdaqtabdullayeva9404
@sdaqtabdullayeva9404 7 месяцев назад
Ögey oqlu öldub Rafiq muellimin oqlunu,Roza xanıımın öz oqlu,böyuk façie idi,Allah rehmet etsin!🙏
@gunelhuseynova5658
@gunelhuseynova5658 7 месяцев назад
20 nömrəli məktəbdə oxuyurdu Rafiqin oğlu . Düz deyirsiz bizim qohumun oğluda Rafiqin oğlu ilə oxuyurdu
@maykl1252
@maykl1252 7 месяцев назад
Roza xanımın doğma oğlu Rafiqin Roza xanımdan olan oğlunu qətlə yetirmişdir...( gözü götürmürdü onu)...çox dəhşət!
@saidabailovskaya
@saidabailovskaya 7 месяцев назад
Pozğun adam idi, oğlunu da qurban vermişdi, Roza da öz kefində idi, Fransaya getmişdi oynaşıyla, evdə də 2 ögey qardaş biri o birinə siçan dərmanı zəhəri kotletə qatıb vermişdi,beləcə yeyib ölmüşdü, doğrayıb çemodanla aparıb basdırmışdı..Roza da Fransada kef eləyirdi kefi yarımçıq qayıtdı Bakıya…ehhhhh, pozğunlara Allah övlad verməsəydi kaşşş, Rozanın oynaşları gündüz günorta çağı gəlirdilər evinə, biri də Hamlet Xanızadə idi…ana pozğun, ata pozğun, övladlar da özbaşına-tərbiyəsiz böyüyəndə sonu faciə ilə bitir…Qonşumuz idi Roza..Rəhmətlik anam hüzürə getmişdi, and içirdi ki, Rozanın gözündə bir damcı yaş görmədim, soyuqqanlı oturmuşdu..yəqin oynaşlarıyla imiş xəyalda…Hələ oğlundan sonra da ölüb yerə girmədi, yenə gəzirdi…
@maykl1252
@maykl1252 7 месяцев назад
@@saidabailovskaya 😱😱nə danışırsınız??? Yəni elə yanıqlı qadın olubmuş??? Mən görməmişəm, babalı öz boynuna...Amma baxanda elə qadına oxşamırdı cavanlıqda...nə isə...
@naztekyildiz9347
@naztekyildiz9347 7 месяцев назад
​@@saidabailovskaya..Mende qonwu idim.Siz hansi binada yawayirdiniz?
@DilareElekberova-dp5jl
@DilareElekberova-dp5jl 5 месяцев назад
Xerçengden olfu rehçetlik rafig
@RaminXalilov1978
@RaminXalilov1978 5 месяцев назад
Allah rehmet elesin
@zibeydibrahimova3449
@zibeydibrahimova3449 6 месяцев назад
Allah rəhmət eləsin, onu sevməyəni görmədim...
@naztekyildiz9347
@naztekyildiz9347 7 месяцев назад
Allah Rövwene rehmet etsin.Yaxwi uwaq idi.....
@teranealizade969
@teranealizade969 5 месяцев назад
Salam niye oldurubler ?
@carpediem5708
@carpediem5708 7 месяцев назад
İndi Onun ÖvLadının ALLAH Uzaq eLəsin, başına gələn işi Hamı çoxdan bilir. Ən Azından şəhərdə doğulub böyüyənLəR. Ama niyə ÖLdürülüb, Belə AcImasızcasına Qeyd etmirsiz. ARAŞDırırSızsa, axıra qədər, təFərrüAtLı oLmaLıdı. Nə isə , o ki qaldı QATiLə, CƏhƏNNƏMə Vərəm olsun, istəyir Lap Rak olsun, onu GÜLLƏLəMəLiydiLər, Bədəni Deşik- deşik oLmaLıydı, torpağa vErilməməLiydi, QUrda- Quşa Yem OlmaLıydı. QANA- QAN oLmasa, Ölü YiYəsinin ÜRəyi partlayar. Elə ona görə xəStəliklərə tutuldu. Hətta deyərdim Qatilin mEyitini tikə-tikə edib İTLərə atmaq Lazım idi. 20 iL iş verilibsə, onda nə qədər YaŞayıb, bunu da QEYD eLəmiRsiz. ÇoooX Zəİf İŞ! Bir də belə YARıMçıq MƏtNLər verməyin! Bunu yəqin ROZA TaĞıDan öyRənmək Lazımdı. O da çox TƏMKİNLi QaDındı. 4 arvadLı olmaĞını eFirdə deMiŞdiLər, ya özü ya KoLleqası, ama QaDınsevər ~ dediz, bəlkə o Qadınların YaXınLarından Kimsə "İntiqam" Məqsədilə~. Ama bu şəKildə yOx. Başqa bir versiya bunu eDənin AzərbaYcanlı Olduğuna iNaNmıRam. Çünki biZim MİLLƏTdə o ÜRƏK harda? O boyda QARaÇı haylar nə İŞGƏnCƏLər veribLər ƏsGəRimiZə, DiNC SaKinLərə, heç OnLarın birinin də CAVABını O Şəkildə vErmədik. ƏSiRləri belə buRaXırıq. Ona görə düşünürəm ki, RaFiq HÜSEYNin oĞLunu da erməni Öldürüb, ona görə də az iş veriblər. 1998- də ÖLÜm hökmü LəĞv olunub, haylar üçün həMiŞə YAŞIL İşıqdı. Yəqin AMnestiyaya düşüb. YaLan deyiblər, VƏrəm Zad da Olmayıb. Yenə də VALidEynLəri SuÇLayıram. MOskvaya qədər ŞiKayət edib ÖLÜM HÖKMÜ ÇıXARtMaLıydıLar. İNSan dünyasını DəyiŞSƏ də RUHLAR YAŞAYIR, baĞıŞLamAZ bunu.
@D_E.04
@D_E.04 6 месяцев назад
O vaxti dediler qatili ovladliga goturmusdu Roza xanim.Deyirdiler qisqanib usagi ona gore oldurub.Allah hec kime bele acini yasatmasin.Allah rehmet etsin ata ogulu
@msalamzada1
@msalamzada1 6 месяцев назад
Beli O vaxtlar deyirdiler ku qatil ogulluqlaridir
@ayselhasan9267
@ayselhasan9267 6 месяцев назад
məncə Roza xanım icazə vermir bu məsələ haqqında açıqlama verilsin
@t.m.m.6157
@t.m.m.6157 5 месяцев назад
Öldürən Roza T.-nın 1 -ci evliliyindən olan oğlu idi. Tərtərdən . Paxıllıqdan ki ,niyə mənə baxmırsan ,bu günahsız uşağa baxırsan ? Sağ çıxmasın heç ordan . Başqa şərh də yazdım indi .
@t.m.m.6157
@t.m.m.6157 5 месяцев назад
​@@ayselhasan9267çünki əvvəlki evliliyindən olan oğlu idi öldürən . Sizi oxumamış 1 -ci şərhə cavab yazdım . Başqa şərh də yazmışam .
@leylaxasanmadova6442
@leylaxasanmadova6442 7 месяцев назад
Çox ailə quran kişilərin həyatda dəqiq bir məqsəd və amalları olmur. Allah rəhmət etsin.
@maykl1252
@maykl1252 7 месяцев назад
Tamamilə haqlısınız.Elə kişilərin sevgisi nə sabit olur, nə də ciddi.Həqiqi sevgi 1 nəfəri sevməkdir.Vəssəlam!!!..nə isə...Allah rəhmət eləsin...
@yusifdavud346
@yusifdavud346 5 месяцев назад
Bu məhəbbət deyil,arvadbazlıqdır.Belə şeyləri rəğbətlə təbliğ etmək lazım deyil.
@user-we9yg2oc1l
@user-we9yg2oc1l 6 месяцев назад
Чох шор гоз олуб аллах рехмет елесин
@alotelekom9422
@alotelekom9422 5 месяцев назад
Azərbaycanın ibosu 😊
@nrmnrza7939
@nrmnrza7939 7 месяцев назад
😢😢😢
@zerifemahmudova
@zerifemahmudova 5 месяцев назад
Bəli düzdür çoxx agr faciə idi .Tər Tərdə aparıb bastrlmışdır. Gözəl xatrlayıram uşaq idim.Çoxxx təssüf ALLAH sizə Rəhmət eləsin.
@user-hd9rc7eq6d
@user-hd9rc7eq6d 7 месяцев назад
😢
@nerminesedova713
@nerminesedova713 5 месяцев назад
Eh heyat şan şohreti varsa her sey meqbuldur yoxdursa hecne meqbul deyil
@islamkazimov122
@islamkazimov122 7 месяцев назад
@nailmmmdova8920
@nailmmmdova8920 7 месяцев назад
XANKƏNDİNDƏ. ANADAN OLUB BİLİRDİM , RAFİQ MÜƏLLİMİ
@abutelmirzeyeva5605
@abutelmirzeyeva5605 7 месяцев назад
Bu qeder qəddarlıqla yazılmış başlıq. Təəsüflər olsun. Başqalarının ,ölumündən sonra, tərcümeyihalını açıb tökmək heç də insanlığa yaraşan mövzu deyil. Xalq nə gündə , sən nə gündə !? Cox təəsüflələr olsun.
@ikramagasiyev2492
@ikramagasiyev2492 5 месяцев назад
Allah rəhmət eləsin.Amma insan öz hərəkətlərinə, hisslərinə sahib çıxmağı bacarmalıdır.Qadınların sadəlövhlüyündən istifadə etmək yaxşı hal deyil.
@milvariehmedova7701
@milvariehmedova7701 6 месяцев назад
Allah rəhmət eləsin ozunə də oqluna da,onun da həyati belə gətirib,qinamaq lazim deyil.Roza xanim ciddi,aqayana xanim kimi gorunurdu,səs tonu gozəl idi,amma necə olub belə qəddar usaq boyudub.gunahsiz gənci paxilliqdan doqramaq hər adamin isi deyil
@yusifliyusifli9352
@yusifliyusifli9352 5 месяцев назад
yeqin ki sizafreniya xestesi olub
@user-xu4jm8yb4v
@user-xu4jm8yb4v 5 месяцев назад
😔😔😔
@ladydaphne4301
@ladydaphne4301 5 месяцев назад
🤲
@user-hb9tg2lq4w
@user-hb9tg2lq4w 5 месяцев назад
Yaxşı diktor olmasına söz ola bilməzdi. İndi bildimki həmdə mənəviyat pozuntusu ilə məşğul imiş. Təəsüf.
@museyibkazimzade1765
@museyibkazimzade1765 5 месяцев назад
Розанын оглу менимле дернекулде пеше мектеб нде авто члинкнрлик охуюурд ады Интизам иди она огей мунасибет олдугуну билирдик.истиганлы ушаг иди.рехметлик унверсиде Интизам исе пеше мектебинде.ушаглыгы тертерде кечмишди.айрысечкинлий дегиг вар иди
@ozdunyamozdunyam2695
@ozdunyamozdunyam2695 5 месяцев назад
Oglun ne gunahi axi var😢😢😢
@vusalquliyeva2476
@vusalquliyeva2476 7 месяцев назад
🎉
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 7 месяцев назад
30yaş kiçik?
@adilcabbarov299
@adilcabbarov299 6 месяцев назад
Şor Göz Olub
@nrmnrza7939
@nrmnrza7939 7 месяцев назад
😮😮😮😮😮
@newworld8303
@newworld8303 5 месяцев назад
Ölümün səbəbin demədiz nədən?
@taxirkerimov2283
@taxirkerimov2283 7 месяцев назад
AXIRINCI BAXMIRDI YAXSI..ONA
@Sky777-pr4fj
@Sky777-pr4fj 7 месяцев назад
4 dəfə evlənib? Demək hər boşadığı qadının taleilə oynayıb. Budur şərəfli şəxsiyyət?
@ravandavudov5652
@ravandavudov5652 7 месяцев назад
Düzdü vrat az tevedi amma hecne düz danışmır bu teve
@elshadjafar2437
@elshadjafar2437 7 месяцев назад
ƏLA KANALDİR. BƏYƏNMƏ MƏNDƏN
@abbasabdullayev4453
@abbasabdullayev4453 7 месяцев назад
Belə kişiyə şorgöz deyərlər, qadınları sevən yox
@maykl1252
@maykl1252 7 месяцев назад
Ona görə hər şeyi şəhvətə qurban vermək də olmaz....
@_KIFAYET
@_KIFAYET 5 месяцев назад
30 yaş kiçik tələbəsi ilə evlənibmiş.Ayıb oldugunu bilirmişmi görəsən?
@leyla.lala.
@leyla.lala. 5 месяцев назад
Pula görə özünü alçaldan qadınlar hələ də var☹
@t.m.m.6157
@t.m.m.6157 5 месяцев назад
Bax burda çevrilmiş forma var. 4 -cü evliliyində özü yox , qız özü ona aşiq olur . Rafiqə deyir ki ,mən dərs almağa yox ,sizi sevdiyimçün gəlmişəm . Mən bunu çoxdan bilirəm . Amma nədənsə indi guya Rafiq aşiq olubmuş 😳. Sonra başqa bir yerdə də yazırlar ki ,guya oğlunun öldürülməsi Roza x.-la ayrılmasına səbəb olub . Bu da düzgün məlumat deyil . Onlar çoxdan ayrılmışdılar ,qısqanclıq üstündə . Bir yoldaşı da skripaç Zəhra Quliyeva idi . Görmüşdüm birlikdə Jeleznovodskda . Rafiq m .üzü təbəssümlü idi. Oğlunu da Roza T.-nın Tərtərdə yaşayan 1 -ci evliliyindən olan oğlu paxıllıqdan gəlib öldürmüşdü . Sağ çıxmasın ordan . Uşağın nə günahı ?! Yaddan çıxmayan , bağışlanmayan faciə ! 😔😔
@yaqutnovruzova2452
@yaqutnovruzova2452 7 месяцев назад
Bir az düz yazmadınız. Onun oğlunu elə anaları bir olan qardaşı doğradı.
@dodoisuususu4346
@dodoisuususu4346 7 месяцев назад
Düzdür
@anar-qw8gf
@anar-qw8gf 7 месяцев назад
Bir az ətraflı zəhmət olmasa.mənə maraglıdı
@rayamg4513
@rayamg4513 7 месяцев назад
Ýəni Roza xanımın başqa ərindən olan oğlu kiçik qardaşını öldürüb?
@anar-qw8gf
@anar-qw8gf 7 месяцев назад
@@rayamg4513 niyə də?bu ograşın dərdi nə olub ki bu hərəkəti edib.düşman eləməz
@DilareElekberova-dp5jl
@DilareElekberova-dp5jl 5 месяцев назад
1 ci arvadi roza celilova sonra şergiye ile evlenir oglunu dograyb oldurmuşduler vannaya atmşdlar bele eşitdik biz de. Allah rehmet elesin. İndi hele hamsi arvadbazdr
@yeganemeherremova5196
@yeganemeherremova5196 5 месяцев назад
Bir cavan diktor da var, Rafik nuellime benzeyir, Sehv etmiremse onun da adi Rafikdi
@user-bt8tq8bd3c
@user-bt8tq8bd3c 6 месяцев назад
Bes onu olduren necoldu yasayirmi? Yasayirsa Allahin lenetine qezebine gelsin o usagin ne gunahi vardi
@user-rj5xn1ud8z
@user-rj5xn1ud8z 7 месяцев назад
Yarimciq melumat arvadlarin ikisi haqqinda danismadiz boyuk senatkar haqqinda bu cur alayarimciq melumat hec xosuma gelmedi
@Qamiaz-tr.commercial
@Qamiaz-tr.commercial 5 месяцев назад
Amma,Müqəddəs kitabda zina etməmək də yazılıb,nə isə,zina edib onu nümayişkəranə şəkildə "sevgi" adlandırmaq da bir başqa dərddi.Nə isə...Bu sevgi olsa idi onda otellərdə hər gün bir kişi qəbul edən fahişələr də "sevgi abidəsi" sayılardılar
@motunaz2884
@motunaz2884 6 месяцев назад
Nə olursa olsun bir ölünün nəyinki ölünün bir başqasının məhrəmiyətinə toxunmaq ayıbdı günahdı cox ayıb olsun sən birdə ölünün dalıyla danış ma,,,,,
@rimarima6253
@rimarima6253 6 месяцев назад
Ele gic gic danisirsiz ki,Usagi oldurub, sonra evden cixarmaqcun dograyib ,camadana doldurub evden cixariblar.O zamanin butun qezetleri bele yazirdi.
@serdaramin1910
@serdaramin1910 7 месяцев назад
*******
@elmanbahaduroff2851
@elmanbahaduroff2851 5 месяцев назад
Kisiler olub o vaxti. Nebi Xezri...
@user-jr4em9xc1f
@user-jr4em9xc1f 21 день назад
Qatil Rozanın oğlu idi.
@user-hb9tg2lq4w
@user-hb9tg2lq4w 5 месяцев назад
Sənətinə,yaraşığına görə tərifləyirsiz.4 dəfə evlənib,özündən 30 yaş kiçik olan tələbəsini alıb, əlavə sevgililəri olub. Allah rəhmət eləsin.Düzgün manyak olub.
@rehimshabanov1901
@rehimshabanov1901 5 месяцев назад
Qısaca deki ograş olyb.
Далее
I need your help..
00:28
Просмотров 4,4 млн
New Gadgets! Bycycle 4.0 🚲 #shorts
00:14
Просмотров 4,6 млн
SABAHIN HAVA PROQNOZU, 2 iyun 2024 Hava haqqinda
1:25
Qabil Türkoğlu "Cavanşir Məmmədov və kürəkəni"
22:25
Qaqarinin pərəstiş  etdiyi azərbaycanlı qız
21:37
I need your help..
00:28
Просмотров 4,4 млн