Тёмный

Ümumi təhsilin idarə olunmasının prinsipləri 

Elşən Qafarov TAM TV
Подписаться 12 тыс.
Просмотров 2,4 тыс.
50% 1

3. Ümumi təhsilin idarə olunması
3.1. Ümumi təhsilin idarə olunması hesabatlılıq, məsuliyyətin
bölüşdürülməsi və inkişafın monitorinqi prinsipləri əsasında həyata keçirilir.
3.2. Hesabatlılıq nəticə etibarı ilə ümumi təhsilin həyata keçirildiyi
müəssisədə kollektivin hər bir üzvünün tapşırılmış iş sahəsində cavabdehliyini
təmin edir. Ümumi fəaliyyətin müntəzəm hazırlanan və müzakirə edilən
hesabatlarda əks olunması müəssisədə hər bir fərdin vəzifə funksiyalarına
məsuliyyətlə yanaşmasında mühüm rol oynayır.
3.3. Məsuliyyətin bölüşdürülməsi ümumi təhsilin idarə olunmasında
demokratiklik, sistemlilik və şəffaflıq yaradan mühüm amil kimi meydana çıxır, ümumi fəaliyyətin səmərəli planlaşdırılmasına və nəzərdə tutulan tədbirlərin icrasına çevik nəzarət mexanizminin müəyyənləşdirilməsinə xidmət edir.
3.4. İnkişafın monitorinqi mövcud idarəetmə sisteminin məqsədyönlülük
səviyyəsini aşkara çıxarmaq və irəliləyişlərin dinamikasını müəyyən etməklə planlaşdırma və icra sistemində zəruri dəyişikliklər aparılmasını təmin edir.
3.5. Ümumi təhsilin idarə olunması dövlət-ictimai xarakter daşıyır.
3.6. Ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı Pedaqoji Şura
hesab olunur. Pedaqoji Şuranın Əsasnaməsi Azərbaycan Respublikasının Təhsil
Nazirliyi tərəfindən təsdiq edilir.
3.7. Pedaqoji Şura iclaslarında, əsasən, təhsil sahəsində dövlət siyasətinə
uyğun olaraq, təlim-tərbiyə prosesinin təşkili və həyata keçirilməsi, təhsilin
keyfiyyətinin yüksəldilməsi, idarəetmənin təkmilləşdirilməsi, innovativ pedaqoji
ideyaların məktəbdə tətbiqi, müəssisədə sağlam psixoloji mühit və təhlükəsiz şərait yaradılması, maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi ilə əlaqədar aktual məsələlər, ümumi fəaliyyətin yaxşılaşdırılması istiqamətində təkliflər və hesabatlar müzakirə olunaraq müvafiq qərarlar qəbul edilir.
3.8. İdarəetmədə demokratikliyi və şəffaflığı daha da yüksəltmək məqsədi
ilə ümumi təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə
orqanları (məktəb şurası, qəyyumlar, himayəçilər şuraları, metodik şura, valideynməktəb assosiasiyası, valideyn komitəsi, uşaq parlamenti, qanunvericilik əsasında fəaliyyət göstərən uşaq və gənclər təşkilatlarının orqanları) yaradıla bilər.
3.9. Ümumi təhsil müəssisəsinə rəhbərliyi qanunvericiliklə müəyyən
edilmiş qaydada təyin olunan direktor həyata keçirir. Direktorun vəzifə funksiyaları ümumi təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.

Опубликовано:

 

11 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@almazfexredova6497
@almazfexredova6497 5 месяцев назад
Təşəkkürlər Elşən m.m.Var olun.👍👏🙏
@rafaelmustafayev9943
@rafaelmustafayev9943 4 года назад
Orta təhsilli müəlliməyəm 15 ildir ki fiziki tərbiyə dərsi deyirəm ancaq ixtisasim texnologiya fənnidir. Ancaq fiziki tərbiyədən bölünən sinifləri mənə vermir (ixtisasım olmadığına görə) .bunun üçün mən hara müraciət etmək lazımdır.
@rafaelmustafayev9943
@rafaelmustafayev9943 4 года назад
@@elshan_qafarov xahiş Edirəm Elşən müəəlim .sizin məlumatınız varmı
Далее
Sertifikasiya 2024 Test mərhələsi bitdi .
1:21:45
Просмотров 2,5 тыс.