Тёмный

Şövkət Ələkbərova - Alagöz (Rəsmi Audio) 

Şövkət Ələkbərova
Подписаться 27 тыс.
Просмотров 9 тыс.
50% 1

Şövkət Ələkbərovanın “İfalar, Vol.3” albomundan "Alagöz" mahnısı artıq onlayndır.
Şövkət Ələkbərovaya RU-vid-da abunə ol: mikpro.az/shal...
Musiqi: Cahangir Cahangirov
Söz: Zeynal Cabbarzadə
Şövkət Ələkbərovanı rəqəmsal plaftormalarda dinlə:
Keçid: mikpro.az/shal...
Genius: mikpro.az/shal...
Sözlər:
[Muğam]
Sənin gətirdiyin bir dəstə çiçək
Sənin gətirdiyin bir dəstə çiçək
Saralıb-solubdur, ata bilmirəm
Gecəli-gündüzlü bu həsrət ürək
Elə kövrəlir ki, yata bilmirəm
Doğrusu...
Doğrusu, yorubdur məni bu halım
Dərdlərin əlindən bəs harda qalım?
Elə bil qanadlı quşdur xəyalım
Əl edib mən onu tuta bilmirəm
Tuta bilmirəm
Deyirlər, yollarda vüsal görünür
Deyir...
Deyirlər, yollarda vüsal görünür
O, kimin eşqi ilə elə sürünür?
Mənimçün küləyə, şimşəyə dönür
Qaçıram ardınca, çata bilmirəm
Çata bilmirəm, ey
[Bənd 1]
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Gözəl, məndən üz döndərmə, amandır
Gözəl, məndən üz döndərmə, amandır
[Nəqərat]
Həsrətinlə hər zaman, həsrətinlə hər zaman
Gözüm qaldı bu yollarda, ay alagöz
Gözüm qaldı bu yollarda, ay alagöz
[Bənd 2]
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Kirpiklərin oxdur, qaşın kamandır, qaşın kamandır
Gözəl, məndən üz döndərmə, amandır
Ay qız, məndən üz döndərmə, amandır
[Nəqərat]
Həsrətinlə hər zaman, həsrətinlə hər zaman
Gözüm qaldı bu yollarda, ay alagöz
Gözüm qaldı bu yollarda, ay alagöz
Alagöz, alagöz, alagöz
Gözüm qaldı bu yollarda, alagözlüm
Şövkət Ələkbərova tərəfindən ifa olunan “Alagöz” parçasının rəsmi audiosu. Bu videonun bütün hüquqları “mikpro” MMC tərəfindən qorunur. © 2022
Etiketlər:
#ŞövkətƏləkbərova #Alagöz #mikpro

Опубликовано:

 

3 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 9   
@ESwwww
@ESwwww 10 месяцев назад
Evveller mamam qulaq asanda deyirdim yene basladilar aglasma sen deme ozumun en sevdiyim mahnilar musiqiler olacaqmis insanin yasi kecdikce qanimizda var nese ruhumuzu qidalandirir Azerbaycan xalq Mahnilari ele ne zenginlik var musiqi senetkarlar o vaxtlarda qaldi Allah qeni qeni hamisina rehmet elesin xalqa bele gozel mahnilar qoyub getdiniz gozel senetkarlar ruhunuz sad olsun 😢
@19shg67
@19shg67 Год назад
Hörmətli oxucular və dinləyicilər! Gözəl müğənni Şövkət Ələkbərovanın ifa etdiyi bu mahnının sözləri bir yox, iki şeirin sözlərindən ibarətdir. Birinci şeir "Bilmirəm" adlı şeirdir və onun müəllifi Azərbaycan şairəsi Mədinə Gülgündür (bu şeir 1965-ci ildə yazılıb). ---------------------------------- BİLMİRƏM Sənin gətirdiyin bir dəstə çiçək Saralıb solubdur ata bilmirəm. Gecəli, gündüzlü bu həsrət ürək Elə göyrəlir ki, yata bilmirəm. Doğrusu yorubdur məni bu halım, Hicranın əlindən bəs harda qalım? Elə bil qanadlı quşdur xəyalım, Əl edib mən onu tuta bilmirəm. Deyirlər yollarda vüsal görünür, O kimin eşqiylə elə sürünür? Mənimçin küləyə, şimşəyə dönür Qaçıram ardınca, çata bilmirəm... Gülgün şəfqətinə möhtacdır, gülüm, İstərəm vəslinlə sevinim, gülüm. Meylini tək sənə salıbdır könlüm, Səni hər gözələ qata bilmirəm... Şeirin müəllifi: Mədinə Gülgün ---------------------------------- İndi isə ikinci şeir haqqında qısa yazım. Mahnıda oxunan ikinci şeir "Alagöz" adlı şeirdir, lakin dəqiq deyə bilərəm ki, bu şeirin müəllifi Zeynal Cabbarzadə deyil. Bəli, Zeynal Cabbarzadənin "Alagöz" adlı şeiri var, lakin o şeir tam başqa şeirdir, bu mahnıda oxunan şeir deyil: ALAGÖZ Düşər üzdə xala göz, Şirin canım Alagöz. Qara gözə can qurban, Yaman olur ala göz. Alagöz, ay Alagöz, Mənim ola ala göz!.. Bülbül gələr yaz ilə, Yarım oynar saz ilə, Hər baxanda naz ilə Ürəyimi çala göz. Alagöz, ay Alagöz, Mənim ola ala göz!.. Yar bağını gəzərəm, Güllərini üzərəm, Hər dərdinə dözərəm, Mənim ola Alagöz. Şeirin müəllifi: Zeynal Cabbarzadə ---------------------------------- Sizə xoş arzularla, Şərif E. Hüseynov (Sharif E. Guseynov) sites.google.com/view/sharif-elbaevich-guseynov www.researchgate.net/profile/Sharif-Guseynov
@suleymanhnifyev7346
@suleymanhnifyev7346 Месяц назад
ƏFSANƏ MÖHTƏŞƏM BİR SƏS...✨✨✨
@elsenceferov9930
@elsenceferov9930 Год назад
Çoxx əladır baldi ifaniz, Allah rəhmət eləsin unudulmaz ifa...
@akayelgezdi5361
@akayelgezdi5361 Год назад
Ölümsüz muganni,🌹🌟🌹🌟❤️❤️❤️❤️❤️❤️❤️❤️
@huseyinibrahimov2377
@huseyinibrahimov2377 Год назад
Ölüb axı, necə ölümsüz ola bilir 🙄
@akayelgezdi5361
@akayelgezdi5361 Год назад
@@huseyinibrahimov2377 ölüp doğru,mahnılarıyla,sesiyle yaşıyır💓
@snailmiz355
@snailmiz355 Год назад
🙇❤
@sebineselimova7417
@sebineselimova7417 Год назад
❤❤
Далее
"ŞöVKəT ƏLəKBəRoVa" "#TOP 5 #MUSİQİ"
17:42
Просмотров 11 тыс.
Şövkət Ələkbərova - İnanmaram (Rəsmi Audio)
7:07
Akif İslamzade - (Seçmələr)
23:52
Просмотров 55 тыс.
Bir mahnının tarixçəsi - "Alagöz"
42:00
Просмотров 1 тыс.
RETRO AZERBAIJANI MUSIC
21:12
Просмотров 662 тыс.
Şövkət Ələkbərova - Dərələr (Rəsmi Audio)
4:56