Тёмный

Şəhid Hikmət Hacıyev-Zəfər Şəhidləri (24-cü film) Şəmkir 

Şamil Muradlı WMC
Подписаться 4,2 тыс.
Просмотров 2,1 тыс.
50% 1

Filmin rejissoru və operatoru-Şamil Muradlı
Ssenari müəllifi və aparıcı- Kənan İbrahimov
Layihə Rəhbəri- Alimpaşa Məmmədov
Prodüsser- Miraqil Cavadov
Redaktor- Əsgər Ələsgərov
Texniki direktor - Nicat Həsənov
Hikmət Şubay oğlu Hacıyev (7 dekabr 1984; Şəmkir, Azərbaycan - 8 noyabr 2020; Bakı, Azərbaycan) - Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi.
Hikmət Hacıyev 7 dekabr 1984-cü ildə Şəmkir şəhərində dünyaya göz açmışdır.[1] Orta təhsilini doğulduğu şəhərdə alan Hikmət 1999-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur. 2002-2006-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almışdır.2006-cı ildə leytenant rütbəsi ilə hərbi xidmətə başlamışdır. 3 il Füzulidə xidmət etmişdir. 2014-cü ildə kapitan rütbəsi almışdır.Azərbaycan Ordusunun kapitanı olan Hikmət Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 2 oktyabr tarixində Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində gedən döyüşlərdə döyüş yoldaşlarını xilas edərkən yaralanmış və reanimasiyaya yerləşdirilmişdir. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi xəbərini eşitdikdən sonra şəhid olmuşdur. Ailəli idi. 7 yaşlı oğlu və 2 yaşlı qızı yadigar qaldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən kapitan Hikmət Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Hikmət Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Etiketler
ŞəhidHikmət Hacıyev,sehid hikmet hacıyev,sehid hikmet,sehid hikmet haciyev semkir,,Senedli film,Şehidler haqda Senedli filmler,Şemkir Şehidleri,Şehidlerin Adlari,Şemkir Şehidlerinin Adlari,Şemkir Şehidlerinin Siyahisi,Alimpaşa Məmmədov.23 cü film,West Media Center Qerb Media,Qarabag muharibesi,Qarabag Azerbaycandir,Garabagh İs Azerbaijan,Like Et,Abone Ol.Şamil Muradlı,Samil Muradli.
İlham Aldigim kanallar
Nail Kemerlinin Kanali
Mircavidan Niftullayev
Tural Yusifli
Hemid Hesenovun Kanali
"West Media Center Qerb Media Mərkəzi" Kanalinda Yayimlanan Videolarin müəllif Hüquqlari Qorunur.Kopyalamaq ve tekrar paylaşmaq Qeti qadagandir.
#Sehid #HikmətHacıyev#Senedlifilm

Кино

Опубликовано:

 

6 окт 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 33   
@vusalmuradov5444
@vusalmuradov5444 2 года назад
Allah rəhmət eləsin mənim boluk kamandirim olub cox gozəl adam indi and olsun Allaha 😔 kas onun yerinə mən öləydim o qədər cox isdeyirdim kamandirmi😔
@elnurrahimov244
@elnurrahimov244 Месяц назад
Allah rehmet elesin qardasim sene Allah ailene sevdiklerine sebr versin Amin!😢
@sebuhihlimanov4696
@sebuhihlimanov4696 10 месяцев назад
Allah rəhmət eləsin.dəyərli qardaş idi
@Mahirliyeva-ku4ii
@Mahirliyeva-ku4ii Год назад
Can ay Hikmet her bu filme baxanda aglayıram anan ölsün bibilerin öleydi😥😥😥
@elgunalyev9448
@elgunalyev9448 2 года назад
Allah rəhmət eləsin 😓💔😔 ruhu şad, məkanı cənnət olsun.Şəhidimiz💔
@sekinehaciyeva1292
@sekinehaciyeva1292 2 года назад
Allah rehmet elesin .Allah bize neler yawatdin neler gosderdin😔
@ulvimsimov4638
@ulvimsimov4638 2 года назад
Allah bütün şəhidlərmizə rəhmət eləsin! Hikmət sinifmizin , məktəbimizin, rayonumuzun, Azərbaycanımızın fəxri idi. Hikmət həqiqətəndə əsil dost idi. dostumuz idi.
@mhluqalyeva3702
@mhluqalyeva3702 2 года назад
Çox sağol Şamil oğlum bu qədər gözəl aydinlatmisan şəhid balamın həyatını
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 2 года назад
Borcumuzdu eziz Anamiz.Ne etsek yene azdir
@vusalehaciyeva9335
@vusalehaciyeva9335 Год назад
@@samilmuradlwmc9025 salam qardaşım Samux rayonu lək kəndində bir şəhid var o şəhid tanınmır köməklik edə bilərsiz ?
@samilmuradlwmc9025
@samilmuradlwmc9025 Год назад
@@vusalehaciyeva9335 Salam.Sehidlerimiz ucun borcumuzdu onlari tanitmaq
@vusalehaciyeva9335
@vusalehaciyeva9335 Год назад
@@samilmuradlwmc9025 çox sağolun Gəncənin imamazada kəndidir lək kəndi nömrə yazacam bura götürün əlaqə saxlayın onlara lək kəndinin icra başçısı çox haqsızlıq edib 🤲🙏
@mercanhaciyeva7713
@mercanhaciyeva7713 2 года назад
Allah sene rehmet elesin sy nuruzlum cennetmekanlim Allah Anana ailene sebr versin bibin qurban olsun tarix yazan tarixlere hekk olunan Werefli adina.Filmine baxdimm baxdimm ay Hikmet bir nece defe baxdim heyiff coox heyif senen heyif cavan caninan heyif yarimqalmiw arzularinan.Menimcun sen qardawiminbalasi yox qardawimiydin dosdumuydun derdimidinleyen sirrimi saxlayan guvendiyim Hikmetiydin indi ise qebimde omurluk xatireye cevrilen xow xatirelerle xatirladigim ve omrumun axirinadek unudulmasi mumkun olmuyan Hikmetmizsen
@aytacaliyeva2522
@aytacaliyeva2522 2 года назад
🥺🥺🥺🥺
@erestunabbasov2902
@erestunabbasov2902 2 года назад
Allah rəhmət eləsin şəhidimizi Erestunu həyat yoldaşıdı bu anayla əlaqə saxlam istiyirəm sözüm var
@gozlbayramova3318
@gozlbayramova3318 2 года назад
Allah rəhmət eləsin ailəsinə əzizlərinə səbr versin yeri cənnət olsun Şəhidimizin amin🥺
@nihadmeheremv5319
@nihadmeheremv5319 2 года назад
Allah bütün şəhidlərimizə rəhmət eləsin amin
@nihadmeheremv5319
@nihadmeheremv5319 2 года назад
Ruhu şad olsun amin
@pakizeabdullayeva8483
@pakizeabdullayeva8483 2 года назад
Ruhun şad olsun ay qaqa..heyif senin kimi oguldan..üreyimizde sagalmayan yara qoydun getdin..seni hec vaxt unutmariq,unutdurmariq...Şehid kapitan Hikmet Haciyev..
@turalnovruzov549
@turalnovruzov549 2 года назад
Mekani cennet olsun Hikmet qardaşimizin.😔Allah ailesine ezizlerine sebr versin.🇦🇿🇦🇿🇦🇿
@mahnurliyeva8102
@mahnurliyeva8102 2 года назад
Can .Ruhun şad olsun Şəhidim
@aytacaliyeva2522
@aytacaliyeva2522 2 года назад
Senin yoxlugun meni yixti 1 sozle sen saclarimi agartin her wekiline baxanda goz yawlarima boguluram yoxlugunu qebulanamiram mekanin cennet olsun Allah sene rehmet elesun ay Hikmet😥😥
@quliyeva8880
@quliyeva8880 2 года назад
Məkanı cənnət, ruhu şad olsun. Allah ailəsinə səbr versin.
@mammedovovam1227
@mammedovovam1227 2 года назад
Allah səbr versin🙏
@nihadmeheremv5319
@nihadmeheremv5319 2 года назад
Allah rəhmət eləsin cəmi şəhidlərimizə amin
@hesenmemmedov9049
@hesenmemmedov9049 2 года назад
Məkanın cənnət olsun tarix yazan ŞƏHİDİM
@javidbayramov3068
@javidbayramov3068 2 года назад
yoxluğuna necə alışaq, qardaşım. niyə Allahım, bu qədər tez niyə..
@raqifeliyev2583
@raqifeliyev2583 2 года назад
Allah Rehmet elesin sene dayioglu.
@user-qc1ij4dj7h
@user-qc1ij4dj7h 2 года назад
.рухун шад олсун
@user-tn6js9qh1p
@user-tn6js9qh1p 2 года назад
Allah rəhmət etsin
@1sehidlerimiz_unutmayaq
@1sehidlerimiz_unutmayaq 2 года назад
Can Şəhidim😔😔😔😔😔
@haldunyerazbayramov7646
@haldunyerazbayramov7646 2 года назад
Allah sənə rəhmət elesin xala oğlum,adini tarixə yazdirdin..
@user-nt6uv4ds7z
@user-nt6uv4ds7z 2 года назад
Аллах рахмет еласин🥺🤲
Далее
Гномы против Квадроберов
1:00
Просмотров 3,3 млн
Утро начинается не с кофе
0:41