Тёмный

Şəhriyar - Heydərbabaya salam - 1 (Şəhriyarın öz səsindən eşidin.) 

Zaur.Kerimli
Подписаться 3,7 тыс.
Просмотров 494 тыс.
50% 1

Heydərbaba*1, ildırımlar şaxanda,
Sellər-sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Heydərbaba, kəhlikliklərin (kəkliklərin) uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qarçiçəyi*2 çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eyləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Heydərbaba, gün dalıvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora (sonra) sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdi,
Dünya boyu oğulsuzdu, yetimdi.
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələnmədim gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilməz idim, döngələr var, dönüm var,
İtkinlik var, ayrılıq var, ölüm var.
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus, bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də, vallah, unutmarıq sizləri,
Görənməsək, halal edin bizləri.
Heydərbaba, Mir Əjdər*3 səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm*4 sazın dilləndirəndə,
Yadındadır nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.
Şəngilava*5 yurdu aşıq alması*6,
Gahdan gedib orda qonaq qalması,
Daş atması, alma, heyva salması,
Qalıb şirin yuxu kimi yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.
Heydərbaba, Quru gölün*7 qazları,
Gədiklərin sazaq çalan sazları,
Kət-gövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub seyr edərəm özümdə.
Heydərbaba, Qaraçəmən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbalaya gedənlərin qadası,
Düşsün bu ac, yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.
Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sərneveştin yazdırıb,
Salıb xəlqı (xalqı) bir-birinin canına.
Barışığı bələşdirib qanına.
Göz yaşına baxan olsa, qan axmaz,
İnsan olan, xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz Məhərrəm olmaqdadır.
Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib (enib) kəndə çökəndə,
Şeyxül-İslam*8 gözəl səsin çəkəndə,
Misginli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.
Daşlı bulaq*9 daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə (sən de), bulaq, xeyrin olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan.
Heydərbaba, dağın, daşın sərəsi,
Kəhlik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsi (qarası),
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyardım, çoban, qaytar quzunu.*10
Heydərbaba, sulu yerin düzündə,*11
Bulaq qaynər (qaynar) çay-çəmənin gözündə,
Bulaqotu*12 üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətliyib bulaqdan su içərlər.
Biçin üstü sünbül biçən oraqlar,
Eylə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bir huşlanıb sondan durub biçərlər.
Heydərbaba, kəndin günü batanda,*13
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmu-qüssə de.
Qarı nənə gecə nağıl diyəndə (deyəndə),*14
Külək qalxıb qap-bacanı (qapı-bacanı) döyənədə,
Qurd keçinin Şəngülüsünü yiyəndə (yeyəndə),
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sora (sonra) solaydım.
Əmməcanın bal bəlləsini*15 yiyərdim,
Sondan durub iç donumu giyərdim (geyədrim),
Bağçalarda tiringəni*16 diyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim...
Həçi xala*17 çayda paltar yuyardı,
Məmmədsadıq damlarını suvardı,
Heç bilməzdik dağdı, daşdı, duvardı (divardı),
Hər yan gəldi şıllaq atıb aşardıq,
Allah, nə xoş qəmsiz-qəmsiz yaşardıq!
Şeyxül İslam münacatı diyərdi,
Məşədi Rəhim*18 ləbbadəni giyərdi,
Məşd Hacəli bozbaşları yiyərdi,
Biz xoşuduq, xeyrat olsun, toy olsun.
Fərq eləməz hər nolacaq, qoy olsun.
Məlik Niyaz*19 vərəndilin salardı,
Atın çapıb qeyqacından (qıyğacından) çalardı,
Qırğı təkin gədik başın alardı,
Dolayəya qızlar açıb pəncərə,
Pəncərlərdən nə gözəl mənzərə.
Heydərbaba, kəndin toyun tutanda*20,
Qız-gəlinlər həna (xına), piltə satanda,
Bəy gəlinə damdan alma atanda*21,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.
(محمد حسین شهریارحیدر بابایه سلام)

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 523   
Далее
Heydar Baba'ya Selam (Şehriyar)
28:02
Просмотров 36 тыс.
ВЫЗВАЛ ЗЛОГО СОНИКА #Shorts
00:38
Просмотров 58 тыс.
Как открыть багажник?
00:36
Просмотров 16 тыс.
Airpod Through Glass Trick! 😱 #shorts
00:19
Просмотров 1,4 млн
Rübabə Muradova - "Heydər babaya salam"
3:23
Просмотров 42 тыс.
Şehriyar- Han Nene (Şəhriyar-Xan Nənə)
6:38
Просмотров 47 тыс.
Heydər Baba
5:26
Просмотров 110 тыс.
Vəfa Quluzadə sirrləri açır.
28:59
Просмотров 313 тыс.
Rubabe Muradova "Heyder babaya salam"
3:24
Просмотров 234 тыс.
Şəhriyar - Yar Qasidi (musiqi ilə)
2:00
Просмотров 1,3 млн