2016-cı ildən Şəkidə yaşayıram bu müddət ərzində həm şəhərin həm də ətraf kəndərin və qonşu rayonların ləhcəsini müşahidə edirəm və eşirdirəm. Şəki ləhcəsi bəzi xüsusiyyətləri ilə fərqlənir. Qarşıma çıxdıqca bunları qeyd etmişdim. Nəhayət həmin videonu çəkdim. Burada yaşamadan bilməyəcəyiniz məlumatları paylaşıram sizinlə. Xoş izləmələr.
Şəki dialektində bəzi sözlər:
Qitmir - simic
Höyüş - nəm suli
Beycə-bu gecə
Həftiy - aptek
dumuta getmək - fikrə getmək
dəbbülüm - yüngül təbiətli , özünü apara bilməyən insan
ləlöyün - görməmiş, acgöz insan
hütdəmə - başdan xarab insan
huşdurum - fikri dağınıq insan
şiriş - şirin yapışqan məhlul
ciyi - ana
Yeşinpabaş-gizlənpac
Bari - divar
Kanalıma abunə olaraq yeni videolardan xəbərdar ola bilərsiz.
Abonə ol : bit.ly/2Tbkdm9
İnstagram Hesabımdan da məni izləyə bilərsiniz: @mustaffarid
Videolarımı bəyənməyi və paylaşmağı unutmayın.
Farid Mustafayev ©2023. All rights reserved
29 окт 2024