Тёмный

Şəmkirin bu kəndi niyə boşalır? 

BBC News Azərbaycanca
Подписаться 447 тыс.
Просмотров 27 тыс.
50% 1

Şəmkir rayonunun Ələsgərli kəndi boşalmaqdadır. Sakinlər deyir ki, kənddə yaşamağa şərait olmadığı üçün əlinə imkan düşən hər kəs buranı tərk edir. Onların sözlərinə görə, Ələsgərli kəndində 1988-ci ilədək ermənilər məskunlaşıb və o vaxt kəndin şəraiti çox yaxşı olub. Kəndlilər deyir, vaxtilə burada 600-dən çox ailə yaşasa da, indi cəmi 70-80 ailə qalıb.
Sakinlərin sözlərinə görə, kəndliləri buradan köçməyə məcbur edən əsas səbəblərdən biri yolun olmamasıdır. Biz də Ələsgərli kəndinə gələrkən yolun 12 kilometrlik dağlıq hissəsinin bərbad vəziyyətdə olduğunu gördük. Ona görə də, rayon mərkəzindən kəndə təxminən 1 saata gəlib çata bildik.
Kəndin 23 yaşlı sakini Elçin Alıyev deyir ki, yol olmadığı üçün Ələsgərli kəndinə müntəzəm marşrut da işləmir. Onun sözlərinə görə, 300-dən çox sakini olan kəndin cəmi bir marşrutu var, o da xarab olanda camaatın rayonla əlaqəsi kəsilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən BBC Azərbaycancaya bildirilib ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində Ələsgərli kəndi də daxil olmaqla 6 yaşayış məntəqəsini birləşdirən və ümumi uzunluğu 32 kilometr olan Şəmkir, Şiştəpə, Dağ Tatar, İrmaşlı, Ələsgərli, Daşbulaq, Kamandar yolunun 2023-cü ilin sonunadək yenidən qurulması nəzərdə tutulub.
Ələsgərli kənd tam orta məktəbinin direktoru Zahid Məmmədov deyir ki, kənd əhalisinin azalması məktəbdə şagird sayının da aşağı düşməsinə gətirib çıxarıb.
Məktəb direktoru deyir kəndin məktəbi də elə o vaxtdan bu günə kimi təmir olunmayıb, ona görə də məktəbin şəraiti acınacaqlı gündədir. Lakin direktor bildirdi ki, prezidentin sərəncamına uyğun olaraq, kənddə bu ilin sonuna kimi modul tipli məktəbin quraşdırılması gözlənilir. Onun sözlərinə görə, məktəblə bağlı əsas problem kənddəki şəraitsizlik ucbatından bu kəndə müəllimlərin gəlməməsidir.
Şəmkir rayon icra hakimiyyəti kənddəki şəraitsizliklə bağlı yaranan suallarımızı cavablandırmayıb.
BBC News Azərbaycanca Xidməti Azərbaycan və dünyada baş verən mühüm, maraqlı və yadda qalan hadisələr barədə videoları sizə çatdırır. bbc.co.uk/azeri
Bizi sosial şəbəkələrdə izləyin, şərh yazın və paylaşın:
Facebook: / bbcnewsazeri
Twitter: / bbcazeri
Instagram: / bbcazeri
RU-vid səhifəmizdə olan digər videoları da izləyin.
Azərbaycan da bu gün
• Azərbaycanda bu gün
Qarabağ münaqişəsi
• Qarabağ münaqişəsi
Dünyada bugün
• Dünyada bugün
Bölgələrdən
• Bölgələrdən
Qadınlar, sizin üçün
• Qadınlar, sizin üçün
1 dəqiqəlik videolar
• 1 dəqiqəlik videolar
Müsahibələr - Sizin səsiniz
• Müsahibələr - Sizin Sə...
Azərbaycanlılar Britaniyada
• Azərbaycanlılar Britan...
Niyə, nə üçün - izahedici videolar
• Nə və niyə?
Gənclər sizin üçün
• Gənclər, sizin üçün
Sosial problemlər
• Sosial problemlər
Dünya xəbərləri bülleteni
• Dünya xəbərləri bülleteni
Mənim Şəhərim
• Mənim Şəhərim
Birinci Dünya Müharibəsi: Səngərlərdən Kənarda
• Birinci Dünya Müharibə...
Sizin Sözlərinizlə
• Sosial media icmalı - ...
Britaniyada tələbə olan azərbaycanlılar
• Britaniyada tələbə ola...

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 24   
@sabirabad-tv-tv8798
@sabirabad-tv-tv8798 Год назад
Sabirabadda 12 kənddə bu gündədir
@asifesgerov3284
@asifesgerov3284 Год назад
Xowqedem Hidayetqlzl ise Afrikada subartizian qazdlrlb
@rafailrasulov4012
@rafailrasulov4012 Год назад
💥👏👏👏👏👏👍
@Ramin658
@Ramin658 Год назад
BBC yaman fəallaşıb bu mövzuda cəkilşlər aparır yaman bizim millətin geydinə galır Allah axırinı xeyir eləsin!!!
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Yaxsi edir
@aydinbabayev1211
@aydinbabayev1211 Год назад
Can Azerbaycanım can
@xalidenovruzova3393
@xalidenovruzova3393 Год назад
ERMENILER UCUN RAZILAWIR XALQINDAN XEBERI YOXDUR DOVLETIN
@KH-re1uc
@KH-re1uc Год назад
Pulu yiyəcəklər, deyəcəklərdə məktəbi remont etdik, yolu da həmçinin.
@gunelbagirova2703
@gunelbagirova2703 Год назад
Daşkəsənin Əhmədli kəndi də bu vəziyyətdədir .Bamayaraq ki rayona 14 km məsafədə yerləşir .Ondan əvvəlki kənddə Mollahesenli kəndində qaz var ordan ora çəkmirlər .Ancaq Pirsultanin qızılını çıxarda bilirlər,kəndin göy daşını çıxardıb apara bilirler.Allah sonumuzu xeyir etsin inşallah
@yourfriend2988
@yourfriend2988 Год назад
Ölkə Fransa ilə baş-başa gəlir toqquşmaq məqamına çatıb nə yaxşı məktəblərimiz belə qalıb axı biz Fransandan güclüyük. Helə deyel?
@necefabdullayev1842
@necefabdullayev1842 Год назад
Dövlər zəhmət çəkıb böyük su anbarı tıkməlıdır.Hər evə nasos vastəsı ılə paylamalıdır. Uzunqulaq məsələsı tam dayanmalıdır. Qaz və yol çəkılməlıdır.Bu şəraıtı qurmaq uzaöı bır ay çəkər.Əgər ıstəsələr.
@vusalhasanov4421
@vusalhasanov4421 Год назад
Salam mən Həsənov Vüsal Gədəbəy Rayon Plankənd sakiniyəm kənddə qaz yox yol pis gündə su Yox gəlib çəksəniz görərsiz
@sahin5754
@sahin5754 Год назад
YAPİN ÇAPANİNDAN QULAQ TUTULUR YALANDAN AZTEVEDƏN ÜFÜRÜLƏR AYİB OLSUN BU MƏMLƏKƏTİN YİYƏSİNƏ
@nabikerimov3497
@nabikerimov3497 Год назад
Ичрахакимлери чиблерине ишлийир анчаг.Кенд чамааты она марагландырмаз..елбетде.
@xalideibrahimova9588
@xalideibrahimova9588 Год назад
Yaddan cixan kəndlər coxdu
@elvinaliyev180
@elvinaliyev180 Год назад
Azerbaycan Afrika olkesidi ele bil
@mirumir212
@mirumir212 Год назад
Köçün Bakıya bakıdakılardan sizin nəyimiz əksikdi?!
@niyameddinabisov1560
@niyameddinabisov1560 Год назад
Niyə görəsən ermənilər yaşayanda şərait yaxşı olub , indi bu gündədi ?
@ibrahimjafarov6835
@ibrahimjafarov6835 Год назад
Rayonun icra başçısı nə işlə məşğuldur,yəqin ,kəndlərin problemlərin həll etmək əvəzinə öz şəxsi biznesi ilə məşğuldur.Hörmətli prezidentə qoy hesabat versin görək niyə dövlətə qarşı insanlarda narazılıq yaradır.
@elsadzeynalov9269
@elsadzeynalov9269 Год назад
Bu birinci cekilis deyil hec bir xeyride yoxdu Nece defelere ceklisde ol kend cammati muraciyetlerde edib baxan yoxdu
@asifesgerov3284
@asifesgerov3284 Год назад
Buxalqdan pul qazananl Poyya Ayxan Turkiyede ev qoymaylb hamlslnl allb bu kende su cekse olmazdlml.
@agakarim7670
@agakarim7670 Год назад
Ala hardadi dee bu dövlet bu guldur memurlar, harda pul biznes orda da olar, sovetter vaxtinda gorxu hürki var idi, azadliga cixdug sevinduy ki ela olacag, neyniyek gerek yene rus otura bashimizin ustunde, kül olub bashimiza,,
@alifaracov5736
@alifaracov5736 Год назад
inanıramkı bu məsələ adiyəti qurumlar tərəfindən ətraflı şəkildə araşdırılıcaqdır Vətəndaşların problemləri həl ediləcəkdir sürətli şəkildə Azərbaycan dövləti Xalqına çox böyük dəyər verir
Далее
Bu kənddə işıq, yol, qaz, telefon yoxdur
7:41
Просмотров 365 тыс.
🦊🔥
00:16
Просмотров 765 тыс.
Kəndin yarısında qaz yoxdur
4:55
Просмотров 2 тыс.
DEVLETİN SIR KÜPÜ | HAKAN FİDAN
15:49
Просмотров 1,2 млн
Ənənə Boğçası - Şəmkir rayonu  29.10.2023
42:40
Просмотров 529 тыс.
Bu canlını izləməyən çox şey itirəcək.
1:05:41