Тёмный

Şərikli çörək filmi. 1969-cu il. 

Emin Ramazanov
Подписаться 896
Просмотров 4,7 тыс.
50% 1

Flmin böyük hissəsi “Böyük qala” küçəsində çəkilib.
Əbdül Mahmudov: “Film bütövlükdə “İçərişəhər”də, kinostudiyanın pavilyonlarında, Kubinka, Nalçikdə çəkilmişdi. Filmdəki hadisələr Bakı məhəllələrinin birində cərəyan edir. Bu həyət məhz bu filmdə kəşf olunub. Bu həyət Azərbaycan kino tarixində özünəməxsus yer tutan filmlərə evsahibliyi edib. Daha sonra orada “Bizim Cəbiş müəllim”, “Gecə qatarında qətl” və s. filmlər də lentə alınıb. O həyət elə bil fim üçün salınıb. Çox maraqlı, sanki dekorasiya idi, indi də durur.
Həmin həyət “Səadət” sarayı yaxınlığında yerləşir. Film üçün lazım olan geniş girişi, böyük ərazisi vardı. Uşaqların yun çırpması, vedrənin yuxarıdan aşağı çırpılması məhz orada lentə alınıb. O həyətdən hər tərəfə dəmir pilləkənlər var idi.
Həyətin quruluşu elə idi ki, dörd mərtəbəli binada pilləkəndən qalxıb hərə öz evinə gedirdi. Filmdə gördüyünüz həyətdəki insanlar, kütləvi səhnədəkilərin hamısı həyətin adamları idi.
Filmdəki epizodların birində uşağın başı dəmirə keçir. Xalis bakılı obrazının qəhrəmanı deyir: “Uşaqda fərasətə bax eyy, sabunlayın, sabunlayın…”. Bu səhnə ssenari əsasında çəkilmişdi, yəni təsadüfi deyildi. Tipik bakılı olan Novruz obrazının yaradıcısı Əliheydər Həsənzadə idi. Guya bakılılar ağırtaxtalıdır, amma hər işə bir qulp qoyurlar. Müharibədən qaçırlar, amma hazırın naziri olurlar.
Çəkilişlərdə həyətin sakinləri bizə qaynayıb-qarışmışdılar. Onlar artıq kino camaatı olmuşdu. Səhərdən axşama qədər bizimlə birgə olurdurlar. Onların evində çay içib, çörək kəsirdik. Camaat demək olar ki, filmə çəkilməkdən teatrallaşmışdı. Həyətdə 40-50 ailə yaşayırdı. Hamısı da bir-birindən mehriban, qonaqsevən idilər.
Mənim kostyum almağım, aldanmağım Nalçikdəki “tolkuçka” deyilən yerdəki bazarda ekranlaşdırılıb. Fırıldaqçı satıcı mənə deyir: “O boyda Çörçil bundan geyinib, bu hələ fikirləşir".
Bütün şimali-cənubi Qafqazın əhalisi şənbə-bazar günləri ora axışardı. Orada əntiqə mallar satılırdı. Filmdə adı keçən “Quba meydanı” isə Kubinkada lentə alınmışdı. Vaqifin İsmayıl baba ilə bazara gəlməsi, Genanın orada toyuq satması, həmçinin Vaqifin su satan uşaqla davası məhz olmuşdu. Bazarda kartof oğurlayan uşaq isə SSRİ xalq artisti Gülağa Məmmədovun qardaşıdır”.
İtmiş çörək “kartoçka”ları...
Müharibə dövründə çörək həqiqətən də talonla verilib. İnsanlar çörək almaq üçün növbəyə dayananda növbə nömrəsi onların əlində qeyd olunub. Eynilə filmdəki kimi...
Əbdül Mahmudov: “Çörək dükanının təsvir olunduğu yer rejissor Şamil Mahmudbəyov tərəfindən təsadüfi seçilməmişdi. Həmin yerlə üzbəüz həqiqətən də çörək dükanı vardı. İnsanların növbəyə dayandığı yer “Böyük qala” küçəsi idi. Sənətkar Yusif Vəliyevin qəhrəmanı çörəkçi ilə insanların dialoq səhnəsi pavilyonda lentə alınıb. Vaqifə növbə çatmamış ekranlarda titrək bir əl görünür. O əl məhz rejissor Şamil Mahmudbəyovun əlidir. İstədiyi kadrı tutmaq üçün rejissor bu epizodda öz əlini çəkdi. Vaqifin kartoçkları itirdiyi vaxt qaçaraq var-gəl etdiyi yer isə Sabir bağıdır. Filmdəki məscid məhz İçərişəhərin girəcəyindəki məscid idi, hansı ki, Vaqif İsmayıl babanın arxasınca ora gəlmişdi”.
Filmin Vaqifi indi aktyorluqdan uzaqdır
Vaqif rolunun ifaçısı Kamran, indi Amerikada yaşayır. Şamil müəllim onu “Torpaq. Dəniz. Od. Səma” novellasından tanıyırdı. Ona bələd olduğu üçün düşünmədən bu filmə çəkdi. Şamil müəllim ondan çox razı qalmışdı. Uşaq rollarına görə “Şərikli çörək”də Vaqif roluna görə Kamran Rəcəbli, “Ögey ana”da İsmayılı oynayan Ceyhun Mirzəyev mükəmməl obraz yaratmışdılar.
Hamıdan gizlində yemək yeyən Xosrov Mamayev (Əşrəf) aktyor, rejissor Əşrəf Mamayevin oğlu idi. O da musiqi sənətilə məşğul olurdu. Ümumilikdə film çəkmək özü çətin prosesdir. Bəzən uşaqlar pilləkənlərdən yıxılıb əzilirdi, onların film gərəyi ağlaması üçün rejissor dəridən-qabıqdan çıxırıdı. Bu filmdəki kadrların bəziləri gizli kamera ilə çəkilmişdi. Uşaqlar söhbət edirdi, oynayırdı, rejissor isə özünə lazım olan kadrı tuturdu. Şamil Mahmudbəyov təbiiliyi qorumaq üçün uşaqlara başa salırdı ki, burda yıxılacaqsan, birdən də deyirdi qardaşın öldü, atana güllə dəydi və s. Uşaq da başlayırdı ağlamağa”.
Əbdül Mahmudov: “Filmdə qız uşağının ayağına gəlincik çəkməsi özünün ideyası idi. O qız rəssamlıq məktəbində oxuyurdu, özü də rusdilli idi. Həmin səhnədə əslində parçadan gəlincik düzəldilməli idi. Birdən qız dedi ki, mən çox yaxşı şəkil çəkirəm, hətta dizimə də. Rejissor dedi göstər. O da yaylığı ayağına bağladı, dizində göz-qaş çəkdi. Deyim ki, çox maraqlı səhnə oldu. Krantın başına da yaylıq bağlaması öz ideyası idi.
Ekran əsərində qırçı Məhəmmdlə Vaqifin nahar fasiləsi zamanı səslənən musiqi isə ecazkar Bülbülün səsidir”.
1970-ci ildə “Şərikli çörək” filmində rejissor Şamil Mahmudbəyov və ssenarist Alla Axubdovaya Dövlət Mükaftı verilib.
Gülşən RAUFQIZI.
Mənbə: modern.az saytı
#Baku #Azerbaijan #oldcity

Опубликовано:

 

14 сен 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 5   
@EminRamazanov
@EminRamazanov 10 месяцев назад
Действие происходит в конце Великой Отечественной войны. Вагиф, мальчик с бакинского двора, на несколько дней остался один. Он потерял хлебные карточки. Чтобы заработать на хлеб, ему приходится таскать воду для соседей, торговать водой на базаре. Вагиф теряет близкого человека. Но во всех испытаниях рядом с мальчиком были друзья, готовые поддержать, поделиться последним куском хлеба. Премьера: 1969 г. Режиссер: Шамиль Фарамаз оглы Махмудбеков
@familmahmudov8572
@familmahmudov8572 5 месяцев назад
Gözəl filmdir.
@madchentutu2064
@madchentutu2064 5 месяцев назад
Niye bu filme her baxanda ağlayiram..cox tesirli filmdir. Cox mənali. Hər səraətə rəgmən insanlarin bir birinə davranislari. O geder ehtiyacimiz var ki belə olmaga. Cəmiyyətimiz cox korlanib . Kaş o gunlər olaydi. Amma müharibəsiz saf təmiz
@EminRamazanov
@EminRamazanov 5 месяцев назад
Rəyiniz və şərhiniz üçün çox sağ olun. Hər şey tam olaraq belədir! Bu çox təsirli və həyati filmdir və ən əsası mehriban və rəğbətli xalqımızdan bəhs edir. Biz gələcək nəsil üçün dəyərli adət-ənənələrimizi qoruyub saxlamalıyıq.
@EminRamazanov
@EminRamazanov 8 месяцев назад
А какие больше вам нравятся смотреть фильмы той эпохи ?
Далее
Shared bread
1:06:02
Просмотров 156 тыс.
Bizim Cəbiş müəllim (1969) | Our Teacher Jabish
1:12:24
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Просмотров 6 млн
We will see who will do it better 😂
00:14
Просмотров 2,4 млн
СДЕЛАЛА БРЕКЕТЫ ДОМА
01:01
Просмотров 1,2 млн
Каха бизнес-класс
00:48
Просмотров 1,4 млн
Hacibaba Bagirov Berdede qastrol seferi 1997
1:32:14
Просмотров 55 тыс.
Перед закрытой дверью (1981)
1:25:37
Şərikli çörək
3:05
Просмотров 97 тыс.
Telefonçu qız (1962)
1:13:28
Просмотров 32 тыс.
ŞİRBALANIN MƏHƏBBƏTİ - Bədii film. Tam. 1991
1:21:20
Azərbaycan kinolarından fraqmentlər I Sual-cavab
8:32
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Просмотров 6 млн