Тёмный
No video :(

Şeir Mənim Üçün - "İlqar Fəhmi Həftəsi" 06.04.2022 

PLANET FM
Подписаться 20 тыс.
Просмотров 2,4 тыс.
50% 1

Aparıcılar: Xəzər Süleymanlı
Kamal Yaşar
Şeir Mənim Üçün...
Sizi söz və səsin vəhdətini dinləməyə dəvət edirik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında həftəiçi hər gün, saat 20:00-21:00 arası Radio Space 104FM-də şeirlər sizin üçün səslənəcək !
Paşayev İlqar Əliabas oğlu (İlqar Fəhmi) - şair, yazıçı, kinodramaturq, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi.
Həyatı
İlqar Fəhmi 1975-ci ildə Bakı şəhərində anadan olub. Bakının Zirə kəndindəndir. 1992-1996-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb, sonradan Belarusiya Dövlət İqtisad Universitetini bitirib.
1995-ci ildən bədii yaradıcılıqla məşğul olur. Uzun illər Bakı və Abşeronda əruz məclislərinin iştirakçısı olub. Müxtəlif ədəbi əsərlərdən ibarət on səkkiz kitabı dərc edilib. 2002-ci ildə "Axırıncı qatar" ("İtlər") pyesi Cənnət Səlimova tərəfindən səhnələşdirilib, "Ölüm növbəsi" (2009, rejissor Fikrət Əliyev), "Aktrisa" (2010, rejissor Rövşən İsax), "Dərvişin qeydləri" (2011-2012, rejissor Eldar Quliyev) "Axırıncı dayanacaq" (2013-2014, rejissor Fikrət Əliyev) və başqa ssenariləri dövlət sifarişi ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ekranlaşdırılıb.
2003-cü ildə Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc şairi" mükafatına, 2007-ci ildə "Rəsul Rza" ədəbi mükafatına, 2008-ci ildə Rusiyada MDB ölkələri gənc şairləri arasında keçirilən Poeziya yarışının diplomuna, 2011-ci ildə isə "Bakı tarixindən kollaj" əsərinə görə "Humay" mükafatına layiq görülüb.
Onun romanı əsasında çəkilən "Aktrisa" filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Əsərləri bir çox xarici ölkələrdə nəşr edilib.
Uzun illər AYB-nin "Ulduz" jurnalında işləyib. Bir müddət Xəzər Universitetində "Creative Writing" (Yaradıcı yazı) fənnindən dərs deyib.
Hazırda Azərbaycan Yazıçılar Birliyinin Yaradiciliq məsələləri üzrə katibi vəzifəsində çalışır.
2014-cü ildən Azərbaycan Dövlət Televiziyasında yayimlanan "Məclisi-Üns" ədəbi verilişinin aparıcı-redaktorudur.
2017-ci ildə Heydər Əliyev fondunun dəstəyi ilə Dövlət televiziyasında hazirlanan Muğam-televiziya müsabiqəsinin münsiflər heyətinin üzvü, 2019-cu ildə isə layihənin icraçı direktoru təyin edilib
#SpaceRadio #IlqarFehmiHeftesi

Опубликовано:

 

5 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@xyyamsalmanov6890
@xyyamsalmanov6890 2 года назад
Səsiniz həmişə var olsum ALLAH sizi var eləsin çox gözəl lahiyədi var olun.Nağıl damış mənimçün seiri məmçün çox əla səslənir
@ilhameabdulayeva7802
@ilhameabdulayeva7802 2 года назад
Sesine qurban sese bax ey
@shriyarqafarzad4386
@shriyarqafarzad4386 2 года назад
Kamal 2 - 0 Xəzər )))) Səsinizə qüvvət
@hayatin_insasi
@hayatin_insasi 2 года назад
Gozel insanlar, videolara endirme seçeneyi qoyun, zehmet olmasa
Далее