Тёмный

Şeir Mənim Üçün - "Ramiz Rövşən Həftəsi" 01.04.2022 

PLANET FM
Подписаться 20 тыс.
Просмотров 17 тыс.
50% 1

Aparıcılar: Xəzər Süleymanlı
Kamal Yaşar
Qonaq: Ramiz Rövşən / Xalq Şairi
Şeir Mənim Üçün...
Sizi söz və səsin vəhdətini dinləməyə dəvət edirik. Xəzər Süleymanlı və Kamal Yaşarın təqdimatında həftəiçi hər gün, saat 20:00-21:00 arası Radio Space 104FM-də şeirlər sizin üçün səslənəcək !
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Bakı) - şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019).
Həyatı
Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub[2]. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976-1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992-2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir.
Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.
2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.
Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir (2019).
Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.
Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.
Yazıçı Yaşar Əliyevin qardaşıdır.
Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.
#SpaceRadio #RamizRovshenHeftesi

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 53   
@vekilanar
@vekilanar 2 года назад
O məclisdə deyəsən tək bircə mən yadıydım. Qarışmırdım heç kəsə, hamıdan azadıydım. Təkliyim, tənhalığım yoxsa dəydi gözünə? Çiyninin üstən baxıb gülümsədin üzümə. O təbəssüm görəsən nəyin işarəsiydi? Bəlkə məni gözləyən dərdlərin çarəsiydi. Onda mən lap cavandım, nə görmüşdüm mən axı? Ömrüm hələ yavandı; yoxdu dərdim, günahım. Hələ dərdlər, günahlar qabaqdaydı, qabaqda. Üstümə qatar-qatar gəlirdilər uzaqdan. ... O məclisdə, bəlkə də, sən ən gözəl xanımdın. Mən səni tanımırdım, sən məni tanımırdın. Heç bilmirəm kimiydin, nəydi sənin adın da. Amma o təbəssümün yadımdadı, yadımda. O təbəssüm - Bəlkə də anlasaydım mən dəli; Baş tutmayan bir eşqin əvvəliydi, əvvəli. O ötəri, gözucu, xilaskar təbəssümün. O həm ana, həm bacı, həm də yar təbəssümü. O gündən illər keçib; - biz bu illər uzunu Nə bir yol rast gəlmişik, nə görmüşəm üzünü. Bəlkə o məclisdəki o tənha, o tək oğlan Sənin yadından da lap çoxdan çıxıbdı, çoxdan. Bəlkə xoşbəxtsən bu gün; ər də var, ailə də. Amma o təbəssümün mənimlədi hələ də. Gizlicə bağışlanan çiçək kimi, gül kimi, Qalıbdı bu vaxtacan aramızda sirr kimi
@XezerSuleymanli
@XezerSuleymanli 2 года назад
✌🏻☺️
@gunelmehemmedova8766
@gunelmehemmedova8766 2 года назад
Əlimdən qopan əllər Bir də gəlməz əlimə. Hacan kecdi bu ömür? Nə qaldi ki olumə?!
@kamalyashar5491
@kamalyashar5491 2 года назад
Əziz dinləyicilər, sizi hər zaman belə gözəlliklərlə sevindirməyə çalışacağıq. Qoy həmişə günəş olsun!
@tahirtahir1606
@tahirtahir1606 Год назад
Allah Sisi qorusun yaxşı ki, bu əhval ruhuyədə varsınız.
@aytanrahmanzada7287
@aytanrahmanzada7287 2 года назад
çox tombul adamdı,çox sevirəm Ramiz Rövşəni
@vekilanar
@vekilanar 2 года назад
Çox sağ olun Ramiz Rövşəni dəvət etdiyiniz üçün.
@xangence313
@xangence313 2 года назад
Bu ləzzət deyil. Bu həyatı yaşamaqdır. Nə yaxşı ki,RR var. Nə yaxşı ki,siz varsız. Nə yaxşı ki,hələ insanlıq vàr. Nə yaxşı ki ,ölüm var...
@kamalyashar5491
@kamalyashar5491 2 года назад
Yaşasın❤😊
@konulbayramova3514
@konulbayramova3514 2 года назад
Dnya ,ümman qədər minnetdarliq edirəm bəylər.var olun bu gözəlliyə görə
@afaqmutalimova4526
@afaqmutalimova4526 2 года назад
Çox təşəkkür edirəm sizə. Bu verilişdən həzz aldım. Ruhumuz qidalandı. Şairin öz dilindən öz şerlərini dinləmək çox xoş oldu. Bir daha təşəkkürlər.
@ilaheagayeva4641
@ilaheagayeva4641 Год назад
İndidə yayimlanir bu veriliş?
@nigarorucova1987
@nigarorucova1987 2 года назад
Ramiz bəy,möhtəşəm insandı.
@ДжамиляКеримова-в9ф
Niye Ramiz muellim seir geceleri teskil etmeyir?
@aze3908
@aze3908 2 года назад
Təşəkür edrəm dahi Ramiz RÖvşəni dəvət etmisiz bu şair həyatımın bir anıdı sizdən yoxdu səsniz gözəl şerlərniz möhtəşəm Aləmsiz 🎖🎖🎖🎖🎖🌟🌟⭐🤲🤲🤲👏👏👏👏👏👏👏👏👏👏👏💯yaşayın 🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖🎖brend şair👏👏👏👏yaşa şair yaşa şair
@incialiyeva3648
@incialiyeva3648 Год назад
Yaşayan söz xəzinəsi 💕
@yalcapkn9791
@yalcapkn9791 2 года назад
Cox sevindik Ramiz muellimi gormeyimize
@gulbenizpiriyeva5561
@gulbenizpiriyeva5561 Год назад
Poeziyanı belə təqdim etdiyinuzə görə sizə təşəkkür edirəm,mənəvi ərazidə həmişə varsınız,əzizlərim
@zeynebqasimova7212
@zeynebqasimova7212 2 года назад
52 dəqiqəm nə gözəl keçdi İlahi. Zövq aldım
@legendss5157
@legendss5157 2 года назад
Mükemməl ,var olun ❤️
@xaqaniqasmov8350
@xaqaniqasmov8350 2 года назад
RAMİZ MÜƏLLİMİN ŞERLƏRİNİ ƏN YAXŞI ÖZÜ SƏSLƏNDİRİR. ƏSL İNSAN ,DAHİ .SÖZ USTASI
@poetisamsih4685
@poetisamsih4685 2 года назад
Nə müdrik şairləsimiz, idrak sahiblərimiz var… Ramız müəllim, sizinlə tərcümə mərkəzindəki görüşümüzü unutmuram, Atam basası…
@xaqaniqasmov8350
@xaqaniqasmov8350 2 года назад
GENİŞ ÜRƏKLİ İNSAN .BAŞQA ŞAİRLƏRƏ HƏVƏSLƏ MÜRACİƏT EDİR
@erestunsadiqov6699
@erestunsadiqov6699 Год назад
Ramiz Rövşən.Tükənməz.
@poetisamsih4685
@poetisamsih4685 2 года назад
Ölüm - zor ne’mətdir insanlar üçün, Çalışaq biz onu şərəflə dadaq. Nəzir paylanmayaq üsyanlar üçün, Ölməklə vətəni gəlin yaşadaq…
@elchinabdurahmanov2128
@elchinabdurahmanov2128 2 года назад
Təşəkkür edirəm hər birinizə!
@aytenmammadova1331
@aytenmammadova1331 6 месяцев назад
Çox zövq aldım. Çox təşəkkürlər. Allah can sağlığı versin böyük şairimizə.
@cimnazagarehimova8263
@cimnazagarehimova8263 2 года назад
Çox təşəkkür edirəm Ramiz müəllimi verilişinizə qonaq çağırdığınıza görə çoox xoş oldu RAMİZ bəyi gördüyümə🤗🤗🤗
@hsnlutfinovruzlu9433
@hsnlutfinovruzlu9433 2 года назад
Şairim yaşa yüz yaşa ❤️❤️❤️🌺🌺🌺
@invariantpald2154
@invariantpald2154 2 года назад
Videonu yükləmək mümkün olsa, kaş ki🥲 Hər şey möhtəşəm idi
@RənaZeynalova-m2x
@RənaZeynalova-m2x 4 месяца назад
Öz şerlərini gözəl oxuyan şair Roma Xosrov
@meracmirsdizad463
@meracmirsdizad463 Год назад
Sahildə oynayan uşaq dənizdə batanı görməz.
@MusllimHummtov-gl2qc
@MusllimHummtov-gl2qc 6 месяцев назад
Çox məmnun oldum. Zövq verdi mənə. Təəssüf etdim ki, bu verilişə onun bir yaşı tamam olanda baxdım
@RənaZeynalova-m2x
@RənaZeynalova-m2x 4 месяца назад
Ramiz Rövşəni bütün xalq şevir
@kamalabagirova5289
@kamalabagirova5289 2 года назад
Çox sağ olun bu qədər gözəl veriliş üçün.❤️
@cbraylqnbr8061
@cbraylqnbr8061 Год назад
Şeirləri musiqilə klip formasında dinləməyi sevirsizmi ❓☺️
@sirvaneliyev3818
@sirvaneliyev3818 Год назад
R. Rövşənin adi görünən söhbəti hətta bir şeiriyyətdir - fərqindəmisiniz
@ferqaneaskerova
@ferqaneaskerova Год назад
Sevirəm Ramiz Rövşəni Allah can saglıgı versi
@gunelturksoy9413
@gunelturksoy9413 2 года назад
.Şerlərini sevə sevə ifa etdiyim şair.Var olun
@efqanesgerzade3957
@efqanesgerzade3957 2 года назад
Indi dəb düşüb ,şairlər indi yazdlqları şerləri güya o vaxt senzura olan vaxt yazdıqlarını deyirlər.Sanki uşaq başı aldadırlar.
@lemanmemmedrzayeva4155
@lemanmemmedrzayeva4155 8 месяцев назад
Bitməsin bu 52:33 dəqiqə😊😊
@velimmmdov7402
@velimmmdov7402 Год назад
Yaxşı ki, sən varsan R R
@aiidaorujova
@aiidaorujova 2 года назад
Şairin öz dilindən qələmindən çıxan şerlərini dinləmək olduqca xoş idi.💙
@guneshkhaliloffa
@guneshkhaliloffa 9 месяцев назад
Ramiz Rövşən 💫
@ayazabushov
@ayazabushov 2 года назад
dəhşət verlişdir.
@fazil590
@fazil590 2 года назад
Salam Space radio Lənkəranda çox zəif tutur
@senior7934
@senior7934 2 года назад
kişini tankistə oxşadıblar🤣
@teyar6852
@teyar6852 Год назад
😇
@shriyarqafarzad4386
@shriyarqafarzad4386 2 года назад
Barmen super
@shriyarqafarzad4386
@shriyarqafarzad4386 2 года назад
)))))))
Далее
Ramiz Rövşən - Qara Qara Qarışqalar
0:42
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 10 тыс.
Güzgü - Ramiz Rövşən | 15.12.2022
25:47
Просмотров 27 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 3,7 тыс.
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 27 тыс.