Тёмный

Şeyx Səfi kompleksi və Şah İsmayıl Xətainin məzarı (Ardabil Part 1) آرامگاه شیخ صفی‌الدین اردبیلی 

Ali Teymursoy
Подписаться 2,1 тыс.
Просмотров 5 тыс.
50% 1

#Iran #Ardabil #Travel
Şeyx Səfi kompleksi (fars. آرامگاه شیخ صفی‌الدین اردبیلی) - İranın Ərdəbil şəhərində yerləşən tarixi-dini memarlıq kompleksi. Kompleks Səfəviyyə sufi təriqətinin şeyxi Səfiəddinin məzarı üzərində inşa edilmiş kompleks ətrafında formalaşmışdır. Səfəvilər sülaləsindən olan şahlar kompleksə böyük əhəmiyyət verərək onun genişləndirilməsi və zənginləşdirilməsini təşviq etmişlər. Şah İsmayıl Xətainin dövründə Şeyx Səfinin türbəsinin (sonradan şah özü də bu türbədə dəfn edilmişdir) fasadı nəfis kaşı işləmələrlə bəzədilmişdir. Onun oğlu I Təhmasibin dövründə Şeyx Səfinin xatirəsinə möhtəşəm memarlıq abidəsi olan məscid inşa edilmişdir. I Şah Abbasın dövründə isə kompleksə Çinixana binası əlavə edilmişdir. Nəfis çiniçilik nümunələrinin toplandığı və sərgiləndiyi bina böyük kitabxana ev sahibliyi etməklə yanaşı, I Abbasın dövründə həm də rəsmi görüşlərin keçirilməsi üçün istifadə edilmişdir. Kompleksin həyətlərindən birində isə Çaldıran döyüşü şəhidləri (həmin məzarların bir çoxu Pəhləvilərin hakimiyyəti zamanında dağıdılmışdır) dəfn edilmişdir.
Kompleksin şimal-qərb tərəfində zəngin bəzədilmiş giriş portalı vardır. Həmin portaldan sonra yerləşən daha sadə dizaynlı, soldan üç tağlı, sağdan isə bir tağlı nişlərlə əhatələnmiş portal geniş bağa aparır. Tikili bağ tərəfdən də bazar meydanı tərəfdən olan görünüşünü təkrarlayır. Bağ həyətinin qarşı tərəfində yerləşən digər bir portal bağı böyük həyətlə əlaqələndirən kiçik həyətə açılır. Kiçik həyətin girişi 31 metr uzunluğa və 16 metr enə malik böyük həyətə açılır. Daşlarla döşənmiş bu həyətin mərkəzində hovuz yerləşir. Böyük həyət ətrafında səkkizbucaqlı plana malik məscid, ona birləşən dairəvi plana malik Şeyx Səfi türbəsi yerləşir. Çinixana binası birbaşa həyətlə əlaqələndirilməsə də bir tərəfdən məscid binasına bitişir. Məscidin arxasında, Şeyyx Səfi türbəsi ilə yanaşı daha bir neçə türbə binası, o cümlədən Şah İsmayıl Xətainin türbəsi yerləşir.
Şeyx Səfi kompleksi Bakıdakı Şirvanşahlar saray kompleksi ilə birlikdə Azərbaycanda orta əsr memarlıq komplekslərinin dövrümüzə tam şəkildə çatmış nadir nümunələridir. 2010-cu ildə kompleks UNESCO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Опубликовано:

 

20 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 37   
@Elnur_Xile
@Elnur_Xile 2 года назад
Şah İsmayıl Xətai Heyif Əziz Baba Sənin Əmanət Qoyduğun Türk Yurdumuz Tebrizi Qoruya Bilmədik Ayırdılar Bizi Bir Birimizdən 🥺💔🇦🇿
@Эльтуран
@Эльтуран 7 месяцев назад
Санин Турк йурдун орта асийадыр
@yalcinqasimov1735
@yalcinqasimov1735 2 года назад
Ay sənin lehcene dilinə qurban , AZERBAYCAN GÖZƏLİ
@K1zilbash
@K1zilbash 3 года назад
Cox Sagolun.Gelecekde gormek istedigim yerden biridi
@ali.teymursoy
@ali.teymursoy 3 года назад
İnşəAllah görərsiz.
@K1zilbash
@K1zilbash 3 года назад
@@ali.teymursoy Sagolun
@nurcahan6353
@nurcahan6353 Год назад
İnşəallah
@yaqublu1976
@yaqublu1976 2 года назад
Ərdəbil müqəddəsdir...🤍
@nurcahan6353
@nurcahan6353 Год назад
Allah Rəhmət eləsin Şahımıza 🌹🌹🌷🌺
@Elnur_Xile
@Elnur_Xile 2 года назад
Şah İsmayıl Azerbaycan Qüdrətli Mərd İgid Şahı 🖤🇦🇿🥰
@sajjadvafaii8097
@sajjadvafaii8097 Год назад
Iran
@gudratgasimov
@gudratgasimov Год назад
@@sajjadvafaii8097 Azərbaycanın. Səfəvilər türk olub ona görə azərbaycanlıdırlar. İran sözü coğrafi yer adıdır dövlət adı kimi pəhləvilər dövründə yaranıb.
@Эльтуран
@Эльтуран 7 месяцев назад
Иран
@dr.telman362
@dr.telman362 Год назад
Uca Allahımız Şeyx və Şah Babalarımızın ruhunu şad etsin İnşaAllah Amin ❤❤❤
@kenan_bineqedi
@kenan_bineqedi 8 месяцев назад
Bular hamsi Azerbaycan erazisidir !!
@Sedef783
@Sedef783 Год назад
Türk dünyasının analoqu olmayan taalantlı padişahı. Allah səni rəhmət eləsin.
@Эльтуран
@Эльтуран 7 месяцев назад
Шах Исмаил хачандан Турк олуб, 😅😅😅😅
@pasaveliyev4864
@pasaveliyev4864 3 года назад
MÖHTƏŞƏM! ÇÖX SAG OLUN DOLĞUN MƏLUMATA GÖRƏ
@ali.teymursoy
@ali.teymursoy 3 года назад
Dəyər verdiyiniz üçün təşəkkürlər!
@sarvinazhajaliyeva03
@sarvinazhajaliyeva03 3 года назад
Спасибо вам большое, что выкладываете такие видео для тех, кто обожает историю .Давно хотела видеть комплекс Шейха Сефи, но никак не находила в интернете.
@ali.teymursoy
@ali.teymursoy 3 года назад
😊🙏
@camalaguliyeva9330
@camalaguliyeva9330 3 года назад
Şeyx Cüneydin qəbri Qusarın Həzrə kəndindədir. Özüdəki bərbad vəziyyətdədir. Şeyx Səfi xalçası 1539-cu ildə Təhmasibin əmriylə toxunub, 1893-cü ildə Londonda aparılıb.
@rafiqklntrli9120
@rafiqklntrli9120 Год назад
Bizim Tarix müəllimimiz bu videoda çıxış edir. Özü bizə deyib. Çox sevdiyim müəllimdir. İndiyənə qədər gördüyüm və ya görə biləcəyim müəllim və ya müəllimələrdən ən yaxşısıdır. Özünü və dərsini çox sevirəm. Ad vermək istəmirəm lakin sizi çox sevirik gözəl müəllimimiz❤️
@camalaguliyeva9330
@camalaguliyeva9330 3 года назад
Təəssüf ki, Ərdəbil və Təbrizdəki Azərbaycan tarixi abidələrində yalnız farsca yazılıb.
@sudabehuseynova7615
@sudabehuseynova7615 2 года назад
Tez tez bu haqda danışmaq lazımdı.,Cox saqolun məlumata görə🙏
@sayyidzafarabasssafavi5346
@sayyidzafarabasssafavi5346 2 года назад
سلام!! Informative bro. Sheikh syed safi ud din ishaq is my 30th grand father!!!!
@OzkanOguz-tg7jk
@OzkanOguz-tg7jk 7 месяцев назад
ALLAH rahmet eylesin mekanı cennet olsun inşallah
@baki-veteran
@baki-veteran Год назад
muəllif sag ol.Teymursoy?böyük Teymur ?
@ALLAH.M.S.M_313
@ALLAH.M.S.M_313 4 месяца назад
Mən burda olmuşam
@AVAR_777
@AVAR_777 Год назад
Это Азербайджан. ИншаАллах мый ещё туда вернёмся .шейх Сафи он был ахлисунна ,вобше Азебайджнский тюрки ани все были до шах Исмаил суниты🇹🇷🇦🇿🤘🫀💪❤🌹
@OzkanOguz-tg7jk
@OzkanOguz-tg7jk 7 месяцев назад
Allaha şükürler olsun ki şimdi şieyiz 😉
@N1etzscher
@N1etzscher 3 года назад
Talış ləhcəsinə oxşayır
@orandisher1816
@orandisher1816 3 года назад
Talişlarda gəley gedey lehcesi yoxdur .yardimlida sonradan gelmişlerin lehcesine oxşayir. Işta qüü baha
@N1etzscher
@N1etzscher 3 года назад
@@orandisher1816 Tı ışti qu bahə. Talışların soyu İrandan gəlir, ləhçə bənzərliyi çoxdu
@yusifyusif2266
@yusifyusif2266 Год назад
Чох Верин бу верлишден
@Эльтуран
@Эльтуран 7 месяцев назад
Талышларын фахри шах Исмаил
Далее
GONE.Fludd, ЛСП - Ути-Пути (official video)
03:37
Dahilərin Divanı. Şah İsmayıl Xətai
44:29
Просмотров 3,1 тыс.