Тёмный

Şirvanda məktəblilərin həyatı üçün təhlükə yaradan nədir? - burada bir uşaq ölüb - APA TV 

APA TV
Подписаться 330 тыс.
Просмотров 2 тыс.
50% 1

#APATV #Şirvan #məktəbli #məktəb #problem #şagird #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #apa #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #sondeqiqe #sonxeberlerbugun2024 #gundemxeber #apagündəm
Şirvanda böyük bir yaşayış massivində nə orta məktəb, nə də məktəbəqədər təhsil müəssisəsi var. Şagirdlər elm dalınca getmək üçün təhlükə saçan yollara düşməli olurlar. Problem şəhərin “Bağ evləri massivi” adlanan böyük bir ərazisində yaşanır.
“Bağ evləri massivi” magistral yolun kənarında yerləşməklə 5 kvadrat kilometrə qədər ərazini əhatə edir. Mövcud olan bütün məktəblər isə yolun digər tərəfində yaşayış massivindən xeyli aralıda yerləşir. Yəni massivin hər bir azyaşlı sakini məktəbə getmək üçün evinin yerləşdiyi yerdən asılı olaraq 1-4 kilometr məsafə qət etməli, bir neçə dəfə maşın yolundan keçməli olur.
Problem uzun müddətdir öz həllini tapmır. Yəni sakinlərin dəfələrlə müraciət etmələrinə baxmayaraq dərdlərinə bir çarə tapan olmayıb.
Yolun təhlükəsini nəzərə alan valideynlər hər gün uşaqları məktəbə özləri aparıb gətirməli olurlar. Bu da onlar üçün əlavə vaxt və pul itkisidir. Valideynlər bildirir ki, onları ən çox narahat edən yolda baş verən qəzalardır.
Sakinləri dinləyib, məktəblilərin necə əziyyət çəkdiyinin şahidi olduqdan sonra məsələ ilə əlaqədar Təhsil Nazirliyinin Şirvan-Salyan regional təhsil idarəsinə müraciət etdik. Bizi xeyli gözlədəndən sonra idarə rəsmilərinin sorğumuza verdikləri qısa cavab belə oldu: "Tikiləcək!" Amma nə vaxt? Bunu deyən olmadı.
Qeyd edək ki, 90 minlik əhalisi olan Şirvan şəhərində 15 tam orta məktəb fəaliyyət göstərir. Sözügedən ərazidə isə mindən çox fərdi yaşayış evi var. Biz sorğumuzun cavabı səbirlə gözlədiyimiz kimi, burada yaşayanlar da hələ də ümidlərini üzmədən məktəbin tikiləcəyi günü gözləyirlər. Tək qorxuları isə gözləməklə keçirdikləri hər gün məktəblilərin bir az da ölümə yaxınlaşmalarıdır.
Əlibəy Zeynallə
Elçin Həsənov
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi X səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: ru-vid.com...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

25 апр 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@CavidAslanov-999
@CavidAslanov-999 Месяц назад
Deyilənə görə çəkilişin səhəri günü problem öz həllini tapıb. Əlaqədar qurumdan cavab gəlib ki, bir azdan tətil olacaq, uşaqlar məktəbə getməyəcək.
Далее
MEGA BOXES ARE BACK!!!
08:53
Просмотров 25 млн
Şirvan su kanalı yenidən qurulacaq
3:21
Просмотров 3 тыс.
Qonşuların gününü qara edən avtoyuma
7:01
Просмотров 91 тыс.