Тёмный

"Şuşanın dağları qara dumanlı"- Sənədli filmi 

QULP STUDIO
Подписаться 68 тыс.
Просмотров 30 тыс.
50% 1

8 may 1992-ci il tarixdə qalmış Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanmışdı. Şuşa istiqamətində bütün cəbhə boyu ermənilər üstünlüyü ələ almışdılar, onlar bütün imkanlarını səfərbər edərək Şuşanın süqutuna doğru irəliləyirdilər. Belə ki, 1992-ci il may ayının 6-da Yura Ovanesyan Canhəsən istiqamətindəki Azərbaycan mövqelərinə bir neçə sarsıdıcı zərbələr endirərək, döyüş mövqeyini dəyişib Şuşa şəhərinə doğru istiqamətləndi. Həmin gün axşama doğru Azərbaycanın iki hərbi vertolyotu Şuşa ətrafındakı ermənilərin təmas xəttinə zərbələr endirdilər.Bu Azərbaycan tərəfinin Şuşanın süqutuna qədər sonuncu həmlələri oldu. Şuşanın işğalını müşahidə etmək üçün may ayının 6-da bütün erməni komandanlığı, xarici qonaqlar və jurnalistlər dəniz səviyyəsindən 1207,3 m şimal yüksəkliyində yerləşən Şuşakəndə toplaşmışdılar. Onların sırasında Qarabağ cəbhəsinin komandanı Arkadi Ter-Tadevosyan, Ermmənistanın müdafiə naziri Vazgen Sərkisyan, general Qurqen Dalıbaltayan, Ermənistanın hərbi qərəargah rəisi Feliks Qozoryan, Robert Koçaryan, Serj Sarkisyan, Leonid Martirosyan, Oleq Eseyan, Zori Balayan, Andrey Saxarovun ögey oğlu Aleksey Semenov, Elena Bonner, Baronessa Koks, eləcə də «Ümumdünya xristian həmrəyliyi» və “Daşnaksütun” terror təşkilatının rəhbərləri özlərinə xüsusi yer almışdılar. Onlar buradan bütün cinahlar boyu hücum xəttini izləyir və öz döyüşçülərinə göstərişlər verirdilər.
Məhz bundan sonra süni yaradılmış vəziyyətdən istifadə edərək Şuşanın mühasirəsini getdikcə daraldaraq şəhəri təslim etmək olardı. Kərkicahan kəndindən və Xankəndindəki Rus Hərbi bazalarından Şuşa şəhərinin yaşayış məntəqələrinə və ictimai iaşə obyektlərinə fasiləsiz raket zərbələri endirilirdi. Bundan vahiməyə düşən Şuşanın mülki əhalisi keçilməz meşələrlə Laçın istiqamətində canlarını götürüb qaçırdılar. Nə səbəbdənsə Şuşanın mühasirəsindən qabaq Azərbaycanın Hərbi komandanlığı Şuşadakı azərbaycanlı döyüşçülərin bir qismini cəbhə xəttindən geri çəkmiş, digər bir qismi isə məzuniyyətə buraxmışdı. Cəbhə xəttində pərakəndəlik və özbaşınalıq hökm sürdüyündən, döyüşçülərin sırasında üstəlik özbaşına döyüş mövqelərini tərk edənlər də var idi. Komandanlıq tərəfindən hücum tapşırığı verilmədiyindən döyüşçülərimiz yalnız müdafiə mövqeyində dayanırdılar. Onsuz da ermənilərin mühasirəsini yarmaq və ya erməni hücumlarının qarşısını almaq üçün heç canlı qüvvə və texnika da çatışmırdı.
Bütün bu qeyri bərabər ölüm-dirim savaşında hələlik öz mövqelərini müvəqqəti də olsa qoruya bilən azərbaycanlı döyüşçülər Şuşaya daxil olmaq istəyən 422 №-li tankı vurmağa nail oldular. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Serj Sərkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə ölmüşdülər. Xocalı üzərinə hücum zamanı xüsusi “qəhrəmanlıq” göstərən bu tanka və onun heyətinə etimad göstərilmişdi ki, onlar bir “qəhrəman” kimi Şuşa qalasına taxmaq üçün Ermənistanın bayrağını aparsınlar. Odur ki, hələ Xocalı ağrısı yaşayan əsgərlərimiz üçün bu tankın vurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəni gözləməyən erməni hərbçiləri mərkəz istiqamətdə döyüşü dayandıraraq, cinahlardan hücumlarını gücləndirdilər. Onlar Qala divarları üzərindən Şuşa türməsinə daxil olmağa qərar vermişdilər. Fasiləsiz raket zərbələri Şuşanın cənubuna və qala divarlarına istiqamətlənmişdi. Bu raket zərbələri Qala divarları üzərindəki bütün müşahidə qüllələrini dağıtdı, həmin gün bütün şəhər od tutub yanırdı. Bu həmlədən sonra Şuşanın mühasirəsinə son qoyuldu və ermənilər qala divarları üzərindən şəhərə daxil olmağa başladılar. Üçüncü cinahdakı erməni qoşun bölmələri Laçın - Şuşa yoluna çıxdılar, Şuşanın Laçınla əlaqəsi tamam kəsildi. Bununla da Şuşa, Canhəsən, Kosalar, Qaraqaya erməni işğalının altına düşdü. May ayının 7-dən Şuşaya daxil olmuş erməni qoşun hissələri, küçə döyüşləri ola biləcəyindən ehtiyatlanaraq küçələrdə açıq şəkildə hərəkət etməyə cürət etmirdilər. Nəhayət may ayının 9-da gecə saat 4-də şəhərin boş olduğuna əmin olan ermənilər Şuşa şəhəri üzərindəki qələbələrini bayram etməyə başladılar. Lakin bu işğal ermənilərə o qədər də asan başa gəlməyib. 1800 erməni əsgərinə 500 azərbaycanlı əsgər müqavimət göstərirdi. Azlıqda olan Azərbaycan əsgərləri isə kömək gözləyirdilər. 10 saatdan artıq davam edən döyüşlərdə 1860 azərbaycanlı yaralandı, 480-i həlak oldu, 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.

Опубликовано:

 

3 май 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 91   
@rashadhuseyn2437
@rashadhuseyn2437 2 года назад
Nə şükürki belə mərd oğullarımızın qanı yerdə qalmadı. Ümid edirəm artıq ruhları şaddır. Məkanları cənnət olsun!!.
@faridhasanov
@faridhasanov 3 года назад
Gör o cür kişi belə çaqqalın əliylə qurban gedib.
@a.shukurov..
@a.shukurov.. 9 месяцев назад
Yerin cənnət olsun əziz insan. Şuşa və Şuşalılar sizi hec vaxt unutmayacaq. Allah qismət etsin Şuşada sizə abidə qoysunlar.😢🇦🇿
@tomristuran2345
@tomristuran2345 2 года назад
Vicdanlı təmiz vətənsevən adam idi. Arvadı da öldü. 2 balası qaldı yetim Amma atalarına layiq namuslu, çalışqan, tərbiyəli gənclər oldular.
@nerimannovruzov3102
@nerimannovruzov3102 10 месяцев назад
❤AZADLIGIN MUBAREK SHUSHAM🇦🇿
@tomristuran2345
@tomristuran2345 2 года назад
Mən indiyəcən hələ belə təmiz, vicdanlı, vətənsevər icra başçısı görmədim.
@fikretmusayev3868
@fikretmusayev3868 2 года назад
Ömürlük həbs edilənə yazığım gəlirdi amma onu öldürən güllələnməlidir. İcra başçısının ölümü Şuşanın getməsinə və neçe neçə insanlarımız dünyasın dəyişdi. Mikayılə Allah rəhmət eləsin ruhu şad olsun.
@anarsoltanoglu2816
@anarsoltanoglu2816 3 месяца назад
22.50 mən elə bilirdim MTN işçiləri ağlamaz. Ürəyim ağrıdı bu qardaşın ağlamağına. Allah Mikayıl müəllimə də rəhmət eləsin. İndi çox şükür Şuşamız azaddır. Şəhidlərimizin də ruhu şaddır.
@salamsahibim162
@salamsahibim162 7 месяцев назад
O bir insanın qatili deyil həm də vətən xainidir.Cəhənnəm odunda yansın
@ayxanisazad1378
@ayxanisazad1378 Год назад
Şuşa artıq azaddır, Şuşa bizimdir. Allah ŞƏHİDLƏRİMİZƏ rəhmət etsin
@natignagiyev4426
@natignagiyev4426 2 года назад
MİKAYIL GÖZƏLÖV GÖZƏL İNSAN AZƏRBAYCANIN MİLLƏTİN MƏRDİ MƏRDANƏ VƏTƏNPƏRVƏR VƏTƏN OĞLUDUR ALLAH QƏNİ QƏNİ RƏHMƏT ELƏSİN MƏKANI CƏNNƏT OLSUN
@samiragayev1412
@samiragayev1412 3 года назад
17:45 sozun bitdiyi an susali rehmetlik rusdem quliyevin gitarada girisi az qalib rusdem quliyev ozun bu gunleri gormesende ruhun sad olacaq insallah senin ifalarini susada dinlemeyi allah bize qismet elesin
@samedsamedov-yg2kl
@samedsamedov-yg2kl 11 месяцев назад
Shukur ALLAHIMIZA qardas,,gorduk bu gunu gorduk!
@atabeyquliyev2051
@atabeyquliyev2051 4 года назад
Allah bizi müvəffəq etsin İnsaAllah! Zəhmətiniz qiymətsizdir təşəkkürlər!
@yusifabdullayev-ql1vc
@yusifabdullayev-ql1vc 24 дня назад
ALLAHA TAPŞIRIRAM AMİN AMİN AMİN İNŞƏLLAH
@atillaatilla7296
@atillaatilla7296 2 месяца назад
Ogras yəgin o anası erməni olan gardaslardan pul alıb və qətlə yetirib rəhmətliyi.
@vilaytagayev6006
@vilaytagayev6006 Год назад
5 ilə bu ograsi niyə gullelemediler
@azizhagverdiyev9989
@azizhagverdiyev9989 2 года назад
Bu şərəfsiz, o boyda adami öldürüb qismətin, əçəlin üstünə yixir. Narkomanliq yağir sifətindən…
@Cabir590
@Cabir590 2 года назад
Elə o ermənini öldürərdin də, satqın alçaq !
@caspian3117
@caspian3117 3 года назад
Çox şükür Şuşa artıq bizimdir, bu cinayəti törədən adamı da aparıb orda həbsxanada saxlamaq lazımdır
@simsim4992
@simsim4992 2 года назад
Türmədə cezdi qəbərdi qetti
@user-jv6yd3ws8l
@user-jv6yd3ws8l 2 года назад
@@simsim4992 size kim dediki elbrus olub?duz melumatdi?
@Karabakh.AZE.2020
@Karabakh.AZE.2020 2 года назад
@@user-jv6yd3ws8l düz məlumatdır elə bu kanalda digər verlişdə deyilib
@behruzkaraev3668
@behruzkaraev3668 2 года назад
Mundar, danışığına bax bunun.
@user-vk8bg4jf7l
@user-vk8bg4jf7l Год назад
Allah Ğözəlova rəhmət eləsin sifəti nurani indi elə insanlar yoxdu
@ua7609
@ua7609 2 года назад
22:50 bu kişiyə yazığım gəldi
@user-mb4kj5rd4p
@user-mb4kj5rd4p 5 месяцев назад
Xəyanətin qurbanı heç nəyi heç kimə bağışlamaq olmaz
@bce_ok9943
@bce_ok9943 4 года назад
Böyük Dağın Dumanıda Böyük Olar...!!!
@muradmemmedli4324
@muradmemmedli4324 Год назад
allah rehmet elesin bize rehm etsin ki bucur ogullari qoruya bilmedik
@Turk978
@Turk978 Год назад
Mikayıl Gözəlov dostumun dayısıdı. Allah rəhmət eləsin
@arazhuseynov8487
@arazhuseynov8487 4 дня назад
Allah səni rəhmət eləsin
@zahidememmedova8202
@zahidememmedova8202 2 года назад
Satqın Elbrus zibil
@bergen8849
@bergen8849 2 года назад
сатгын
@slonfil8882
@slonfil8882 Год назад
Mikayila Allah rehmet etsin Elburus qexbe onu zakazla vurub ne de demir kimin zakazin edib
@sevahaji6210
@sevahaji6210 4 года назад
Erməniyə qulluq etdiyinə görə heç peşmançılıq çəkmədinmi?
@elnuratakisiyev6207
@elnuratakisiyev6207 2 года назад
Allah rəhmət eləsin.gozel insan idi.bacisi bizim ilə qonşu idi.gozel insanlar idi.Elbrus özü vətən xainidir.Gozelovu öldürməklə Susani erməniyə verilməsinə yol acdi
@tapdiqbehbudov3178
@tapdiqbehbudov3178 Год назад
Çox şükür ŞUŞA azaddır.O igidlərin qanı yerdə qalmadı.Yaşasın cənab Prezident İlham Eliyev.
@necefiskenderov7056
@necefiskenderov7056 2 года назад
Ermeni gardasdarin axiri nece oldu?bilen var.
@muradmemmedli4324
@muradmemmedli4324 Год назад
elbrusa emri verenler onu turmede de 5 il qoruyublar demek ki sade adamlar deyil ona gore heqiqeti demir
@stabrizli7003
@stabrizli7003 3 месяца назад
El bu rus hələ anlamır ki bir insandan əlavə neçə şəhərin jəndin ailənin dağılmasının səbəbkarı dı sənin yox qeyrətinə tüpürsunlər
@pharmacistbaku798
@pharmacistbaku798 4 года назад
Bir məsələ haqqında fikirləşib heç cür cavab tapa bilmirəm. Qruplaşma halında neçə-neçə cinayətlər törədilir, amma bircə dəfə də olsun, öz vətənpərvərliyimizə söykənib qruplaşıb Qarabağa hücum etməyimiz olmadı Amma intervyuların hamısında bizə Qarabağ lazımdır! Allah Mübarizə və bütün şəhidlərimizə rəhmət eləsin.
@sevahaji6210
@sevahaji6210 4 года назад
Erməni də onu deyir. Savadlı insanlar fikirləşincə, savadı olmayan quduzlar torpaqları işğal etdilər. Səbəb hər birinin ayrılıqda öz mənafeyini düşünməyidir. Elə bu filmdə olduğu kimi. Şuşanı düşünən birini aradan götürüblər.
@user-jh8er5jj5r
@user-jh8er5jj5r 2 года назад
Шерефсиз сени пулнан алыфлар да
@Nadir322
@Nadir322 2 года назад
Nəciməddin Sadıqov Elburus Orucov gösdərişi olub killerdə vurub
@baxabax3580
@baxabax3580 8 месяцев назад
91 de Elburus Orucuv Susada deyildi axi. O 92 de geldi
@Nadir322
@Nadir322 8 месяцев назад
@@baxabax3580 yaxşı araşdırın yalnış fikirdi bildirdin
@samiragayev8958
@samiragayev8958 9 месяцев назад
17:45 can ay rustem ruhun şad olsun 3il bundan oncede yazmisdim az qalib azad olunmasina şuşamiz tam azaddi herzaman senin ifalarinda veten hesreti olub
@vuqarzeynalov1658
@vuqarzeynalov1658 9 месяцев назад
Şərəfiz oğraş ölməli idi,ömürlük cəza almamalıydı
@ceyhunosmanov7808
@ceyhunosmanov7808 14 дней назад
Bu Muharibe Ne Taleler Mehf etdi
@slonfil8882
@slonfil8882 Год назад
Bu cur insani kör kimin eli ile vurulub Tarix boyu ichimizdeki xainler merdleri vurub
@sebinezeynalova52
@sebinezeynalova52 2 года назад
hər işi tək ğözəğörünməz Allah bilir.
@user-hs3ph8lw4f
@user-hs3ph8lw4f 2 года назад
👍👍👍🇦🇿🇦🇿🇦🇿🙏
@natignagiyev4426
@natignagiyev4426 2 года назад
O şərəfsiz erməniyə işləyən olub
@ruslanmeherremov2479
@ruslanmeherremov2479 4 года назад
Bes satılmağına haçan qerar verilmişdi Şuşanın?
@sevahaji6210
@sevahaji6210 4 года назад
Onu satandan soruşun. "Şuşanı partladacağam" deyənin səsi döyüş meydanından deyil Moskvadan gəldi
@user-vt3sz5yd4z
@user-vt3sz5yd4z Год назад
🇦🇿❤🇹🇷💪🤝👍👍👍
@VIXXII97
@VIXXII97 Год назад
Yaxşılar ortadan götürüldü özü də neçənci il ? Təbii ki, 1991-ci il... Allah ölənlərə rəhmət eləsin təbii ki, yaxşılarına deyilir bu...
@vusalquliyev5003
@vusalquliyev5003 3 месяца назад
Vur camaatı öldür de kisməti öpüşdü
@user-vk8bg4jf7l
@user-vk8bg4jf7l Год назад
elbrus niyə gedib 5 erməniöldürmurdü onurani insanı öldürürdü Allah şahidlərimizə rəhmət eləsin başımızı göylərə qaldırdı
@arazhuseynov8487
@arazhuseynov8487 4 дня назад
Çaqqal oğlu
@vahiddadasov4486
@vahiddadasov4486 Год назад
Esil kişidi beyendim
@realmadrid9044
@realmadrid9044 Год назад
ELBURUS İBRAHİMOV ŞIRƏFSİZ,NƏ ÜZLƏ DANIŞIR.
@user-ed8ow4xs7m
@user-ed8ow4xs7m 2 года назад
"ŞUŞANIN DAĞLARA GARLI...НУ И Т.Д.".И ЧТО ПОЛУЧИЛИ - КОНСПИРАЛОГИИ, ЗАГОВОРЫ И ПУЛЮ В ЛОБ...В МОЛОДОСТИ. А ЭТИ НЕГОДЯИ РАДУЮТЬСЯ ЖИЗНИ.
@user-eb5qj1rt8r
@user-eb5qj1rt8r Месяц назад
😢
@OrucHuseyinli-wi9rf
@OrucHuseyinli-wi9rf 8 месяцев назад
Heyif olsun ki gör nəqədər şəxsiyyət verdik biz allah hər birin ruhun şad etsin bu gün şuşa var amma onlar yoxdu
@user-wj9ud4eu5e
@user-wj9ud4eu5e 4 месяца назад
Belə çıxır ki göz görə görə rəsmən satılıb ovaxdi torpaqlar rəhmətlik Mikayıl ida tapşırıqla öldürüb kim irəli gedirdi onu yox edirdilər belə özbaşınalıq mən Meksikanı kolumbiya bilirəm 😳😳😳😳
@user-eb5qj1rt8r
@user-eb5qj1rt8r Месяц назад
Eyy bax wuwa muduru kimdi?oxrawdi hamisi ermenidi
@user-eb5qj1rt8r
@user-eb5qj1rt8r Месяц назад
Sen kimi oxraw
Далее
Çingiz Mustafayev ANS-in Qızıl Fondu Toplum
47:34
Просмотров 10 тыс.
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Şuşa haqqında sənədli televiziya filmi
27:16
Просмотров 7 тыс.
Kəlbəcərin son günü - Sənədli filmi
21:48
Просмотров 6 тыс.
Susa senedli televiziya filmi
27:16
Просмотров 18 тыс.
Şuşa Zahid Abbasov
12:50
Просмотров 28 тыс.
Şuşa Sənədli Filmi - ATV Cinema
31:34
Просмотров 300 тыс.
"Qisas Qiyamətə Qalmadı" sənədli filmi
59:01
Просмотров 208 тыс.