Тёмный

"ŞUR" - telefilm 1967-ci il 

FIKRET AMIROV
Подписаться 9 тыс.
Просмотров 100 тыс.
50% 1

"ŞUR"
Televiziya filmi
Filmdə bəstəkar Fikrət Əmirovun "Şur" simfonik muğamından istifadə olunub.
Dirijor - NİYAZİ
Rejissor: Arif Qazıyev
1967-ci il
"SHUR"
Television film
On the film used symphonic mugham "Shur" by Fikret Amirov.
Conductor - NIYAZI
Directed by : Arif Gaziyev
1967
"ШУР"
Телевизионный фильм
В фильме использован симфонический мугам "Шур" Фикрета Амирова.
Дирижер - НИЯЗИ
Режиссер : Ариф Казиев
1967 год

Видеоклипы

Опубликовано:

 

7 ноя 2013

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 175   
@azerrustamov4119
@azerrustamov4119 8 лет назад
ARİF MÜƏLLİMƏ EŞQ OLSUN Kİ, BELƏ BİR FİLMİ BİZƏ BƏXŞ EDİB. BU FİLMƏ BAXANDA GƏNCLİK İLLƏRİMİ XATIRLAYIRAM. ARİF MÜƏLLİM SİZƏ TƏŞƏKKÜRLƏR.
@vaqifkvars2457
@vaqifkvars2457 2 года назад
Bu fılımi qoruyub saxlayıb gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur.
@siirkolik95
@siirkolik95 3 года назад
Ne kadar mükemmel, eşsiz, saf! Bu sese, bu müziğe kurban olunur, kurban!
@rizvanibrahimli3078
@rizvanibrahimli3078 3 года назад
Aynen kardes AZERBAYCANIN HIC UNUDULMAZ SESLERINDENDIR
@mgulbetekin
@mgulbetekin 4 года назад
Azerbaycan musikisi bir okyanustur. Bu güzel eserler ise o okyanustaki dalgalardır. Her biri kıyıya vurdukça saçımızı okşar, kulağımıza büyük medeniyetimizi fısldar...
@gulnaradigozalova8341
@gulnaradigozalova8341 Год назад
Bəs deyirdiz ki,Azərbaycan xalqı yoxdu,türkdülər??-bəs nə oldu,türklərin belə məxsusi tıkrarsız sənət əsərləri var ki??Azərbaycanlıları heç bir xalqa”qatmayın”-hər xalqın öz yeri,Allah təyin edən adı var!
@user-pl6dg5kq4h
@user-pl6dg5kq4h Год назад
​@@gulnaradigozalova8341 сени не яндырыр?
@sabirkengerlimammadov5046
@sabirkengerlimammadov5046 2 года назад
Arif müəllim Qaziyevin Şur muğam filminin 1967 ci ildə bu cür gözəl sənətkarımızla birgə ərsəyə gəlməsində xidməti çox böyükdür. Arif müəllimə bu gözəl filmə görə təşəkkür edirəm can sağlığı arzu edirəm.
@musajafarov4412
@musajafarov4412 4 года назад
Dünyanın ən gözəl muğamı və Azərbaycanının ən gözəl səsi Əbulfət, İslam Rzayevə Allah rəhmət eləsin, Əli baba Məmmədova, və Arif Babayevə can sağlığı arzu edirəm, bunlar Azərbaycanın ən gözəl və xalqlmıza böyük xidmətləri olmuşdur və olmaqdadır, buna görə də onlara minatdarıq.
@97kohnbaki.47
@97kohnbaki.47 4 года назад
😥
@yusikodadaszade8385
@yusikodadaszade8385 8 лет назад
Fikret Emirov duhasina ebedi alqiwlar olsun!
@xanlarzaman1565
@xanlarzaman1565 2 года назад
Xoşbəxtəm ki,belə sənətkarlar dövründə yaşadım,ölsəm də dərdim olmaz. Böyük bəstəkarlar və ifaçılar qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. İşığın qiymətini qaranlıqda qalandan,istinin qiymətini soyuqda donandan sor. Dünyanın heç bir xalqında belə sənət möcüzəsi -muğamlar yoxdur.
@besiktas_edits19_03
@besiktas_edits19_03 2 года назад
Çox düzgün vurğuladınız,bu baxımından biz xoşbəxtik ki,belə heyratamiz səslər qəlbimizə,ruhumuza axıb,yaşasın Azərbaycan xalqı,onun ləl-cəvahiratı olan muğamı,onu yaşadanlar
@azerbaijan_az
@azerbaijan_az 3 года назад
Uşaqlığım,gəncliyim yadıma düşdü . Bizim nəsil bu şəxsiyyətləri görüb boyudulər .
@97kohnbaki.47
@97kohnbaki.47 4 года назад
Bu ifalar Azərbaycan xəlqinin əsrlər boyu bizə gələn əmanəti,abırı, həyasıdır.
@orucmammadov8134
@orucmammadov8134 5 лет назад
Belə möhtəşəm musiqini yaradan, yaşadan xalq ölməzdir, inshaallah.
@reyhanrzayeva3072
@reyhanrzayeva3072 Месяц назад
Azərbaycan muğamının ən nadir səslərindən - Arif Babayev, Əbülfət Əliyev, Əlibaba Məmmədov, İslam Rzayev! Möhtəşəm çalğıçılar, musiqiçilər və maestro Niyazi! Nə böyük milli sərvət! ALLAH C C AZƏRBAYCANIMIZI QORUSUN! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@efsane.muellime
@efsane.muellime 3 года назад
Azərbaycan kişisinin abır həyası budur!
@user-gy5wr7yb3q
@user-gy5wr7yb3q 2 года назад
AZƏRBAYCAN musiqisinin,Fikrət Əmirov yaradıcılığının,misilsiz xanəndələrimizin ifaçılıq sənətinin təntənəsinin culgasdigi möhtəşəm bir əsər...Dünyasını dəyişənlərə sahibindən rəhmət,yasayanlara
@aytacm_li7987
@aytacm_li7987 2 года назад
Ən gözəl məlahətli səs Əbülfət Əliyevə və digər sənətkarlarımıza Allah rəhmət eləsin
@sehlahuccetzade372
@sehlahuccetzade372 3 года назад
Nə gözəl hazırlanıb. Nə ola o biri muğamlar da belə kompozisiya şəklində hazırlana. Allah rəhmətə gedənlərin məkanını cənnət etsin, qalanlara can sağlığı versin. Bu musiqi heyrətdən başqa bir şey deyil. Azərbaycan musiqisi, musiqiçiləri. Söz tapmıram
@melekdadashova7329
@melekdadashova7329 3 года назад
Hər Novruz bayramında bu əfsanəvi film-konserti mavi ekranda seyr edərdik!
@ceyhunceferlii5735
@ceyhunceferlii5735 2 года назад
Vallah ruhum sakitləyir,dincəlirəm. Həm də kövrəlirəm. Niyə indikilər belə təsirli oxumur. Səsin rəngi desən insan valeh olur. Möcüzədir.
@sfqbayramova6192
@sfqbayramova6192 3 года назад
Həyat ğözəl idi musiqi ğözəl idi sənətkarlar ğözəl sənətkarlar idi heyf o ğünlərdən. Əlbaba müəllimə Allah can sağlığı versin. Dünyası dəyişənlər Allah rəhmət etsin
@natevaneyyubova4305
@natevaneyyubova4305 2 года назад
Azərbaycan musiqisin qaymaqları çox çox sevirəm bu filmi baxdıqca baxıram Allah musiqimizi və keşiyində durub xidmət edənləri qorusun AMİN
@raufrzayev3410
@raufrzayev3410 2 года назад
Burda gördüyünüz eşitdiyiniz Azərbaycanın,, indi artıg demək olar, Milli mənəvi dəyərlərini ən giymətli incisidir
@aidahaciyeva9656
@aidahaciyeva9656 2 года назад
Bu filmə. 7-8 yaşım olanda birinci dəfə baxmışdlm.o vaxtdan 55 il keçib yenə də həmin heyranlıqla qulaq asıram.nə gözəl ifalar səslər.Əbülfət əliyevin səsinin vurğunuyam.nə şirin səsi olub.Allah rəhmət eləsin
@aytacm_li7987
@aytacm_li7987 2 года назад
Elədir ki var mən də Əbülfət Əliyevin vurğunuyam özüm cavanam amma musiqi zövqü cavanlığa baxmır
@aytacm_li7987
@aytacm_li7987 2 года назад
Neçənci ildə qulaq asmısınız çox maraqlı gəldi mənə deyərdiniz çox xahiş edirəm
@aidahaciyeva9656
@aidahaciyeva9656 2 года назад
@@aytacm_li7987 68 ya 69-cu il olardı
@aytacm_li7987
@aytacm_li7987 2 года назад
@@aidahaciyeva9656 hə çox sağolun çox maraqlıydı üzərindən 50 ildən çox keçib ancaq bu musiqilər yaddaşlarda qalır çox mənalıdır indikilərin oxuduqları hamısı bayağıdır heç xoşlamıram istər xanəndəsi olsun istər estradası heç biri yaxşı deyil nə varsa keçmiş retro musiqilərimizdə var ALLAH DÜNYASINI DƏYİŞƏN SƏNƏTKARLARIMIZA RƏHMƏT ELƏSİN🙏🙏🙏
@tahmasibhuseynov9895
@tahmasibhuseynov9895 2 месяца назад
Dahi !!!
@SM-bp4rh
@SM-bp4rh 3 года назад
Bir zamanlar nece saf idik İlahi.
@zaurrzayev859
@zaurrzayev859 Год назад
1967 cil və 2022 ci il ....nə qədər nəsillər arasinda fərq yaranib....cilizlaşan incə sənətimiz ...
@user-rr7ui2qj2l
@user-rr7ui2qj2l 4 года назад
ALLAH keçsin günaımda, bu səslər ONUN dərgahından gəlir.
@solmazaskerova2372
@solmazaskerova2372 3 года назад
Mukemmel.cox ela.cox lezzet eledi.insani valeh edir.Azerbaycan musiqisine catan musiqi olarmi.halal olsun.Muqenni bunlar idi...
@rahibbakhtiyarov3140
@rahibbakhtiyarov3140 2 года назад
Cox gözəl cəkilib doğurdan.Vallah bu bir əsərdir. Dünyasını dəyişmiş sənətkarlara allah rəhmət eləsin.
@coratcorat6816
@coratcorat6816 2 года назад
Dahi musiqi,dahi xanəndələr,dahi Niyazi!!!Dinləməklə doymaq olmur.Arif müəllimin "simayi-şəms" nə valehəm!!!
@nizamisafarov832
@nizamisafarov832 Год назад
Azərbaycan xalqı hər sahədə şedevrlər yaradan xalqdır,bu da o şedevrlərdən biridir!
@tahirtahirli5150
@tahirtahirli5150 Год назад
Bu kompozisiya bütün ruhumu oxşayır. Məni məndən alır. Bu musiqidən doymaq olmur. Həm musiqilər , həm səslər necə də gözəldi.
@user-ky8rd1yx4t
@user-ky8rd1yx4t 5 месяцев назад
ГЫЗЫЛ ФОНД- ифасыны динлэдийим, дунясыны дэйишмиш бутун сэнэткарлары Аллах рэхмэт етсин. Сэнэткарлар олмурлэр❤
@ismayilmemmedov8489
@ismayilmemmedov8489 Год назад
Dünyada belə şedevr. Musiqi əsəri yoxdur. Millətimin həm muğamı həmdə milli si foniyası var. Yaşa Azərbaycan.
@xadzharkulieva4273
@xadzharkulieva4273 3 года назад
Самое интересное,гениальное произведение искусства, не могу оторваться
@MegaCrash88
@MegaCrash88 3 года назад
Это уже течёт у нас в крови. И это прекрасно!
@yoldaskuryer9441
@yoldaskuryer9441 Год назад
Qanını siksinlər adam dilində yaz.
@aidahaciyeva2244
@aidahaciyeva2244 2 года назад
Ela kompozisiya,mohteshem senet incisi!!! Göresen,indikilerin niye bele dadı-duzu yoxdur.Bu senetkarlar o vaxt senzuradan kecirdiler,Seyidden ders alirdilar,indikiler ise...her muellim öz telebesini qabaga cekir,belelikle geri gedirik.Bu korifeyler 100 il de kecse her zaman sevilecek ve hec vaxt unudulmayacaq.
@elsadabdullayev1889
@elsadabdullayev1889 2 года назад
Sonda görünən dünya şöhrətli dirijor Lepold Stakovski idi.Bostonda Fikrət Əmirovun "Şur" simfonik muğamını ifa edən orkestrə dirijorluq etmişdi.
@tahirtacirzade7377
@tahirtacirzade7377 4 года назад
Hamısı gözəl oxuyur. Ölənlərə rəhmət qalanlara can sağlığı.
@yemenmustafayeva7660
@yemenmustafayeva7660 Год назад
Filmde butun emeyi kecenler gozel musiqimizi mohtewem bir terzde teqdim edirler.Xanendelerimize ise aferin.Insanin qelbini riqqete getirir.Mektebli vaxtlarimi yada salir ve kovrelirem.
@leylaleyla5965
@leylaleyla5965 11 месяцев назад
5-6 yaşlarındaydım bu filmə baxanda. Yadımdadı ağlayırdım atam narahat olurdu elə bilirdi qorxuram, amma mən uşaq olduğumdan onlara musiqinin təsirindən kövrəlib ağladığımı anlada bilmirdim. Hələ də dinləyərək göz yaşlarımı saxlaya bilmirəm. Yəni uca Allahım bu qədər gözəl neməti sadəcə bu xalq üçünmü göndərib? Dünyanın heç bir ölkəsində bu qədər gözəl musiqi, təsirli qəzəllər yoxdur! Sahib çıxaq dəyərlərimizə ki, oğurlamasınlar! Mən çox istəyərdim ki, bulvarda və başqa yerlərdə böyük monitorlarda bu "Şur"film konserti yayımlasınlar. Ümumiyyətlə bizim klassik musiqilərimozi retro mahnılarımızı hər yerdə səsləndirsinlər. Allah haqqı bu sənətkarların əvəzi yoxdur! Hələ mahnılarmızı demirəm.
@gulnaradigozalova8341
@gulnaradigozalova8341 Год назад
İlahi,Sənə. çox şükür olsun:belə gözəl neməti AZƏRBAYCAN XALQIMA nəsib etmisən,maaşallah.
@elmanmuradov5593
@elmanmuradov5593 2 года назад
Saq olun.Allah sizə can saqliqi versin.bu inciləri saxlayıb bizə catdirdiqiniz üçün.Allah dünyasını dəyişmiş sənətkarlarımıza rəhmət eləsin.
@user-vk5ey4iy3l
@user-vk5ey4iy3l 2 года назад
Atamın 29 yaşı olub bu əsər çəkiləndə,can Ata
@akifhuseynov3009
@akifhuseynov3009 Год назад
...dinləyirsən,dinləyirsən...və yenə də təkrarən dinləmək istəyirsən... ...fərqli zaman, fərqli ifalar-səslər..fərqli musiqı..xarakterik xüsusiyyətlər..bu gun çatışmayanlar...bəli, zamanla bərabər hamısı, geri qayıtmaz ömür də ötüb keçdi...
@97kohnbaki.47
@97kohnbaki.47 4 года назад
ƏBÜLFƏT ƏLİYEV, ƏLİBABA MƏMMƏDOV, İSLAM RZAYEV, ARİF BABAYEV, NİYAZİ.QƏMƏR ALMASZADƏ❤❤❤❤❤❤
@aidahaciyeva9656
@aidahaciyeva9656 4 года назад
Bu filmdə qəmər almaszadə yoxdur
@97kohnbaki.47
@97kohnbaki.47 4 года назад
@@aidahaciyeva9656 var rəqsdə oynayır
@vaqifbedelov2547
@vaqifbedelov2547 3 года назад
RƏMİŞ YADDN CIXMASIN.
@sahmuradismayilov8425
@sahmuradismayilov8425 4 года назад
Eşq olsun muğam sənətinə , muğam sənətkarlarına
@RamilAzimov39
@RamilAzimov39 4 года назад
Xalq artisti Rafiq Hüseynov (Rəmiş) fortepianoda ifa edib: 6-28 dəq. Xalq artisti Rəmişin (Rafiq Hüseynov) 52 il öncə çəkildiyi film ortaya çıxıb. Bu barədə "Ölkə.Az"-a danışan məşhur gitaraçı bildirib ki, 1967-ci ildə çəkilmiş "Şur" filmində fortepianoda ifa edib: "Filmdə İslam Rzayevi müşayiət edirəm. Çox maraqlı günlər idi, film də yaxşı alınmışdı.Hamımız cavan idik".Qeyd edək ki, sözügedən ekran işinin rejissoru Arif Qazıyev, operatoru Rasim Ocaqovdur.
@elshen_kamal
@elshen_kamal 4 месяца назад
Bəli 👏👏👏
@zaminmemmedov1466
@zaminmemmedov1466 2 года назад
ARİF. QAZİYEVƏ SONSUZ. TƏŞƏKKÜRLƏR NƏ. YAXŞI. KI VAXTINDA. BELƏ. DAHİLƏRİ. BİR. YERƏ CƏMLƏYİB. BELƏ. BİR. MÖHTƏŞƏM ƏSƏR. BİZLƏRƏ. BƏXŞ. EDİB. ÖZÜDƏ HAMISININ. CAVAN. VAXTLARI KAŞ. Kİ. OBİRİ. MUGAMLARA. DA. MÜRACİƏT. EDƏYDİ NƏ. QƏDƏR. BAXMIŞAM SADA DOYMAQ OLMUR. ÖLƏNLƏRƏ. RƏHMƏT. QALANLARA. CAN. SAGLIGI
@hmdhsimov1257
@hmdhsimov1257 Год назад
Bu sesler ,bu muğamlar subut edir ki Azərbaycan dünyanin möcüzəvi ölkəsidir....var olsun Azərbaycan!!
@letafetletafet8657
@letafetletafet8657 Год назад
Ruhum təzələndi .....
@lalamusic58
@lalamusic58 2 года назад
Bizim möhtəşəm isteydadlarımıza eşq olsun!♥️♥️♥️🇦🇿🇦🇿🇦🇿
@valehmusayev8451
@valehmusayev8451 Год назад
Arif Babyevə eşq olsun.O biri sənətkarlara da eşq olsun,hərəsinin öz yeri var,Ancaq,ən zil yerini Arif oxuyub.Baxmataraq mən Sabir Mirzəyevi daha çox sevirəm
@malikgurbanov3379
@malikgurbanov3379 2 года назад
Super
@eldarsukurov394
@eldarsukurov394 5 лет назад
Azərbaycan xalqına eşq olsun.
@doncorleone7037
@doncorleone7037 3 года назад
Möhtəşəm əsər!
@nerimanmemmedov4526
@nerimanmemmedov4526 3 года назад
Heyf keçən günlərdən.
@sahnazhuseynova9393
@sahnazhuseynova9393 Год назад
🤲🇦🇿🧿 BU FİLMƏ UŞAQKƏN BAXMIŞDIM...., HEYRAN OLMUŞDUM, YUTUBDA QARŞIMA ÇIXMAĞI MÖCÜZƏVİ TƏSİR ETDİ.... MƏNƏ....., İLAHİ VƏTƏNİMİN NECƏ İSTEDADLARI VAR, ŞÜKRLƏR OLSUN....🤲🤲🤲🤲🤲 🇦🇿🧿🤲
@natavan5303
@natavan5303 Год назад
Dalbadal qulaq asıram yenə usanmıram Nə qədər mükəmməl bir fimdi Kaş Arif bəy bir neçə belə film çəkərdi Nə qədər Azərbaycan var bu fim də var və hər dəfə seyr edəndə qulaq asanda yaradanlara rəhmət diləyəcəyik Cox möhtəşəm bir fimdi Musiqimiz möhtəşəmdir
@elmiradadashova569
@elmiradadashova569 8 месяцев назад
Azərbaycan muğaminin və klassik misiqinin yüksək zirvəsində olan dahi sənətkarlar. Sənət və sənətkarlar ölməzdir.👏👏👏
@adilqubadli4819
@adilqubadli4819 3 года назад
Super....!
@etibarnovruzov8960
@etibarnovruzov8960 4 года назад
Ela
@user-wx9mu8xh7c
@user-wx9mu8xh7c 2 года назад
Аллах Рахмат етсин
@xaqaniqasmov8350
@xaqaniqasmov8350 2 года назад
MÖHTƏŞƏM ƏHSƏN HƏM ƏIBABAYA ƏBÜLFƏTƏ ARİFƏ İSLAMA ANSAMBLA HƏMÇİNİN. ƏVƏZOLUNMAZLAR. RUHUMA DİNCLİK GƏLDİ. BİRDAHA ƏHSƏN
@user-du5fx6hn3q
@user-du5fx6hn3q 3 года назад
İndi kim deyə bilər ki, biz türkük, müslümük və s.? Bu möhtəşəm ODLAR YURDUNUN FOLKLORU, QAN yafdaşıdır! Bu AZƏRBAYCAN və Azərbaycançılıqdır!
@azerbaijan_az
@azerbaijan_az 3 года назад
Belə çıxır ki,biz müsəlman deyilik və Türk də deyilik!? Siz nə yazmaq istəyirmiş siniz!? .
@user-du5fx6hn3q
@user-du5fx6hn3q 3 года назад
@@azerbaijan_az ifa olunan musiqi Azərbaycan musiqisidir. Türkün muğamı yoxdur və ola da bilməz. Bu onların qenlərinə yazılmayıb. Şur Azərbsycanın ən möhtəşəm muğamlarından biridir. Onun bir hissəsi Voyager 12 kosmik raketindən qızıl lövhədə çoxdan günəş sistemini tərk edib, kainatda səfər edir. İslam isə musiqini qadağan edir. İndi özünüz fikirləşin.
@kamran259
@kamran259 2 года назад
@@user-du5fx6hn3q мы Тюрки. Тюрки были шаманистами, огнепоклонниками, и даже христианами( гагаузы тюрки-христиане) и стали мусульианами позже. Мы все еще празднуем языческий праздник Новруз, который празднует вся центральная азия и татария. МЫ ТЮРКИ. Изучите вопрос, а потом пишите ерунду.
@SalamSalam-yr5by
@SalamSalam-yr5by Год назад
A bala sən başa düşmüsən amma heçnə başa düşməmisən kimi bir şeysən. Türk olmağın muğamın olmamaqla nə əlaqəsi var. Muğam ərəblərdən gəlir ona qalsa. Türkiyə başqadı Türklük başqa sən özün nəsənsö öz adına danış millətin minlərlə illik türklük tarixi var. Azərbaycan Türkləri sənə batmasın get öz kökünü araşdır
@aynurliyeva7663
@aynurliyeva7663 Год назад
Görün xalqımızın necə sərvəti olub , o vaxtkı calğı alətlərinin səsi də , ansanblın calğısı da möhtəşəm idi , baxıb qulaq asmaqdan doymuram
@akdoganm.q.6195
@akdoganm.q.6195 Год назад
Çox gözəl işlənib.DÜNYASINI DƏYİŞƏNLƏRƏ RƏHMƏT DİLƏYİRƏM
@yusifmemmedov7766
@yusifmemmedov7766 8 лет назад
bu nədi ilahi.Arif babayev nə gözəl oxuyur simayi şəmsi
@user-hc6ty8cn9x
@user-hc6ty8cn9x 2 месяца назад
En mukemmel ifalar unudulmaz senetkarlarimizin sesi ,Islam Rsayevin zil sesinin ifasi evezolunmazdi Allah hamisina rehmet elesin 🙏
@user-go1ss8yl9t
@user-go1ss8yl9t 2 года назад
Бу мукеммел сенет есерини дузуб гошан инсанлара ешг олсун. Азербайчан миллети дунйа дурдугча йашайачаг. Фикрет Амирова Аллаhдан реhмет дилейирем
@rehmankisiyev8824
@rehmankisiyev8824 4 месяца назад
Bu muğamları yaşlı nəsil,xüsusən kişilər,radioda dinlərdilər.O zamanlar uşaq idim muğamı yaxşı anlamırdım,indi isə özüm muğam dinləyirəm və böyük zövq alıram.Allah sizi rəhmət eləsin,əvəzolunmaz sənətkarlar .
@vuqar850
@vuqar850 2 года назад
Allah Sizdən razı olsun👍👍👍👍👍👍👍
@taginadjafov8605
@taginadjafov8605 4 года назад
Teshekur edirem.
@konulzayid8573
@konulzayid8573 8 лет назад
Mükəmməl!!!
@user-yq4km8vf1n
@user-yq4km8vf1n 3 года назад
Əbülfət necə ürəy aparndI.hamIsI əladI
@ibrahimxelilov8056
@ibrahimxelilov8056 9 месяцев назад
Çox Gözel Oxuyurlar Hemde Musiqide Gözeldi 😊😊 . 29.08.2023
@retroazerbaijan5007
@retroazerbaijan5007 5 лет назад
Sadəcə əla 🇦🇿
@user-yq4km8vf1n
@user-yq4km8vf1n 4 года назад
Man erdebiliem.her gun bu moģama baxiram
@baxramaleskerov9221
@baxramaleskerov9221 8 лет назад
HEYRƏTİMDƏN BİLMİRƏM NEYLƏYİM. MƏN ARİF BABAYEVİ HƏMİŞƏ DİNLƏMİŞƏM. AMMA HEÇ BU İFASINI EŞİTMƏMİŞDİM. O İLAHİ BİR MƏQAMA YÜKSƏLİR BU OXUSU İLƏ. BU ADİ OXU DEYİL, BU İBADƏTDİR. YERDƏN GÖYLƏRƏ SÖYLƏNƏN EŞQDİR.MƏLƏKLƏRƏ YER ADAMININ BİR HƏDİYYƏSİDİR. NƏ DEYİM, NƏ DEYİM, NƏ DEYİM VALLAH.
@gdsvjffgfdsdby9649
@gdsvjffgfdsdby9649 4 месяца назад
Rubabe Muradovanin ifasina qulaq as O daha gozeldi
@rasetpasayev113
@rasetpasayev113 3 месяца назад
Rəhmətlik İslam Arif müəllimdən qat qat yaxşı oxuyub, amma hamısı bilimdir. Ölənlərə rəhmət,qalanlara can sağlığı!
@sarabaku7854
@sarabaku7854 3 месяца назад
Qarabağ şikəstəsi özü gözəldir❤❤❤
@hilalasadov2768
@hilalasadov2768 Месяц назад
… Muğam seneti - hele eslen İbadetdir - her ifaçının işi deyil!!!
@telmanorucov9480
@telmanorucov9480 5 месяцев назад
Allah rəhmət eləsin İslam Rzayev muğamın və rənglərin ən yaxşı ustadı idi.
@fahreddinuludag3937
@fahreddinuludag3937 4 года назад
Allah sene rehmet eylesın elimin oglu İslam muellım 😪😔🇦🇿🇹🇷. Ayıldız Elıyeva
@psixoloqqalibdursun
@psixoloqqalibdursun 2 года назад
Allah rəhmət eləsin
@user-rr7ui2qj2l
@user-rr7ui2qj2l 4 года назад
ALLAH keçsin günahımdan bu səslər ONUN dərgahından gəlir.
@melekdadashova7329
@melekdadashova7329 3 года назад
Elədir ki var!
@ismayilmemmedov8489
@ismayilmemmedov8489 Год назад
Allah bu musiqini bu səslsti Azərbaycan xalqına bəxş edib.
@sweetbaby6195
@sweetbaby6195 7 лет назад
kohne musigilerimizden hec yerde yoxdur
@user-py9gl4dq9r
@user-py9gl4dq9r 2 месяца назад
Allah dəyərli sənətkarlarımıza rəhmət eləsin. Arif Babayeva can saqlığı.
@fahreddinuludag3937
@fahreddinuludag3937 4 года назад
Bu bir eserdır😪👍🇹🇷🇦🇿Ayıldız Elıyeva
@davuddoktor6508
@davuddoktor6508 Год назад
Sadəcə, möhtəşəm!
@melekdadashova7329
@melekdadashova7329 3 года назад
Mənəvi qida və qürur mənbəyimiz!
@user-fg4hq5py2j
@user-fg4hq5py2j 9 лет назад
Xanəndələrin hamısı gözəl oxuyur , Arifin "simai şəms"-i məni qürurlandırdı. Həmin hissəni tarixdə daha belə oxuyan olmaz.
@ahmadzeynalov1033
@ahmadzeynalov1033 7 лет назад
Надир Агаев
@ahmadzeynalov1033
@ahmadzeynalov1033 7 лет назад
Надир Агаев Ahmad Zeynalov. Butun xanendeler cox gozel oxudu. Allah rehmet elesin Ebulfet Eliyeve melahetli sese ustad xanendeye ve Mayestro Niyaziye ve Islam Rzayeve
@ahmadzeynalov1033
@ahmadzeynalov1033 7 лет назад
Ahmad Zeynalov Allah rehmet elesin Ebulfete Niyaziye ve Islama Arife ve Elibabaya uzun omur
@tomristuran2345
@tomristuran2345 3 года назад
Simayi Şəmsi rəhmətlik Rəsmiyyə Sadıqova gözəl oxumuş.
@azerbaijan_az
@azerbaijan_az 3 года назад
Simayi Şəmsin ən gözəl ifaçısı Rəsmiyyə Sadıqova idi . Arif Babayev də çox gözəl oxudu.
@user-ik2vh6je5i
@user-ik2vh6je5i 4 года назад
Möhteşem eserdir!
@musiqivemugam
@musiqivemugam Месяц назад
Allah rəhmət eləsin.Gözəl səs.
@periselimova5590
@periselimova5590 Месяц назад
Çox gözəl bir əsər Çox sevdiyim böyük sənətkar İslam Rzayev Səsinin vurğunuyam
@iradekerimova52
@iradekerimova52 10 месяцев назад
Azərbaycanın unudulmaz korifey sənətkar ustadlar
@97kohnbaki.47
@97kohnbaki.47 4 года назад
😥😥😥
@humayselimova5452
@humayselimova5452 7 месяцев назад
Hamisi gözəldi, amma İslamın yerini mənim üçün heç kəs əvəz edə bilməz o həqiqətən əvəzolunmazdır.......❤❤❤
@vetensevr4546
@vetensevr4546 Год назад
Əlibaba Məmmədov cavanlıq da çox gözəl olub Allah min rəhmət eləsin
@ilkinilkin9339
@ilkinilkin9339 3 месяца назад
Nə qədər qulaq asıram amma doymuram xüsusilə də Əbülfət Əliyevin həzin bal 🍯 kimi şipşirin səsindən ana laylası deyir sanki Allah rəhmət eləsin dünyasını dəyişmiş sənətkarlarımıza 🤲🤲🤲🤲
@samsungmarket9624
@samsungmarket9624 Год назад
Arif qadiyeva allah rəhmət etsin Cox.gozəl hazırlayib butun xanəndələr mukəəmməl oxuyub bunlari ayırmaq gunahdır və savadsızlıqdir Fikrət Emirov isə bam basqa imza Axsilu
@MSGRLI
@MSGRLI 4 месяца назад
Xalqımız nələrə qadirdir ilahi,deyəsən bizim milli kodumuz mugamdır cox dəyərli musiqicilərimizlə birlikdə allah qəni qəni rəhmət etsin❤❤❤
@residzamanov6241
@residzamanov6241 2 года назад
👍👍👍
@musiqivemugam
@musiqivemugam Месяц назад
Möhtəşəm
@cingizhesimov979
@cingizhesimov979 2 года назад
👏👏👏
@omaribragimli9174
@omaribragimli9174 7 лет назад
royalda ifa eden gitaraçı Rəmişdi.
@eldarmammadov8111
@eldarmammadov8111 2 года назад
Bunu bilmirdim. İnanılmaz oldu
@ramizabbasov
@ramizabbasov 4 года назад
ƏƏƏƏƏLADI ! ! !
Далее
Arif Babayev/Şur dəstgahı
27:07
Просмотров 22 тыс.
Sabir Mirzəyev - Cahargah
20:43
Просмотров 295 тыс.
WIND CHALLENGE 🗣️
00:45
Просмотров 3,3 млн
100❤️ #thankyou #shorts
00:21
Просмотров 1,1 млн
skibidi toilet multiverse 038 bloopers
00:23
Просмотров 1,1 млн
"Toyda qöruş" Film Koncert-Baku-Azerbaijan
34:19
Просмотров 2,1 тыс.
Emin Sabitoğlu - Ən gözəl mahnıları [HD]
29:07
Просмотров 1,5 млн
Azerbaijan retro songs mix part 2
36:52
Просмотров 146 тыс.
Zülfü Adıgözəlov - Şur Mugamı
18:56
Просмотров 2,8 тыс.
Fikrət Əmirov - "Şur" simfonik muğamı
28:47
Просмотров 95 тыс.
Şur (musiqili televiziya filmi, 1967)
27:23
Просмотров 2,1 тыс.
Never Let Go
2:47
Просмотров 4,4 млн