Тёмный
No video :(

Əfsanəvi komandir, kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucov 

ᑌᗰıᗪ ᑎᗩǤıƳᗴᐯ
Подписаться 29 тыс.
Просмотров 11 тыс.
50% 1

Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılmış Azərbaycan Ordusunun sıralarına qoşulmuş, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası almışdı. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olmuşdur. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə vermiş, lakin ertəsi il həmin məktəbə qəbul ola bilmişdi.
Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurmuşdu, Aqşin və Nihad adında iki oğlu var idi.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnmişdi. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat almış, amma gənc zabit ön cəbhədə olmağa üstünlük vermişdi. 1996-cı ildə təyinatını Murovdağa almış və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirmişdir.
2016-cı ilin aprel ayının əvvəlindən polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılmış və şəhid olmuşdur. Aprelin 5-i polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınmış, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak etmişdir. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həm də Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri olmuşdur.

Опубликовано:

 

19 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 30   
@teoazeri2303
@teoazeri2303 3 года назад
Caaaan mənim gözəl kamandirim 2011 çi il Ağdamda kamandirim olub yer üzündə yoxdur belə bir gözəl insan gözəl kamandir yoxdur Allah sene rəhmət eləsin yerin cənnət ruhun şad olsun inwallah
@imraneliyev4797
@imraneliyev4797 3 года назад
2012 olar
@teoazeri2303
@teoazeri2303 3 года назад
@@imraneliyev4797 hə 2012 mən 2011-2012 yazmaq isdemisem
@inqilabahazrolmilltdemokra6232
@inqilabahazrolmilltdemokra6232 3 года назад
Allah rəhmət etsin
@user-yk2uj8gn5q
@user-yk2uj8gn5q 8 месяцев назад
​@@teoazeri2303murovda xidmət elemisiz?
@user-xv2iz9zd1r
@user-xv2iz9zd1r 2 года назад
2002-ci ilde Kesfiytat batalyonumuzun Qerargah reisimiz idi! Kapitan idi o vaxtlari! Allah Rehmet elesin! cox yaxsi insan idi
@MehmanHemidov-xb4hs
@MehmanHemidov-xb4hs Год назад
Mənim üçün böyük şərəfdir ki Polkovnik-leytenant RAUF ORUCOVUN əsgəri olmuşam . Və mənə hədiyyə etdiyi saatı hələ də dəyərli əziz olaraq saxlayıram . ALLAH RƏHMƏT ELƏSİN.
@umid44
@umid44 Год назад
Çox sağol əziz qardaş. Var ol. Komandirin xatirəsini əziz tutduğun üçün 👋👋👋
@user-uw4ub6dz4u
@user-uw4ub6dz4u 6 месяцев назад
Men onun esgeri olmuwam yerin cennetdir in wa Allah Komandir
@himlerptfinder2795
@himlerptfinder2795 3 года назад
CANNN AY POLKOVNIK CANNNN . SENI TERIK ELEYIREM AGDAM ISGALDAN AZAD OLUNUB . RUHUN ŞADDD OLSUN MENIM KOMANDIRIM !!! UREYIM AGRAYIR INDI KAŞ KI BU GUNLERI SENDE GOREYDIN . SEN ŞEREFLI ADAM IDIN . SENI UNUTMAQ MUMKUN DEYIL VE HEC VAXTDA UNUTMAYACAM . DUZUN DESEM O GUNLER UCUN DARIXIRAM CENAB POLKOVNIK . MENE COX SEYI OYREDMISEN CENAB RAQUF ORUCOV . KAS KI SAG OLAYDIN VE YENEDE SIZE VE AZERBAYCAN XALQINA XIDMET ELEYERDIM . ALLAH SIZE REHMET ELESIN ŞEHID POLKOVNIK RAQUF ORUCOV . UREYIM AGRAYIR SADECE INDI !!!
@user-yk2uj8gn5q
@user-yk2uj8gn5q 8 месяцев назад
Ruhun şad olsun KOMANDİR😢
@lixanAbdullayev
@lixanAbdullayev 4 месяца назад
Allah rəhmət etsin məkani cənnət olsun qardas
@mr.orkhan399
@mr.orkhan399 2 года назад
Ölməz komandir. Allah rəhmət eləsin sənə. Ruhun şad olsun.
@AS-ye8iy
@AS-ye8iy 19 дней назад
Allah rahmet eylesin Aslan abime
@shamilallahverdiyev7060
@shamilallahverdiyev7060 3 года назад
Ağdamın fəxri
@kraloyuncu1319
@kraloyuncu1319 3 года назад
QARABAĞ AZƏRBAYCANDlR!💪😊💖
@kraloyuncu1319
@kraloyuncu1319 3 года назад
HERŞEYVƏTƏNüçün💪😊💖
@mikaylmeherremov211
@mikaylmeherremov211 2 года назад
Allah rehmət elesin gözəl insan gözəl kamandir Ağcabədidə asgar kimi sürücüsü olmuşam
@eminhuseyinov7778
@eminhuseyinov7778 Год назад
Allah seni rehmwt elesin menim kamadirim 2008
@umid44
@umid44 Год назад
Amin!
@nezaketeliyeva251
@nezaketeliyeva251 2 года назад
Allah rəhmət eləsin nur icində yatasan
@orxan7925
@orxan7925 3 года назад
Məkanı cənnət olsun
@mirdamtbalakeremov6244
@mirdamtbalakeremov6244 3 года назад
Ruhun şad olsun Komutan 😞
@vusalqulu2524
@vusalqulu2524 3 года назад
Rehmetlik siqaret ceken deyildi Arada belke bir dene ele bele yandirardi o da kadrda dusub
@ozalrehimov2682
@ozalrehimov2682 4 года назад
Fəxrimizsən cənab palkovnik.
@xoshqadambaghirova2589
@xoshqadambaghirova2589 3 года назад
😢😢😢😢😢😢
@eminhuseyinov7778
@eminhuseyinov7778 Год назад
161 saylı kamandirim
@user-xv2iz9zd1r
@user-xv2iz9zd1r 2 года назад
196 sayli h/ h-de qulluq eden varsa yazsin! 2001-2003
@user-yt7cf1bd2s
@user-yt7cf1bd2s 5 месяцев назад
Qaqa Raquf Orucov bizim qonşumuz olub anası Ağdamda minaya düşüb ölüb atası xəstəlnmişdi deyə öldü 3 qardaşı 1 bacı qalıblar indi
@umid44
@umid44 5 месяцев назад
Allah hamısına rəhmət eləsin!
Далее
Salamatı budur #33 | Konduktor
3:58
Просмотров 170 тыс.
13+ 2 серия
8:17
Просмотров 281 тыс.
Vətən oğlu Əliyar Əliyev - XÜSUSİ REPORTAJ
6:46
William Wallace Revenge - Braveheart
4:44
Просмотров 1,8 млн
Vəziyyət Rusca
1:25:36
Просмотров 2 млн