Тёмный

Əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edən yurd | Qərbi Azərbaycan Xronikası 

Baku TV
Подписаться 1,2 млн
Просмотров 27 тыс.
50% 1

Əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edən yurd | Qərbi Azərbaycan Xronikası
“Qərbi Azərbaycan Xronikası” layihəsi çərçivəsində qədim tariximizi sübut edən, oğuz türklərinin mədəni mühitinin daim mövcud olduğu Amasiya rayonu haqqında süjet hazırlanıb.
“Əhalisinin 90 faizdən çoxunu azərbaycanlılar təşkil edən yurd” adlı süjetdə indiki Ermənistan ərazisinin Azərbaycan türklərinə məxsus olması, onların bu məkanda qədim dövrlərdən məskən salıb yaşamasının bütün mənbə və sənədlərdə təsdiqini tapması, bu tarixi torpaqların zaman-zaman mənfur ermənilər tərəfindən mənimsənilməsi qeyd olunur.
Bildirilib ki, Ağbaba və Şörəyel mahallarının tərkibi kimi Amasiya rayonunun ərazisi Şərqi Anadoluya aid olub. Türkiyə və Gürcüstanla həmsərhəd olan bu ərazi 1921-ci il Moskva və Qars müqavilələrinə əsasən, Amasiya rayonunun torpaqları kimi indiki Ermənistana verilib. Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi Türkiyəyə gedib. Bir çox kənddə isə əhalinin xeyli hissəsi SSRİ ilə Türkiyə arasında sərhəd qoyulan zaman Qarsa köçüb, yerdə qalanların bir qismi isə repressiyalara məruz qalıb.
Bütün əhalisi qarapapaq türklərindən ibarət olan Amasiya bölgəsində 1831-ci ildə 5800, 1897-ci ildə 12 288, 1926-cı ildə 9888, 1939-cu ildə 14 911, 1959-cu ildə 12 794, 1972-ci ildə 19 724 azərbaycanlı yaşayıb. Ermənilər Qafqaza köçürüldükdən sonra yavaş-yavaş Amasiya rayonunda da ayaq açmağa başlayıblar. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə ermənilər yaşayıb.
Sovet dönəmində isə rayonda mövcud olan 24 kənddən 22-si sırf azərbaycanlılardan ibarət olub. 1948-1953-cü illərdə Amasiyadan insanlar Azərbaycan ərazilərinə məcburi deportasiya edilib. Buna parelel olaraq Türkiyədən, Suriyadan, Livandan ermənilər Ermənistana köçürülüb, Gümrü, yəni Leninakan şəhərinə və Amasiya rayonuna yerləşdiriliblər. 1988-ci ilin sonunda rayon oğuz türklərindən tamamilə təmizlənib, azərbaycanlılar 23 kənd və yaşayış yerini tərk etməyə məcbur olub. Nəhayət, 1995-ci ildə Amasiya rayonu ərazisinin birləşdirilməsi nəticəsində mərkəzi Gümrü şəhəri olan Şirak mərzi yaradılıb. Ermənistan rəhbərliyinin müxtəlif qərarları ilə Amasiya rayonu üzrə 25 kəndin adı dəyişdirilib.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
Arzunun vaxtı ↵
• ARZUNUN VAXTI
Qapqara ↵
• QAPQARA
Aydın tarix ↵
• AYDIN TARİX
• Rəsmi Bakıdan ABŞ-yə c...
• Turan İbrahimov çaş-ba...
• Ayrılıb mahnı yazdı, m...
• Oleq Bakinskinin adamı...
• Spiker və komitə sədri...
Əhalisinin 90 faizindən çoxunu azərbaycanlılar təşkil edən yurd | Qərbi Azərbaycan Xronikası
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
2023 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#QərbiAzərbaycanXronikası #Ermənistan #Amasiya #müqavilə #azərbaycantürkləri #oğuztürkləri #Ağbaba #şərqianadolu #arpaçay #şumer #anaçay #türkiyə #gürcüstan #anikrallığı #bakutv #bakutvxəbər #bakutvxəbərlər #bakutvxeberler #bakutvxeber #sonxeberler #sonxəbərlər #gundemxeberler #xəbərləryeni #xəbərlərdəbugün #gününxəbərləri #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #xeberlersondeqiqe2023 #ensonxeberler2023bugün #бакутв #aрмения #азербайджан #новости #news

Опубликовано:

 

9 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 42   
Далее
Мой телеграмм: v1ann
00:14
Просмотров 25 тыс.
▼ЮТУБ ВСЁ, Я НА ЗАВОД 🚧⛔
30:49
Просмотров 456 тыс.
Ermənilər YAŞMA nın məxfi səs yazısını yaydı
30:07
Мой телеграмм: v1ann
00:14
Просмотров 25 тыс.