Тёмный

Əhməd Cavad - Nədən yarandın 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 639
50% 1

Şeir: Əhməd Cavad - Nədən yarandın
Səsləndirmə: Tural Əhməd
Musiqi: Emin Sabitoğlu - Ölsəm, bağışla...
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
ƏHMƏD CAVAD - NƏDƏN YARANDIN
Sən qüdrətin aşıb coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Səhər dilli bir fırçanın əlilə
Ahuların duruşundan yarandın!
Ay ışığı: gözəlliyin, qızlığın,
Çiçəklərin öpüşündən yarandın!
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın!
Qaranlıqda boğularkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
Masəvadan uçmuş birər kölgənin
Dan yeriylə görüşündən yarandın!
Gözəllikçin təbiətlə qüdrətin
Yavaşca bir sovuşundan yarandın!
Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!
1914, 28 may
“Əhməd Cavad haqq bağıran səsiyəm - deyə özünü mənsub olduğu xalqının və ölkəsinin “haqq səsini bağıran” ruporu hesab etmişdir. Yaradıcılığının bu xüsusiyyətlərinə görə Əhməd Cavad həm də milli ədəbiyyatımızda dövlətçilik atributlarını tərənnüm edən yaradıcı sənətkarların başçısı hesab olunur. Qəlbi vətən eşqi ilə yanan bu böyük sənətkar əsərlərində vətənə və xalqına məhəbbətini əks etdirmiş, milli duyğuları dilə gətirmiş, elm, maarif, milli oyanış və ana dili kimi məsələləri gündəmə çıxarmışdır. Bu hislərlə ədəbiyyata gələn Əhməd Cavad “haqq bağıran səsi” olduğu ölkəsinin dövlət müstəqilliyi əldə etdiyi illərdə bu müstəqilliyin tərənnümçüsünə çevrilmiş, dövlət rəmzlərinə ən çox şeir qoşan və bu müstəqilliyin verdiyi qüruru daha çox tərənnüm və təbliğ edən şair kimi özünü təsdiq etmişdir. Şairin böyük məhəbbətlə yazdığı “Nədən yarandın” şeirində:
Sən qüdrətin aşıb coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
...Qaranlıqda boğularkən ümidim,
Dan ulduzu yürüşündən yarandın!
...Qələm əldə ilhamını dinlərkən
Sən qəlbimin vuruşundan yarandın!
- deyə bu milli fəxarət və qüruru əks etdirilir”.
#əhmədcavad #nədənyarandın #eminsabitoğlu #ölsəmbağışla #turaləhməd #turalehmed #ehmedcavad #eminsabitoglu #olsembagisla #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #yazar #yazıçı #əhmədcavadşeirləri #biraddimla #biraddimlayol

Опубликовано:

 

25 мар 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@ceyranmutellibova99
@ceyranmutellibova99 Месяц назад
Əhməd Cavad Nədən Yarandın 💖💖💖💖👍👍👍💙💋❤🔥💚👏👏👏
@legend3780
@legend3780 3 месяца назад
👍🇦🇿👍🇦🇿👍🇦🇿👍
Далее
🤘РОК или ПОП?💖
3:20:26
Просмотров 1,7 млн
АЛЬФА КАРАБАС - АРСЕН МАРКАРЯН
32:49
Əhməd Cavad Haqqında
6:39
Просмотров 22 тыс.
Manaf Ağayevin   Dəbdəbəli Evi   Eksklüziv
8:28
Просмотров 106 тыс.