Тёмный

Əliağa Vahid - Ata nəsihəti 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 283
50% 1

Şeir: Əliağa Vahid - Ata nəsihəti
Səsləndirmə: İlham Əsgərov
Musiqi: Cahangir Cahangirov - Füzuli kantatası
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
ƏLİAĞA VAHİD - ATA NƏSİHƏTİ
Oğlum, atanın çıxma sözündən, kor olarsan,
Alverdən uzaqlaşma, inan, dilxor olarsan;
Yüngülcə dolan, bərk işə girmə, yorularsan,
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
Bir yerdə gedib işləməyin indi əbəsdir,
Paprosdan, oçerdən nə qazansan bizə bəsdir.
Min müftə tramvaylara, get tinləri kəsdir;
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
Bildirləri alverlə böyük dövlətə çatdın,
Üç ay qışı hey qənd-çay alıb, xəlvəti satdın.
Hərçənd bir az, cüzi gedib həbsdə yatdın,
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
İndi, a balam, az qalıb on beş yaşın olsun,
Bir min gərək hər gündə sənin daşbaşın olsun,
Alverçi gərək əldən, ayaqdan maşın olsun,
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
Şükr allaha, sandıq dolusu qənd, çayın var,
Arşın malıdan gündə pasajlarda payın var,
Qəm çəkmə, tutulsan, nədi ki, altı ayın var,
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
Get çayxanaya, iç çayı, çək nəşəni hallan,
Dinc durma, sataş xalqa, tramvaylara sallan,
Tez gir cibə, gördün ki, milis var, yerə tullan.
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
Sən keçmişə baxma, atan onda xozeyindi.
Qalsaydı o mal-dövlətim hərgah, birə-mindi,
Dövlət də gedib, mal da gedib, neynəyim indi?
Papros satan oğlum!
Sərxoş yatan oğlum!
İbrət al atandan,
Mamlımatan oğlum!
Ölsün atan, oğlum!
Sərxoş yatan oğlum!
1940
Əliağa Vahidin qızı Firəngiz xanım:
“Atam Əliağa Vahid on beş yaşında artıq böyük adamlarla oturub-dururmuş. Elə o vaxtlar hansısa məclisdə böyüklərdən biri çay süzüb, atama deyib ki, çay soyuyana kimi mənim dediyim qafiyəyə bir beyt de. Atam da ona cavab olaraq yaxşı bir beyt deyib. Ağsaqqal da cavabında “Əhsən, sənin bundan sonra ləqəbin Vahiddir. Sən bu istedadla vahidsən” deyib. Beləcə adı qalıb Əliağa Vahid.
Mən doğulanda atamın altmış yaşı olub. Məktəbə dalımca gəlməyi, məni gözləməyi yadımdadır. Astma olduğu üçün bağa gedəndə külək vuran kimi çantasını üzünə tuturdu ki, külək ağzına getməsin.
O, çox rəhmli adam idi. Bir qarışqanı da əzməzdi ki, onun da canı var. Bağa gedəndə üzüm alıb aparırdı. Anam deyirdi ki, bağ dolu üzümdür, neynirsən, bunu alıb gətirirsən? O da cavab verirdi ki, çoxdur, ver qonşuya. Qonşunun on uşağı var. Bir də görürdük ki, nə qədər yemiş, qarpızla gəlir. Qəndi evə kilo ilə yox, torba ilə alırdı. Yağı 20-30 kilo birdən alırdı. Çoxusunu da pay verirdilər. Atam qəbir daşı da yazırdı. Birdən 150-200 manat basırdılar cibinə. Nəsə yazdırmaq istəyəndə də saatlarla bağın qırağında otururdular. Həm də çox iddialı kişi idi. Özünü heç vaxt sındırmırdı. Gecə saat üçdə durub, çay dəmləyirdi, çayın da dəmini çox tökürdü. Çay içə-içə bir qəzəl yaranırdı. Onun ilham pərisi çox vaxt gecələr gəlirdi”.
#əliağavahid #atanəsihəti #ilhaməskərov #i̇lhaməsgərov #fuzulikantatası #cahangircahangirov #məhəmmədfüzuli #mənicandanusandırdı #eliagavahid #atanesiheti #ilhamesgerov #füzulikantatası #mehemmedfuzuli #menicandanusandırdı #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #kitab #yazar #yazıçı #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@valehismailov7877
@valehismailov7877 5 месяцев назад
ALLAh Size Rehmet Elesin😢
@eminsireliyev1092
@eminsireliyev1092 5 месяцев назад
Ruhun sad olsun Dahi Şexsiyyet, Eqideli insan İlham Esgerov🤲🤲sesin her zaman bizler ucun Dogma olaraq qalacaq
Далее
КВН 2024 Встреча выпускников
2:00:41
Как она была права 1990 год
9:52
Просмотров 2,2 млн
Ədalət Şükürov - Ata | 2018 | Şeir
1:47
Просмотров 129 тыс.
Əliağa Vahid - Bir belə mənası nədir? 2023
2:00
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 243 тыс.
КВН 2024 Встреча выпускников
2:00:41