Тёмный

The Tragic Beauty of Əliağa Vahid 

Mr.Adssense
Подписаться 2,5 тыс.
Просмотров 603
50% 1

Əliağa Vahid NAZ ET MƏNƏ
Əvvəl baxışınla məni heyran elədin sən,
Bir incə gülüşlə ürəyim qan elədin sən,
Sonra məni bir lütf ilə xəndan elədin sən,
Kafər qızı, axır məni Sən`an elədin sən,
Yansın dilim ağzımda, desəm, nazını az et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.
Xalq eyləmiş öz keyfi gələndə səni tari,
Öldür, bu bəladan məni qurtar, səni tari!
Rəhm et mənə, biganəyə naz eyləmə bari,
Alqış elə bir aşiqə var sən kimi yari,
İnsaf elə, öz aşiqini məhrəmi-raz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.
Ayinəni heyrətdə qoyub əksi-cəmalın,
Xürşidi xəyalətdə qoyub arizi-alın.
Aşiqləri həsrətdə qoyub zülf ilə xalın,
Bəlkə, ola qismət bizə gülzari-vüsalın.
Hərdən bu sınıq könlümü bir lütf ilə saz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.
Gördüm, gözəlim, özgəyə sən naz eləyəndə,
Az qaldı ki, uça ruhum, can qalmadı məndə.
Bu nazi-nəzakət var ikən bir belə səndə,
Hal əhli, inan!, düşməyə bilməz bu kəməndə.
Daim bu gözəl xilqətə min razü niyaz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et!
Vaiz, elə zənn eyləmə Həqqi danır aşiq,
Nə Kə`bə, nə bütxanə, nə məscid tanır aşiq.
Lakin özünü Həqq sevən insan sanır aşiq,
Dünyada, fəqət, təkcə məhəbbət qanır aşiq!
Sən get hələ, ölmüşlərə təklifi-nəmaz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.
Vahid, demə, mən daimiyəm zövqü-səfadə,
Mənsuri də yad etməliyik dari-fənadə.
Bu misrəyi-nazi o demiş bir belə sadə,
Yarəb, sən ona rəhmətini eylə ziyadə,
Qəbr içrə onun ruhini lütfinlə fəraz et,
Naz et mənə, ey sevgili canan, mənə naz et.

Опубликовано:

 

26 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Hemzeyê Miksî - Pêşgotina Mem û Zînê
10:14
🎙ПЕСНИ ВЖИВУЮ от КВАШЕНОЙ
3:05:21
Qırğın meyxana lənkəran Toyu 2024
6:32
Просмотров 13 тыс.
Luxurious Life in 2024 and You Can Too
4:08
The Science of Viral Reggae Bass Drops
4:10