Тёмный

"Əqrəb mövsümü" teleserial seqmentində nələri dəyişdi? | Sabaha saxlamayaq | 30.01.2023 

İCTİMAİ TV
Подписаться 1,3 млн
Просмотров 79 тыс.
50% 1

Qonaqlar
1. Azər Aydəmir - ssenarist, aktyor
2. Ceyhun Hidayətli - yazıçı
3. Abbas Qəhrəman - əməkdar artist
4. Güşvər Şərifova - aktrisa
5. Əli Əlizadə - aktyor
6. Hikmət Rəhimov - aktyor
7. Əli İsa Cabbarov - Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi
*8. Rövşanə Ağasəfqızı - jurnalist
*9. Oqtay Əliyev - prodüser
"Əqrəb mövsümü" teleserial seqmentində nələri dəyişdi?
"Əqrəb mövsümü" və bu serialın yaratdığı ajiotaj. Müasir tamaşaçının gözləntiləri. Reytinq və keyfiyyət qarşılaşdırılması.
#reytinq #əqrəbmövsümü #sabahasaxlamayaq
/ ictimai.tv
/ ictimaitv.official
t.me/tvictimai
itv.az/
#ictimaitv #video #televiziya #baku #videolar #itv

Опубликовано:

 

30 янв 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 538   
@jophiel._
@jophiel._ Год назад
3 milyon keyfiyyətsiz izləyicəndənsə, 300 min əziyyətinizi görmüş, sizin sevən izləyicinin olmağı sizin əsl uğurunuzdu. "Əqrəb Mövsümü " çox serialı filminin ərsəyə gəlməsində əməyə keçənlərin hər birini təbrik edirəm. Siz əmin olun ki, 300minlik keyfiyyətli daimi izləyici qazandız qalan hər şey boşdu. Belə də davam !
@mhmmdliyev8582
@mhmmdliyev8582 Год назад
İzləyicilər dayanmadan artır. İnşallah, bu yaxınlarda 3 milyona da çatar
@elfiramelikova9074
@elfiramelikova9074 Год назад
Bəli
@sabirkerimli8783
@sabirkerimli8783 Год назад
Dünən 12 seriyanın hamısına baxdım,son illərdə çəkilmiş ən gözəl ekran əsəriydi.Hikmət Rəhimov və Azər Aydəmir baş roldadısa demək həmin film uğursuz ola bilməzdi!
@nazileasurova
@nazileasurova Год назад
👌👍
@asifsaas8495
@asifsaas8495 Год назад
Təsadüfən baxdığım "Əqrəb mövsümü" filmi məni Azərbaycan kinosuna qaytardı. Qürur duydum.
@durdanasamadova4446
@durdanasamadova4446 Год назад
90 cı illərdən bəri hələ belə güclu film çəkilməmişdi. Çox savadli təbii gözəl aktyorlar inanin bir nəfəsə baxdiq. İnanin ətrafimdaki insanlar hami bu filmdən danişir. Elə bil canli bir həyata baxirdiq. Çox sağ olun.
@amilazizov2356
@amilazizov2356 Год назад
Siz canlı həyatda polislərin dilənçilərə, bomjlara müraciət etmək üçün əllərini papaqlarına aparıb "çest" verdiklərini görmüsünüz? Fiımdə bu səhnələr təbiidirmi?
@allahverdi5589
@allahverdi5589 Год назад
Söyüşlə dolu şeyi niye terif edirsiz
@malikpashayev1119
@malikpashayev1119 Год назад
@@allahverdi5589 Mən yuxarıda ətraflı qeyd etmişəm,çox səviyyəsiz və reallığa qətiyyən uyğunlaşmayan serialdır.Təhqiramiz sözlər də nə qədər desən.
@rewadwireliyev9609
@rewadwireliyev9609 Год назад
Dedektiv janr intellektual səviyyəsi yüksək olan insanlara yaxındır.Mütləq ardı çəkilməlidir.Möhtəşəm iş,əhsən!!!
@ixtiyarhuseynov5735
@ixtiyarhuseynov5735 Год назад
Detektiv janr ədəbiyyatın ən zəif , ən az intellektual qoludur.
@eldanizrustam
@eldanizrustam Год назад
@@ixtiyarhuseynov5735 ən güclüsü hansıdır bəs?
@qaramsal8064
@qaramsal8064 Год назад
@@eldanizrustam Oçerik deyərdim Tolstoydan nümunə Din nədir kitabı məsələn çox gözəl kitabdır.Ümumiyyətlə ədəbiyyatda ən yaxşı qol elmi ədəbiyyatdır məncə.
@mrglass1217
@mrglass1217 Год назад
Dedektiv janr ən asan oxunan janrdır, sırf dedektiv oxuyan insanları kitab oxuyan adlandırmıram mən.
@azeturkmen
@azeturkmen Год назад
Əslində detektiv ən zəyif intellekt tələb edən, ama bəynə ləzzət edən janrdır. Çünki, maraqlıdı və rahat həzm olunur.
@sabinajabrailova1582
@sabinajabrailova1582 Год назад
Men 12 seriyanı bir dəfəyə izlədim..zövq alaraq..Ekrana kilidleyən bir film alınıb..Uğurlar komandaya.
@lalezardashdemirli8954
@lalezardashdemirli8954 Год назад
Hikmət Rəhimov 1:14:48-1:15:10💜👏👏👏👏 var olun. Azər Aydəmir 1:12:32-1:13:58💜👏👏👏👏var olun.
@solmazmirzeyeva430
@solmazmirzeyeva430 Год назад
Razıyam. Çox doğru fikirlər söyləndi.
@aqilmehdiyev9968
@aqilmehdiyev9968 Год назад
İşin ən möhtəşəmini gördünüz ölkədə.Təşəkkür edirəm hər birinizə ayrı ayrılıqda.
@za-zada2123
@za-zada2123 Год назад
Rövşanə üçün münaqişə olsun və o gündəmdə qalsın, çox fitnəkar xanımdı və reytinq üçün hər cür səviyyəsizliyi edə bilər. Ki edib də.
@nazileasurova
@nazileasurova Год назад
Razıyam 👍
@user-jf6wl9jt3b
@user-jf6wl9jt3b Год назад
Körpü və əqrəb mövsümü möhtəşəmdir,çox sağolun. İnanın elə adam qalmayıb ki mən ona bu filmlər haüda deməyim. Hamı bəyənib,bəyənməyən yoxdur.
@malikpashayev1119
@malikpashayev1119 Год назад
Mən bəyənməmişəm,niyə yalan danışırsan.
@vefagafarov1396
@vefagafarov1396 Год назад
Əqrəb mövsümü Möhtəşəm,ardı gəlsin Avropada izləyirik
@xalidaguliyeva6511
@xalidaguliyeva6511 Год назад
İctimayi kanal reytinqə yox, mənəvi ,əxlaqi dəyərlərə xidmət edir. 👏👏🙏
@user-sf2fq9vu4z
@user-sf2fq9vu4z Год назад
Bravo, bravo bir daha bravo. Azərbaycanın son 30 ilinin kinoekran buzunu sındırıb əritdiniz. Bütün kollektivə böyük təşəkkürlər.
@konulhumbatova7167
@konulhumbatova7167 Год назад
Rövşanənin bircə verlişinə baxmışamsa gözüm çıxsın. Oktay müəllimində həmçinin. Adam tapmırdız ora çağırmağa? SERİALA SÖZ OLA BİLMƏZ, SUPER SUPER 👍👍👍👍👍👍👍
@imanverdiftullayev995
@imanverdiftullayev995 Год назад
Oktay muellimi duz dediniz
@ZZZ-rl1hs
@ZZZ-rl1hs Год назад
Keyfiyyət birdə keyfiyyət. Düşük vetilişlərdən, müğənnilərdən, aparıcılardan canımız bezib. Bu gün yalnız İÇTİMAİ və AZ TV. ONLARA UĞURLAR.
@gacharuya
@gacharuya Год назад
Ən çox sevdiyim bədii film həmdə bitdiyinə üzüldüyüm film oldu.Mütləq davamı gəlsin🔥
@MyAqshin146
@MyAqshin146 Год назад
Azərbaycanın mədəniyyəti o qədər səviyyəlidir ki, bu irsi dağıtmağa 30 il belə kifayət etmədi. İctimai tv mədəniyyətimizin keşiyində durmaqla böyük missiya icra edirsiniz.Uğurlar!
@JS7LL
@JS7LL Год назад
ay qardaş,30 il nədi ? 100 il !! Düz 100 il ondan əvvəl də 90 il İmperiyada.
@leylakhalilova1955
@leylakhalilova1955 Год назад
Çox gözəl serialdı.Her bir iştirakçıya təşəkkür.Rövşənə paxıllq edir,məncə.Ugurlarınız bol olsun.Hikmət,Aydəmir ❤
@gultekinhasanli
@gultekinhasanli 11 дней назад
Təşəkkürlər uşaqlar, bir dəfəyə baxdım və-yəni çooooox bəyəndim!
@RahibGuliyev-pv3zo
@RahibGuliyev-pv3zo Год назад
Berlindən salamlar.dünən gecə 22.00 dən 9.00 can birnəfəsə baxdIm.Onu da deyim ki, mən birinci dəfə idi seriala baxırdım.Çox möhtəşəm !!! Sevindiricidir ki,Azərbaycanda da axır ki,bir sənət əsəri yarandı !!!
@malikpashayev1119
@malikpashayev1119 Год назад
Real həyata uyğun glməyən serial heç vaxt möhtəşəm ola bilməz. Başdan ayağa yalandır.
@balaynovruzov1974
@balaynovruzov1974 Год назад
12 seriyani 2 gune izledim. Heqqiqeten mohtewem bir filmdir👏
@kazmov8336
@kazmov8336 Год назад
Şekine xanımın filmde gösterdiyi emosiyalar bir köklü maddi menevi terefden temin olunmuş üsteliy yükünü daşımağ mecburiyetinde olduğu Qurban kimi avtoritetin heyat yoldaşının emosiyalar idi. Xanıma ehsen.
@gulnaremikayilova7705
@gulnaremikayilova7705 Год назад
Mən deyərdim Əlinin oynadığı rolu kinonu çox lap çox təsirli etdi uğurlar bizim yeni kəşf etdiyimiz gənc aktyorumuz sadıcə fəxr etdim ifanızla
@mrglass1217
@mrglass1217 Год назад
P.x kimi oynadı rolu, qatil ya psixopat olmaq Joker gülüşündən, dəli mimikalardan ibarət deyil.
@vusalnaghiyev6760
@vusalnaghiyev6760 Год назад
Men 10 seriyaya youtubeda baxdim, 11 ve 12-ni ise TVden izledim, cunki youtube qoyulacagini gozlemeye hovselem chatmadi :) Yani bu serial o qeder keyfiyyetli ishdir ki, meni TVye qaytardi. Bravo her birinize! Bosh verin reytinqleri, reqemler hem ishin, hem de tamashachinin keyfiyyetini, gelirini, heyat terzini eks etdirmir. Her mehsulun oz mushterisi var.
@cmilazizova7671
@cmilazizova7671 Год назад
Çox əla serialdı,ardı gəlsin👍👍👍👏👏
@lalabakhshiyeva5898
@lalabakhshiyeva5898 Год назад
Omur boyu en maraqsiz, en qalmaqalli, en seviyyesiz,en keyfiyyetsiz verilishler, ve en seviyyesiz qonaqlar Rovshanenin verilishlerinde olub. Ozu de devet etdiyi qonaqlarin coxu savadsiz olduqu ucun , ozu sual verib, ozu de cavablandirib.
@elish81
@elish81 Год назад
Mız qoymaq qanımızdadır. Amma film möhtəşəm, səviyyə. Uğurlarn ardı gəlsin.
@mehebbetmireliyev1245
@mehebbetmireliyev1245 Год назад
Mənim fikrimcə bu serialı davam etdirin, yeni krminal hadisələr axtarışında olsunlar.
@azeturkmen
@azeturkmen Год назад
ela olardı.
@ilaheserifova2226
@ilaheserifova2226 Год назад
Fexr edirik bele aktyorlarımız olduğu üçün. Möhteşem bir film.
@LeylaNovruz
@LeylaNovruz Год назад
Buna hech shubhe etmek olmaz ki, bu chox seriyali bedii film chox ugurludur ve yaddashlarda qalacaq. Heyecan getirdi bize emelli. Aferin ❤
@yasharhassanov40
@yasharhassanov40 Год назад
Əhsən İctimai TV. Bravo Əqrəb Mövsümü serialının yaradıcılarına və aktyor heyətinə. Ardı gəlsin!
@Mzadehhh
@Mzadehhh Год назад
Heçdə razı deyiləm Oktay bəyin dediklərilə! Hər kəs danışırdı bu haqda, mən işdə eşitdim serial haqqında. Və başladım baxmağa. Kölgə salmasalardı daha yaxşı olardı. İş çox keyfiyyətlidir! Uğurlar!
@yasineliyev1219
@yasineliyev1219 Год назад
Əlaaaaaa!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@kamranfatiyev974
@kamranfatiyev974 Год назад
bu verlişdə Azər bəy bir söz işlətdi ki, müəyyən kütlə evdə antenanı qırıb bizim kanallara baxmır. Bəli şəxsən mən o şəxslərdən biriyəm öz kanallarımıza baxanda heç bir zövq duymuram(əfsuslar olsun). Bəli xarici kanallara baxıram xarici seriallara xarici kinolara.Bu serialin adını bəlkə mənə 20 nəfər dedi və baxdım inanın mənə mən çoxdandı belə zövq almamışdım təşəkkürlər. 249 min azn büdcəsi bu serial üçün hələ çox azdı. netflix serialları üçün 20-30 milyon dollar civarında hesablayır. Amma bu büdcəynən belə möhtəşəm serial çəkmək nə deyim vallah halal olsun Sizə!
@gultekinhasanli
@gultekinhasanli 11 дней назад
Cani rolunu oynayan oğlana -respekt Abbas bəy köhnə “qurddur”…❤ Hikmət bəy, Güşvər xanım təşəkkürlər… Azər yaşa..!
@elmarnuri8847
@elmarnuri8847 Год назад
2 ci sezon gelmelidi 👍
@renanazarova135
@renanazarova135 Год назад
Bu səviyyəsiz Rövşanəni niyə çağırırsız. Heyif bu cür səviyyəli serialdan. Gör kimdən söz alırsınız…
@gulmirashahrzayeva114
@gulmirashahrzayeva114 Год назад
12bolumu 1gune bitirdim🥰cox sevinirem Azerbaycandada bele mukemmel serial cekildi👏👏
@valehmustafazad5942
@valehmustafazad5942 Год назад
Çox gözəl filmdir.Youtubdan izlədim.Dedektiv janr azarkeşi olaraq çox sevindim.Zəhmət çəkən hərkəsə təşəkkür edirəm.
@rahileibrahimova6149
@rahileibrahimova6149 Год назад
Təşəkkürlər bütün heyətə Çox təbii alınıb....
@sararuslan8731
@sararuslan8731 Год назад
Hər şey sadə və həyatda olduğu kimidir.Ona görə də sevildi və qəbul edildi.Gundəlik məisətimizdə necə danışırıq,necə hərəkət edirik,hər şey çox təbii.İnsallah daha gözəl işlər olsun, uğurlar.
@malikpashayev1119
@malikpashayev1119 Год назад
Gözünün içinə kimi yalan danışırsan.
@aksuvareftalit799
@aksuvareftalit799 Год назад
Hadi Davam edin.O qeder bedii eserlerimiz var ki,çekin.Tarixi şexsiyetlerimiz haqqında da çekin.
@ruslanceferov__
@ruslanceferov__ Год назад
Azərbaycan tamaşaçısına keyfiyyətli bir iş təqdim etdiz çox sağ olun. Bircə ora gələn tamaşaçılara da bu alqışı ləğv etsəz yaxşı olar. Yəqin ki, bunu siz tapşırırsız. Bular qaldı sovetin vaxtında, insanlar sual-cavab edir, serialdan bəhs edir alqışlanmalı bir şey yoxdur. Hər söhbətə alqış, çox süni alınır.
@orxanbalayli
@orxanbalayli Год назад
Halaldı İCTİMAİ TV..Təşəkkür edirəm
@TURANdotMUSLIMOVA
@TURANdotMUSLIMOVA Год назад
Bu seriala bir müddət keçdikcə yenidən baxacam. Каждый раз хочется смотреть с еще большим интересом. Браво
@arzualiyeva6635
@arzualiyeva6635 Год назад
Əli bəy bu serialda kəşf olundu! Əhsən! Uğurlar!
@TURANdotMUSLIMOVA
@TURANdotMUSLIMOVA Год назад
Möhtəşəm idi. Zövg aldım. Repertuarını daima izləyəcəm. Bir pərəstişkarı artdı Əli bəyin. Möhtəşəm
@mrglass1217
@mrglass1217 Год назад
Qatil rolunu oynayammadı, əsas rol aktyoru deyil
@rbagirli
@rbagirli Год назад
Qarabağ müharibəsinə həsr olunmuş filmləri səbirsizliklə gözləyirik. Artıq gerçəklikləri dünyaya tanıtdirmalıyiq. Beynəlxalq mükafatlara layiq filmlər çəkilməlidir. Bütün güc qüvvə buna sərf olunmalıdır.
@yeganliyeva2436
@yeganliyeva2436 Год назад
Bütün heyətə Təşəkkür. Aktyorlar elə oynamışdılar ki, verilişdə oturanları həmin obrazda olanlar kimi qəbul edirdim. Əsas da " cinayətkarı ".
@durdanasamadova4446
@durdanasamadova4446 Год назад
Oktay muəllim, Rövşanə xanim filmə tam baxmadan Siz heç mukəmməl danişmadiz.həqiqi gözəl filmdi. Super film super
@elcinqasmov7195
@elcinqasmov7195 9 месяцев назад
Abbas Qəhrəmanov əvəz olunmaz aktyormuz gözümü açıb Aztvdə televiziya tamaşalarında gördüyüm aktyor çox istedadlı aktyormuzdur yaşa var ol Sənətkar səni çox sevirik 👍
@arazfarajov4442
@arazfarajov4442 Год назад
Əqrəb Mövsümün yaranmasında əməki olan bütün heyətə təşəkkür edirəm. Azərbaycanda bu tipli səviyyəli kino ve serialların çox olmasını arzu edirəm.
@Tistsrits
@Tistsrits Год назад
Möhtəşəm film, seçilən kanal, səviyyəli proqram, peşəkar aparıcılar və sevilən qonaqlar. Zövq aldım izlədikcə. Məncə işlər belə olmalıdır!!!
@nigarabisova8938
@nigarabisova8938 Год назад
Mohtesem serial.Mohtesem aktiyorlar.Bir nefese izledim.Bele deyerli isler cox olsun.
@renanazarova135
@renanazarova135 Год назад
Çox maraqla izlədiyim yeganə Azərbaycan serialı
@azr3024
@azr3024 Год назад
Nə gözəl mövzu seçmisiz, Əhsən bu əsərin ortaya çıxmasında əməyi olan zəhmətkeşlərin 👏
@orxanbalayli
@orxanbalayli 10 месяцев назад
90cı ildən bəri ölkədə birinci film idi...halaldı sizə...
@VasifIsmayil
@VasifIsmayil Год назад
Reytinqin aşağı olmasını izah etməyə çalışan yoldaşların fikirlərinə qətiyyən fikir verməyin.
@elfiramelikova9074
@elfiramelikova9074 Год назад
Zövqlü tamaşaçımız çox azdı. Bu reallıqdır. İnşallah şəhər özünə gələr.
@yeganeaskerova4700
@yeganeaskerova4700 Год назад
12 bolmude bir gunde izledim ..Sadece MOHTEWEM ..HALAL OLSUN SIZE MAWALLAH DAVAMLI OLSUN ...
@nicatumbayev5799
@nicatumbayev5799 Год назад
Serial möhtəşəm idi.Tamaşaçı kimi kiçik iradımı demək istərdim.Hikmət bəyin apardığı rolda özündən razılıq çox hiss olunur.Ümumi götürəndə çəkiliş senari rəng effektləri çox gözəl idi.👏👏👏👏Alqışlar Uğurlar.Davamı gəlsin
@faridtalibov4954
@faridtalibov4954 Год назад
Ehsen olsun bizim sevimli aktyorlara ve rejissora, yeni yeni ishler gozleyirik!
@ibocbiyev6118
@ibocbiyev6118 Год назад
Çox bəyəndim super filmdir.
@elvinrustamoglu8476
@elvinrustamoglu8476 Год назад
Her wey bir yana. Xaiw edirem davami gelsin "Əgrəb mövsümü"nün
@umidmamedov5025
@umidmamedov5025 Год назад
Verlişə həvəslə baxırdım. Rövşanəni görəndə ürəyim bulandı. Serial isə əla idi. Davamı olsun, 😍
@zabilabishov8896
@zabilabishov8896 Год назад
Çox möhtəşəm bir serial alınıb, 12 seriyaya bir günde baxdim,insani özüne baqlayan bir filmdi,son iller bele möhtəşəm bir azərbaycan filmi izlememisdim, haminizi tebrik edirem, uqurlariniz davamli olsun, ardını gozleyirik
@afaqaliyeva6331
@afaqaliyeva6331 Год назад
Çox mükemmeldi, aktyotlar, musiqi, danişiqlar. Çox tebii alınıb. Lezzeti de bundadı elə.
@mr.ruslan40
@mr.ruslan40 Год назад
Varol Azər Aydəmir👍 Düppə düz danışdın
@aftbayramova9178
@aftbayramova9178 Год назад
Yazichi temadir) no halaldi qelemi gucludur.ugurlar
@user-qy5xd8zn6s
@user-qy5xd8zn6s Год назад
Мен сизи Русийадан излейирем,чох севинирем ки гардашымын месленетине гулаг асыб бахдым бу чох серийалы бедии филме.Чох севинирем ки бизим филм меканында беле нейати мовзулар ленте алыныр ве чох севинирем ки бу онларда чох монтешем алыныр.Бу актйор ансанбылыны озум учун кешф етдийим учун чох хошбехтем.Онлара ишлеринде мувеффегиййетлер арзулайырам🎉🎉🎉кейфиййете ишлесинлер,нер шей чох гозел олачаг,иншааллан ❤❤❤
@Nicat922
@Nicat922 Год назад
Oqtay bəy ancaq Zauru və ya Xoşqədəmi maliyyələşdirdiyi üçün reytinq və keyfiyyət ölçüsü olaraq onları götürür. Biri arb-ni digəri də atv-ni işğal edib. 50 yaş və üzəri insanlardan başqa izləyiciləri də yoxdu. İctimai televiziyanın etdiyi səylər isə biz gəncləri yenidən televiziyaya və yerli işlərə qaytaracaq. Hər layihənizdə uğurlar 🖤
@e.v.a.7208
@e.v.a.7208 Год назад
Deyirsiniz 50 yaşdan sonra hamıda intellekt qıcqırıb qaxsıyır? Mən adını çəkdikləriniz aparıcılarln verilişlərinə baxmamışam…Bilirəm ki, mənim kimilər yetərincədir.
@leylaxalilova4053
@leylaxalilova4053 Год назад
Hikmet R. rollari kimi, çixişlari da çox maraqli olur 👍
@UlviBashirli
@UlviBashirli Год назад
Hikmət Rəhimov arada elə pauzalar verir elə bilirəm bu saat "Səni sevirəm..." deyib ağlayacaq
@mtantsabanova6987
@mtantsabanova6987 Год назад
Möhtəşəm.Əla.Əhsən.Ardı çəkilsin .
@gunayqurbansoy
@gunayqurbansoy Год назад
Çox gözəl, səviyyəli bir film. Təşəkkürlər filmin rejissoru və senaristinə. Alqışlar!👍
@nuriyyeseferova8043
@nuriyyeseferova8043 Год назад
Təşəkkürlər! Filmi İTV- də də RU-vid - də izlədim. Təşəkkür edirəm bütün yaradıcı heyətə. Əla!!! P. S. Oktay Əliyev sənət adamından çox, qəssaba oxşayır. Odur ki, hər şeyi reytinq ilə ölçür.
@rustmhuseynov9249
@rustmhuseynov9249 Год назад
Aktyorların istedi bütün səhvlərin üstünden xətt çəkdi.Bravo sizə
@agalarazimov8339
@agalarazimov8339 Год назад
Azer Aydemir Emil Quliyev wexsen size tewekkur. Boyuk umudlerler ardini gozluyuruk
@canbazcanbaz2644
@canbazcanbaz2644 Год назад
Elaciii👍👏👍👏👍👏.cox xaiw edirem.bele bir serial veya kinodan bizi mehrum qoymayin. Iwleriniz davamli olsun
@mtantumarova6618
@mtantumarova6618 Год назад
Əla çox gözəl əməyi keçən hər kəsə təşəkkür inan təkrarçılıqdan bezmişdik halal olsun hərşey mükəmməldir axırki başa düşdülərki özümüz olmaq lazımdır
@semraozil3839
@semraozil3839 Год назад
Men filme bu günlerde baxdım, çox beyendim. Bu verilişe de bu gün baxdım va Rövşane xanımın fikirleri çox xoşuma geldi.Onun söyledikleri menim düşüncelerimle üst- üste düşür. Rövşane xanım men sizi tanımırdım, amma sizin dünya görüşünüz, nitqiniz o qeder xoşuma geldi ki, sizi her zaman dinlemek isterdim. Teşekkürler !
@Elviraknits
@Elviraknits Год назад
Молодцы ребята. “Sükanı belə saxla!!!” Ждем новые крутые проекты
@qurbanaliyev5894
@qurbanaliyev5894 Год назад
Azər bəyin dediyi kimi , mən və mənim kimi necə gənclər tv'nin antenasin qırıb atıb qırağa. ictimai tv, sizə çox təşəkkür edirəm, deyəsən sizə görə o antennani yenidən qurasdiracağıq. Belə davam elesez mütləq ki , reytinqi heç bir kanala vermeyessiz. Uğurlar!
@nasimiabbasov3032
@nasimiabbasov3032 8 месяцев назад
Davamı Gəlsin Bu Şedevrin 👍👍👍👍. Шедевральный Фильм 👍👍👍👍. Самый Лучший Фильм Всех Времён Азербайджанской Кинематографии 👍👍👍👍
@moonsun_designs
@moonsun_designs Год назад
Mən bu lahiyəye serial demirəm bu tamda olaraq filmdi.her kese təşəkkürlər🤗coxda həvəslə gözləyirdim gözləmədən dəydi.zehmete keçən hər kəsə təşəkkürlər👏👏👏💐💐💐
@gulnarqnbrova5891
@gulnarqnbrova5891 Год назад
Xəzər tv- də bir neçə il əvvəl gedən "İmtahan" serialı da çox baxımlı idi.
@ilkin.salimov.
@ilkin.salimov. Год назад
Belə aktyorlarımız olduğu üçün fexr edirəm.
@RN-1984
@RN-1984 Год назад
UĞURLARINIZ BOL OLSUN,ƏMƏYİNİZ GÖZ ÖNÜNDEDİR,QÜRUR DUYURUQ.
@elvinbudaqxan9592
@elvinbudaqxan9592 Год назад
İtv_ sizlər sadece olaraq möhtəşəmsiz👍🙏
@keremovbabek8376
@keremovbabek8376 Год назад
Davamini gozdeyirik InwAllah.
@prvanhtmova346
@prvanhtmova346 Год назад
Mükəmməl film, aktyorlar. Davamlı olsun. RU-vid-da izlədim.
@azerismayilov6163
@azerismayilov6163 Год назад
Bir nefese youtubede butun 12 seriyasina baxdim cox super. Sonuncu defe Azerbaycan kinosuna baxdiqim yadima dushmur bu kinodan sonra bizim kinolara umidim artdi.
@nigarshahhuseynbayova3815
@nigarshahhuseynbayova3815 Год назад
Bir nəfəsdə izlədik filmi! Afərin👏🏻👏🏻👏🏻
@qoshqar649
@qoshqar649 Год назад
Həqiqətəndə möhtəşəm iş yaradıblar. Bravo
@rbagirli
@rbagirli Год назад
Sabaha saxlamayaq! Eşq olsun Sizə
@leylahaci6375
@leylahaci6375 Год назад
Azərbaycan dilimizi goruyag!!!
@mehmanstom
@mehmanstom Год назад
Qoruyag yox qoruyaq! Guya hamı adi həyatda kitab cümlələri ilə danışır?!
@merlin2853
@merlin2853 Год назад
Filmlərdə vülqarizm və valvarizmlərdən istifadə olunması normaldır. Bu dili qorumağa aid deyil.
@kenanazimov754
@kenanazimov754 Год назад
@@mehmanstom qardaşım inan Allaha bunlar yalandan pakazuxa eliyirlər guya bunlar başqa sözlərdən istifadə eləmirlər Serial möhtəşəmdi 10/10
@dim561
@dim561 Год назад
@@kenanazimov754 düzdü !!
@kenanazimov754
@kenanazimov754 Год назад
@@dim561 var ol qaqam
@nrmincrullayeva.8506
@nrmincrullayeva.8506 Год назад
İnstqramda gördüm,2 günə izlədim 12 seriyanı youtubde. Ümüd edirəm davamı gələr.
@namiqasgerov1112
@namiqasgerov1112 Год назад
Çox gözəl serial idi kitabını oxumuşam çox maraqlı idi salamlayıram səni ceyhun hidayətli kitabın maraqlı idi serial fərqli idi qismət olarsa görüşərik inşaallah Şirvan şəhərindən salamlayıram səni yenə kitablar yaz 🥰
@aysnqmbrova5240
@aysnqmbrova5240 Год назад
Mütləq davamı gəlməlidir.Səbrsizliklə gözləyirik!Bu kadr istənilən işdə bu uğuru əldə edə bilər deyə düşünürəm🤌🏻
@gunaybextiyarova1988
@gunaybextiyarova1988 Год назад
Yeganə izlədiyim Serial oldu Azərbaycanda film demək istəyirəm bu filmdi gözəl alındl Deməli bizdə çəkərmişik bizdə də gözəl peşəkar aktyorlar var həmişədə olacaq əməyi keçən hər kəsə təşəkkürlər zövqlə izlədim
@Elegy17
@Elegy17 Год назад
Çox əla serialdır. Böyük zövqlə çəkilib. Çox bəyəndim.Bravo hamıya, rejisser işi, aktyorlar, musiqi müşaiyəti!!!!Super. Təşəkkürlər
Далее
Впервые дал другу машину…
00:57
"Əqrəb mövsümü"nün aktyoru nədən narazıdır?
18:31
Azər Aydəmir ilə Qeyri-Ciddi #3
32:52
Просмотров 3,3 тыс.
Mən Hikmət Rəhimov
28:10
Просмотров 78 тыс.
Kinozavr #109 | Əqrəb mövsümü
10:31
Просмотров 203 тыс.
Bədii Çayxana
10:48
Просмотров 968 тыс.
"Birinci dərəcəli dost"
16:29
Просмотров 347 тыс.