Тёмный
No video :(

Ərəb turistləri Bakıda 

CBC TV Azerbaijan
Подписаться 1,1 млн
Просмотров 35 тыс.
50% 1

Azərbaycana gələn ərəb turistlərin sayında ciddi artım müşahidə olunur. Xüsusilə də, Bakı küşələrində ərəb ölkələrindən tursitlərə daha tez-tez rast gəlmək mümkündür.
CBC paytaxtımızdakı ərəb turistlərinin şəhər haqqında təəssüratlarını öyrənib:
Turist SAMİAH ALGİŞİ: "Biz Azərbaycana gəzməyə gəlmişik. 10 gündən artıqdır burdayam. Çox gözəl şəhəriniz var. İnsanlar çox mehribandır, qonaqpərvərdilər. Hər şey bir sözlə, möhtəşəmdir, ürəyimizcədir".
Turist HAMAD ƏL CƏNİBİ: "Ailəmlə gəlmişəm. Bura dostlarımın məsləhəti ilə gəlmişəm. Buna heç heyfislənmirəm, nə yaxşı gəldim. İnsanları, şəhər çox gözəldir. Hər addımda canla-başla yardım edə biləcək insan görmək çox xoşdur. Azərbaycanın mətbəxini sevdim. Qiymətlər də baha deyil".
Turist ADARİ ƏL CƏNİBİ: "Azərbaycanda ən çox xoşladığım yaşıllığın çox olması, yeməklərin dadlı olmasıdır. Insanlarınız çox mehriban və qonaqpərvərdilər. Azərbaycan haqqında çox eşitmişdik. Buna görə də bura gəlmək qərarına gəldik".
Turist MƏHHƏMMƏD HƏSƏN: "Azərbaycanda ən sevdiyim buranın ecazkar təbiətidir. İlk dəfə gəlsəm də, ölkənin gözəlliyinə heyran qalmışam. Bütün dostlarıma bura gəlməyi məsləhət görürəm".
Turist ARFAX: "Azərbaycanda insanlar çox səmimidirlər. İstənilən sual yarandıqda kömək edə bilirlər. Azərbaycan mətbəxinə isə söz ola bilməz".
Artıq paytaxtın dükan və restoranları fəaliyyətlərini ərəb turistlərin çoxluğuna uyğun qurmağa çalışırlar. Belə obyektlərin qarşısında ərəbcə müraciətlərə və reklamlara rast gəlmək mümkündür. Bakının mərkəzi Fəvvarələr meydanında ərəb turistlər üçün xüsusi partilər və şoular da təşkil edilir.
Son bir ayda Azərbaycana gələn ərəb turistlərin sayı ötən bir il ərzində gələnlərdən daha çoxdur. Bəzi ərəb ölkələrinə sadələşdirilmiş viza rejiminin tətbiq edilməsi turistlərin ölkəyə axınını sürətləndirib.
Turist SAMİAH ALGİŞİ: "Əvvələr Azərbaycana gəlməzdən qabaq viza tələb olunurdu. İndi hava limanında 30 günlük viza əldə edə bilirk. Bu, bizim üçün çox rahatdır".
Qeyd edək ki, fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn və Küveyt vətəndaşları üçün sadələşdirilimiş viza rejimi tətbiq edilir. Onlar hava limanı ərazisində 30 günlük vizanı rəsmiləşdirə bilirlər. Bu güzəşt Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına da aiddir.

Опубликовано:

 

6 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Turistlər Bakıya axın etdi
2:26
Просмотров 4,1 тыс.
Ərəbləri Bakıya cəzb edən nədir?
4:34
Просмотров 4,3 тыс.