Тёмный
No video :(

Əsaslı təmir edilən sərhəd zastavası xidməti istifadəyə verilib 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Подписаться 4,4 тыс.
Просмотров 3,5 тыс.
50% 1

Fevral ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dəniz səviyyəsindən 1867 metr yüksəklikdə yerləşən “Sım” sərhəd zastavası əsaslı təmir edilərək xidməti istifadəyə verilib.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ərazi bütövlüyümüzün bərpa olunması və dövlət sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının, hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsinin dövlət sərhədinin mühafizəsinə ali diqqətin növbəti təzahürü olması xüsusi vurğulanıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov şəxsi heyətə çatdırıb.
Açılış mərasimindən sonra xidməti istifadəyə verilmiş sərhəd zastavasına baxış keçirilib, yaradılan şəraitlə tanış olunub.
Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və yeni inşa edilmiş 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib.
Sonda şəxsi heyətlə birlikdə əsgər yeməkxanasında nahar edilib.

Опубликовано:

 

28 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 13   
@merkeziaranregionalmedeniyyet
@merkeziaranregionalmedeniyyet 6 месяцев назад
Allah bütün əsgər və zabitlərimizi qorusun.
@HB_ACADEMY
@HB_ACADEMY 5 месяцев назад
2013 Yanvar - 2014 İyun, 9-cu Zastava. Əsgərlik müddətimin 15 ayı bu Zastavada olub.
@R-n-pi4qw
@R-n-pi4qw 5 месяцев назад
Mən həmən zastavanin 1992-96 çi illerde 4 il ilk esgerlerinden biri olmuşam.Bu çekiliş meni bir anlıq o illere apardı.Acilisi eden geniral Araz Məmmədov ise o vaxt komandirlerimden biri olub.Allah hərbçilərimizi zabit ve esgerlerimizi qorusun.
@fetucugonul
@fetucugonul Месяц назад
Qardaş Rayon heç bilirəm Astara'dı Kənt haradı
@R-n-pi4qw
@R-n-pi4qw Месяц назад
@@fetucugonul Sim kendi
@R-n-pi4qw
@R-n-pi4qw Месяц назад
@@fetucugonul Sim kəndinin ərazisidir.Kəndden təxminən 8km yüksəklikdə.
@R-n-pi4qw
@R-n-pi4qw Месяц назад
Sim kendi
@zaminheziyev7600
@zaminheziyev7600 3 месяца назад
Xeyirli olsun əziz Sərhədçilər!
@Elmar_Esgerli078
@Elmar_Esgerli078 4 месяца назад
🇦🇿🇦🇿🇦🇿🇦🇿💪💪💪💪💯💯💯👍
@Fitneye_yox_elime_yonel
@Fitneye_yox_elime_yonel 4 месяца назад
2022 yanvar bu zastavanin əsgəri gün günə 19 ay xidmət cəmi 1 dəfə aşağı düşmüşəm oda məzuniyyəte görə
@aksinemirbeyov2000
@aksinemirbeyov2000 3 месяца назад
Mən özümdə 22yanvar olmuşam o zastavada
@nurlanhuseynov7411
@nurlanhuseynov7411 3 месяца назад
Allah bütün əsgərlərimizi qorusun bu yaxında bir qohumumuzu apariblar ora necə yerdi ətrafi cvb yazsaydiz yaxşı olardi
@yaqubabbasov446
@yaqubabbasov446 2 месяца назад
@@nurlanhuseynov7411Allah qorusun ərazisi çoox çətin yerdir
Далее
Woman = best friend🤣
00:31
Просмотров 2,6 млн
Gəncədə acınacaqlı vəziyyət
5:26
Просмотров 452 тыс.
Əsgərlərin and içmə mərasimi 13.08.2023
7:13
Просмотров 1,8 тыс.