Тёмный
No video :(

Əsrarəngiz Azərbaycan təbiəti 

Azerbaijan Realities
Подписаться 19 тыс.
Просмотров 9 тыс.
50% 1

Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi mühiti hələ qədimdən insanların burada məskən salmasına şərait yaratmışdır. Antik müəlliflər Herodot, Polibi, Strabon, Klavdi Ptolemey və b. öz əsərlərində Azərbaycanın coğrafi mövqeyi, sərhədləri, çayları, yaşayış məntəqələri, burada məskunlaşmış tayfalar, Xəzər dənizi və s. haqqında məlumatlar vermişlər.
Daha sonralar ərəb coğrafiyaşünasları və səyyahları da əsərlərində Azərbaycanın iqtisadiyyatı, inzibati bölgüsü, dağ və çayları, şəhərləri, onların arasındakı məsafələr, ticarət yolları və s. haqqında yazmışlar.
Ana təbiət doğma Azərbaycanımızdan öz səxavətini əsirgəməmişdir. Yer üzündəki iqlim qurşaqlarının doqquzuna çox da böyük olmayan respublikamızın ərazisində rast gəlmək mümkündür. Bu da Azərbaycanda flora və faunanın rəngarəngliyinə səbəb olur. Heç təsadüfi deyildir ki, respublikamızda bir bölgənin təbiəti digər bölgənin təbiətindən xeyli dərəcədə fərqlənir.
Azərbaycan ərazisinin 60 faizə qədərini dağlıq ərazilər tutur. Respublikamızın ərazisi Şimaldan Böyük Qafqaz, Qərbdən kiçik Qafqaz sıra dağları, Cənubdan isə Talış dağları ilə əhatə olunub. Ölkənin mərkəzi hissəsində Xəzər dənizinin şərq sahillərinədək uzanıb gedən Kür-Araz ovalığı yerləşir. Kür, Araz kimi çaylar, mülayim iqlim, bol günəş şüası respublikanın aran rayonlarını bütün ilboyu növbəli əkinçilik üçün əlverişli məkana çevirmişdir, dağlıq ərazilərdə isə maldarlıq əhalinin əsas məşğuliyyətidir.
Bitki və heyvanat aləminin mühafizəsi məqsədilə respublikamızın ərazisində 12 dövlət qoruğu, 4 milli park və 16 yasaqlıq yaradılmışdır ki, onların da ümumi sahəsi 460 min hektardan çoxdur.
Respublikamızın ərazisindəki ayrı-ayrı qoruqlar, milli parklar bilavasitə bitki örtüyünün, meşələrin qorunması məqsədilə yaradılmışdır.
Müxtəlif illərdə respublikamızın ərazisində yaradılan Göygöl, Türyançay, Pirqulu, Qarayazı dövlət qoruqlarında, Ordubad milli parkında, Qusar, Şirvan, Şəmkir, Ağgöl yasaqlıqlarında da təbiəti mühafizə tədbirləri həyata keçirilir, flora və faunamızın bir sıra nadir nümunələri qorunub saxlanılır.
Çox təəssüflər olsun ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində 30 ildə memarlıq və arxeoloji abidələrimizlə yanaşı, saysız təbiət abidələrimizi də məhv edib. Ermənilərin vandalcasına məhv etdiyi təbiət abidələrinin isə bərpası heç cür mümkün deyil. Son rəsmi məlumatlara görə, ermənilər 130-dan artıq qədim ağacı kəsiblər və izi itirmək üçün ağacların kökünü belə yandırıblar. Ermənilər təbiət abidələrindən yüzlərlə çinar növünü də kəsiblər. Azərbaycanin təbiət abidələrinə, mineral sularına ermənilərin vurduğu zərər misilsizdir, bunu hesablasaq ortaya çox böyük rəqəmlər çıxır. Bu ekoterrora beynəlxalq hüquq müstəvisində ayrıca qiymət verilməlidir.
Qarabağın bənzərsiz təbiəti ermənilərin əlində son nəfəsini vermək üzrə idi ki, Ali Baş Komandan əks-hücum əmrini verdi və ordumuz torpaqları işğaldan azad etdi. Hazırda orada yenidənqurma işləri aparıldığı kimi, təbiətin mühafizəsi istiqamətində də işlər görülür.
Azərbaycanın digər bölgələri kimi işğaldan azad olunan torpaqlarımızın da çox böyük turizm potensialı var. Bu torpaqların təkcə tarixi abidələri deyil, elə təbiəti də kifayət edir ki, turizm potensialını inkişaf etdirmək mümkün olsun. Qarabağda onlarla bitki növləri var ki, onlar dünyanın bir çox ölkələrində bitmir. Bu istiqamətdə atılacaq addımlar Qarabağ regionunda digər sahələrin də inkişafına təkan vermiş olacaq.

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
Далее
I Built a WATERPARK In My House!
26:28
Просмотров 19 млн