Тёмный

“İstiqlal Savaşında Azərbaycanın Türkiyəyə Qardaş Köməyi” adlı konfrans keçirilib 

Modern AZ
Подписаться 16 тыс.
Просмотров 69
50% 1

Bu gün Atatürk Mərkəzi və Azərbaycan Türk Ocağının təşkilatçılığı ilə “İstiqlal Savaşında Azərbaycanın Türkiyəyə Qardaş Köməyi” adlı konfrans keçirilib. Modern.az xəbər verir ki, konfrans Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Tədbirdə əməkdar jurnalist Akif Aşırlı, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclisin deputatı Arzu Nağıyev, Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Ufuk Turqener və başqaları iştirak edib.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Bundan sonra əməkdar jurnalist Akif Aşırlı çıxış edib. O, Türkiyənin istiqlal müharibəsində Azərbaycanın dəstəklərindən danışıb:
“Azərbaycan Xalq Cümhuriyyəti mövcud vəziyyətlə əlaqədar Türkiyəyə açıq dəstək verə bilmirdi. Bununla beləAzərbaycan Xalq Cumhuriyyətinin baş naziri Nəsib bəy Yusifbəyli, 1, 5 milyon fransız frankı miqdarında pul yardımını göstərmək neft və çek qəbzlərini imzalamaqla Milli Mübarizə rəhbərlərinə təhvil verib”.
Akif Aşırlı sözü Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçıya verib.
“Mustafa Kamal Atatürk deyirdi ki, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Nəriman Nərimanovun da “ qardaşın qardaşa borcu olmaz” ifadəsi tarixə düşüb. Bu gün də eyni şəkildə əlaqələrimizi davam etdirik”,-səfir deyib.
Səfirdən sonra Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı təmsilçisi Ufuk Turqener söz alıb:
“Ana Vətən Türkiyə ilə can Azərbaycan arasındakı əlaqələrin möhkəmliyi, yaxınlığı türk dünyasının ayrılmaz hissəsi olan Şimail Kipr Türk Cümhuriyyəti xalqını olduqca məmnun edir. Bir müddət əvvəl ölkəmizin prezidentinin Azərbaycana səfəri oldu. Onun yüksək səviyyədə qarşılanmasına görə bir daha Azərbaycan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm”.
Daha sonra Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev çıxış edib. O, Azərbaycanla Türkiyənin bütün beynəlxalq tribunalarda bir-birlərini dəstəklədiyini qeyd edib. İki ölkənin birgə hərbi təlimlərindən də söz açan Arzu Nağıyev bunun növbəti qardaşlıq və birlik mesajı olduğunu vurğulayıb.
Modern AZ Saytımıza buradan daxil ola bilərsiz: modern.az/
Digər sosial şəbəkə ünvanlarımız:
Facebook: www.facebook.c...
İnstagram: www.instagram....
Bəyəndiyiniz videoları paylaşaraq, kanalımıza abunə olaraq dəstək ola bilərsiz. Xoş seyirlər
#xəbər #xeber #sondeqiqe #sondəqiqə

Опубликовано:

 

28 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Yaşa, Mustafa Kamal paşa, yaşa - BAKU TV
18:45
Просмотров 132 тыс.
Грузинский брат
21:49
Просмотров 44 тыс.