Тёмный

“Mən ürəyi ürək kimi saxlamadım” Zəlimxan Yaqubun şeiri 

Murad Heydər
Подписаться 110
Просмотров 743
50% 1

“Mən Ürəyi Ürək Kimi Saxlamadım”
Şeir: Zəlimxan Yaqub
Səs: Murad Heydər
Piano: Vüsal Süleymanov
Mən bilmədim sına bilər,yana bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Nə biləydim buz baxışdan dona bilər,
Mən ürəyi ürək kimi saxlamadım.
Qohum gəldi,qonşu yığdı,yad apardı,
Qəmli gələn qismətini şad apardı,
Odu sönən ürəyimdən od apardı,
Mən ürəyi ürək kimi saxlamadım.
"Xeyrə-şərə,toya-yasa yüyür" dedim,
Taleyimə "yaralanmış cüyür" dedim,
"Özün qızdır,harda kim üşüyür" dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Dərd dağının külüng çalan Fərhadıyam,
Tüstüsüyəm,dumanıyam,fəryadıyam,
Öz qəlbimin qaniçəni,cəlladıyam,
Mən ürəyi ürək kimi saxlamadım.
"Yeri göyə,göyü yerə bağla" dedim,
"Alış" dedim, "tutuş" dedim, "çağla" dedim,
"Yas görəndə hönkür-hönkür ağla" dedim,
Mən ürəyi ürək kimi saxlamadım.
Dövlət yükü,millət yükü,şöhrət yükü,
Bu millətin içindəki zillət yükü,
Bu yüklərin altındakı zəhmət yükü,
Mən ürəyi ürək kimi saxlamadım,
Mən ürəyi çiçək kimi saxlamadım.
Yağ içində böyrək kimi saxlamadım,
Hey əritdim,hey çürütdüm,hey qanatdım,
Saxlamadım,saxlamadım,saxlamadım.
Hönkürən dağ döşündən qaya qopdu,
Ağlayanda boş-boşuna ağlamadım
Mən ürəyi ürək kimi saxlamadım,
Saxlamadım,saxlamadım,saxlamadım.
#poeziya #şeir #qiraət

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@hafizeceferova2101
@hafizeceferova2101 16 дней назад
❤Zəlimxan yaqub əvəzdiz şairdi hər gün dinliyirəm
@hafizeceferova2101
@hafizeceferova2101 16 дней назад
MurAd müəllimcox sağ olun gözəl şer deyirsiz
@muradheydr7603
@muradheydr7603 16 дней назад
@@hafizeceferova2101 təşəkkür edirəm🙂
Далее
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 23 тыс.
Zəlimxan Yaqub - Seçmə Şeirləri
19:15
Просмотров 95 тыс.
Merab vs Sean underway!! 🚨 #ufc306
00:23
Просмотров 943 тыс.
Hacıbaba Huseynov haqqında bir xatire
7:21
Просмотров 217 тыс.
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 6 тыс.
Zelimxan Yaqub - Secme Seirler | Yeni
13:05
Просмотров 1,6 млн
Quıu Əsgərov - Dolanaram Başına
8:01
Просмотров 1,2 млн
مژج سمير صبيح.
13:51
Просмотров 18 тыс.
Komedixana  385-ci Bölüm 08.09.2024
51:46
Просмотров 759 тыс.
Zelimxan Yaqub - Secme Seirler Yeni
13:19
Просмотров 1,6 млн
Merab vs Sean underway!! 🚨 #ufc306
00:23
Просмотров 943 тыс.