1985 - ci il. Mənim futbola şurlu şəkildə baxmağa başladığım uzaq zaman. Balaca idim. Ağ - qara televizorumuzda oyunları izlədim. Hətta ağ rəngli mayka ın arxasına 11 rəqəmi yazdırmışdım. Ən böyük arzum İsgəndər Cavadovu yaxından görmək idi. Biz 80 - ci illərin uşaqları üçün o bir əfsanə idi. Əla texnika. Yüksək sürət. Bunlar cəmləşmişdi İsgəndər Cavadovda. Yeganə problem komandanın zəif yarımmüdafiə xətdi idi. Nə İsgəndər, nə də Maşallah Əhmədov yaxşı pas ala bilmirdilər. Ponamaryov 70 - ci dəqiqədən sonra görsənmirdi. Fiziki cəhətdən zəif idi. Allah uzun ömür versin İsgəndər Cavadova. Onların aramızda olması uşaqlığımın yaşaması deməkdir.
Bir zamanlar mənə elə gəlirdiki İsgəndər Cavadov və ya Maşallah Əhmədov heç bir zaman qocalmayacaqlar və məndə heç böyümüyəcəyəm və həmişə uşaq qalacam. Mənim indi 50 yaşım var amma mən yenədə eyni duyğular içindəyəm. Ola bilərki siz elədə uğurlu komanda olmamısınız amma buna baxmayaraq siz bizim doğma komanda olmusunuz.
Sizin gedişinizlə bərabər Neftçi də batdı və dirçələ bilmir .Neftçi Azərbaycan futbolunun bünövrəsi , qibləgahı idi .Hazırda Neftçi yiyəsiz qalıb ,ağlayanı yoxdur .