Тёмный

“Sərhəd” hərbi-idman oyunları başa çatıb 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Подписаться 4,1 тыс.
Просмотров 2 тыс.
50% 1

“Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibəti ilə təntənəli tədbir keçirilib
May ayının 1-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibəti ilə təntənəli tədbir keçirilib.
Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunların gənclərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənə, Respublikamızın hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayondan 187 məktəbin 875 şagirdi iştirak edib, ilk iki mərhələnin yekunlarına görə 11 komanda aprel ayının 24-dən may ayının 1-dək final mərhələsində mübarizələrini davam etdiriblər.
Komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Maskalanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.
Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.
Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun “Ümid” komandası isə üçüncü yeri tutub.
Sonda qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib, xatirə fotoşəkilləri çəkdirilib.

Спорт

Опубликовано:

 

30 апр 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 18   
@R-n-pi4qw
@R-n-pi4qw 2 месяца назад
Allah bütün hərbçilərimizi, esger ve zabitlerimizi qorusun.👍👍👍
@teyyubqarayev3738
@teyyubqarayev3738 2 месяца назад
Amin
@bayramvliyev4709
@bayramvliyev4709 2 месяца назад
Yaşasın Rəşadətli Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidməti İnşallah
@CeyhunXaliqzade
@CeyhunXaliqzade 2 месяца назад
Eşq olsun cəlilabad igdlərinə və Ləkin kəndinin hərbi məlimi telman məlimə və orda iştark edən gənc əsgərləri təbrik edrik qələbə munadibətiylə uğrlarınız bol olsun
@FazilMahmudlu
@FazilMahmudlu 2 месяца назад
Düz deyirsen eşq olsun çox yaxşı bacarılar çığalığı
@hicranmahmudova2000
@hicranmahmudova2000 2 месяца назад
Qonaqpərvər DSX Xüsusi Məktəbi🇦🇿🇦🇿🇦🇿
@kamalquliyev2544
@kamalquliyev2544 2 месяца назад
Allah sizi qorusun Azərbaycanın igid oğulları
@rxsndqasmova5467
@rxsndqasmova5467 2 месяца назад
Qalib " Ləkin " ( Cəlilabad) komandasının üzvlərini və məktəb rəhbərliyini qələbə münasibətilə təbrik edirəm!
@nazilzamanova4819
@nazilzamanova4819 2 месяца назад
Maşallah mənim də balam əsgər sərhədçi❤❤❤
@user-hs3vf2uh6e
@user-hs3vf2uh6e 2 месяца назад
👍👍👍👍👏👏👏
@c14aqsin13
@c14aqsin13 2 месяца назад
Qazax❤
@togrulmamedov4587
@togrulmamedov4587 2 месяца назад
Şəki❤️
@FazilMahmudlu
@FazilMahmudlu 2 месяца назад
Beyləqan
@FazilMahmudlu
@FazilMahmudlu 2 месяца назад
BEYLƏQAN 🖤
@resulll._
@resulll._ 2 месяца назад
hərbi şahinlər
@ramizbabayev7651
@ramizbabayev7651 2 месяца назад
Bizim məktəb
@FazilMahmudlu
@FazilMahmudlu 2 месяца назад
Beyləqan
@FazilMahmudlu
@FazilMahmudlu 2 месяца назад
Beyləqan
Далее
Strong cat !! 😱😱
00:19
Просмотров 1,4 млн
🤔
00:28
Просмотров 452 тыс.
Украшаю чехлы 🎀
00:51
Просмотров 132 тыс.
Şirin Serialı - 1.Bölüm
1:02:00
Просмотров 296 тыс.
Şahinlərin Final yarışı  #MAG 13.05.2022
26:13
Просмотров 13 тыс.
Xüsusi Təyinatlılara yalan danışan satqın
25:15
Просмотров 841 тыс.
❌🔴🟡 WHO DID WIN!? | SPEED CHALLENGE💨
0:13
Ishowspeed vs Ronaldo vs Messi Disguise Challenge
0:29