Тёмный

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib 

Fövqəladə Hallar Nazirliyi
Подписаться 16 тыс.
Просмотров 477
50% 1

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilatçılığı ilə Astara şəhərinin Xəzər dənizi sahilində “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd su hövzələrində qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xilasedicilərin suda boğulma halları ilə bağlı xilasetmə əməliyyatları, habelə ilkin yardımın göstərilməsi üzrə praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi olub.
Təlimdə FHN-in Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri, Astara Rayon İcra Hakimiyyətinin, Astara Şəhər Bələdiyyəsinin, Astara rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Astara Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları iştirak ediblər.
Şərti olaraq baş vermiş sudaboğulma hadisəsi zamanı xilasedicilər “zərərçəkmişləri xilas edərək” ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil veriblər.
Təlim bitdikdən sonra nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Bundan əlavə, ərazidə istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib, çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı təbliğat materialları paylanılıb.

Опубликовано:

 

17 июл 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Sleepy Turu - Astara
45:56
Просмотров 9 тыс.
Will A Guitar Boat Hold My Weight?
00:20
Просмотров 61 млн
БЕЛКА РОЖАЕТ?#cat
00:22
Просмотров 543 тыс.
The Most Elite Chefs Ever!
00:35
Просмотров 3,1 млн
Modus males sekolah
00:14
Просмотров 11 млн
Rusiya-Ukrayna cəbhəsində nələr dəyişəcək?
3:52
Will A Guitar Boat Hold My Weight?
00:20
Просмотров 61 млн