Тёмный

“Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı 

Azerbaijan Realities
Подписаться 19 тыс.
Просмотров 267
50% 1

Şuşa şəhərində “Xarıbülbül” beynəlxalq musiqi festivalı məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayıb. Beynəlxalq status daşıyan festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən biri sayılıb. Erməni qəsbkarları Şuşa şəhərini işğal etdikdən sonra Festival yalnız qısa müddətdə Ağdam şəhərində, İmarətdə keçirildi.
Zəfərimizdən qısa müddət sonra işğaldan azad olunan ərazilərimizdə böyük quruculuq layihələrinə start verildi. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edirdi. Dövlət başçısının 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan edildi. Bu sərəncamla “Vaqif poeziya günləri” və “Xarıbülbül” festivalı da bərpa olundu. Bununla da Şuşanın, bütövlükdə Qarabağ torpağının mənəvi dirçəlişinin əsası qoyuldu. 2021-ci il mayın 12-si və 13-də işğaldan azad olunandan sonra ilk dəfə Şuşada “Xarıbülbül” festivalı düzənləndi. V Festival 2022-ci il - “Şuşa ili”ndə 12-14 may tarixlərində baş tutdu. VI Festival isə 2023-cü il “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən Şuşada 9-11 may tarixlərində keçirildi. Bu il isə festival 11-13 may tarixlərində reallaşdı. Bu dəfəki tədbiri daha da əlamətdar edən amil 2024-cü il üçün Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı seçilməsi idi. Musiqi festivalı da məhz bu önəmli hadisəyə həsr olundu. Festivalda çıxışı zamanı Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan olunduğunu vurğulayan Prezident İlham Əliyev bunun İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edildiyini bildirdi. Festivala gələn qonaqlar arasında ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik də var idi. Təsadüfi deyil ki, builki festival iştirakçıları arasında ICESCO-ya üzv ölkələrdən ifaçılar və yaradıcı kollektivlər də yer aldı. Bu isə deməyə əsas verir ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı İslam dünyası ölkələri arasında mədəni əlaqələrin inkişafına da töhfə verəcək. Bu il 35 yaşını qeyd edən festival Laçın şəhərində də keçirilməklə əhatə dairəsini genişləndirdi. Mayın 13-də Həkəri çayı ətrafında qonaqlara fərqli ölkələrdən gələn ifaçıların təqdimatında konsert təqdim olundu.
Bu gün Qarabağ yenə öz beynəlxalq şöhrətini bərpa edir. Düşmən əsarətindən azad edilmiş torpaqlarımız musiqimizin, muğamımızın sədaları altında müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Cıdır düzündə keçirilən “Xarıbülbül” musiqi festivalı bunun əyani təsdiqidir. Çoxşaxəli fəaliyyət və beynəlxalq təəssürat deməyə əsas verir ki, festival davamlı olaraq keçiriləcək, festivala olan maraq artdıqca ildən-ilə digər ölkələrdən gələn qonaqların sayı daha da çoxalacaq. Bundan sonra Şuşanın simvollarından birinə çevrilən “Xarıbülbül” festivalı əbədi yaşayacaq. Festival vasitəsilə Azərbaycan dünyaya sülh, birlik, həmrəylik mesajlarını çatdıracaq.

Опубликовано:

 

14 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@metlebmikayilov1365
@metlebmikayilov1365 15 дней назад
Xarıbülbül” beynəlxalq musiqi festivalının bərpası tarixi ənənəyə verilən böyük qiymətdir. Festivalın Şuşada keçirilməsi onun əhəmiyyətini daha da artırır
@alsuaydn9404
@alsuaydn9404 15 дней назад
Möhtəşəm tədbir idi.
@user-fu7dl5ry7n
@user-fu7dl5ry7n 15 дней назад
Çox gözəl bir tədbir idi.
@yunusibrahimov7939
@yunusibrahimov7939 15 дней назад
əla festivaldır
@vahabguleliyev5583
@vahabguleliyev5583 15 дней назад
Qürurverici görüntülərdir
@alifateh8902
@alifateh8902 15 дней назад
Çox yüksək səviyyədə keçirildi, düşmənlərimizə də gözəl göz dağı oldu.Xüsusən də ləzzət etdi Əmirliklərdən gələn artistlərin Salamu aleykum İlham Əliyev mahnısı. Yaqın ki, trendə düşər.Atlıların isə türk bayraqları ilə keçməsi xüsusi zövq verdi. Gücümüz həqiqətən birlikdədir və Turanın addımları artıq lap yaxından gəlir.
@vuqarhuseynov450
@vuqarhuseynov450 8 дней назад
regiona integrasiya edirik
Далее
100😭🎉 #thankyou
00:28
Просмотров 24 млн
"Şuşa ili"  elan edilməsinə həsr olunmuş slaydı
2:07
"Xarıbülbül" VII Beynəlxalq musiqi festivalı
18:11