Тёмный

“Zəfərin izi ilə”: bu da “Ohanyan səddi” - REPORTAJ 

APA TV
Подписаться 350 тыс.
Просмотров 199 тыс.
50% 1

44 günlük Vətən Müharibəsinin ilk günlərindən başlayaraq işğaldan azad edilən torpaqlarımızın ürək dağlayan görüntülərini həyəcanla izlədik. Biri digərindən daha ağır, daha üzücü oldu bu kadrların.
APA televiziyasının çəkiliş qrupu olaraq işğaldan azad olunmuş rayonlara səfər edərkən düşmənin 27 il boyunca qurduğu istehkam postlarını, onların yerləşmə yerini və xarakterini də öyrənməyə çalışdıq.
Səfərimizin başlanğıcı Füzuli rayonu idi. Rayonun Horadiz kəndində yolboyu gördüyümüz mənzərələr burada qızğın döyüşlərin getdiyini aydın göstərirdi. Hər addımda qarşımıza sıradan çıxarılmış düşmən tankları, məhv edilmiş silahlar, torpağa səpələnmiş mərmilər çıxırdı.
Ermənilər bu illər ərzində bütün təpəliklərin, dağların hər qarışını köstəbək kimi eşərək müdafiə xəndəkləri qazıblar. Fərqli istiqamətlərə uzanan səngərlər, xüsusi müşahidə postları, beton panellərlə işlənib. 27 ildir bu səngərlərdə mövqe tutan ermənilər eyni zamanda istehkamları “keçilməz sədd” adlandırmaqla bizə qarşı psixoloji müharibə metodu kimi də istifadə ediblər.
Lakin müşahidə apardığımız ilk erməni postunda keçilməzlikdən heç bir əlamət hiss edilmədi. Müharibənin izləri isə ermənilərin dağıdılmış əsgər yataqxanası, lüləsi gövdəsindən qopmuş tank qalığı, palçığa batmış düşmən Kalaşnikov pulemyotu və erməni əsgərlərinin qoyub getdiyi bəzi əşyalarda qalıb.
Hazırda ermənilərin qurduğu komanda müşahidə məntəqəsindəyik. Burada onların komandirləri oturub, öndə yerləşən erməni postlarını müşahidə ediblər. Bu ərazilər Azərbaycan torpaqlarıdır və uzun müddət erməni işğalı altında olub. Ordumuz tərəfindən komanda müşahidə məntəqəsi götürülüb və burada olan düşmən istehkamı, hərbi texnikası darmadağın edilib.
Oxşar mənzərələrlə Ağdam və Cəbrayıl rayonlarında da qarşılaşdıq. Ordusunun texniki təminatı və əsgəri gücü zəif olan düşmən son çıxış yolu kimi torpağın altında gizlənməyi seçib. Bu üzdən hər addım başı səngər və digər sığınacaq yerlərini görmək mümkündür.
Ermənilərin illərlə haqqında xof yaratmağa çalışdığı “Ohanyan səddi”ndə istehkamlarla yanaşı, əraziyə çəkilən elektrik naqilləri və beton panellər də gözə dəyirdi.
Ermənilərin məşhur “keçilməz sədd” adlandırdıqları “Ohanyan səddi” yerləşən ərazidəyik. Arxa tərəfimiz “Ohanyan səddi”dir. Hava qaranlıq olduğu üçün aydın görünmür. Dağın üzərində termal kameralar quraşdırılıb. Həmçinin betondan sədd çəkiblər. Ermənilər elə təbliğ edirdilər ki, bu həddi heç bir halda tutmaq olmaz. Azərbaycan Ordusu isə qısa vaxt ərzində buranı darmadağın etdi. Qarşı tərəfimizdə erməni əsgərlərinin qaldığı yer var. Vaxtilə oranı da xüsusi şəkildə mühafizə edirdilər.
“Ohanyan səddi”nin həm 2016-cı ilin Aprel döyüşlərində, həm də 2020-ci ilin Vətən Müharibəsində darmadağın edilməsi Azərbaycan Ordusunun gücünün, qüdrətinin sübutudur. Çünki keçilməz hesab edilən, bir neçə dəfə möhkəmləndirilmiş istənilən sədd əsgərlərimizin haqq savaşının qarşısında çox acizdir.
27 il ərzində düşmən bu əraziləri həmçinin başdan-başa minalayıb. Çəkiliş apardığımız müddət ərzində bizi müşahidə edən polis əməkdaşı ən xırda hərəkətimizdə belə diqqətli olmağımızı tövsiyə edirdi. Hərbi zonalarla yanaşı, ermənilərin məhsul əkib-becərdikləri torpaqlara da mina yerləşdirdikləri istisna edilmir. ANAMA-nın, eyni zamanda Müdafiə Nazirliyinin əməkdaşları ərazilərin minalardan təmizlənməsi istiqamətində dayanmadan çalışır. Çəkiliş edə bilməsək də, hərbçilərimizin bu istiqamətdə gördükləri işin müsbət nəticəsinin canlı şahidi olduq.
Hazırda Füzuli rayonunun kəndlərindən birinin ərazisindəyik. Bu gördüyünüz ərazi minalardan təmizlənib. Hətta vətəndaşlarımız tərəfindən şumlanaraq taxıl əkilib. Eyni zamanda Füzuli şəhərinə elektrik enerjisinin verilişi üçün “Azərişıq” tərəfindən işlər aparılır və hazırda bunun da canlı şahidi oluruq.
Həyatlarını riskə ataraq hər daşın, hər qayanın altından minaları qarış-qarış təmizləyən, düşmənin son həmləsini puça çıxaran şanlı əsgərlərimizə uğur arzu edirik. Təmizlənən hər qarış torpaq doğma yurdumuza sərbəst ayaq basacağımız günü daha da yaxın edir.
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan
#apatv #apaxeber

Опубликовано:

 

7 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 106   
Далее
Ayaq altında qalan Ohanyan səddi
15:55
Просмотров 173 тыс.
Find The Real MrBeast, Win $10,000
00:37
Просмотров 46 млн