Тёмный

12 ölkənin tanınmış simaları bu liseyi niyə seçdi? 

APA TV
Подписаться 337 тыс.
Просмотров 1,7 тыс.
50% 1

#APATV #Evrikaliseyi #Evrika #lisey #məktəb #28May #MüstəqillikGünü #Beynəlxalqgün #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Beynəlxalq əlaqələri geniş olan beynəlxalq məktəb. Bəli, Evrika liseyi bu dəfə də ənənəsinə sadiq qaldı. Belə ki, liseydə tolerantlıq ənənələrini özündə ehtiva edən “Beynəlxalq gün” adlı tədbir keçirildi. Tədbirdə Hindistan səfirinin birinci müavini Ajay Kumar Pandey, İranın Azərbaycandakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Ali Pourmarjan, Misirin Azərbaycandakı səfiri Hisam Mohamed Nagi Abdel Hamid, Gürcüstanın ölkəmizdəki səfirinin müşaviri George Buachidze, İtalya, Koreya, Qazaxıstan, İngiltərə, Amerika, Meksika səfirliklərinin nümayəndələri, habelə, Təhsil nazirliyinin, AYB-nin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, müəllimlər və valideynlər iştirak ediblər. Qonaqlar əvvəlcə liseyin foyesində sərgilənən dünya ölkələrinin milli mətbəxi ilə tanış olublar.
Burada onlara məlumat verilib ki, ən yeni təhsil metodları ilə fəaliyyət göstərən beynəlxalq liseydə hər il ənənəvi olaraq “Beynəlxalq gün” qeyd olunur. Bu dəfəki bayram 28 May - Müstəqillik Gününə həsr edilib. Multikulturalizm və tolerantlıq ənənələri siyasətinə uyğun olaraq keçirilən tədbirin məqsədi dünya ölkələrinin adət-ənənələrini nümayiş etdirməklə, dünyaya olan sevgi və sayğını göstərməkdir.
Liseyin direktoru Ofelya Muradova deyir ki, bu gün Azərbaycanda Müstəqillik günüdür: “Biz qərara gəldik ki, “Beynəlxalq günü”müzü də Müstəqillik bayramı ilə birləşdirək. Biz artıq 10 ildir ki, hər il bu bayramı qeyd edirik. Səbəb, təmsil etdiyimiz ölkələrlə daha sıx dostluq əlaqələri qurmaq və əməkdaşlığımızı inkişaf etdirməkdir. Mən hamıya uğurlar arzu edirəm və bir daha bayramlarını təbrik edirəm”.
Sərginin ardınca tədbirin bədii hissəsinə start verilib. Evrika liseyinin təsisçisi Xudaqulu Rzayev də çıxışında bildirib ki, beynəlxalq əlaqələri geniş olan liseyin hədəfləri sırasında dövlətçiliyimizə və dəyərlərimizə sədaqətli nəslin yetişdirilməsi ilə yanaşı, dünya ölkələri ilə əlaqələrin sağlam təməllər üzərində qurulması yer alır.
28 May - Müstəqillik Gününə həsr edilən tədbirdə həmçinin qeyd edilib ki, Evrika liseyində 2019-cu il mayın 16-dan etibarən dünya ölkələrinin mədəniyyət və ənənələrini təbliğ etmək məqsədilə belə tədbirlər həyata keçirilir. Bu tədbirlərdə dünya ölkələrinin milli mətbəxi, adət-ənənələri, milli rəqsləri nümayiş etdirilir. Elə bu dəfəki tədbirdə də Azərbaycanla yanaşı, 12 ölkənin adət-ənənələri ilə yanaşı, milli rəqsləri nümayiş olunub.
Evrika Liseyinin Təlim-Tərbiyə və Təşkilat İşləri Üzrə direktor müavini Aygün Kərimova deyir ki, şagirdlər çıxışlarında müxtəlif ölkələrin rəqslərini, adət-ənənələrini canlandırırlar: “Azərbaycan da daxil olmaqla 12 ölkədən nümayəndələr iştirak edirlər. Təbii ki, Türkiyə, İran, Hindistan, Amerika və digər ölkələrin nümayəndələri, səfirliklərin nümayəndələri iştirak edirlər”.
Qeyd edək ki, 10 ildən artıqdır ki, Azərbaycanı dünyada təmsil edən, savadlı gənc nəsil yetişdirən Evrika liseyinə şagird qəbulu üzrə imtahanlar davam edir.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: ru-vid.com...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

27 май 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@Aylin_Gozal
@Aylin_Gozal 2 года назад
Mən Evrika liseyin şagirdiyəm və öz məktəbimlə fəxr edirəm 😇
@ayselmamedzade9804
@ayselmamedzade9804 2 года назад
Necenci sinifdə?
@zeynebalh7935
@zeynebalh7935 2 года назад
👏🏻👏🏻Evrika❤️
@sabinahuseinli4404
@sabinahuseinli4404 2 года назад
😍😍😍😍
@ghcffhcx790
@ghcffhcx790 Год назад
Salam bu litsey qəbul neçənci sinifdən götürülür .hansı fənlərdən imtahan verilir . Maksimum bal nə qədərdir ,keçid balı neçədir ?
@vusaleheyderova
@vusaleheyderova Год назад
Məm orada oxuyuram 6 cı sinifəm və istənilən sinifdən məktəb şagird götürür fənnlər isə Az dili , Riyaziyyat , Məntiq (Tarix 5 dən yuxarı) , ingilis dili bunlardır (səhv ola bilər tam xatırlamıram)maksimum bal 700 dür keçid balı 300 dən yuxarıdır
Далее
Qizim 58-qism | Anons |Nimaga meni bolam o'ladi ?
00:47
У тебя проблемы?
00:20
Просмотров 673 тыс.
Məzar Daşı | Komedixana  351-ci bölümdən
19:14
Просмотров 788 тыс.
700 bal toplayan şagird
2:31
Просмотров 48 тыс.