Тёмный

4SİM in icraçı direktoru Fariz Cəfərov - "QƏBULDASAN" 

4SİM Azərbaycan_C4IR Azerbaijan
Подписаться 223
Просмотров 497
50% 1

“Süni intellekt insanları əvəzləməyəcək, süni intellektdən istifadə edə bilən insanlar digər insanları əvəz edəcək”
4SİM-in icraçı direktoru Fariz Cəfərov Asan TV və Asan Radionun “Qəbuldasan” verilişinin qonağı olub. Müsahibədən bəzi məqamları diqqətinizə çatdırırıq.
Süni intellekt yaxın illərdə qlobal miqyasda 97 milyon yeni iş yeri yaradacaq. Gündəlik rutin işlər yeni texnologiyalar vasitəsilə avtomatlaşacaq. Süni intellekt səhiyyə, kənd təsərrüfatı, sənaye, təhsil, iqtisadiyyat, yaradıcı və s. sahədə yeni imkanlar açacaq.
“Süni intellekt insanları əvəzləməyəcək, süni intellektdən istifadə edə bilən insanlar digər insanları əvəz edəcək”.
Rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı hazırlanmış strategiya 2030-cu ilə qədər olan dövrü əhatə edir və orada 61 təşəbbüs, o cümlədən 9 əsas layihə var.
Strategiya 3 əsas istiqamətdə fəaliyyətləri nəzərdə tutur: biznes, dövlət və cəmiyyət. Strategiyada rəqəmsal transformasiya sayəsində yeni bizneslərin yaradılması, dövlət idarəçiliyində səmərəliliyin artırılması və cəmiyyətin rəqəmsal transformasiyaya hazır olması üçün rəqəmsal bilik və bacarıqların inkişafı nəzərdə tutulur.
9 əsas layihə arasında Azərbaycan dili əsaslı generativ süni intellektin yaradılması, Sürətli və interaktiv qərarların qəbul olunması üçün Rəqəmsal əkiz layihəsi, özəl sektor və dövlət şirkətlərinin rəqəmsal transformasiyasına dəstək üçün Yeni nəsil texnologiyalar mərkəzinin yaradılması və s. nəzərdə tutulub.

Опубликовано:

 

11 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Real TV-də "Real intervyu"
18:29
Просмотров 457
Oğlu Əliyevə "müşavir"lik edir? | Arif Yunus
13:58