Тёмный

Ağalıya köçənlərə yeni mənzillərin açarları verildi - APA TV 

APA TV
Подписаться 335 тыс.
Просмотров 3,1 тыс.
50% 1

#APATV #Zəngilan #Ağalı #ağıllıkənd #köçkünlər #qayıdış #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #canlıyayım #apacanlı
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. 10 ailədən ibarət növbəti köç karvanı artıq Ağalıya çatıb.
30 ildən sonra Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov qarşılayıb. Doğma yurdlarına qayıdan zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib.
Ağalıda məskunlaşan sakinlər yüksək keyfiyyətli, “ağıllı” texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi daha ağır şəraitdə yaşayanlardır. Müvafiq qurumlar tərəfindən sakinlər peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri mövcuddur. Köç prosesinin növbəti aylarda da davam edəcəyi planlaşdırılır. Qeyd edək ki, ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə 86 ailə, 420 nəfər köçürülüb.
Habil Aslanoğlu
Ziya İsmayılov
ZƏNGİLAN
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: ru-vid.com...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

2 мар 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@fxrddinliyev4008
@fxrddinliyev4008 11 месяцев назад
Qədəmləriniz mübarək bu köçlə Şəhidlərin na kam yurd həsrəti ilə köçənlərimizin ruhun sevdirdiniz Savab qazandınız inanın
Далее
Редакция. News: 125-я неделя
48:25
Просмотров 1 млн
Komedixana  370-ci Bölüm 14.07.2024
58:19
Просмотров 17 тыс.
Ağalı kəndində həyat öz axarında davam edir
2:32