Тёмный

Ağcabədi rayonu Şəhid Məmmədov Məhəmməd Şəhid Ailəsində ziyarətdə Ürək ağrıdan görüntülər 

Dəyanət Uğur
Подписаться 26 тыс.
Просмотров 4,3 тыс.
50% 1

‪@dyantugur8201‬ 
"Düşməni öldürmədən şəhid olsam, torpaq halalım olmaz" - 22 yaşlı şəhid Məhəmməd

16.12.20 14:00
586
Bu günə qədər əsas məqsədimiz bizim üçün ən ağır problem olan Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların azad olunması idi. Vətən müharibəsi başlayan gündən müzəffər Azərbaycan Ordusunun Qarabağa doğru azadlıq yürüşünü hər birimiz böyük qürurla izlədik. Vətən qarşısında borcunu qətiyyətlə, əzmlə yerinə yetirən Azərbaycanın igid oğulları bu ali məqsədə nail olmağı bacardı. Qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıqla döyüşlərə atıldığı Vətən müharibəsi dövrü xalqımızın qürur tarixinə çevrildi. Bu şanlı tarixi qanı ilə yazan şəhidlərimizdən biri də Məhəmməddir.
Məmmədov Məhəmməd Abbas oğlu 1998-ci il noyabrın 13-də Ağcabədi rayonunda dünyaya göz açıb. Həqiqi hərbi xidmətini Naxçıvanda keçən Məhəmməd, Vətən müharibəsi başlayan kimi sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. O, bu barədə evdəkilərə heç bir xəbər verməyib. Məhəmmədin könüllü getməyindən yalnız dayısının məlumatı olub.
Məhəmməd onu hərbi xidmətə yola salan dayısı Novruz Əliyevə ürəyində bir arzusunun olduğunu bildirib: "Mənə dedi ki, Şuşaya qədər gedib, o yerləri görmək istəyirəm. Özü gedə bilmədi, amma mən onun şəklini Şuşa qalasının yanında montaj etdirib otağından asdım. Şuşa azad olunan gün, bilmədim sevinim, yoxsa kədərlənim. Axı, o yerləri görmək Məhəmmədin də arzusu idi. İnanıram ki, onun ruhu indi Şuşadadır”.
Qardaşı haqqında danışdıqca göz yaşlarına hakim ola bilməyən şəhidin bacısı Rahilə hisslərini bircə cümlə ilə ifadə edib: "Qardaşımla fəxr edirəm, o mənim qəhrəmanımdır".
Əlizamin isə kiçik qardaşını belə xatırlayır:
"Məhəmməd balaca vaxtlarından çox zəhmətkeş olub, iş görməkdən yorulmazdı. Qardaşım orta məktəb dərslərində o qədər də uğurlu deyildi, amma Vətən məktəbini əla qiymətlərlə bitirdi."
Şəhidimizin anası Gülmirə Məmmədova oğlu ilə bağlı xatirələrindən ürək dolusu danışıb:
"Hərbi xidmətə getməzdən əvvəl Bakıda çörək zavodunda işləyirdi. Orada hər gün işçilərə verilən çörəkdən öz haqqına düşəni zavodun çıxışında gözləyən ana ilə oğluna verirmiş. Vətəni sevmək, həm də o Vətəndə yaşayan insanları sevməkdir. Məhəmməd millətinə qarşı da canıyanan biri idi.
Evdə oğlumun şəkillərindən ibarət köşə ayırmışıq. Hər səhər şəklinə baxıb onunla salamlaşırıq. Heç vaxt ona arxamızı çevirmirik. Hər gələn səsdə gözüm Məhəmmədi axtarır. Mənim üçün oğlum ölməyib. Bir yaralı yoldaşı hazırda hospitaldadır, onun sağalıb gələcəyi günü gözləyirəm. Mənə az da olsa, Məhəmməddən xəbər gətirəcək. Bir fotosunda erməni şəklini ayaqları altına alıb. Ona baxanda ürəyimdəki yanğı bir az da olsa soyuyur, təsəlli tapıram.
Hər dəfə danışanda ondan erməni leşlərini gördükcə iyrənib iyrənmədiyini soruşurdum. Deyirdi ki, əyilib üzlərinə də baxmırıq, sadəcə keçib irəli gedirik. İrəli getdikcə qalibiyyət hissi onu çox sevindirir. Yaşadığı çətinliyi mənə deməyi sevmirdi. Elə olub ki, günlərlə neytral zonada ac qalıblar. Amma heç birini bizə hiss etdirməyib. Yalnız onu deyirdi ki, mən gələcəyəm, qurbanlarımızı işğaldan azad olunan torpaqlarda kəsəcəyik.
Oğlum Füzuli rayonunu azad olunmasında fəal iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da olub. Qubadlının 4 kəndi onun iştirakı ilə işğaldan azad olunub. Xoşbəxtəm ki, o torpaqların azad olunmasında övladımın da rolu var.
Hərbi xidmətə bizdən xəbərsiz gedib, elə bil o torpaqlara getmək üçün quş kimi uçurdu. Onu həmin yerlərə Vətən, torpaq sevgisi apardı. Mənimlə danışanda səsində o qədər xoşbəxtlik var idi ki, elə bil indicə telefondan çıxacaqdı…
Zənglərinin birində dostuna deyib ki, əgər mən erməni əsgərini öldürmədən şəhid olsam, yatdığım torpağı özümə haram bilərəm! Bu yolu Məhəmmədin alnına uca Allah yazıb. Hərdən balaca vaxtı ona deyirdim ki, dəcəllik etmə, adına layiq olmağa çalış. İndi o, öz adına nə qədər layiq olduğunu sübut etdi. Ən uca zirvəyə yetişib cənnətdə Məhəmməd peyğəmbərə qonşu oldu".
Anası Gülmirə xanım bizə oğlunun hərbi xidmətdə qeyd apardığı dəftərçəsini də göstərdi. Yazılanlar arasında bir qeyd xüsusi diqqətimi çəkdi. Vərəqdə "Tanrı, anamı nigaran qoyma" yazılmışdı.
Gözləri yolda qalan Gülmirə anamızın, indi bir istəyi var. O da övladının daim yaddaşlarda qalması, adının əbədiləşdirilməsidir. Axı, Məhəmməd kimi oğullar bu Vətəni öz anasından daha əziz tutdu. Bizim də Şəhidlər qarşısındakı borcumuz onları hər zaman yad etməkdir.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Məmmədov Məhəmməd Abbas oğlu "Vətən uğrunda medalı" ilə (ölümündən sonra) təltif olunub.
Qeyd edək ki, şəhidimiz noyabr ayının 7-də doğulduğu Ağcabədi rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bu gün isə onun şəhid olmasından 40 gün ötür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarısında baş əyirik

Опубликовано:

 

25 мар 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 49   
@ceferov00
@ceferov00 2 года назад
Allah bütün sehidlermize rehmet elesin amin qazilerimize can sağlığı versin amin 🇦🇿🌹
@penahsukurov1110
@penahsukurov1110 2 года назад
Sehidimizin qardaşı menim müəllimim olub adrada Allah rəhmət eləsin çox pis oldum Allah səbr versin
@elvinbabayev7356
@elvinbabayev7356 3 года назад
Canlm qurban ay Mehemmed goz yaslarlmla izledim . Allah cemi sehidlerimize rehmet elesin her zaman qelbimizdesen
@memedovmehemmed7680
@memedovmehemmed7680 3 года назад
😔😔
@aliqasimov3640
@aliqasimov3640 2 года назад
Can hamimizin anasi yarali ureyine qurban 😔😢😢
@meleymeley928
@meleymeley928 3 года назад
Allah sene rehmet elesin Nur üzlü Şehidim Mekanin cennet olsun 😢😢😢😔😔😔
@milkawrt
@milkawrt 2 года назад
Allah rəhmət eləsin cəmi Şəhidlərimizə 😪🤲
@kenanmamedov7131
@kenanmamedov7131 3 года назад
ALLAH BÜTÜN ŞƏHİDLERİMİZE REHMET ELESİN AMİN
@vusalhesenov5077
@vusalhesenov5077 3 месяца назад
Can can can yandim sen bu gün mene maqazinde qardaş dedin Allah rəhmət eləsin o nur üzlü balana😢😢😢
@user-jd2lz9hx5g
@user-jd2lz9hx5g 2 года назад
Allah rəhmət eləsin
@aytachesenova7546
@aytachesenova7546 2 года назад
Allah rehmet elesin🥀
@samoabdullayev4457
@samoabdullayev4457 Год назад
Salam şəhid anasl alax şəhdlərərimizə rəhmət eyləsin alax məhəməd başda olmaqla şəhidlərimizə rəhmət eyləsin samo zərdadll
@efsanememmedli265
@efsanememmedli265 Год назад
Can anamiz yanan ureyine qurban olum hergun aglayram Şehidlerimi😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@efsanememmedli265
@efsanememmedli265 Год назад
Agcebedimin fexri Adina qurban olum Şehidim😢😢😢😢😢😢Allah rehmet elesin🤲🤲🤲🤲
@canavarurkli7639
@canavarurkli7639 3 года назад
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz Qarabağımızı belə qardaşlarımız və bacılarımızın sayəsində aldıq. HƏMİŞƏ AZƏRBAYCAN GÜCLÜ OLACAQ, ÇÜNKİ, BİZİM BELƏ İGİD QƏHRƏMANLARIMIZ VAR. ALLAH QAZİLƏRİMİZƏ DƏ ŞƏFA VERSİN. İNŞALLAH ÖZ SAĞLAMLIQLARINA QOVUŞARLAR. BİZ AZƏRBAYCAN XALQI HƏR ŞEYƏ GÖRƏ ONLARA BORCLUYUQ. ÇÜNKİ, ONLARIN SAYƏSİNDƏ EVLƏRİMİZDƏ RAHAT YATA BİLİRİK. ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN. ŞƏHİDLƏRİMİZİN RUHLARI ŞAD OLSUN🙏🙏🙏🙏🙏🙏
@terane.quliyeva
@terane.quliyeva 9 месяцев назад
Allah rəhmət eləsin.
@ismatmamedov8998
@ismatmamedov8998 3 года назад
Can allah rehmet eylesin
@studio035
@studio035 3 года назад
Allah rehmet elesin butun sehidlerimize
@mayahsnova7693
@mayahsnova7693 2 года назад
Can ay Məhəmməd
@fidos6461
@fidos6461 3 года назад
Allah Rehmət Edsin 🙏💔😔
@dyantugur8201
@dyantugur8201 3 года назад
Amin
@senanmemmedov5054
@senanmemmedov5054 3 года назад
Canim qurban xalaoglu😔😔😔😭😭😭
@fidos6461
@fidos6461 3 года назад
💔😔
@xezerbebisov727
@xezerbebisov727 3 года назад
Allah rehmet etsin sənə qardas
@demirkafa3034
@demirkafa3034 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN
@halidak3200
@halidak3200 3 года назад
Allah rehmet etsin cemi sehidlerimize
@lll_ilqar_lll680
@lll_ilqar_lll680 3 года назад
Allah rəhmət edsin
@sahanenagiyeva8889
@sahanenagiyeva8889 3 года назад
Yerləri cənnət olsun 😭 biz sizinlə fəxr edirik.qarşınızda baş əyirəm
@xezerbebisov727
@xezerbebisov727 3 года назад
Cox sagolun sizderde
@sevenurek2011
@sevenurek2011 3 года назад
can xala qurban olaram derdine yuxda o agah oldu mene bilerm o hezreti Huseyinin yanindadi yuxu yalan deyil
@narodnarod8713
@narodnarod8713 3 года назад
Coox saq olun var olun şəhid ailesine bele destek olursun ve biz qazilerine isiqlandirsaniz yaxşı olardı 👋👋
@dyantugur8201
@dyantugur8201 3 года назад
Kimi isdeyirsiniz işıqlandıraq
@narodnarod8713
@narodnarod8713 3 года назад
@@dyantugur8201 özümü ama biz Bakıda yaşayış
@dyantugur8201
@dyantugur8201 3 года назад
@@narodnarod8713 inşallah ayağım ora düşsə yazacam size
@narodnarod8713
@narodnarod8713 3 года назад
@@dyantugur8201 insAllah
@fexrimemmedov4397
@fexrimemmedov4397 3 года назад
Allah rehmet etsin Mekani cennet olsun 😔😔
@bizhemisesizinleyiktv9153
@bizhemisesizinleyiktv9153 3 года назад
Ruhu şad olsun
@qasimmeherremov2948
@qasimmeherremov2948 Год назад
ALLAH Sene rehmet elesin qardasim.
@user-go4qv3jd3d
@user-go4qv3jd3d 2 года назад
Allah rehmet elesin mekanı cennet olsun
@user-uk8ct6zi3j
@user-uk8ct6zi3j 3 года назад
Allah rəhmət eləsin şəhidimizə sizinlə fəxr edirik qarşınızda baş əyirik
@nermanehmedov1024
@nermanehmedov1024 3 года назад
😭
@snpro9876
@snpro9876 3 года назад
Bizim qonşumuzdu
@bestiseferova725
@bestiseferova725 2 года назад
Can yaralarina qurban.Allah ermenilerin cezasin versin. Allah cemi şəhidlərimizə rehmet etsin I 😭
@aliabdullaev9697
@aliabdullaev9697 2 года назад
Sen nesilin fexri oldun uca zirveye ucaldin şehit MEHEMMED.Allah yolunda oldurulenlere (şehit olanlara)"ölü" demeyin.Eksine olar (Allah dergahinda)diridirler, lakin siz bunu derk etmirsiniz. (Beqere Suresi 154)
@eldorado53
@eldorado53 2 года назад
Fehrad niye islemir
@dyantugur8201
@dyantugur8201 2 года назад
Salam siz nə mənada deyirsiniz anlamadım
@Zzzzzzzz171
@Zzzzzzzz171 3 года назад
Allah rəhmət eləsin
@yusifmemmedov1010
@yusifmemmedov1010 3 года назад
Allah rəhmət eləsin
Далее
Это конец... Ютуб закрывают?
01:09
▼КОРОЛЬ СОЖРАЛ ВСЕХ 👑🍗
29:48
Просмотров 422 тыс.