Тёмный

Ağsunun Elabad kəndində nə baş verir? - Bu kənd əsl zibilə düşüb - APA TV 

APA TV
Подписаться 351 тыс.
Просмотров 4,7 тыс.
50% 1

#APATV #ağsu #elabad #kend #problem #infrastruktur #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2023 #gundemxeber #ənsonxəbər #apa #apagündəm #apatvyenixəbər #apatvənyenixəbər #apatvxəbərlərdəbugün
Ağsunun Elabad kəndində nə baş verir? - Bu kənd əsl zibilə düşüb - APA TV
Ağsunun Elabad kəndinin sakinləri problem içində boğulurlar. Sakinlər bilmir kənddə suyun olmamağından gileylənsinlər, zibilliyin təmizlənməməyindən şikayət etsinlər, yoxsa canavarlardan.
Dağlıq ərazidə yerləşən kənddə cəmi bir bulaq var. O da dərəyə yaxın ərazidə yerləşdiyindən yuxarıda yaşayanlar suyu daşımaqda çətinlik çəkir. Suyu pulla almaq istəyənlər isə 50 manatından keçməlidir.
Digər tərəfdən də kəndi zibil cənginə alıb. Təmizlənməyən zibilliyin üfunətli qoxusu sakinlərin kabusuna çevrilib.
Canavarlar isə camaata gün verib işıq vermir. Sakinlərin bildirdiyinə görə, elə il yoxdur ki, mal-qaradan 10-15 baş heyvanı canavar tələf etməsin.
Canavarların kəndlilərə etdiyi zülmə bir son qoya bilmək ümidi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumun sözçüsü bildirdi ki, canavar yaşayış məntəqəsinə, heyvanlara hücum edirsə və bu hal təkrarlanaraq ciddi təhlükə yaradırsa bu zaman özünü müdafiə üçün canavarın vurulması mümkündür.
Kənddə mövcud olan digər problemlərlə bağlı Elabad kənd bələdiyyəsi ilə əlaqə saxladıq. Bələdiyyə sədri Miracəddin Xıdırov sözlərinə görə, kəndin ərazisindəki zibillik probleminin başlıca səbəbi elə kənd sakinlərinin özləridir. Dəfələrlə sakinlərlə yolların və ətraf sahələrin təmizliyi haqqında maarifləndirici söhbətlərin aparılmasına baxmayaraq deyilənlərə əməl olunmur. Qurumdan o da bildirilib ki, canavarla əlaqədar Ağsu rayon baytarlıq idarəsinə məlumat verilib. Müəyyən tədbirlərin görülməsi istiqamətində işlər aparılır.
Su problemi ilə bağlı isə bildirildi ki, yay aylarında kənddəki bəzi evlərə su xəttində təzyiqin az olması səbəbindən su çatmır. Bu problemin də olmasının başlıca səbəbi kənd sakinlərin su kranlarından lazımsız istifadəsi olur. Bələdiyyədən o da bildirildi ki, kənddəki su xətti bir neçə il bundan qabaq Ağsu su idarəsinin balansına təhvil verilib.
Odur ki, susuzluqla bağlı “Azərsu” ASC-nin mətbuat xidməti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, kənddə hər bir evə su çəkilməsi və sayğacların quraşdırılması ilə bağlı təkliflər var və reallaşdırılacaq.
Qeyd edək ki, kənddə 200-dən artıq sakin yaşayır.
İlham Əhmədov, Taleh İbrahimov, APA TV
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

16 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 7   
@teymenshukurlu546
@teymenshukurlu546 10 месяцев назад
Deyesen o kendin canavarının qohumu yaxşı vezifededi😂
@sahin5754
@sahin5754 10 месяцев назад
canavar gələndə MƏMURLARA xəbər edin ki GƏLİN QARDAŞLARİNİZ gəlir birgə YEYİN MALİ MÜLKÜ BİZƏ DƏYMİYİN
@azarsuleymanov4689
@azarsuleymanov4689 10 месяцев назад
İndi gedin yoxluyun ayidiyyatı orqanları, hərəsinin altında 100 minlik maşın villa obyektləri, haramınız olsun
@aydnbayramov5240
@aydnbayramov5240 4 месяца назад
Suyu basa dusduk Harda gorsənib kənci zibildən danişsin mən həyət evində zibili yandirib kuburə kimi torpaga verirəm
@HuseynKerimov-e3o
@HuseynKerimov-e3o Месяц назад
Zibiluzu özünüz yigin yandirinda icaze vermeyin
@АязМамедов-щ4ц
@АязМамедов-щ4ц 10 месяцев назад
Televizyada qiqiyenadan daniwilar alvercileri olduruler!!! Amma ewwekle su dawimaq normaldi hec bir qiqiyene pozuntusu deyil
@AlimQuliyev-ye1po
@AlimQuliyev-ye1po Месяц назад
Eliabad kend camaatina muraciyyetim,ezizlerim narahat niye olursuz.Xeber verin İlhamın teyinatli destesine gelsinler canavarlari qirsinlar.
Далее
Bozbash Pictures "Agsu" HD (2013)
33:01
Просмотров 348 тыс.
Fake watermelon by Secret Vlog
00:16
Просмотров 3,8 млн
Ağsu kəndləri fəlakətlə üz-üzə - BAKU TV
5:11
Ağsu yolunda avariya - Diyetaaa (2017, Bir parça)
11:32
Xoş Gəldim Amil Xəlil ilə - Şamaxı 1 (31.07.2024)
1:13:01
İsmayıllı  sakinləri  həyəcan  təbili  çalır
2:57
1 şəhər və 24 saat - Şamaxı - 09.08.2020
26:48
Просмотров 24 тыс.
Ağsunun Keçdiməz kəndində müammalı yanğınlar
2:34
Ənənə Boğçası - Ağsu (06.01.2018)
39:39
Просмотров 216 тыс.